| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2007-ci ilin beş ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin ilk 5 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 118 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 3867998,6 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 1862132,6 min ABŞ dolları dəyərində 1735 adda mal ixrac, 2005865,9 min ABŞ dolları dəyərində 5607 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 143733,3 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 19085,6 min ABŞ dolları dəyərində 12893,8 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin ilk 5 ayına nisbətən 2007-ci ilin ilk 5 ayında ixrac əməliyyatlarının həcmi 24,69% (610356,0 min ABŞ dolları) azalmış, idxal əməliyyatlarının həcmi isə 20,24% (337599,7 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 44700,0 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 130164,8 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2007-ci ilin ilk 5 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 7394,5 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 71,15% təşkil etmişdir. Bunlardan 3660,2 min ton ixrac, 3734,3 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (2825,4 min ton), dəmiryolu (519,0 min ton), avtomobil (310,2 min ton) və hava (2,1 min ton) nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (60,7 min ton), dəmiryolu (2750,6 min ton), avtomobil (555,2 min ton), hava (9,5 min ton) və stasionar nəqletmə (boru kəməri) (336,1 min ton) nəqliyyatına üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 85129 (əlavə vərəqlə birlikdə 113019) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 17003 (əlavə vərəqlə birlikdə 19079) ədəd ixrac, 68126 (əlavə vərəqlə birlikdə 93940) ədəd idxal YGB-dir. 2007-ci ilin ilk 5 ayında YGB-lərin ümumi sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 119,40% təşkil etmiş və ya 13837 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 1509 (109,70%) ədəd, idxalda isə artım 12328 (122,10%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 2121,4 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (647,5 min ton), İtaliya (505,0 min ton), Gürcüstan (455,6 min ton), Tacikistan (188,2 min ton), İran (94,5 min ton), Rusiya (72,3 min ton), Türkiyə (70,6 min ton), Türkmənistan (52,7 min ton) və Qazaxıstan (21,7 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 79,70% olmuş və ya 540,2 min ton azalmışdır.
2007-ci ilin ilk 5 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi may ayında (523880,3 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154383,8 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi may ayında (488051,2 min ABŞ dolları), aşağı həddi isə mart ayında (356627,3 min ABŞ dolları) olmuşdur;
- may ayında ixrac əməliyyatlarının həcmi aprel ayı ilə müqayisədə 104669,3 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 106651,6 min ABŞ dolları həcmində artmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 31970,3 min ABŞ dolları, idxal əməliyyatlarında isə 24637,2 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 68046,5 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 125,04% təşkil etmiş və ya 13628,3 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2007-ci ilin ilk 5 ayı ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,01% |
-0,33% |
| 21 (SDV ilə hesablaşma) |
-63,57% |
-60,32% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-3,16% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,58% |
-3,56% |
| 51 (barter sazişi) |
-0,01% |
-0,00% |
| 78 (kompen.öhdəliklər hesabına) |
-29,04% |
-0,00% |
| 80 (digərləri) |
-5,80% |
-32,61% |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin ilk 5 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 48,34% (2006-cı ilin ilk 5 ayının ixracına nisbətən 61,72%), neft məhsulları - 26,51% (77,06%), alüminium və ondan hazırlanan məmulatlar - 1,89% (123,89%), bitki və heyvan mənşəli yağlar - 1,89% (146,21%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,62% (153,29%), kimya sənayesi məhsulları - 1,56% (33,87%), meyvə-tərəvəz - 1,33% (61,11%), alkoqollu və alkoqolsuz içkilər - 0,52% (206,72%), pambıq - 0,51% (46,59%), tütün və tütün məmulatları - 0,18% (32,18%) təşkil edir. Qalan əmtəələrin payına 15,66% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 27,92% (2006-cı ilin ilk 5 ayının idxalına nisbətən 114,30%), qara metallar və onlardan hazırlanan məmulatlar - 13,97% (174,44%), ərzaq məhsulları - 12,12% (155,14%), nəqliyyat vasitələri və onların hissələri - 11,94% (167,27%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 2,58% (24,69%), əczaçılıq məhsulları - 1,47% (154,22%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,28% (106,64%), xalq istehlakı malları - 0,93% (72,27%), mebel - 0,64% (119,15%) təşkil edir. Qalan əmtəələrin payına 27,14% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı Dəyəri (min ABŞ dolları) 2006-cı ilin 5 ayına netto çəki nisb.%-lə
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilin 5 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.11.2007-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
2076415,4 t |
900112,9 |
|
| -Şimal boru kəməri ilə |
1030956,0 t |
| |
| -Supsa boru kəməri ilə |
0,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
10716449,7 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.06.2007-ci ilə qədər
yola salınan xam neft(şərti YGB) |
2431021,3 t |
| |
| 2) Neft emal məhsulları |
914430,3 t |
493654,9 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
889572,4 t |
483190,6 |
|
| - digərləri |
24857,9 t |
10464,3 |
|
2.1) 01.06.2007-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
0,0t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
27343,0t |
35175,3 |
136,4 % |
| 4) Spirtli içkilər |
6931517,2L |
9560,3 |
187,8 % |
| 5)Tütün; |
1619,5 t |
1355,2 |
54,0% |
| 6) Tütün məmulatı |
359160,0 mln.əd |
2055,7 |
26,1 % |
| 7) Qara metallar |
39619,6 t |
16510,8 |
177,9 % |
| 8) Alüminium |
14391,1 t |
35207,8 |
105,3 % |
| 9) Çay |
2433,4 t |
6633,9 |
95,0 % |
| 10) Pambıq mahlıcı |
10770,5 t |
9485,0 |
44,9 % |
| 11) Elektrik enerjisi |
225,1mln kvt*s |
4148,0 |
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-ci ilin 5 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
11399 t |
7134,3 |
207,3% |
| 2) Buğda |
503473,2 t |
77249,2 |
122,1% |
| 3) Un |
340,4 t |
122,7 |
10,4% |
| 4) Şəkər |
134951,8 t |
43839,7 |
323,6% |
| 5) Yağ |
41580,9t |
23039,5 |
98,0% |
| - kərə yağı |
3913,0t |
4508,4 |
|
| - bitki və heyvan mən.yağ |
37667,9 t |
18531,1 |
|
| - humanitar yardım |
40,8 t |
78,1 |
|
| 6) Çay |
4755,4t |
7960,3 |
140,2% |
| 7) Spirt |
276444,2L |
286,6 |
115,0 % |
| 8) Spirtli içkilər |
6490469,3 L |
7747,1 |
223,9 % |
| 9) Tütün məmulatı |
3966482,8 mln. əd. |
57398,9 |
137,7 % |
| 10) Qara metallar |
197075,8 t |
43975,5 |
196,6 % |
| 11) Minik avtomobilləri | | | |
| -YGB əsasında |
11798əd. |
90738,5 |
103,9% |
| -GMO əsasında |
13409əd. |
62907,9 |
|
| 12) Neft məhsulları |
34817,6 t |
23926,5 |
|
| 13) Elektrik enerjisi |
576,1 mln. kvt*s |
16947,9 |
|
| 14) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
470081,3 min kub.m |
51757,3 |
|
Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (2076415,4 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (874527,9 ton (95,64%)), "Az Trans Reil" MMC (24841,4 ton (2,72%)), "Caspian Petrol-1" firması (9639,6 ton (1,05%)) və "Monolit LTD" firması (3587,1 ton (0,39%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 1448713,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 77,80%) çıxarmışlar, o cümlədən, 1410104,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 97,33%) və 38542,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 2,66%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1285672,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 64,10%) gətirilmişdir. Onlardan 821843,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 63,92%), 435125,2 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 33,84 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 163041,6 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 91,17%); alüminium və alüminium məmulatları (2,41%); qara metallar (1,11%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,10%); avadanlıqlar və mexaniki qurğular (0,78%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 27,99%); qara metallardan məmulatlar (13,42%); elektrik maşınları və avadanlıqları, onların hissələri (9,03%); quru nəqliyyat vasitələri (8,66%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,32%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 413418,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 22,20%) çıxarmışlar, o cümlədən, 164509,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 39,79%), 223642,1 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 54,10%), 25159,6 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 6,09%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 720193,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 35,90%) gətirilmişdir. Onlardan 587064,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,51%), 82860,9 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,51 %), 42237,2 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 5,86%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 306774,9 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 22,35%); gəmilər, qayıqlar və digər üzən vasitələr (22,16%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (16,66%); heyvan və ya bitki mənşəli piylər və yağlar (8,48%); qeyri-üzvi kimya məhsulları (3,62%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 11,22%); quru nəqliyyat vasitələri (10,20%); mineral yanacaq (9,73%); qara metallardan məmulatlar (8,82%); elektrik maşınları və avadanlıqları, onların hissələri (6,10%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
459354,28 |
24,67 |
| Türkiyə |
241169,17 |
12,95 |
| İran |
198423,79 |
10,66 |
| Rusiya |
170993,33 |
9,18 |
| Çili |
114629,14 |
6,16 |
| Qazaxıstan |
107666,01 |
5,78 |
| Gürcüstan |
97719,61 |
5,25 |
| Fransa |
75355,47 |
4,05 |
| Braziliya |
69064,49 |
3,71 |
| Koreya Resp. |
61958,05 |
3,33 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi idxala nisb.%-lə |
| Rusiya |
355312,72 |
17,71 |
| Türkiyə |
196005,22 |
9,77 |
| Ukrayna |
195189,88 |
9,73 |
| Almaniya |
158831,16 |
7,92 |
| B.Britaniya |
137699,95 |
6,86 |
| Yaponiya |
101197,02 |
5,05 |
ABŞ |
88774,45 |
4,43 |
| Çin |
82861,99 |
4,13 |
| Qazaxıstan |
70845,28 |
3,53 |
| İtaliya |
63256,75 |
3,15 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 7351 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2870-i hüquqi, 4481-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1491185,6 min ABŞ dolları (80,08%), özəl sektorun payı 353959,3 min ABŞ dolları (19,01%), fiziki şəxslərin payı isə 16987,8 min ABŞ dolları (0,91%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 531660,8 min ABŞ dolları (26,51%), özəl sektorun payı 1361146,9 min ABŞ dolları (67,86%), fiziki şəxslərin payı isə 113058,2 min ABŞ dolları (5,64%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
|
|
|