Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2003-cü ilin 6 ayı ərzində respublikanın xarici iqtisadi fəaliyyətinin vəziyyəti


2003-cü ilin I yarımili ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 109 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 2113302,4 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 981736,5 min ABŞ dolları dəyərində 779 adda mal ixrac, 1131566,0 min ABŞ dolları dəyərində 4279 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 149829,5 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,

-elektrik enerjisinin Rusiya Federasiyasına, Gürcüstan Respublikasına və İran İslam Respublikasına qarşılıqlı ötürülməsi ilə ixracı 1998.2 min ABŞ dolları və həmin ölkələrdən isə idxal 577.5 min ABŞ dolları təşkil etmişdir;

-respublikaya 19584,9 min ABŞ dolları dəyərində 12711,7 ton dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmannasız kömək, humanitar yük və texniki yardım daxil olmuşdur.

2002-ci ilin I yarımilinə nisbətən 2003-cü ilin I yarımilində ixrac əməliyyatlarının həcmi 6.25% (57755,4 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 57.69% (413999,5 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, avadanlıqlar və texniki qurğuların, elektrik maşınları və onların hissələrinin, poliqrafiya sənayesinin məmulatlarının, qara metallar, kimyəvi maddələr və başqa malların idxalı hesabına artmışdır.

2003-cü ilin iyun ayında idxal əməliyyatlarının həcmi 271793,22 min ABŞ dolları olmuşdur və 2002-ci ilin iyun ayı ilə müqayisədə 146,5% və ya 161510,9 min ABŞ dolları artmışdır.

Müvəqqəti ixrac rejimində 30339,4 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 112159,1 min ABŞ dolları dəyərində mal isə müvəqqəti idxal olunmuşdur.

2003-cü ilin I yarımili ərzində 80961 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 8035.0 min ton yük daşınmışdır. Bunlardan 4702.6 min tonu (21495 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 3332.4 min tonu (59466 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür. Əsasən dəmir yolu (38712 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından (29206 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.

Tranzit rejimində Azərbaycan Respublikası ərazisindən 4633073.3 ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Gürcüstan (3974732.0t), Tacikistan (101412.5t), Kipr (193635.0t), Türkmənistan (146740.3t), Türkiyə (36491.9t) Respublikalarına, Rusiya Federasiyasına (97124.2t) və İsveçrəyə (21702.5t) göndərilmişdir.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 26841.0 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.

2003-cü ilin I yarımili ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:

İxrac əməliyyatlarının həcminin yüksək həddi mart ayında (439990.4 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (60983.7 min ABŞ dolları) olmuşdur;

-İdxal əməliyyatlarının həcminin yüksək həddi iyun ayında (271793.2 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (135738.4 min ABŞ dolları) olmuşdur;

-İyun ayında ixrac əməliyyatlarının həcmi may ayına nisbətən 25419.4 min ABŞ dolları həcmində artmışdır;

-İyun ayında idxal əməliyyatlarının həcmi may ayına nisbətən 80891.5 min ABŞ dolları həcmində artmışdır;

-İxracda orta aylıq azalma 9997.4 min ABŞ dolları, idxalda isə orta aylıq artım 27211.0 min ABŞ dolları olmuşdur.

İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2003-cü ilin I yarımili ərzində 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda:
İdxalda:
01 (milli valyuta ilə hesablaşma)
-0.79%
0.02%
21 (SD ilə hesablaşma)
65.59%
-52.13%
23 (dövlət krediti üzrə hesablaşma)
-0.00%
-3.30%
41 (qapalı dövriyyəli valyuta)
-0.89%
-3.08%
51 (barter sazişi)
-0.22%
-0.8%
78(kompensiasialı öhdəlik. hesab.)
-27.14%
-0.00%
80 (digərləri)
-5.37%
-41.40%

Saziş növlərinin təhlili göstərir ki, keçən illə müqayisədə ixrac əməliyyatlarında kompensasiyalı öhdəliklər hesabına sərbəst dönərli valyuta ilə hesablaşmalar əsasında malların keçirilməsinin (78) xüsusi çəkisi artmışdır. İdxal və ixrac əməliyyatlarında sərbəst dönərli valyuta ilə hesablaşmalara (21) və digər sazişlərə (80) daha çox üstünlük verilmişdir. Qapalı dövriyyəli valyuta (41) və barter sazişinin (51) xüsusi çəkisi aşağı düşmüşdür.

Barter əməliyyatlarının təhlili göstərir ki, 2003-cü ilin I yarımili ərzində ixrac əməliyyatlarının həcmi idxaldan 1293.4 min ABŞ dolları çox olmuşdur. Barter əməliyyatları üzrə ixracda orta aylıq azalma 114.7 min ABŞ dolları olmuş, idxalda isə orta aylıq azalma 24.7 min ABŞ dolları təşkil etmişdir.

Uzaq xarici ölkələr üzrə ixracda barter əməliyyatları 1958.8 min ABŞ dolları (ümumi ixraca nisbətən 0.20%), idxalda isə 713.9 min ABŞ dolları (ümumi idxala nisbətən 0.06%) təşkil etmişdir. MDB dövlətləri üzrə ixracda barter əməliyyatları 187.4 min ABŞ dolları (ümumi ixraca nisbətən 0.02%), idxalda isə 138.9 min ABŞ dolları (ümumi idxala nisbətən 0.01%) olmuşdur.

İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2002-ci ilin I yarımili ilə müqayisə statistik dəyərə görə aparılmışdır):

İdxalda: ərzaq məhsulları-11.59% (2002-ci ilin I yarımilinə nisbətən 123.15%), neft qazı və digər qazaoxşar karbohidrogenlər-10.97% (96.95%), xalq istehlak malları-1.37% (131.95%), maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri-24.20% (166.10%), nəqliyyat vasitələri və onların hissələri-10.07% (197.06%), qara metallar və onlardan hazırlanan məmulatlar-19.18% (406.34%), mebel-0.79% (169.38%), meşə materialları-1.20% (143.54%), toxum-0.02% (56.14%), kübrə-0.24% (81.55%) təşkil edir. Qalan əmtəələrin payına 20.36% düşür.

İxracda: xam neft-65.44% (2002-ci ilin I yarımilinə nisbətən 100.41%), neft məhsulları-19.44% (116.94%), qara metallar və onlardan hazırlanan məmulatlar-1.43% (163.71%), spirtli və spirtsiz içkilər-0.26% (242.69%), kimya məhsulları-2.41% (261.16%), pambıq-1.16% (104.96%), tütün və tütün məmulatları-0.39% (30.46%), əlvan metallar- 0.65% (544.43%), çay-0.20% (106.75%) təşkil edir. Qalan əmtəələrin payına 8.61% düşür.
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2002-ci ilin ilk4 ayınanetto çəki. nisb.%-lə
1. Ət və ət məhsulları
11072.0 t  
6643.4
104.8%
-o cümlədən hum. yardım
73.4 t  
473.0
2. Buğda
381618.3 t
47026.4  
98.4%
-o cümlədən hum. yardım
9276.2t
1191.9
 
3. Un
2469.8t
418.9
50.8%
-o cümlədən hum. yardım
396.7t
48.0
4. Şəkər
42065.4 t
  8788.4  
95.2%
5. Yağ
34011.2 t  
20295.5
179.5%
-kərə yağı
6660.0 t
  7686.4
-bitki və heyvan mənş. yağlar
27351.3 t
12609.1
-o cümlədən hum. yardım
478.5 t
330.6
6. Çay
2449.8 t
5917.7
90.6%
7. Spirt
569103.4 L
512.3
  120.9%
8. Spirtli içkilər
1020563.5 L
1241.0
116.5%
9. Tütün məmulatı
533562.1 min əd.
4078.7
  236.8%
10. Minik avtomobilləri
-YGB əsasında rəsmiləşdirilmiş
  6652 əd.
26800.3
167.9%
-GMO əsasında rəsmiləşdirilmiş
2757 əd.
11543.6
11. Toxum
578.9
282.6
54.8%
12. Gübrə
28380.9 t
2719.3
87.2%
13. Neft məhsulları
7736.5 t
8495.4
14. Elektrik enerjisi
1069719.5min kvt/s
26028.5
-o cümlədən, elektrik enerji sinin qarşılıqlı ötürülməsi
63014.3 min kvt/s
577.5
 
15. Neft qazı və digər qazaoxşar karbohidrogenlər
2336661.3 min kub.m
124184.4
 
2043.8 t 
216.7
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2002-ci ilin ilk 4 ayınanetto çəki. nisb.%-lə
1. Neft (xam)
3299115.6 t
642457.5
1.1 Boru kəməri ilə 01.05.2003-cü ilə qədər gedən xam neft
(sayğac göstəricilərinə əsasən)
-şimal boru kəməri ilə
1395492.8 t
-Supsa boru kəməri ilə
905485.6 t  
2. Neft emal məhsulları
905485.6 t
190845.8
o cümlədən, saziş növləri üzrə:
-sərbəst dönərli valyutaya
871498.7 t
183303.4
-milli valyutaya
33946.9 t  
7485.0
a. 01.05.2003-cü ilə qədər şərti bəyan. ilə yola salın. rəsmi- ləşdirilməmiş neft məhsulları
134798.1 t
3. Bitki və heyvan mənşəli yağlar
21942.2 t  
18356.8
  537.2%
4. Spirtli içkilər
4162018.0 L
1976.9
149.8%
5. Tütün
3202.1 t  
2631.5  
52.6%
6. Tütün məmulatı
240480.0 min əd.
1178.9  
11.49%
7. Qara metallar
56565.5 t  
12512.6
179.4%
8 Çay
927.1 t
1988.6
  107.8%
9. Pambıq mahlıcı və tullantıları
13457.4 t
11362.0  
11362.0  
10. Elektrik enerjisinin qarşılıqlı ötürülməsi
268522.2 min kvt/s
4094.5
-o cümlədən,elektrik enerji- sinin qarşılıqlı ötürülməsi
128773.8 min kvt/s
128773.8 min kvt/s
İxrac olunan xam neftin 1363021.2 tonu (41.31%) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin, 1906291.3 tonu (57.78%) Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsinin və 29803.1 tonu (0.90%) "Şirvan Oyl" MMM-nin payına düşür.

Neft məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi (461617.7 ton (50.98%)), Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (402583.2 tonu (44.46%)) və "Azal Oil" müəssisəsi (32979.9 tonu (3.64%)) üstünlük təşkil edir.

Respublikanın rezident və qeyri-rezidentləri uzaq xarici ölkələrə (MDB ölkələrindən başqa) 853047.3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 86.89%) çıxarmışlar, o cümlədən 1958.8 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.23%), 560458.4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 65.70%) və 266470.7 min ABŞ dolları dəyərində mal kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 31.24%) çıxarılmışdır.

Eyni zamanda respublikaya uzaq xarici ölkələrdən 754482.5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66.68%) gətirilmişdir. Onlardan 713.93 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən 0.09%), 263590.6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 34.94%), 36921.12 min ABŞ dolları dəyərində əmtəə isə dövlət krediti üzrə (idxala nisbətən 4.89%) və 452233.7 min ABŞ dolları dəyərində digər saziş növləri ilə (idxala nisbətən 59.94%) gətirilmişdir.
Uzaq xarici ölkələr üzrə müsbət saldo 98564.9 min ABŞ dolları təşkil edir.

Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 128689.2 min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən 13.11%) çıxarmışlar, o cümlədən, 187.4 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.15%), 83419.3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 64.82%), 30914.7 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 24.02%), 5217.6 min ABŞ dolları dəyərində əmtəə milli valyuta ilə hesablaşmalarla (ixraca nisbətən 4.05%) çıxarılmışdır.

Eyni zamanda, respublikaya MDB ölkələrindən 377083.5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 33.32%) gətirilmişdir. Onlardan 138.9 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən 0.04%), 326321.5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 86.54%), 33922.4 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 9.00%) və 16140.2 min ABŞ dolları dəyərində digər saziş növləri ilə (idxala nisbətən 4.28%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 248394.4 min ABŞ dolları təşkil edir.

Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakılarını göstərmək olar.
İxracda:
İdxalda:
Ölkənin adı
min Abş dolları
ümumi ixraca nisb.%-lə
Ölkənin adı
min ABŞ dolları
ümumi idxala nisb.%-lə
İtaliya
473129.48
48.19
Rusiya
160014,48
14,14
Yunanıstan
66059.27
6,73
Böyük Britaniya
149536,67
13,22
İsrail
63356,09
6,45
Türkmənistan
103383,22
9,14
Abş
58812,18
5,99
Türkiyə
89002,70
7,87
Rusiya
55129,87
5,62
Almaniya
79252,86
7,00
Fransa
46340,03
4,72
Qazaxıstan
60570,79
5,35
Gürcüstan
43616,19
4,44
Yaponiya
55692,32
4,92
Türkiyə
41819,68
4,26
Malaziya
53592,16
4,74
İspaniya
28410,19
2,89
ABŞ
51760,12
4,57
İran
25051,76
2,55
Ukrayna
43838,20
3,87
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.

Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə 3983 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2074 dövlət və özəl müəsisə, 1909 isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 618867.0 min ABŞ dolları (63.04%), özəl sektorun payı 354938.8 min ABŞ dolları (36.15%), fiziki şəxslərin payı isə 7930.7 min ABŞ dolları (0.81%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 302891.1 min ABŞ dolları (26.80%), özəl sektorun payı 742323.2 min ABŞ dolları (65.60%), fiziki şəxslərin payı isə 86351.6 min ABŞ dolları (7.63%) olmuşdur.

DGK Statistika və İnformasiya

Texnologiyaları İdarəsi

Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb