Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2007-ci ilin dörd ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti


2007-ci ilin ilk 4 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 119 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 2855618,3 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 1338274,5 min ABŞ dolları dəyərində 1514 adda mal ixrac, 1517343,8 min ABŞ dolları dəyərində 5189 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 179069,3 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 15406,8 min ABŞ dolları dəyərində 9163,7 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin ilk 4 ayına nisbətən 2007-ci ilin ilk 4 ayında ixrac əməliyyatlarının həcmi 3,50% (48481,5 min ABŞ dolları) azalmış, idxal əməliyyatlarının həcmi isə 20,55% (258694,1 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 35823,8 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 100892,7 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2007-ci ilin ilk 4 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 5608,5 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 83,14% təşkil etmişdir. Bunlardan 2651,3 min ton ixrac, 2957,3 min ton isə  idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (2014,5 min ton), dəmiryolu (402,0 min ton), avtomobil (230,3 min ton) və hava (1,6 min ton) nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (36,5 min ton), dəmiryolu (2134,5 min ton), avtomobil (424,5 min ton), hava (7,0 min ton) və stasionar nəqletmə (boru kəməri) (336,1 min ton) nəqliyyatına üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 64849 (əlavə vərəqlə birlikdə 85880) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 12464 (əlavə vərəqlə  birlikdə 14036) ədəd ixrac, 52385 (əlavə vərəqlə birlikdə 71844) ədəd idxal YGB-dir. 2007-ci ilin ilk 4 ayında YGB-lərin ümumi sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 119,8% təşkil etmiş və ya 10701 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda artım 1070 (109,4%) ədəd, idxalda isə artım 9631 (122,5%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 1621,2 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (529,7 min ton), İtaliya (344,5 min ton), Gürcüstan (338,4 min ton), Tacikistan (152,6 min ton), İran (74,7 min ton), Rusiya (59,3 min ton), Türkiyə (54,6 min ton), Türkmənistan (40,1 min ton) və Qazaxıstan (16,3 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 79,86% olmuş və ya 408,9 min ton azalmışdır.
2007-ci ilin ilk 4 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi aprel ayında (419212,3 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154386,7 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi fevral ayında (390285,6 min ABŞ dolları), aşağı həddi isə mart ayında (356615,5 min ABŞ dolları) olmuşdur;
- aprel ayında ixrac əməliyyatlarının həcmi mart ayı ilə müqayisədə 50553,8 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 24324,6 min ABŞ dolları həcmində artmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 7731,7 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq azalma 2854,1 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 53599,9 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 129,19% təşkil etmiş və ya 12109,7 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2007-ci ilin ilk 4 ayı ərzində  21, 41 və 80 saziş növlərinə üstünlük verilib.

 İxracdaİdxalda
01 (milli valyuta ilə hesablaşma) -0,01% -0,35%
21 (SDV ilə hesablaşma) -82,89% -72,10%
23 (dövlət krediti üzrə hesablaşma)-0,00% -1,00%
41 (qapalı dövriyyəli valyuta) -1,25% -4,40%
80 (digərləri) -15,84% -22,14%

İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin ilk 4 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 48,75% (2006-cı ilin ilk 4 ayının ixracına nisbətən 101,83%), neft məhsulları - 24,33% (67,18%), alüminium və ondan hazırlanan məmulatlar - 2,15% (122,30%), bitki və heyvan mənşəli yağlar - 2,03% (149,50%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,72% (249,96%), kimya sənayesi məhsulları - 1,49% (28,03%), meyvə-tərəvəz - 1,20% (56,12%), pambıq - 0,63% (50,94%), alkoqollu və alkoqolsuz içkilər - 0,55% (250,09%), tütün və tütün məmulatları - 0,19% (27,34%) təşkil edir. Qalan əmtəələrin payına 16,95% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 28,28% (2006-cı ilin ilk 4 ayının idxalına nisbətən 128,97%), qara metallar və onlardan hazırlanan məmulatlar - 13,98% (173,90%), nəqliyyat vasitələri və onların hissələri - 12,37% (169,45%), ərzaq məhsulları - 11,89% (150,50%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 3,41% (30,37%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,32% (109,87%), əczaçılıq məhsulları - 1,31% (127,57%), xalq istehlakı malları - 0,84% (65,22%), mebel - 0,72% (130,26%) təşkil edir. Qalan əmtəələrin payına 25,87% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 MiqdarıDəyəri (min ABŞ dolları) 2006-ci ilin 1 ayına netto çəki nisb.%-lə
1) Neft (xam)

1.1) Boru kəməri ilə
01.11.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
1523644,5 t 652426,6  
-Şimal boru kəməri ilə 938663,0 t   
-Bakı-Tbilisi-Ceyhan 7934725,0 t   
1.2) Dəmiryolu nəqliyyatı
01.02.2007-cı ilə qədər
yola   salınan xam neft(şərti YGB)
2054106,2 t   
2) Neft emal məhsulları 634298,6 t 325637,3  
o cümlədən, saziş növləri üzrə:   
- sərbəst dönərli valyuta ilə 620197,7 t 320076,5  
- digərləri

14100,9 t

5560,9  
2.1) 01.02.2007-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları
138912,8 t   
3) Bitki və heyvan mənş.yağ 20999,5 t 27136,7 142,9 %
4) Spirtli içkilər 5194809,6 L 7355,4 222,8 %
5)Tütün 1363,7 t 1126,0 52,1 %
6) Tütün məmulatı 255030,0 mln.əd 1459,0 21,3 %
7) Qara metallar 29745,1t 12414,1 223,6 %
8) Alüminium 11722,9 t 28823,9 102,8 %
9) Çay 1803,0 t 4839,2 87,1 %
10) Pambıq mahlıcı 9473,2 t 8383,6 49, 0%
11) Elektrik enerjisi 188,9 mln kvt*s 3295,9  


İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 MiqdarıDəyəri (min ABŞ dolları) 2006-ci ilin 1 ayına netto çəki nisb.%-lə
1) Ət və ət məhsulları 8800,5 t 5656,8 203,3%
2) Buğda 420952,1 t 63750,0 122,6%
3) Un 288,5 t 102,0 26,0%
4) Şəkər 57475,7 t 18899,4 364,1%
5) Yağ 35160,5 t 19246,8 101,0%
 - kərə yağı 2898,9 t 3211,2  
 - bitki və heyvan mən.yağ 32261,5 t 16035,6  
 - humanitar yardım 39,6 t 75,4  
6) Çay 3658,8 t 6222,8 126,1 %
7) Spirt 193936,5 L 200,0 121,3 %
8) Spirtli içkilər 5983794,7 L 7330,6 256,4 %
9) Tütün məmulatı 2815582,8 mln. əd. 40363,7 121,1 %
10) Qara metallar 156172,4 t 34912,8 215,7 %
11) Minik avtomobilləri   
 -YGB əsasında 9665əd.   72544,9 107,4%
 -GMO əsasında 10727əd. 49498,4  
12) Neft məhsulları 18229,2 t 15216,5  
13) Elektrik enerjisi 414,5 mln. kvt*s 11216,7  
14) Neft qazı və digər qazaoxşar karbohidrogenlər 470063,3 min kub.m 51721,8  


Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1523644,4 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (609682,4 ton (96,12%)), "Az Trans Reil" MMC (14084,4 ton (2,22%)), "Caspian Petrol-1" firması (6646,3 ton (1,05%)) və "Monolit LTD" firması (2527,1 ton (0,40%))  üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 1016809,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 75,98%) çıxarmışlar, o cümlədən, 987659,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 97,13%) və 29082,7 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 2,86%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 953970,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 62,87%) gətirilmişdir. Onlardan 633547,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 66,41%), 303067,2 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 31,77 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 62839,3 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 90,75%); alüminium və alüminium məmulatları (2,81%); qara metallar (1,21%); avadanlıqlar və mexaniki qurğular (1,00%); qeyri-üzvi kimya məhsulları (0,60%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 29,07%); qara metallardan məmulatlar (13,01%); elektrik maşınları və avadanlıqları, onların hissələri (9,43%); quru nəqliyyat vasitələri (8,58%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,79%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 321464,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 24,02%) çıxarmışlar, o cümlədən, 121701,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 37,86%), 182933,4 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 56,91%), 16784,9 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 5,22%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya MDB ölkələrindən 563373,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 37,13%) gətirilmişdir. Onlardan 460384,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,72%), 64234,8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,40 %), 32857,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 5,83%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 241908,6 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən gəmilər, qayıqlar və digər üzən vasitələr (ixraca nisbətən 27,43%); mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (22,23%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (15,56%); heyvan və ya bitki mənşəli piylər və yağlar (8,43%); qeyri-üzvi kimya məhsulları (3,50%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 11,88%); quru nəqliyyat vasitələri (11,32%); mineral yanacaq (11,15%); qara metallardan məmulatlar (9,44%); duz, kükürd, gil torpaq, daş, suvaq materialı, əhəng və sement (5,82%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:

 
İxracdaİdxalda
   
Ölkənin adıDəyəri (min ABŞ dol.)Ümumi ixraca nisb.%-lə
İtaliya 35657,61 26,64
Türkiyə 181091,57 13,53
Rusiya 122603,59 9,16
İran 114594,93 8,56
Qazaxıstan
(ABŞ)
95494,77 7,14
Fransa 75188,78 5,62
Gürcüstan 74585,54 5,57
Cili 63617,79 4,75
Koreya Resp.
(Honkonq)
61958,05 4,63
Virgin ada.(ABŞ)
60973,43 4,56
   
Ölkənin adıDəyəri (min ABŞ dol.)Ümumi ixraca nisb.%-lə
Rusiya 301451,73 19,87
Ukrayna 155007,76 10,22
Türkiyə 147212,08 9,70
Almaniya 125142,89 8,25
B.Britaniya 81278,01 5,36
Yaponiya 77800,49 5,13
ABŞ 69946,60 4,61
Zin 64917,22 4,28
Qazaxıstan 58016,29 3,82
İtaliya 53053,67 3,50


Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 6364 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2597-si hüquqi, 3767-si isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1048109,9 min ABŞ dolları (78,32%), özəl sektorun payı 280389,8 min ABŞ dolları (20,95%),  fiziki şəxslərin payı isə 9774,7 min ABŞ dolları (0,73%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 421722,6 min ABŞ dolları (27,79%), özəl sektorun payı 1008832,9 min ABŞ dolları (66,49%), fiziki şəxslərin payı isə 86632,4 min ABŞ dolları (5,71%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.





DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb