| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2006-cı ilin I yarımili ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin I yarımili ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 123 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 5041698,6 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 2924059,1 min ABŞ dolları dəyərində 1675 adda mal ixrac, 2117639,5 min ABŞ dolları dəyərində 4979 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 806419,6 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 22673,7 min ABŞ dolları dəyərində 13524,9 ton əmtəə
dövlət, hökümət və beynalxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2005-ci ilin I yarımilinə nisbətən 2006-cı ilin I yarımilində ixrac əməliyyatlarının həcmi 123,02% (1612948,2 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 0,81% (17028,1 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən avadanlıqlar, texniki qurğuların hissələri, təbii qazın, quru nəqliyyat vasitələri, qara metaldan hazırlanan məmulatlar, dənli bitkilər, tütün məmulatları və başqa malların idxalı hesabına artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 17746,1 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 153421,8 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2006-cı ilin I yarımili ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 12165,1 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 141,3% təşkil etmişdir. Bunlardan 6745,5 min ton ixrac, 5419,6 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (3637,1 min ton), dəmiryolu (637,4 min ton), avtomobil (251,8 min ton) və stasionar nəqletmə (boru kəməri) (2210,9 min ton) nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (111,9 min ton), dəmiryolu (3024,2 min ton), avtomobil (526,5 min ton), hava (13,8 min ton) və stasionar nəqletmə (boru kəməri) (1726,7 min ton) nəqliyyatına üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti daşınmaların yalnız yük gömrük bəyannamələri əsasında rəsmiləşdirilməsi halı üçün nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 87421 (əlavə vərəqlə birlikdə 116494) ədəd yük gömrük bəyannaməsi (YGB) rəsmiləşdirilmişdir. Bunlardan 19277 (əlavə vərəqlə birlikdə 22029) ədəd ixrac, 68144 (əlavə vərəqlə birlikdə 94465) ədəd idxal YGB-dir. 2006-cı ilin I yarımilinda YGB-lərin ümumi sayı 2005-ci ilin müvafiq dövrünə nisbətən 109,2% təşkil etmiş və ya 7385 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda artım 3165 (119,6%) ədəd, idxalda isə artım 4220 (106,6%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 3161,8 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (952,4 min ton), İtaliya (776,9 min ton), Gürcüstan (617,7 min ton), Tacikstan (159,7 min ton), Kipr (112,3 min ton), İran (95,8 min ton), Rusiya (92,5 min ton), Türkmənistan (87,7 min ton) və Türkiyəyə (86,9 min ton) göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 68,9% olmuş və ya 1430,6 min ton azalmışdır.
2006-cı ilin I yarımili ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi may ayında (1085732,7 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (236601,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi iyun ayında (450191,8 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (253208,0 min ABŞ dolları) olmuşdur;
- iyun ayında ixrac əməliyyatlarının həcmi may ayı ilə müqayisədə 634138,2 min ABŞ dolları həcmində azalmış, idxal əməliyyatlarının həcmi isə 41320,4 min ABŞ dolları həcmində artmışdır;
- ixrac əməliyyatlarında orta aylıq artım 42998,5 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 39396,8 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 67585,8 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 133,02% təşkil etmiş və ya 16777,2 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2006-cı ilin I yarımili ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) | -0,00% |
-0,03% |
| 21 (SDV ilə hesablaşma) |
-66,40% |
-65,05% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-1,24% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,21% |
-4,02% |
| 51 (barter sazişi) |
-0,01% |
-0,00% |
| 78 (kompen.öhdəliklər hesabına) |
-36,46% |
-0,00% |
| 80 (digərləri) |
-5,92% |
-29,64% |
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2005-ci ilin I yarımilinə nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 56,62% (2005-ci ilin I yarımilinın ixracına nisbətən 318,22%), neft məhsulları - 26,76% (169,51%), kimya sənayesi məhsulları - 3,49% (187,98%), meyvə-tərəvəz - 2,23% (169,10%), alüminium və ondan hazırlanan məmulatlar - 1,19% (126,69%), bitki və heyvan mənşəli yağlar - 1,03% (71,92%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,83% (93,14%), pambıq - 0,81% (154,94%), tütün və tütün məmulatları - 0,41% (116,08%), alkoqollu və alkoqolsuz içkilər - 0,20% (174,83%) təşkil edir. Qalan əmtəələrin payına 6,42% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 31,29% (2005-ci ilin I yarımilinın idxalına nisbətən 76,92%), neft qazı və diğər qazaoxşar karbohidrogenlər - 11,67% (152,52%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,57% (96,32%), ərzaq məhsulları - 8,92% (112,34%), nəqliyyat vasitələri və onların hissələri - 8,66% (124,23%), xalq istehlakı malları - 1,44% (93,65%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,36% (120,89%), əczaçılıq məhsulları - 1,06% (175,56%), mebel - 0,61% (82,87%) təşkil edir. Qalan əmtəələrin payına 25,42% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2005-ci ilin ilk 6 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.06.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
4194011,2t |
1655671,8 |
|
| -Şimal boru kəməri ilə |
2354767,0 t |
| |
| -Supsa boru kəməri ilə |
3540875,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
1777632,0 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.06.2006-cı ilə qədər
yola salınan xam neft(şərti YGB) |
3224184,3 t |
| |
| 2) Neft emal məhsulları |
1702252,6t |
782426,1 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
1646769,7 t |
754246,4 |
|
| - digərləri |
55482,9 t |
28179,6 |
|
| 2.1) 01.06.2006-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
217707,9 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
25339,1 t |
30211,0 |
71,7 % |
| 4) Spirtli içkilər |
4607915,3 L |
5636,3 |
110,4 % |
| 5) Tütün |
3385,3 t |
2619,5 |
90,6 % |
| 6) Tütün məmulatı |
1578,3 mln.əd |
9464,1 |
124,0 % |
| 7) Qara metallar |
27546,1 t |
8631,3 |
40,7 % |
| 8) Alüminium |
16266,2 t |
34700,2 |
97,7 % |
| 9) Çay |
2968,7 t |
8403,8 |
91,7 % |
| 10) Pambıq mahlıcı |
27993,4 t |
23815,3 |
148,3 % |
| 11) Elektrik enerjisi |
572,9 mln kvt*s |
9258,5 |
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2005-ci ilin ilk 6 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
7466,7 t | 5351,6 | 46,1% |
| 2) Buğda |
467570,1 t | 62494,9 | 123,1% |
| 3) Un |
3299,4 t | 876,6 | 112,3% |
| - humanitar yardım |
2992,8 t | 782,0 | |
| 4) Şəkər | 57726,9 t | 17866,0 | 71,1% |
| - humanitar yardım |
399,5 t | 352,6 | |
| 5) Yağ |
48974,3 t | 27099,1 | 100,6% |
| - kərə yağı |
3420,6 t | 4128,2 | |
| - bitki və heyvan mən.yağ |
45553,6 t | 22970,9 | |
| - humanitar yardım |
256,0 t | 277,3 | |
| 6) Çay |
3954,6 t | 7189,9 | 109,1 % |
| 7) Spirt |
250423,2 L | 234,7 | 29,3 % |
| 8) Spirtli içkilər |
3933767,7 L | 5421,7 | 133,6 % |
| 9) Tütün məmulatı |
7237,3 mln. əd. | 45410,6 | 280,8% |
| 10) Qara metallar |
143345,9 t | 45554,0 | 114,5% |
| 11) Minik avtomobilləri | | | |
| -YGB əsasında | 13256 əd. | 92057,4 | 93,3% |
| -GMO əsasında |
12400 əd. | 64283,0 | |
| 12) Neft məhsulları |
59501,5 t | 34283,3 | |
| 13) Elektrik enerjisi |
628,1 mln. kvt*s | 21797,6 | |
| 14) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
2426864,4 min kub.m | 247111,7 |
|
Xam neft Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (2179454,5 ton (51,97%)), Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (1984681,0 ton (47,32%)) və "Şirvan Oil" birgə məhdud məsuliyyətli müəssisə (29875,8 ton (0,81%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (1512171,9 ton (88,83%)), "Azneftyağ" İstehsalat Birliyi (86194,8 ton (5,06%)), "Middle East Petrol Farm FZE" şirkətinin Azərbaycandakı filialı (55479,9 ton (3,26%)) və "Monolit-D" firması (14855,6 ton (0,87%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 2512048,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 85,91%) çıxarmışlar, o cümlədən, 1670255,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 66,49%) və 773641,0 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 30,80 %), 67642,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 2,69%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1342061,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 63,38%) gətirilmişdir. Onlardan 749694,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 55,86%), 566236,5 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 42,19%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 1169986,8 min ABŞ dolları təşkil etmişdir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 92,62%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,75%); alüminium və alüminum məmulatları (1,38%); meyvə (0,81%); qeyri-üzvi kimya məhsulları (0,62%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə Respublikaya əsasən avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 30,03%); elektrik maşınları və avadanlıqları, onların hissələri (14,10%); qara metallardan məmulatlar (10,02%); quru nəqliyyat vasitələri (7,29%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (2,65%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 412011,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 14,09%) çıxarmışlar, o cümlədən, 271227,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 65,83%), 105322,8 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 25,56%), 35444,4 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 8,60%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 775578,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 36,62%) gətirilmişdir. Onlardan 627875,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 80,96%), 82813,1 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 10,68 %), 61390,9 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 7,92%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 363567,3 min ABŞ dolları təşkil etmişdir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 30,96%), qeyri-üzvi kimya məhsulları (16,49%); gəmilər, qayıqlar və digər üzən vasitələr (9,30%); heyvan və ya bitki mənşəli piylər və yağlar (6,99%); tərəvəz (6,79%) ixrac edilmişdir.
MDB ölkələrindən Respublikaya təhlil olunan müddət ərzində təbii qaz (idxala nisbətən 37,24%); quru nəqliyyat vasitələri (8,86%); dənli bitkilər (8,35%); duz; kükürd; torpaq və daş, suvaq materialı, əhəng və sement (5,26%); avadanlıqlar və mexaniki cihazlar (5,14%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
1442182,25 |
49,32 |
| İsrail |
309142,58 |
10,57 |
| Türkiyə |
174695,83 |
5,97 |
| Rusiya |
140065,13 |
4,79 |
| İran |
136786,07 |
4,68 |
| Gürcüstan |
121834,43 |
4,17 |
| Rumıniya |
79638,10 |
2,72 |
| Tacikistan |
680,45,69 |
2,33 |
| Koreya Resp. |
67466,77 |
2,31 |
| Qazaxıstan |
58247,43 |
1,99 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Rusiya |
482316,52 |
22,78 |
| B.Britaniya |
219371,56 |
10,36 |
| Türkiyə |
155215,94 |
7,33 |
| Almaniya |
139132,25 |
6,57 |
| Çin |
103565,59 |
4,89 |
| Ukrayna |
101914,21 |
4,81 |
| ABŞ |
78408,12 |
3,70 |
| Qazaxıstan |
76241,41 |
3,60 |
| İşveç |
72022,19 |
3,40 |
| İtaliya |
67454,62 |
3,19 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 6946 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2856-sı hüquqi, 4090-ı isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1846147,9 min ABŞ dolları (63,14%), özəl sektorun 1038520,8 min ABŞ dolları (35,52%), fiziki şəxslərin payı isə 39390,3 min ABŞ dolları (1,35%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 616382,1 min ABŞ dolları (29,11%), özəl sektorun payı 1367908,7 min ABŞ dolları (64,60%), fiziki şəxslərin payı isə 133348,7 min ABŞ dolları (6,30%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
|
|
| Rəsmi məlumatlar |
Arxiv |
|
19.07.2008
Azərbaycan iqtisadiyyatı yüksək dinamizmlə inkişaf edir Respublikamızın qazandığı yüksək nəticələr, şübhəsiz, dövlət idarəçiliyinin formalaşmış çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə, demokratikləşmə proseslərinə sadiqliyini sübuta yetirmişdir.
|
 Daha ətraflı |
|
|
|
|
19.07.2008
Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də ölkəmizdə Konstitusiya Məhkəməsinin yaradılmasının 10-cu ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.
|
 Daha ətraflı |
|
|
|
|