2004-cü ilin 4 ayı ərzində respublikanın xarici
ticarətinin vəziyyəti
2004-cü ilin ilk 4 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 110 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 1922680.9 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 964481.6 min ABŞ dolları dəyərində 703 adda mal ixrac, 958199.3 min ABŞ dolları dəyərində 3896 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 6282.3 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
-
respublikaya 6631.2 min ABŞ dolları dəyərində 3006.7 ton dövlət, hökumət
və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar yük və texniki
yardım daxil olmuşdur.
2003-cü ilin ilk 4 ayına nisbətən 2004-cü ilin ilk 4 ayında ixrac əməliyyatlarının həcmi 27.02% (205156.9 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 43.47% (290314.8 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, dənli bitkilərin, avadanlıqlar və texniki qurğuların, elektrik maşınları və onların hissələrinin, poliqrafiya sənayesinin məmulatlarının, qara metallar, mebel, plastik kütlələr və onlardan hazırlanan məmulatlar və başqa malların idxalı hesabına artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 4581.0 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 94594.5 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal olunmuşdur.
2004-cü
ilin ilk 4 ayında 65360 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə
6462.0 min ton yük daşınmışdır. Bunlardan 3434.6 min tonu (11732 ədəd
nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 3027.4 min tonu (53628
ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür.
Əsasən dəmir yolu (30098 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından
(21564 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında
stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.
Tranzit
olaraq Azərbaycan Respublikası ərazisindən 2519954.8 ton yük keçirilmişdir.
Tranzit yüklər əsasən Gürcüstan (1129502.8t), İtaliya (566515.9t)
respublikalarına, İsveçrəyə (351003.2t), Kipr (129613.5t), Türkmənistan
(86761.7t), Tacikistan (67723.2t), Türkiyə (58490.5t) Respublikalarına
və Rusiya Federasiyasına (56366.0t) göndərilmişdir.
2004-cü ilin ilk 4 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi mart ayında (442087.8 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (120065.1 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi aprel ayında (277173.1
min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (203037.1 min ABŞ
dolları) olmuşdur;
- aprel ayında ixrac əməliyyatlarının həcmi mart ayına nisbətən 172002.2 min ABŞ doları həcmində azalmışdır;
- aprel ayında idxal əməliyyatlarının həcmi mart ayına nisbətən 22096.4 min ABŞ dolları həcmində artmışdır:
-ixrac əməliyyatlarında orta aylıq artım 45947.5 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 24712.0 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 13803.7 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxili orderləri ilə rəsmiləşdirilmişdir.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2004-cü ilin ilk 4 ayında 2141,78 və 80 saziş növlərinə üstünlük verilib
İxracda:
İdxalda:
01 (milli valyuta ilə hesablaşma)
-0.83%
-0.04%
21 (SD ilə hesablaşma)
-49.73%
-57.53%
23 (dövlət krediti üzrə hesablaşma)
-0.00%
-0.17%
41 (qapalı dövriyyəli valyuta)
-0.43%
-3.40%
51 (barter sazişi)
-0.08%
-0.01%
78(kompensiasialı öhdəlik. hesab.)
-28.37%
-0.00%
80 (digərləri)
-20.56%
-38.85%
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
payı (%-lə) aşağıdakı kimidir (2003-cü ilin ilk 4 ayı ilə müqayisə statistik
dəyərə görə aparılmışdır):
İxracda: xam neft -50.50% (2003-cü ilin ilk 4 ayına nisbətən 92.00%), neft məhsulları -18.54% (132.38%), qara metallar və onlardan hazırlanan məmulatlar -1.62% (163.35%), alkoqollu və alkoqolsuz içkilər -0.13% (83.01%), kimya məhsulları -2.76% (169.68%), pambıq -1.46% (147.41%), tütün və tütün məmulatları- 0.32% (85.21%), alüminium və ondan hazırlanan məmulatlar - 1.48% (547.71%), meyvə-tərəvəz məhsulları -0.92% (157.39%), bitki və heyvan mənşəli yağlar -2.08% (258.57%) təşkil edir. Qalan əmtəələrin payına 20.19% düşür.
İdxalda: ərzaq məhsulları -14.03% (2003-cü ilin ilk 4 ayına nisbətən 155.95%),
neft qazı və digər qazaoxşar karbohidrogenlər - 9.81% (99.87%), maşın və
elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların
ehtiyat hissələri -25.69% (147.78%), qara metallar və onlardan hazırlanan
məmulatlar -17.94% (136.30%), nəqliyyat vasitələri və onların hissələri
-6.27% (181.46%), mebel -1.06% (185.93%), oduncaq və ondan hazırlanan məmulatlar
-1.36% (166.35%), xalq istehlak malları -1.59% (155.81%), əczaçılıq məhsulları
-0.89% (162.44%) təşkil edir. Qalan əmtəələrin payına 21.37% düşür.
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2003-cü ilin ilk4 ayınanetto çəki. nisb.%-lə
1. Ət və ət məhsulları
11467.6t
5823.3
146.2%
-o cümlədən hum. yardım
4.7t
2.7
2. Buğda
370975.5t
71736.4
177.1%
3. Un
1061.4t
254.4
89.8%
-o cümlədən hum. yardım
88.8t
25.7
4. Şəkər
34204.3t
4937.2
126.8%
5. Yağ
31198.7t
16374.2
146.9%
-kərə yağı
5077.6t
4143.8
-bitki və heyvan mənş. yağlar
26121.0t
12230.4
-o cümlədən hum. yardım
484.6t
493.1
6. Çay
3676.2t
7080.5
208.7%
7. Spirt
382513.9L
344.3
102.8%
8. Spirtli içkilər
515183.3L
2004.2
92.8%
9. Tütün məmulatı
286850.4 min əd.
4867.2
77.7%
10. Qara metallar
68931.8t
30825.8
148.8%
11. Minik avtomobilləri
-YGB əsasında rəsmiləşdirilmiş
6115 əd.
26765.1
146.2%
- GMO əsasında rəsmiləşdirilmiş
2668 əd.
10977.5
60.1%
12. Neft məhsulları
38598.1t
12824.9
13. Elektrik enerjisi
1124725.9 min kvt/s
28989.7
-14. Neft qazı və digər qazaoxşar karbohidrogenlər
1802208.1 min kub.m
577.5
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2003-cü ilin ilk 4 ayı ilə netto çəki. nisb.%-lə
1. Neft (xam)
2322239.5t
487072.1
1.1. Boru kəməri ilə 01.05.2004-cü
ilə qədər gedən xam neft
(sayğac göstəricilərinə əsasən)
(sayğac göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə
841678.0t
-Supsa boru kəməri ilə
2036696.6t
2. Neft emal məhsulları
746528.7t
178827.7
o cümlədən, saziş növləri üzrə:
-sərbəst dönərli valyutaya
688352.8t
164269.7
-milli valyutaya
32241.1t
7854.9
- digərləri
25934.8t
6703.1
2.1. 01.05.2004-cü ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmiləşdiril-
məmiş neft məhsulları
120149.8t
3. Bitki və heyvan mənş. yağları
16056.2t
20025.3
119.1%
4. Spirtli içkilər
1819211.0L
1272.7
58.8%
5. Tütün
2067.6t
1440.9
72.8%
6. Tütün məmulatı
351100.0 min əd.
1607.6
146.0%
7. Qara metallar
58468.9t
14937.7
150.9%
8. Alüminium
9384.7t
14251.0
437.4%
9. Çay
2501.0t
6633.6
435.4%
10. Pambıq mahlıcı və tullantıları
12447.4t
14101.3
109.9%
11. Elektrik enerjisi
157374.4 min kvt/s
2316.8
Xam neft Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (1267609.92 ton (54.59%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1044729.6 ton (44.48%)) və "Şirvan Oil" BMMM (9889.0 ton (0.43%), tərəfindən ixrac edilmişdir.
Neft məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi (364235.2
ton (48.79%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar
İdarəsi (309479.1 ton (41.46%)) və "Azal Oil" (31715.4 ton (4.25%))
üstünlük təşkil edir.
Respublikanın
rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB ölkələrindən başqa)
708799.0 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 73.49%)
çıxarmışlar, o cümlədən, 409185.2 min ABŞ dolları dəyərində əmtəə sərbəst
dönərli valyuta ilə (ixraca nisbətən 57.73%), 273613.6 min ABŞ dolları dəyərində
əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 38.60%) və 22297.2
min ABŞ dolları dəyərində mal digər sazişlər hesabına (ixraca nisbətən 3.15%)
çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən 586356.3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 61.19%) gətirilmişdir. Onlardan 228565.4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 38.98%) və 354818.1 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 60.51%) gətirilmişdir.
Xarici ölkələr üzrə müsbət saldo 122442.7 min ABŞ dolları təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 255682.7 min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən 26.51%) çıxarmışlar, o cümlədən, 70434.6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 27.55%), 175987.9 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 68.83%) və 4183.8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 1.64%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya MDB ölkələrindən 371843.1 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 38.81%) gətirilmişdir. Onlardan 322671.2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 86.78%), 31416,3 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 8.45%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 116160.4 min ABŞ dolları təşkil edir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
İxracda:
İdxalda:
Ölkənin adı
min Abş dolları
ümumi ixraca nisb.%-lə
Ölkənin adı
min ABŞ dolları
ümumi idxala nisb.%-lə
İtaliya
385563.66
39.98
Rusiya
147797.83
25.42
Türkmənstan
141809.99
14.70
Qazaxstan
122238.52
12.76
İsrail
65402.53
6.78
B/Britaniya
90998.59
9.50
Rusiya
53086.95
5.50
Türkiyə
67017.70
6.99
İran
50112.87
5.20
Almaniya
59469.11
6.21
Türkiyə
40013.70
4.15
Ukrayna
47682.91
4.98
Gürcüstan
36736.29
3.81
Malayziya
46803.6
4.88
Xorvatiya
29598.91
3.07
Çin
44214.25
4.61
Çin
26099.58
2.71
ABŞ
42433.13
4.43
Tacikistan
16784.42
1.74
Yaponiya
30390.60
3.17
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə 3793 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1943 dövlət və özəl müəssisə, 1850 isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 457863.9 min ABŞ dolları (47.47%), özəl sektorun payı 499710.4 min ABŞ dolları (51.81%), fiziki şəxslərin payı isə 5726.3 min ABŞ dolları (0.59%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 222709.8 min ABŞ dolları (23.24%), özəl sektorun payı 650067.6 min ABŞ dolları (67.84%), fiziki şəxslərin payı isə 68611.4 min ABŞ dolları (7.16%) olmuşdur.
DGK Statistika və İnformasiya Texnologiyaları İdarəsi
24.11.2007 Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.
24.11.2007 Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.