2007-ci ilin I yarımili ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin I yarımili ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 127 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 4986112,2 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 2532029,4 min ABŞ dolları dəyərində 1910 adda mal ixrac, 2454082,9 min ABŞ dolları dəyərində 5844 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 77946,5 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 20669,3 min ABŞ dolları dəyərində 14808,5 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin I yarımilinə nisbətən 2007-ci ilin I yarımilində ixrac əməliyyatlarının həcmi 13,41% (392092,0 min ABŞ dolları) azalmış, idxal əməliyyatlarının həcmi isə 15,85% (335814,6 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 47418,4 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 164212,1 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2007-ci ilin I yarımili ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 9495,7 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 78,06% təşkil etmişdir. Bunlardan 5005,0 min ton ixrac, 4490,7 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (420,0 min ton), dəmiryolu (1541,6 min ton), avtomobil (376,8 min ton), hava (2,3 min ton) və stasionar nəqletmə (boru kəməri) (2659,7 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (66,4 min ton), dəmiryolu (3382,7 min ton), avtomobil (667,4 min ton), hava (12,0 min ton) və stasionar nəqletmə (boru kəməri) (336,1 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 103646 (əlavə vərəqlə birlikdə 137600) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 21061 (əlavə vərəqlə birlikdə 23811) ədəd ixrac, 82585 (əlavə vərəqlə birlikdə 113789) ədəd idxal YGB-dir. 2007-ci ilin I yarımilində YGB-lərin ümumi sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 118,56% təşkil etmiş və ya 16225 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 1784 (109,25%) ədəd, idxalda isə artım 12328 (122,09%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 2597,1 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (776,1 min ton), İtaliya (636,7 min ton), Gürcüstan (571,0 min ton), Tacikistan (221,0 min ton), İran (109,2 min ton), Türkiyə (86,2 min ton), Rusiya (81,7 min ton), Türkmənistan (66,5 min ton) və Qazaxıstan (26,2 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 82,14% olmuş və ya 540,2 min ton azalmışdır.
2007-ci ilin I yarımili ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyun ayında (669904,3 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154383,8 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi may ayında (489603,3 min ABŞ dolları), aşağı həddi isə mart ayında (356627,3 min ABŞ dolları) olmuşdur;
- iyun ayında ixrac əməliyyatlarının həcmi may ayı ilə müqayisədə 146031,7 min ABŞ dolları həcmində artmış, idxal əməliyyatlarının həcmi isə 42935,9 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 54781,1 min ABŞ dolları, idxal əməliyyatlarında isə 11433,0 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 82074,8 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 121,44% təşkil etmiş və ya 14489,0 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2007-ci ilin I yarımili ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda
İdxalda
01 (milli valyuta ilə hesablaşma)
-0,01%
-0,43%
21 (SDV ilə hesablaşma)
-86,26%
-71,39%
23 (dövlət krediti üzrə hesablaşma)
-0,00%
-1,02%
41 (qapalı dövriyyəli valyuta)
-1,98%
-4,34%
80 (digərləri)
-11,75%
-22,82%
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin I yarımilinə nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 49,75% (2006-cı ilin I yarımilinın ixracına nisbətən 76,09%), neft məhsulları - 27,24% (88,15%), meyvə-tərəvəz - 1,97% (76,55%), bitki və heyvan mənşəli yağlar - 1,70% (142,25%), alüminium və ondan hazırlanan məmulatlar - 1,65% (120,70%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,46% (152,69%), kimya sənayesi məhsulları - 1,44% (35,78%), alkoqollu və alkoqolsuz içkilər - 0,43% (186,95%), pambıq - 0,42% (45,08%), tütün və tütün məmulatları - 0,17% (34,69%) təşkil edir. Qalan əmtəələrin payına 13,76% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 28,55% (2006-cı ilin I yarımilinın idxalına nisbətən 105,59%), nəqliyyat vasitələri və onların hissələri - 13,24% (177,59%), qara metallar və onlardan hazırlanan məmulatlar - 12,49% (151,26%), ərzaq məhsulları - 11,59% (150,45%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 2,11% (20,95%), əczaçılıq məhsulları - 1,51% (164,75%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,32% (111,80%), xalq istehlakı malları - 0,95% (76,91%), mebel - 0,60% (114,50%) təşkil edir. Qalan əmtəələrin payına 27,66% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dolları)
2006-cı ilin I yarımilinə netto çəki nisb.%-lə
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.07.2007-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
2787895,1 t
1259798,3
-Şimal boru kəməri ilə
1190600,0 t
-Bakı-Tbilisi-Ceyhan
13117559,6 t
1.2) Dəmiryolu nəqliyyatı
01.07.2007-ci ilə qədər
yola salınan xam neft(şərti YGB)
2742225,2 t
2) Neft emal məhsulları
1307702,2 t
689741,3
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə
1282844,3 t
679277,0
- digərləri
24857,9 t
10464,3
2.1) 01.07.2007-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları
132707,7t
3) Bitki və heyvan mənş.yağ
33324,4t
42976,1
131,5 %
4) Spirtli içkilər
7962354,1L
10826,0
172,8 %
5)Tütün;
1972,7 t
1623,2
58,3%
6) Tütün məmulatı
438860,0 mln.əd
2568,3
27,8 %
7) Qara metallar
47642,2 t
19977,3
172,9 %
8) Alüminium
17514,3 t
41883,5
107,7 %
9) Çay
2758,6 t
7420,7
92,9 %
10) Pambıq mahlıcı
12137,4 t
10734,8
43,4 %
11) Elektrik enerjisi
225,1mln kvt*s
4148,0
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dolları)
2006-cı ilin I yarımilinə netto çəki nisb.%-lə
1) Ət və ət məhsulları
13540,8 t
8345,0
181,4 %
2) Buğda
590692,3 t
91395,6
126,3%
3) Un
345,4 t
124,1
10,5%
4) Şəkər
155647,1 t
50696,6
269,9%
- humanitar yardım
160,9 t
80,5
5) Yağ
46524,0 t
26232,7
95,0%
- kərə yağı
4720,6t
5423,2
- bitki və heyvan mən.yağ
41803,5 t
20809,5
- humanitar yardım
208,3 t
255,6
6) Çay
5094,3t
8631,3
128,8%
7) Spirt
276444,2L
286,6
110,4%
8) Spirtli içkilər
7352146,4 L
8554,5
186,9 %
9)Tütün;
2052,0 t
3270,1
93,6%
10) Tütün məmulatı
5466910,8 min. əd.
79745,0
155,5 %
11) Qara metallar
241401,7 t
52312,0
168,4 %
12) Minik avtomobilləri
-YGB əsasında
13923əd.
109676,5
105,0%
-GMO əsasında
16032əd.
75779,9
13) Neft məhsulları
37643,7 t
27374,8
14) Elektrik enerjisi
587,6 mln. kvt*s
17366,5
15) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər
470081,3 min kub.m
51770,9
Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (2787895,1 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1257115,0 ton (96,13%)), "Az Trans Reil" MMC (24841,4 ton (1,90%)), "Kaspian Petrol-1" firması (11643,7 ton (0,89%)) və "Petrosilex" MMC (3923,0 ton (0,30%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 2019326,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 79,75%) çıxarmışlar, o cümlədən, 1975125,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 97,81%) və 44098,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 2,18%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1559601,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 63,55%) gətirilmişdir. Onlardan 1014851,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 65,07%), 512639,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 32,87 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 459724,6 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 92,23%); alüminium və alüminium məmulatları (2,06%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,04%); qara metallar (0,94%); avadanlıqlar və mexaniki qurğular (0,59%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 27,94%); qara metallardan məmulatlar (11,69%); quru nəqliyyat vasitələri (9,87%); elektrik maşınları və avadanlıqları, onların hissələri (9,03%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,40%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 512702,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 20,25%) çıxarmışlar, o cümlədən, 209040,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 40,77%), 253483,7 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 49,44%), 50052,2 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 9,76%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 894480,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 36,45%) gətirilmişdir. Onlardan 737169,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 82,41%), 101961,9 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,40 %), 47204,7 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 5,28%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 381778,1 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 22,14%); gəmilər, qayıqlar və digər üzən vasitələr (17,93%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (16,95%); heyvan və ya bitki mənşəli piylər və yağlar (8,36%); tərəvəz (6,32%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 10,73%); quru nəqliyyat vasitələri (9,71%); qara metallardan məmulatlar (8,03%); avadanlıqlar və mexaniki qurğular (7,98%); mineral yanacaq (7,95%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
İxracda
İdxalda
Ölkənin adı
Dəyəri (min ABŞ dol.)
Ümumi ixraca nisb.%-lə
İtaliya
480595,63
18,98
Türkiyə
304266,69
12,02
İran
257273,00
10,16
Rusiya
234163,60
9,25
Koreya Resp.
124734,81
4,93
Gürcüstan
122294,77
4,83
Çili
114629,14
4,53
Qazaxıstan
110723,09
4,37
ABŞ
92452,20
3,65
İsrail
90573,48
3,58
Ölkənin adı
Dəyəri (min ABŞ dol.)
Ümumi idxala nisb.%-lə
Rusiya
443491,30
18,07
Ukrayna
250578,77
10,21
Türkiyə
245804,33
10,02
Almaniya
192368,09
7,84
B.Britaniya
184255,76
7,51
Yaponiya
113064,69
4,61
ABŞ
109412,19
4,46
Çin
104396,67
4,25
Qazaxıstan
87659,87
3,57
İtaliya
73015,66
2,98
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 8205 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3075-i hüquqi, 5130-u isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 2078291,2 min ABŞ dolları (82,08%), özəl sektorun payı 412396,1 min ABŞ dolları (16,29%), fiziki şəxslərin payı isə 41342,1 min ABŞ dolları (1,63%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 645472,2 min ABŞ dolları (26,30%), özəl sektorun payı 1668177,5 min ABŞ dolları (67,98%), fiziki şəxslərin payı isə 140433,2 min ABŞ dolları (5,72%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
24.11.2007 Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.
24.11.2007 Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.