Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2003-cü ilin 7 ayı ərzində respublikanın xarici iqtisadi fəaliyyətinin vəziyyət


2003-cü ilin ilk 7 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 110 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 2732689.2 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 1370941.8 min ABŞ dolları dəyərində 859 adda mal ixrac, 1361747.4 min ABŞ dolları dəyərində 4464 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 9194.4 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,

-elektrik enerjisinin Rusiya Federasiyasına, Gürcüstan Respublikasına və İran İslam Respublikasına qarşılıqlı ötürülməsi ilə ixracı 1998.2 min ABŞ dolları və həmin ölkələrdən isə idxal 577.5 min ABŞ dolları təşkil etmişdir;

-respublikaya 22179.6 min ABŞ dolları dəyərində 14783.8 ton dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar yük və texniki yardım daxil olmuşdur.
2002-ci ilin ilk 7 ayına nisbətən 2003-cü ilin ilk 7 ayında ixrac əməliyyatlarının həcmi 33.14% (341213.3 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 57.50% (497162.2 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, avadanlıqlar və texniki qurğuların, elektrik maşınları və onların hissələrinin, poliqrafiya sənayesinin məmulatlarının, qara metallar, kimyəvi maddələr və başqa malların idxalı hesabına artmışdır.

2003-cü ilin iyul ayında idxal əməliyyatlarının həcmi 229015.6 min ABŞ dolları olmuşdur və 2002-ci ilin iyul ayı ilə müqayisədə 155.77% təşkil etmiş və ya 81996.8 min ABŞ dolları artmışdır.

Müvəqqəti ixrac rejimində ölkəmizə 31999.2 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 142933.6 min ABŞ dolları dəyərində mal isə müvəqqəti idxal olunmuşdur.

2003-cü ilin ilk 7 ayı ərzində 95709 ədəd nəqliyyat vasitəsindən istifadə etməklə 10304.8 min ton yük daşınmışdır. Bunlardan 6450.3 min tonu (25088 ədəd nəqliyyat vasitəsi)  ixrac əməliyyatlarının, 3854.4 min tonu (70621 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür. Əsasən dəmir yolu (45653 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından (34389 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.

Tranzit rejimində Azərbaycan Respublikası ərazisindən 5541195.0 ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Gürcüstan (4756480.8 t), Tacikstan (131167.4 t), Kipr (215820.2t), Türkmənistan (172129.6t), Türkiyə (50924.3t) Respublikalarına, Rusiya Federasiyasına (114172.5t), İran İslam Respublikasına (37635.7t) və İsveçrəyə (24007.5t) göndərilmişdir.

Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 32945.7 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.
2003-cü ilin ilk 7 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:

-ixrac əməliyyatlarının həcminin yüksək həddi mart ayında (439990.4 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (60983.7 min ABŞ dolları) olmuşdur;

-idxal əməliyyatlarının həcminin yüksək həddi iyun ayında (272953.6 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (135738.4 min ABŞ dolları) olmuşdur;

-iyul ayında ixrac əməliyyatlarının həcmi iyun ayına nisbətən 265327.7 min ABŞ dolları həcmində artmışdır;

-iyul ayında idxal əməliyyatlarının həcmi iyun ayına nisbətən 43938.0 min ABŞ dolları həcmində azalmışdır;

-ixracda orta aylıq artım 35908.3 min ABŞ dolları, idxalda isə orta aylıq artım 15546.2 min ABŞ dolları olmuşdur.

İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2003-cü ilin ilk 7 ayı ərzində 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda:
İdxalda:
01 (milli valyuta ilə hesablaşma)
-0.57%
  -0.02%
21 (SD ilə hesablaşma)
-56.42%
-50.96%
23 (dövlət krediti üzrə hesablaşma)
  -0.00%
-3.06%
41 (qapalı dövriyyəli valyuta)
-0.77%
-3.00%
51 (barter sazişi)
-0.17%
-0.07%
78(kompensiasialı öhdəlik. hesab.)
-37.95%
-0.00%
80 (digərləri)
-4.12%
-42.89%

Saziş növlərinin təhlili göstərir ki, keçən illə müqayisədə ixrac əməliyyatlarında kompensasiyalı öhdəliklər hesabına sərbəst dönərli valyuta ilə hesablaşmalar əsasında malların keçirilməsinin (78) xüsusi çəkisi artmışdır. İdxal və ixrac əməliyyatlarında sərbəst dönərli valyuta ilə hesablaşmalara  (21) və digər sazişlərə (80) daha çox üstünlük verilmişdir. Qapalı dövriyyəli valyuta (41) və barter sazişinin (51) xüsusi çəkisi aşağı düşmüşdür.

Barter əməliyyatlarının təhlili göstərir ki, 2003-cü ilin 7 ayı ərzində ixrac əməliyyatlarının həcmi idxaldan 1431.8 min ABŞ dolları çox olmuşdur. Barter əməliyyatları üzrə ixracda orta aylıq azalma 65.6 min ABŞ dolları olmuş, idxalda isə orta aylıq azalma 14.4 min ABŞ dolları təşkil etmişdir.

Uzaq xarici ölkələr üzrə ixracda barter əməliyyatları 2173.8 min ABŞ dolları (ixraca nisbətən 0.16%), idxalda isə 713.9 min ABŞ dolları (ümumi idxala nisbətən 0.05%) təşkil etmişdir. MDB dövlətləri üzrə ixracda barter əməliyyatları 187.4 min ABŞ dolları (ümumi ixraca nisbətən 0.01%), idxalda isə 215.4 min ABŞ dolları (ümumi idxala nisbətən 0.02%)olmuşdur.

İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2002-ci ilin ilk 7 ayı ilə müqayisə statistik dəyərə görə aparılmışdır):

İdxalda: ərzaq məhsulları - 10.96% (2002-ci ilin ilk 7 ayına nisbətən 120.64%), neft qazı və digər qazaoxşar karbohidrogenlər -9.85% (96.02%), xalq istehlak malları -1.38% (134.79%), maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri -25.38% (171.17%), nəqliyyat vasitələri və onların hissələri -9.42% (203.50%), qara metallar və onlardan hazırlanan məmulatlar-20.29% (340.05%), mebel -0.83% (176.17%), meşə materialları -1.23% (142.59%), toxum -0.02% (60.99%), gübrə -0.23% (92.92%) təşkil edir. Qalan əmtəələrin payına 20.41% düşür.

İxracda: xam neft - 71.46% (2002-ci ilin ilk 7 ayına nisbətən 142.43%), neft məhsulları -15.57% (105.97%), qara metallar və onlardan hazırlanan məmulatlar- 1.28% (159.67%), spirtli və spirtsiz içkilər-0.20% (214.86%), kimya məhsulları - 2.01% (269.14%), pambıq -1.01% (115.33%), tütün və tütün məmulatları -0.28% (28.86%), əlvan metallar-0.68% (610.71%), çay -0.15% (86.63%) təşkil edir. Qalan əmtəələrin payına 7.35% düşür.

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2002-ci ilin ilk4 ayınanetto çəki. nisb.%-lə
1. Ət və ət məhsulları
13964.4t
81239.6
  108.0%
-o cümlədən hum. yardım
  73.4t
473.0
2. Buğda
423929.2t  
51612.4
95.2%
-o cümlədən hum. yardım
10476.2t
  1347.9
 
3. Un
2585.4t
453.6
47.4%
-o cümlədən hum. yardım
  511.7t
82.5
4. Şəkər
63538.7t  
   11604.6
113.9%
5. Yağ
38179.0t
22788.7
166.5%
-kərə yağı
7431.2t
8522.4
-bitki və heyvan mənş. yağlar
30747.8t
14266.3
-o cümlədən hum. yardım
542.7t
420.2
6. Çay
2705.7t
  6519.9  
84.4%
7. Spirt
637181.7L
573.6  
114.5%
8. Spirtli içkilər
1458325.9L
  1730.4  
136.2%
9. Tütün məmulatı
594898.2 min əd
  5034.5
138.7%
10. Minik avtomobilləri
-YGB əsasında rəsmiləşdirilmiş
  8267 əd.
33787.3
180.7%
-GMO əsasında rəsmiləşdirilmiş
  3444 əd.
14634.5
11. Toxum
  610.8t  
310.0
57.4%
12. Gübrə
  32638.3t
3154.1  
98.3%
13. Neft məhsulları
9560.2t
10311.1
14. Elektrik enerjisi
1211466.4 min kvt/s  
29713.9
-o cümlədən, elektrik enerji sinin qarşılıqlı ötürülməsi
63014.3min kvt/s
577.5
 
15. Neft qazı və digər
 2253.6
  259.4
qazaoxşar karbohidrogenlər
  2526483.3 min kub.m
134097.9

İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2002-ci ilin ilk 4 ayınanetto çəki. nisb.%-lə
1. Neft (xam)
4858142.6t
979685.9
1.1 Boru kəməri ilə 01.05.2003-cü ilə qədər gedən xam neft
(sayğac göstəricilərinə əsasən)
-şimal boru kəməri ilə
1615009.7t
-Supsa boru kəməri ilə
-3638884.2t
2. Neft emal məhsulları
1018780.1t  
213470.8
o cümlədən, saziş növləri üzrə:
-sərbəst dönərli valyutaya
984540.4t
205849.9
-milli valyutaya
34192.3t  
  7552.8
2.1. 01.08.2003-cü ilə qədər şərti
bəyan.ilə yola salın.rəsmiləş- dirilməmiş neft məhsulları
150849.1t
3. Bitki və heyvan mənşəli yağlar
  22897.4t  
19306.8
464.9%
4. Spirtli içkilər
4536860.0 L
  2166.7  
133.6%
5. Tütün
3314.6t  
2709.0
  50.2%
6. Tütün məmulatı
240480.0 min əd.  
1178.9
10.8%
7. Qara metallar
70828.3t
15709.7  
193.2%
8 Çay
965.4t  
2054.6
89.6%
9. Pambıq mahlıcı və tullantıları
16326.6 t
13784.2
  97.9%
10. Elektrik enerjisinin qarşılıqlı ötürülməsi
311521.2 min kvt/s
4739.4
-o cümlədən,elektrik enerji- sinin qarşılıqlı ötürülməsi
128773.8 min kvt/s
 1998.2
İxrac olunan xam neftin 2477969.8 tonu (51.01%) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin, 1987840.2 tonu (40.92%) Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsinin, 362529.4 tonu (7.46%) ARDNŞ Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin və 29803.1 tonu (0.61%) "Şirvan Oyl" MMM-nin payına düşür.

Neft məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi  (487296.5 ton (47.83%)), Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (424696.3 tonu (41.69%)), ARDNŞ Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (63068.9 tonu (6.19%)) və "Azal Oil" müəssisəsi (32979.9 tonu (3.24%)) üstünlük təşkil edir.

Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB ölkələrindən başqa) 1221145.0 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 89.07%) çıxarmışlar, o cümlədən 2173.8 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.18%), 672822.4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 55.10%)və 520333.3 min ABŞ dolları dəyərində mal kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 42.61%) çıxarılmışdır.

Eyni zamanda respublikaya xarici ölkələrdən 920020.5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 67.56%) gətirilmişdir. Onlardan 713.93 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən 0.08%), 316059.4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 34.35%), 38703.2 min ABŞ  dolları dəyərində əmtəə isə dövlət krediti üzrə (idxala nisbətən 4.21%) və 563156.0 min ABŞ dolları dəyərində digər saziş növləri ilə (idxala nisbətən 61.21%) gətirilmişdir.
Xarici ölkələr üzrə müsbət saldo 301124.5 min ABŞ dolları təşkil edir.

Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 149796.8 min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən 10.93%) çıxarmışlar, o cümlədən, 187.4 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.13%), 100613.0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 67.17%), 33000.3 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 22.03%), 5294.6 min ABŞ dolları dəyərində əmtəə milli valyuta ilə hesablaşmalarla (ixraca nisbətən 3.53%) çıxarılmışdır.

Eyni zamanda, respublikaya MDB ölkələrindən 441726.9 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 32.44%) gətirilmişdir. Onlardan 215.4 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən 0.05%), 377846.2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 85.54%), 39614.1 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 8.97%) və 20887.9 min ABŞ dolları dəyərində digər saziş növləri ilə (idxala nisbətən 4.73%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 291930.1 min ABŞ dolları təşkil edir.

Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda:
İdxalda:
Ölkənin adı
min Abş dolları
ümumi ixraca nisb.%-lə
Ölkənin adı
min ABŞ dolları
ümumi idxala nisb.%-lə
İtaliya
750575.55
54.75
Rusiya
192987.01
14.17
İsrail
95492.67
6.97
Böyük Britaniya
165915.43
12.18
Yunanıstan
66075.03
4.82
Türkmənistan
109485.15
8.04
Rusiya
64539.41
4.71
Türkiyə
103547.21
7.60
Fransa
63597.99
4.64
Almaniya
95450.41
7.01
Abş
60133.23
4.38
Yaponiya
75181.59
5.52
Gürcüstan
51272.72
3.74
ABŞ
70999.09
5.21
Türkiyə
47553.32
3.47
Qazaxıstan
70377.90
5.17
İspaniya
42678.19
3.11
Malaziya
65123.12
4.78
İran
29190.27
2.13
Ukrayna
56898.43
4.18

Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.

Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə 4392 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2200 dövlət və özəl müəssisə, 2192 isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 740931.2 min ABŞ dolları (54.05%), özəl sektorun payı 620255.8 min ABŞ dolları (45.24%), fiziki şəxslərin payı isə 9754.7 min ABŞ dolları (0.71%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 353005.5 min ABŞ dolları (25.92%), özəl sektorun payı 907396.3 min ABŞ dolları (66.63%), fiziki şəxslərin payı isə 101345.6 min ABŞ dolları (7.44%) olmuşdur.

DGK Statistika və İnformasiya Texnologiyaları İdarəsi
Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb