2007-ci ilin 7 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin ilk 7 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 131 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 6266384,7 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 3395905,5 min ABŞ dolları dəyərində 2030 adda mal ixrac, 2870479,2 min ABŞ dolları dəyərində 6046 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 525426,2 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 24550,2 min ABŞ dolları dəyərində 15266,4 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin ilk 7 ayına nisbətən 2007-ci ilin ilk 7 ayında ixrac əməliyyatlarının həcmi 3,19% (105030,3 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 10,03% (261562,1 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 51374,8 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 183565,7 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2007-ci ilin ilk 7 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 11858,7 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 86,88% təşkil etmişdir. Bunlardan 6767,7 min ton ixrac, 5091,0 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (498,2 min ton), dəmiryolu (1846,8 min ton), avtomobil (432,9 min ton), hava (2,5 min ton) və stasionar nəqletmə (boru kəməri) (3982,0 min ton) nəqliyyat vasitələrdən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (71,5 min ton), dəmiryolu (3862,5 min ton), avtomobil (778,2 min ton), hava (13,8 min ton) və stasionar nəqletmə (boru kəməri) (336,1 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 121599 (əlavə vərəqlə birlikdə 161278) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 24669 (əlavə vərəqlə birlikdə 27932) ədəd ixrac, 96930 (əlavə vərəqlə birlikdə 133346) ədəd idxal YGB-dir. 2007-ci ilin ilk 7 ayında YGB-lərin ümumi sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 118,33% təşkil etmiş və ya 18840 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 2155 (109,57%) ədəd, idxalda isə artım 1665 (120,79%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 3140,6 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (890,0 min ton), İtaliya (848,5 min ton), Gürcüstan (664,6 min ton), Tacikistan (250,0 min ton), İran (123,3 min ton), Türkiyə (118,0 min ton), Rusiya (91,8 min ton), Türkmənistan (80,0 min ton) və Qazaxıstan (32,0 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 84,35% olmuş və ya 582,5 min ton azalmışdır.
2007-ci ilin ilk 7 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (866317,6 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154404,5 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi may ayında (489603,3 min ABŞ dolları), aşağı həddi isə mart ayında (356627,3 min ABŞ dolları) olmuşdur;
- iyul ayında ixrac əməliyyatlarının həcmi iyun ayı ilə müqayisədə 198879,3 min ABŞ dolları həcmində artmış, idxal əməliyyatlarının həcmi isə 31620,6 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 78385,8 min ABŞ dolları, idxal əməliyyatlarında isə 4369,8 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 99933,7 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 122,03% təşkil etmiş və ya 18045,2 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2007-ci ilin ilk 7 ayı ərzində 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda
İdxalda
01 (milli valyuta ilə hesablaşma)
-0,01%
-0,38%
21 (SDV ilə hesablaşma)
-75,56%
-71,15%
23 (dövlət krediti üzrə hesablaşma)
-0,00%
-1,27%
41 (qapalı dövriyyəli valyuta)
-1,69%
-4,47%
78 (kompen.öhdəliklər hesabına)
-13,19%
-0,00%
80 (digərləri)
-9,56%
-22,71%
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin ilk 7 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 55,70% (2006-cı ilin ilk 7 ayının ixracına nisbətən 105,54%), neft məhsulları - 24,80% (89,24%), meyvə-tərəvəz - 1,60% (78,36%), bitki və heyvan mənşəli yağlar - 1,47% (135,87%), alüminium və ondan hazırlanan məmulatlar - 1,40% (112,97%), kimya sənayesi məhsulları - 1,39% (41,29%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,15% (130,24%), pambıq - 0,38% (50,73%), alkoqollu və alkoqolsuz içkilər - 0,37% (167,08%), tütün və tütün məmulatları - 0,13% (29,64%) təşkil edir. Qalan əmtəələrin payına 11,60% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 28,98% (2006-cı ilin ilk 7 ayının idxalına nisbətən 97,02%), nəqliyyat vasitələri və onların hissələri - 13,18% (167,50%), qara metallar və onlardan hazırlanan məmulatlar - 12,14% (140,87%), ərzaq məhsulları - 11,16% (144,74%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 1,80% (18,30%), əczaçılıq məhsulları - 1,61% (167,74%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,30% (115,55%), xalq istehlakı malları - 0,91% (79,36%), mebel - 0,58% (111,66%) təşkil edir. Qalan əmtəələrin payına 28,34% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dolları)
2006-cı ilin 7 ayına netto çəki nisb.%-lə
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.08.2007-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
4110169,1 t
1891533,9
-Şimal boru kəməri ilə
1354397,0 t
-Bakı-Tbilisi-Ceyhan
15971025,4 t
1.2) Dəmiryolu nəqliyyatı
01.08.2007-ci ilə qədər
yola salınan xam neft(şərti YGB)
3007110,4 t
2) Neft emal məhsulları
1596858,8 t
842322,3
o cümlədən, saziş növləri üzrə:
- sərbəst dönərli valyuta ilə
1571997,1 t
831850,9
- digərləri
24861,7 t
10471,4
2.1) 01.08.2007-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları
184062,3 t
3) Bitki və heyvan mənş.yağ
38395,1 t
49886,3
125,7 %
4) Spirtli içkilər
9055529,1 L
12393,9
158,3 %
5)Tütün;
2241,9 t
1843,4
61,7 %
6) Tütün məmulatı
438860,0 min.əd
2568,3
21,2 %
7) Qara metallar
51222,2 t
21410,0
147,0 %
8) Alüminium
20353,7 t
47596,3
104,4 %
9) Çay
3311,7 t
8954,1
102,6 %
10) Pambıq mahlıcı
14553,3 t
12860,0
48,6 %
11) Elektrik enerjisi
253,3 mln kvt*s
4997,1
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dolları)
2006-cı ilin 7 ayına netto çəki nisb.%-lə
1) Ət və ət məhsulları-humanitar yardım
15465,2 t
10011,9
155,3 %
-humanitar yardım
40,0 t
555,9
2) Buğda
630407,1 t
98371,8
119,5 %
3) Un
348,5 t
126,4
10,5 %
4) Şəkər
172971,4 t
56415,3
233,9 %
- humanitar yardım
160,9 t
80,5
5) Yağ
57680,3 t
32310,5
100,3%
- kərə yağı
5811,9 t
6559,7
- bitki və heyvan mən.yağ
51868,4 t
25750,8
- humanitar yardım
208,3 t
255,6
6) Çay
5742,7 t
9822,5
127,0%
7) Spirt
441563,3 L
449,0
143,5%
8) Spirtli içkilər
8604109,3 L
9753,4
160,8 %
9)Tütün;
2513,4 t
3625,8
97,8 %
10) Tütün məmulatı
6479832,8 min. əd.
94968,5
159,9 %
11) Qara metallar
285415,6 t
64052,6
142,6 %
12) Minik avtomobilləri
-YGB əsasında
17067 əd.
135866,3
109,4 %
-GMO əsasında
19274 əd.
92244,3
13) Neft məhsulları
41922,9 t
33252,2
14) Elektrik enerjisi
602,3 mln. kvt*s
17899,6
15) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər
470081,4 min kub.m
51774,4
Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (3133703,1 ton (76,33%)), ABƏŞ(976466,0 ton (23,67%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1521571,6 ton (95,29%)), "Az Trans Reil" MMC (24841,4 ton (1,56%)), "Caspian Petrol-1" firması (13646,7 ton (0,85%)), və "Petrosilex" MMC (10106,5 ton (0,63%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 2723970,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 80,21%) çıxarmışlar, o cümlədən, 2323458,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 85,30%), 357167,6 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 13,11 %) və 43239,9 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 1,59%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1856865,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 64,69%) gətirilmişdir. Onlardan 1215713,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 65,47%), 598491,0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 32,23 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 867104,7 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 93,52%); alüminium və alüminium məmulatları (1,73%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,03%); qara metallar (0,75%); avadanlıqlar və mexaniki qurğular (0,46%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 28,11%); qara metallardan məmulatlar (11,06%); quru nəqliyyat vasitələri (9,94%); elektrik maşınları və avadanlıqları, onların hissələri (8,87%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,55%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 671935,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 19,79%) çıxarmışlar, o cümlədən, 242515,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 36,09%), 281355,9 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 41,87%) və 57322,8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 8,53%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1013613,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 35,31%) gətirilmişdir. Onlardan 826697,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,56%), 123113,0 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 12,15 %) və 53459,7 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 5,27%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 341678,5 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 32,03%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (15,35%); gəmilər, qayıqlar və digər üzən vasitələr (13,73%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,41%); tərəvəz (5,13%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində quru nəqliyyat vasitələri (idxala nisbətən 10,31%); dənli bitkilər (10,20%); avadanlıqlar və mexaniki qurğular (8,44%); qara metallardan məmulatlar (7,79%); mineral yanacaq (7,25%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda
İdxalda
Ölkənin adı
Dəyəri (min ABŞ dol.)
Ümumi ixraca nisb.%-lə
Türkiyə
719516,99
21,19
İtaliya
480648,97
14,15
İran
308173,58
9,07
Rusiya
277264,82
8,16
Gürcüstan
226516,27
6,67
Hindistan
144947,94
4,27
Koreya
124734,81
3,67
ABŞ
115345,18
3,40
Çili
114629,14
3,38
Qazaxıstan
111950,06
3,30
Ölkənin adı
Dəyəri (min ABŞ dol.)
Ümumi idxala nisb.%-lə
Rusiya
509878,43
17,76
Türkiyə
288901,14
10,06
Ukrayna
279375,05
9,73
Almaniya
249175,37
8,68
B.Britaniya
213786,50
7,45
Çin
129259,12
4,50
ABŞ
129099,65
4,50
Yaponiya
128833,42
4,49
Qazaxıstan
94680,98
3,30
İtaliya
79359,31
2,76
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 9048 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3241-i hüquqi, 5807-si isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 2441751,3 min ABŞ dolları (71,90%), özəl sektorun 908432,7 min ABŞ dolları (26,75%), fiziki şəxslərin payı isə 45721,5 min ABŞ dolları (1,35%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 738018,6 min ABŞ dolları (25,71%), özəl sektorun payı 1968252,2 min ABŞ dolları (68,57%), fiziki şəxslərin payı isə 164208,5 min ABŞ dolları (5,72%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
24.11.2007 Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.
24.11.2007 Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.