| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2006-cı ilin yeddi ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin ilk 7 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 129 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 5899237,4 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 3290796,8 min ABŞ dolları dəyərində 1800 adda mal ixrac, 2608440,5 min ABŞ dolları dəyərində 5178 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 682356,3 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
-respublikaya 25144,7 min ABŞ dolları dəyərində 15437,0 ton əmtəə
dövlət, hökümət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2005-ci ilin ilk 7 ayına nisbətən 2006-cı ilin ilk 7 ayında ixrac əməliyyatlarının həcmi 104,17% (1679017,2 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 1,37% (35267,6 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcminin artmasına səbəb quru nəqliyyat vasitələrinin, elektrik maşınları və avadanlıqlarının, tibbi və cərrahi cihaz və aparatların respublikaya 2006-cı ilin ilk 7 ayı ərzində nisbətən çox gətirilməsi olmuşdur.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 19813,5 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 189582,7 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2006-cı ilin ilk 7 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 13649,8 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 133,11% təşkil etmişdir. Bunlardan 7481,3 min ton ixrac, 6168,5 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (4228,5 min ton), dəmiryolu (725,6 min ton), avtomobil (290,9 min ton) və stasionar nəql etmə (boru kəməri) (2227,4 min ton) nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (129,8 min ton), dəmiryolu (3422,0 min ton), avtomobil (621,1 min ton), hava (15,3 min ton) və stasionar nəql etmə (boru kəməri) (1960,8 min ton) nəqliyyatına üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti daşınmaların yalnız yük gömrük bəyannamələri əsasında rəsmiləşdirilməsi halı üçün nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 102759 (əlavə vərəqlə birlikdə 137151) ədəd Yük Gömrük Bəyannaməsi (YGB) rəsmiləşdirilmişdir. Bunlardan 22514 (əlavə vərəqlə birlikdə 25880) ədəd ixrac, 80245 (əlavə vərəqlə birlikdə 111271) ədəd idxal YGB-dir. 2006-cı ilin ilk 7 ayında YGB-lərin ümumi sayı 2005-ci ilin müvafiq dövrünə nisbətən 109,50% təşkil etmiş və ya 8882 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 3367 (117,59%) ədəd, idxalda isə artım 5515 (107,38%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 3723,1 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (1144,9 min ton), İtaliya (897,6 min ton), Gürcüstan (755,6 min ton), Tacikistan (193,4 min ton), Kipr (112,0 min ton), İran (106,5 min ton), Türkmənistan (106,0 min ton), Türkiyə (103,3 min ton) və Rusiyaya (102,9 min ton) göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 73,02% olmuş və ya 1375,3 min ton azalmışdır.
2006-cı ilin ilk 7 ayı ərzində ixrac - idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi may ayında (1085732,7 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (236601,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (490581,4 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (253178,3 min ABŞ dolları) olmuşdur;
- iyul ayında ixrac əməliyyatlarının həcmi iyun ayı ilə müqayisədə 84824,8 min ABŞ dolları həcmində azalmış, idxal əməliyyatlarının həcmi isə 40151,7 min ABŞ dolları həcmində artmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 21692,0 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 39567,2 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 81888,5 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 130,85% təşkil etmiş və ya 19308,2 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2006-cı ilin ilk 7 ayı ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) | -0,00% |
-0,42% |
| 21 (SDV ilə hesablaşma) |
-69,44% |
-64,63% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-2,41% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,22% |
-3,83% |
| 51 (barter sazişi) |
-0,01% |
-0,00% |
| 78 (kompen.öhdəliklər hesabına) |
-23,51% |
-0,00% |
| 80 (digərləri) |
-5,81% |
-28,70% |
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2005-ci ilin ilk 7 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 54,46% (2005-ci ilin ilk 7 ayıının ixracına nisbətən 283,23%), neft məhsulları - 28,68% (159,71%), kimya sənayesi məhsulları - 3,47% (169,13%), meyvə-tərəvəz - 2,11% (156,36%), alüminium və ondan hazırlanan məmulatlar - 1,28% (135,51%), bitki və heyvan mənşəli yağlar - 1,12% (69,99%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,91% (102,42%), pambıq - 0,77% (156,59%), tütün və tütün məmulatları - 0,45% (130,10%), alkoqollu və alkoqolsuz içkilər - 0,23% (183,99%) təşkil edir. Qalan əmtəələrin payına 6,51% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 32,84% (2005-ci ilin ilk 7 ayının idxalına nisbətən 91,08%), neft qazı və diğər qazaoxşar karbohidrogenlər - 10,85% (153,73%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,48% (100,82%), nəqliyyat vasitələri və onların hissələri - 8,68% (104,38%), ərzaq məhsulları - 8,48% (112,71%), xalq istehlaki malları - 1,26% (88,91%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,23% (107,49%), əczaçılıq məhsulları - 1,06% (175,75%), mebel - 0,57% (83,35%) təşkil edir. Qalan əmtəələrin payına 25,55% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2005-ci ilin ilk 7 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.06.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
4464656,2 t |
1792269,4 |
|
| -Şimal boru kəməri ilə |
2728171,0 t |
| |
| -Supsa boru kəməri ilə |
4164351,6 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
2557422,9 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.06.2006-cı ilə qədər
yola salınan xam neft(şərti YGB) |
3722805,3 t |
| |
| 2) Neft emal məhsulları |
2038560,7 t |
943852,9 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
1983010,0 t |
915633,9 |
|
| - digərləri |
55550,7 t |
28218,9 |
|
| 2.1) 01.06.2006-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
202090,3 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
30547,0 t |
36715,1 |
69,8 % |
| 4) Spirtli içkilər |
5720722,3 L |
7271,4 |
122,4 % |
| 5) Tütün |
3634,2 t |
2754,5 |
86,7 % |
| 6) Tütün məmulatı |
2067,9 mln.əd |
12130,2 |
150,8 % |
| 7) Qara metallar |
34844,2 t |
10926,0 |
44,4 % |
| 8) Alüminium |
19500,7 t |
42132,5 |
102,3 % |
| 9) Çay |
3228,5 t |
9097,2 |
95,3 % |
| 10) Pambıq mahlıcı |
29930,6 t |
25350,1 |
150,8 % |
| 11) Elektrik enerjisi |
613,1 mln kvt*s |
9893,8 |
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2005-ci ilin ilk 7 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
9957,2 t |
7191,6 |
49,6% |
| 2) Buğda |
527403,7 t |
70641,0 |
114,8% |
| 3) Un |
3311,1 t |
882,0 |
94,5% |
| - humanitar yardım |
2992,8 t |
782,0 | |
| 4) Şəkər |
73949,9 t |
23230,9 |
84,3% |
| - humanitar yardım |
399,5 t |
352,6 |
|
| 5) Yağ |
57479,7 t |
31854,0 |
95,1% |
| - kərə yağı |
4071,2 t |
4821,9 |
|
| - bitki və heyvan mən.yağ |
53408,5 t |
27032,1 |
|
| - humanitar yardım |
256,0 t |
277,3 |
|
| 6) Çay |
4521,6 t |
8385,0 |
115,6 % |
| 7) Spirt |
307723,2 L |
288,6 |
30,3 % |
| 8) Spirtli içkilər |
5350698,5 L |
7335,3 |
147,3 % |
| 9) Tütün məmulatı |
7775,7 mln. əd. |
55361,6 |
251,8% |
| 10) Qara metallar |
200184,7 t |
56486,3 |
130,2% |
| 11) Minik avtomobilləri | | | |
| -YGB əsasında |
15601 əd. |
111513,4 |
96,2% |
| -GMO əsasında |
15093 əd. |
77811,2 |
|
| 12) Neft məhsulları |
61951,1 t |
37479,5 |
|
| 13) Elektrik enerjisi |
1538,2 mln. kvt*s |
41401,7 |
|
| 14) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
2752456,1 min kub.m |
282948,6 |
|
Xam neft Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (2255326,0 ton (50,52%)), Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (2179454,5 ton (48,82%)) və «Şirvan Oil» BM (29875,76 (0,66%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1837270,8 ton (90,13%)), Azneftyağ İstehsalat Birliyi (86194,8 ton (4,23%)), Middle East Petrol Farm FZE şirkətinin Azərbaycandakı filialı (55547,7 ton (2,72%)) və Monolit-D firması (18825,6 ton (0,92%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 2817443,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 85,62%) çıxarmışlar, o cümlədən, 1972655,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 70,02%) və 773640,9 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 27,46 %), 70637,5 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 2,51%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1687815,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 64,71%) gətirilmişdir. Onlardan 932442,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (idxala nisbətən 55,25%), 682782,0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 40,45 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 1129627,9 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 92,46%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,80%); alüminium və alüminum məmulatları (1,49%); meyvə (0,74%); qeyri-üzvi kimya məhsulları (0,61%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 32,83%); elektrik maşınları və avadanlıqları, onların hissələri (12,91%); qara metallardan məmulatlar (9,55%); quru nəqliyyat vasitələri (6,96%); mebel (3,02%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 473353,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 14,38%) çıxarmışlar, o cümlədən, 312560,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 66,03%), 120679,0 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 25,49%), 40097,2 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 8,47%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 920625,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 35,29%) gətirilmişdir. Onlardan 753278,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,82%), 97225,3 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 10,56 %), 65760,0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 7,14%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 447271,6 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 31,93%), qeyri-üzvi kimya məhsulları (16,04%); gəmilər, qayıqlar və digər üzən vasitələr (8,93%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,46%); tərəvəz (6,49%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində təbii qaz, neft və onların emal məhsulları, bitumlu minerallar (idxala nisbətən 35,61%); quru nəqliyyat vasitələri (8,81%); dənli bitkilər (7,93%); avadanlıqlar və mexaniki cihazlar (5,33%); duz; kükürd; torpaq və daş, suvaq materialı, əhəng və sement (5,10%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
162226,87 |
49,30 |
| İsrail |
330070,69 |
10,03 |
| Türkiyə |
202956,26 |
6,17 |
| Rusiya |
159258,01 |
4,84 |
| İran |
149566,57 |
4,54 |
| Gürcüstan |
145928,53 |
4,43 |
| Rumıniya |
79725,50 |
2,42 |
| Tacikistan |
75984,18 |
2,31 |
| Koreya Resp. |
67586,77 |
2,05 |
| Qazaxıstan |
62864,79 |
1,91 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Rusiya |
577465,23 |
22,14 |
| B.Britaniya |
264066,44 |
10,12 |
| Türkiyə |
195793,69 |
7,51 |
| Almaniya |
190211,18 |
7,29 |
| Ukrayna |
130233,36 |
4,99 |
| Çin |
117773,39 |
4,52 |
| Finlandiya |
107616,61 |
4,13 |
| ABŞ |
96525,04 |
3,70 |
| Qazaxıstan |
78368,59 |
3,00 |
| İşveç |
76260,82 |
2,92 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 7705 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3037-i hüquqi, 4668-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 2176639,0 min ABŞ dolları (66,14%), özəl sektorun payı 1070755,3 min ABŞ dolları (32,54%), fiziki şəxslərin payı isə 43402,6 min ABŞ dolları (1,32%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 816296,9 min ABŞ dolları (31,29%), özəl sektorun payı 1636887,3 min ABŞ dolları (62,75%), fiziki şəxslərin payı isə 155256,3 min ABŞ dolları (5,95%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
|
|
| Rəsmi məlumatlar |
Arxiv |
|
19.07.2008
Azərbaycan iqtisadiyyatı yüksək dinamizmlə inkişaf edir Respublikamızın qazandığı yüksək nəticələr, şübhəsiz, dövlət idarəçiliyinin formalaşmış çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə, demokratikləşmə proseslərinə sadiqliyini sübuta yetirmişdir.
|
 Daha ətraflı |
|
|
|
|
19.07.2008
Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də ölkəmizdə Konstitusiya Məhkəməsinin yaradılmasının 10-cu ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.
|
 Daha ətraflı |
|
|
|
|