| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2005-ci ilin 7 ayı ərzində respublikanın xarici ticarətinin
vəziyyəti
2005-ci ilin 7 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri
tərəfindən 130 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 4176705,0
min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 1610463,5 min ABŞ dolları
dəyərində 1566 adda mal ixrac, 2566241,5 min ABŞ dolları dəyərində
4998 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi
saldo 955778,0 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
-respublikaya 27544,5 min ABŞ dolları dəyərində 9848,1 ton əmtəə dövlət,
hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar
yük və texniki yardım kimi daxil olmuşdur.
2004-cü ilin 7 ayına nisbətən 2005-ci ilin 7 ayında ixrac əməliyyatlarının
həcmi 10,83% (195561,9 min ABŞ dolları) azalmış, idxal əməliyatlarının
həcmi isə 39,98% (732938,3 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının
həcmi əsasən təbii qazın, avadanlıqlar, texniki qurğuların və onların
hissələrinin, qara metallar, quru nəqliyyat vasitələr, tütün məmulatları
və başqa malların idxalı hesabına artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 17528,8 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 202932,3 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.

2005-ci ilin 7 ayı ərzində 151110 ədəd nəqliyyat vasitəsindən istifadə
edilməklə 10254,9 min ton yük daşınmışdır. Bunlardan 4179,1 min tonu
(29059 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 6075,8 min
tonu (122051 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına
düşür. Əsasən dəmir yolu (66241 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından
(51918 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında
stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.

Göstərilən müddət ərzində gömrük orqanlarında 93717 (əlavə vərəqlə
birlikdə 122130) ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir.
Bunlardan 19122 (əlavə vərəqlə birlikdə 21362) ədəd ixrac, 74595 (əlavə
vərəqlə birlikdə 100768) ədəd idxal YGB-dır.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 5098413,8 ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1316394,4t), İsveçrə
(996376,3t), Gürcüstan (972566,8t), Kipr (653383,9t), Tacikstan (238940,2t),
İran (194602,3t), Böyük Britaniya (141127,9t), Rusiya (140249,0t)
və Vircin ada. (brit) (121045,4t) göndərilmişdir.
2005-ci ilin 7 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar
üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
-ixrac əməliyyatlarının həcminin yüksək həddi aprel ayında (322682,1
min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (109057,8 min ABŞ
dolları) olmuşdur;
-idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (582707,5
min ABŞ dolları), aşağı həddi isə fevral ayında (265305,2 min ABŞ
dolları) olmuşdur;
-iyul ayında ixrac əməliyyatlarının həcmi iyun ayı ilə müqayisədə
49242,6 min ABŞ dolları həcmində artmışdır;
-iyul ayında idxal əməliyyatlarının həcmi iyun ayı ilə müqayisədə
141253,5 min ABŞ dolları həcmində artmışdır;
-ixrac əməliyyatlarında orta aylıq artım 31889,6 min ABŞ dolları,
idxal əməliyyatlarında isə orta aylıq azalma 18478,5 min ABŞ dolları
olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 62679,3 min ABŞ dolları
dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2005-ci ilin ilk 7 ayı ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük
verilib.
|
İxracda:
|
İdxalda:
|
| 01 (milli valyuta ilə
hesablaşma) |
-0.92%
|
-0.20%
|
| 21 (SDV ilə hesablaşma) |
-85.18%
|
-49.22%
|
| 23 (dövlət krediti
üzrə hesablaşma) |
-0.00%
|
-0.93%
|
| 41 (qapalı dövriyyəli valyuta)
|
-2.03%
|
-3.64%
|
| 51 (barter sazişi) |
-0.01%
|
-0.00%
|
| 80 (digərləri) |
-11.87%
|
-45.99%
|
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
payı (%-lə) aşağıdakı kimidir (2004-cü ilin 7 ayına nisbətən müqayisə
statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft-39,29% (2004-cü ilin 7 ayının ixracına nisbətən
61,75%), neft məhsulları-36,69% (166,37%), qara metallar və onlardan
hazırlanan məmulatlar-1,82% (111,74%), alkoqollu və alkoqolsuz içkilər-0,25%
(165,21%), kimya məhsulları-4,19% (150,43%), pambıq-1,01% (85,11%),
tütün və tütün məmulatları-0,71% (122,77%), alüminium və ondan hazırlanan
məmulatlar-1,93% (111,79%), meyvə-tərəvəz məhsulları-2,72% (208,61%),
bitki və heyvan mənşəli yağlar-3,26% (153,55%) təşkil edir. Qalan
əmtəələrin payına 8,12% düşür.
İdxalda: ərzaq məhsulları-7,65% (2004-cü ilin 7 ayının idxalına nisbətən
90,21%), neft qazı və digər qazaoxşar karbohidrogenlər-7,17% (113,17%),
maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar
və onların ehtiyat hissələri-36,56% (173,03%), qara metallar və onlardan
hazırlanan məmulatlar-9,50% (78,62%), nəqliyyat vasitələri və onların
hissələri-8,45% (205,44%), mebel-0,69% (103,50%), oduncaq və ondan
hazırlanan məmulatlar-1,17% (126,04%), xalq istehlakı malları-1,44%
(130,01%), əczaçılıq məhsulları-0,61% (89,34%) təşkil edir. Qalan
əmtəələrin payına 26,76% düşür.
İdxalın strukturuna əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2004-ci ilin 7 ayınanetto
çəki. nisb.%-lə
|
| 1. Ət və ət məhsulları
|
20087.8t
|
12788.0
|
109.4%
|
| -humanitar yardım |
49.9ò
|
465,3
|
|
| 2. Buğda |
459322.9t
|
62240.5
|
82.4%
|
| 3. Un |
3503,0t
|
1185.8
|
70,7%
|
| -humanitar yardım |
2425,6t
|
899,6
|
|
| 4. Şəkər |
87676.3t
|
14713.4
|
123.5%
|
| -humanitar yardım |
199,0t
|
63,3
|
|
| 5. Yağ |
60447.3t
|
30922.3
|
121.9%
|
| -kərə yağı |
6765.7t
|
5831.6
|
|
| -bitki və heyvan mənş. yağlar |
53681.6t
|
25090.7
|
|
| -humanitar yardım |
|
500,3
|
|
| 6. Çay |
3912.0t
|
7495.6
|
64.6%
|
| 7. Spirt |
1014646.3L
|
933.7
|
131.3%
|
| 8. Spirtli içkilər |
3633633.6L
|
5155.4
|
242.1%
|
| 9. Tütün məmulatı |
3088208.9min əd
|
42242.9
|
578.4%
|
| 10. Qara metallar |
153746.9 t
|
64895.0
|
141.5%
|
| 11. Minik avtomobilləri |
|
|
|
| -YGB əsasında rəsmiləşdirilmiş
|
16206əd.
|
86861.7
|
141.1%
|
| -GMO əsasında rəsmiləşdirilmiş
|
10800əd.
|
57929,4
|
|
| 12. Neft məhsulları |
210567.9t
|
88564.1
|
|
| 13. Elektrik enerjisi |
3353.4min kvt/s
|
37877.3
|
|
| 14. Neft qazı və digər qazaoxşar
karbohidrogenlər |
3130.4min kub.m
|
184052,7
|
|
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı
və dəyəri aşağıdakı kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2004-ci ilin 7 ayına netto
çəki. nisb.%-lə
|
| 1. Neft (xam) |
1881799,0t
|
632790.3
|
|
| 1.1 Boru kəməri ilə 01.03.2005-cü
ilə qədər gedən xam neft |
|
|
|
| (sayğac göstəricilərinə
əsasən) |
|
|
|
| -şimal boru kəməri ilə |
2145078.0t
|
|
|
| -Supsa boru kəməri ilə |
4080164.2t
|
|
|
| 2. Neft emal məhsulları |
1540059.0 t
|
590949.6
|
|
| o cümlədən, saziş növləri üzrə:
|
|
|
|
| -sərbəst dönərli valyutaya |
1302379.1t
|
497694.9
|
|
| -milli valyutaya |
49211.2t
|
14660.1
|
|
| -digərləri |
188468,8t
|
78594,6
|
|
2.1. 01.08.2005-ci ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları |
150696.2t
|
|
|
| 3. Bitki və heyvan
mənşəli yağlar |
43733.0t
|
42005.3
|
133.7%
|
| 4. Spirtli içkilər |
4673334.3l
|
4001.9
|
144.9%
|
| 5. Tütün |
4190.2t
|
3808.3
|
140.6%
|
| 6. Tütün məmulatı |
1371070.0 min əd.
|
7632,9
|
104.4%
|
| 7. Qara metallar |
78539.3t
|
25925.3
|
80.8%
|
| 8 Alüminium |
19060.4t
|
31091.2
|
104.5%
|
| 9 Çay |
3388.1t
|
9434.8
|
76.3%
|
| 10. Pambıq mahlıcı
|
19841.0t
|
16189.1
|
117.2%
|
| 11. Elektrik enerjisi |
1104,3min kvt/s
|
16308.4
|
|
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar
İdarəsi (1849980,3 ton (98,31%)), "Şirvan Oil" birgə məhdud məsuliyyətli
müəssisə (31815,8 ton (1,69%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının
ixracında "Azneftyağ" İstehsalat Birliyi (678552,2 ton (44,06%)),
Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
(570068,1 tonu (37,02%)), "Middle East Petrol Farm FZE" şirkətinin
Azərbaycandakı filialı (170784,0 ton (11,09%)) və "Azal Oil" (48454,5
ton (3,15%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB
ölkələrindən başqa) 1290512,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi
ixraca nisbətən 80,13%) çıxarmışlar, o cümlədən, 1169879,9 min ABŞ
dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən
90,65%) və 111794,8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər
hesabına (ixraca nisbətən 8,66%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən 1757833,2 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 68,50%) gətirilmişdir. Onlardan
654055,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 37,21%), 1071256,4 min ABŞ dolları dəyərində əmtəə
digər sazişlər hesabına (ixraca nisbətən 60,94%) gətirilmişdir.
Xarici ölkələr üzrə mənfi saldo 467320,4 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən
87,70%); alüminium və alüminum məmulatları (2,40%); polimer materiallar
və onlardan hazırlanan məmulatlar (2,06%); qara metallar (1,88%);
qeyri-üzvi kimya məhsulları (1,06%) ixrac edilmişdir. Xarici
ölkələrdən həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki
cihazlar (idxala nisbətən 39,68%); elektrik maşınları və avadanlıqları,
onların hissələri (9,25%); mebel (8,00%); qara metallardan məmulatlar
(7,45%); quru nəqliyyat vasitələri (3,91%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 319950,7
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 19,87%) çıxarmışlar,
o cümlədən, 201915,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli
valyuta ilə (ixraca nisbətən 63,11%), 79365,7 min ABŞ dolları dəyərində
digər sazişlərlə (ixraca nisbətən 24,81%), 32636,3 min ABŞ dolları
dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən
10,20%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 808408,3 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 31,50%) gətirilmişdir. Onlardan
609011,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 75,33%), 89199,1 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,03%), 108973,8
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
13,48%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 488457,6 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 34,81%), heyvan
və ya bitki mənşəli piylər və yağlar (16,32%); qeyri-üzvü kimya məhsulları
(11,45%); tərəvəz (7,64%); pambıq (4,83%) ixrac edilmişdir.
MDB ölkələrdən respublikaya təhlil olunan müddət ərzində mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (idxala nisbətən
35,36%); quru nəqliyyat vasitələri (8,82%); dənli bitkilər (8,17%);,
avadanlıqlar və mexaniki cihazlar (7,32%); qara metallardan məmulatlar
(5,94%) ixal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalda xüsusi çəkisi böyük olan
ölkələrdən aşağıdakıları göstərmək olar.
|
İxracda:
|
İdxalda:
|
|
Ölkənin adı
|
min Abş dolları
|
ümumi ixraca nisb.%-lə
|
Ölkənin adı
|
min ABŞ dolları
|
ümumi idxala nisb.%-lə
|
| Yunanıstan |
85377,48
|
5,30
|
Rusiya |
373161,13
|
14,54
|
| Fransa |
108771,89
|
6,75
|
Böyük Britaniya |
238107,28
|
9,28
|
| Rusiya |
153733,71
|
9,55
|
Türkiyə |
180301,04
|
7,03
|
| Xorvatiya |
|
6,46
|
Sinqapur |
354067,29
|
13,80
|
| İtaliya |
367417,55
|
22,81
|
Almaniya |
132837,39
|
5,18
|
| Bolqarıstan |
87223,21
|
5,42
|
Türkmənistan |
176780,42
|
6,89
|
| Gürcüstan |
108780,42
|
6,75
|
Niderland |
133095,14
|
5,19
|
| Türkiyə |
103477,15
|
6,43
|
Ukrayna |
126481,94
|
4,93
|
| Sinqapur; |
64362,23
|
4,00
|
ABŞ |
87824,42
|
3,42
|
| İran |
105474,28
|
6,55
|
Çin |
84821,19
|
3,31
|
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında
hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 6885 hüquqi
və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2875-i hüquqi, 4010-u isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1304907,6
min ABŞ dolları (81,03%), özəl sektorun payı 274126,7 min ABŞ dolları
(17,02%), fiziki şəxslərin payı isə 31429,2 min ABŞ dolları (1,95%)
olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 510044,7 min
ABŞ dolları (19,88%) özəl sektorun payı 1920810,9 min ABŞ dolları
(74,85%), fiziki şəxslərin payı isə 135385,8 min ABŞ dolları (5,28%)
olmuşdur.
DGK Statistika və İnformasiya Texnologiyaları
Baş İdarəsi
|
|
|
|
|
|
|