Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2005-ci ilin 8 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti


2005-ci ilin 8 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 131 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 5059091,0 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 2144787,4 min ABŞ dolları dəyərində 1687 adda mal ixrac, 2914303,6 min ABŞ dolları dəyərində 5151 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 769516,2 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,

-respublikaya 29136,3 min ABŞ dolları dəyərində 10980,4 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.    

2004-cü ilin 8 ayına nisbətən 2005-ci ilin 8 ayında ixrac əməliyyatlarının həcmi 5,73% (116310,3 min ABŞ dolları) artmış, idxal əməliyyatlarının həcmi isə 37,87% (800572,8 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, avadanlıqlar, texniki qurğuların və onların hissələrinin, qara metallar, quru nəqliyyat vasitələri, mebel, uçan aparatlar, tütün məmulatları və başqa malların idxalı hesabına artmışdır.
Müvvəqəti ixrac rejimində ölkəmizdən 30178,7 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 222883,2 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvvəqəti idxal edilmişdir.

2005-ci ilin 8 ayı ərzində 174271 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 11817,9 min ton yük daşınmışdır. Bunlardan 4851,5 min tonu (33579 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 6966,4 min tonu (140692 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür. Əsasən dəmir yolu (77123 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından (59281 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.
Göstərilən müddət ərzində gömrük orqanlarında 107324 (əlavə vərəqlə birlikdə 140050) ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir. Bunlardan 21974 (əlavə vərəqlə birlikdə 24556) ədəd ixrac, 85350 (əlavə vərəqlə birlikdə 115494) ədəd idxal YGB-dir.

Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 5669828,5 ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1517858,4t), İsveçrə (1105831,4t), Gürcüstan (1074319,6t), Kipr (659313,4t), Tacikistan (274077,3t), İran (220769,9t), Rusiya (156302,2t), Virqin ada. (Brit.) (146727,9t) və Böyük Britaniya (141127,9t) göndərilmişdir.
2005-ci ilin 8 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:

-ixrac əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (534324,3 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (109057,8 min ABŞ dolları) olmuşdur;

-idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (582686,8 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (265305,2 min ABŞ dolları) olmuşdur;

- avqust ayında ixrac əməliyyatlarının həcmi iyul ayı ilə müqayisədə 233936,2 min ABŞ dolları həcmində artmışdır;

-avqust ayında idxal əməliyyatlarının həcmi iyul ayı ilə müqayisədə 124784,5 min ABŞ dolları həcmində azalmışdır;

-ixrac əməliyyatlarında orta aylıq artım 60752,3 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq azalma 33589,2 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 75078,5 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.

İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2005-ci ilin 8 ayı ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda:
İdxalda:
01 (milli valyuta ilə hesablaşma)
-0.69%
  -0.18%
21 (SDV ilə hesablaşma)
-75.33%  
-50.50%
23 (dövlət krediti üzrə hesablaşma)
-0.00%
-0.86%
41 (qapalı dövriyyəli valyuta)
  -1.58%
-3.66%
80 (digərləri)
-22.39%
-44.79%

İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2004-cü ilin 8 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft-34,79% (2004-cü ilin 8 ayının ixracına nisbətən 65,29%), neft məhsulları-32,60% (160,12%), qara metallar və onlardan hazırlanan məmulatlar-1,58% (118,25%), alkoqollu və alkoqolsuz içkilər-0,22% (174,28%), kimya məhsulları-3,70% (161,03%), pambıq-0,77% (87,33%), tütün və tütün məmulatları-0,62% (139,11%), alüminium və ondan hazırlanan məmulatlar-1,67% (111,52%), meyvə-tərəvəz məhsulları-2,17% (216,39%), bitki və heyvan mənşəli yağlar-2,46% (153,86%) təşkil edir. Qalan əmtəələrin payına 19,42% düşür.
İdxalda: ərzaq məhsulları-7,66% (2004-cü ilin 8 ayının idxalına nisbətən 89,59%), neft qazı və digər qazaoxşar karbohidrogenlər-7,04% (123,50%), maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri-35,91% (167,74%), qara metallar və onlardan hazırlanan məmulatlar-9,51% (77,19%), nəqliyyat vasitələri və onların hissələri-9,02% (201,44%), mebel-0,67% (95,89%), oduncaq və ondan hazırlanan məmulatlar-1,16% (123,57%), xalq istehlakı malları-1,47% (125,93%), əczaçılıq məhsulları-0,60% (90,66%) təşkil edir. Qalan əmtəələrin payına 26,96% düşür.

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2004-ci ilin 8 ayına netto çəki. nisb.%-lə
1. Ət və ət məhsulları
23807.2t
14958.7
118.1%
-humanitar yardım
49.9t
465,3
 
2. Buğda
538988.2t
72469,7
76.1%
3. Un
3504,4t
1186.3
70,2%
-humanitar yardım
2425,6t
899,6
4. Şəkər
 99999.8t
16327.4
120.2%
-humanitar yardım
199,0t
63,3
5. Yağ
67871.2t
34748.3
 131.7%
-kərə yağı
7358.2t
6318,0
-bitki və heyvan mənş. yağlar
60513.0t  
28430.3
-humanitar yardım

662,7t

650,8
6. Çay
4260.8t  
8058.8
67.4%
7. Spirt
1095740.5L
 1006.6 
119.2%
8. Spirtli içkilər
4049994.6L
5801.0
230.9%
9. Tütün məmulatı
3616028.9min əd
49468.9
587.2%
10. Qara metallar
179760.4 t  
79250.5
145.6%
11. Minik avtomobilləri
-YGB əsasında rəsmiləşdirilmiş
18679əd.
100566.4
139.7%
-GMO əsasında rəsmiləşdirilmiş
13304əd.
69898,0
12. Neft məhsulları
241491.3t  
103605.4
13. Elektrik enerjisi
2061.3min kvt/s
48205.2
14. Neft qazı və digər qazaoxşar karbohidrogenlər
3483.5min kub.m
205244,0

İxaracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2004-ci ilin 8 ayına netto çəki. nisb.%-lə
1. Neft (xam)
216815,8t
746181.8
1.1 Boru kəməri ilə 01.03.2005-cü ilə qədər gedən xam neft
(sayğac göstəricilərinə əsasən)
-şimal boru kəməri ilə
2532499.0t
-Supsa boru kəməri ilə
4567874.1t
2. Neft emal məhsulları
1795114.6 t
699176.1
o cümlədən, saziş növləri üzrə:
-sərbəst dönərli valyutaya
 1522004.1t
588506,8
-milli valyutaya
49493.6t
14814,4
-digərləri
223616,9t
95854,9
 
2.1. 01.09.2005-ci ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları
60084.6t
3. Bitki və heyvan mənşəli yağlar
44636.4t
52841.1
162.3%
4. Spirtli içkilər
5162509.3l
4573.0 
149.6%
5. Tütün
4884.0t
5031.2
155.6%
6. Tütün məmulatı
1478670.0 min əd.
8193,8
111.7%
7. Qara metallar
92628.3t
30238.9
86.6%
8 Alüminium
22072.3t
35792.8
 104.5%
9 Çay
3544.6t
9751.6
 75.2%
10. Pambıq mahlıcı
20359.4t
16612.6 
 120.2%
11. Elektrik enerjisi
1131,2min kvt/s
16721.5

Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (2101052,0 ton (97,14%)), "Şirvan Oil" birgə məhdud məsuliyyətli müəssisə (61760,9 ton (2,86%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi (778195,4 ton (43,35%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (673849,1 tonu (37,54%)), "Middle East Petrol Farm FZE" şirkətinin Azərbaycandakı filialı (205932,1 ton (11,47%)) və "Azal Oil" (48454,5 ton (2,70%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 1514818,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 70,63%) çıxarmışlar, o cümlədən, 1373444,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 90,67%) və 132524,5 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 8,75%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1989103,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 68,25%) gətirilmişdir. Onlardan 775665,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 39,00%), 1179444,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 59,30%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə mənfi saldo 474284,4 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixaraca nisbətən 87,92%); alüminium və alüminium məmulatları (2,35%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (2,21%); qara metallar (1,85%); qeyri-üzvi kimya məhsulları (0,90%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və texniki qurğular (idxala nisbətən 38,58%); elektrik maşınları və avadanlıqları, onların hissələri (9,35%); qara metallardan məmulatlar (7,27%); mebel (7,19%); quru nəqliyyat vasitələri (4,00%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 629968,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 29,37%) çıxarmışlar, o cümlədən, 242168,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 38,44%), 347759,6 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 55,20%), 33853,2 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 5,37%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 925198,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 31,75%) gətirilmişdir. Onlardan 695977,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 75,22%), 101412,6 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 10,96%), 125895,2 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 13,61%) gətirilmişdir.

MDB ölkələri üzrə mənfi saldo 295229,5 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən gəmilər, qayıqlar və digər üzən vasitələr (ixraca nisbətən 42,04%), mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (21,27%); heyvan və ya bitki mənşəli piylər və yağlar (8,35%); qeyri-üzvi kimya məhsulları (7,36%); tərəvəz (3,89%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (idxala nisbətən 35,04%); quru nəqliyyat vasitələri (8,92%); dənli bitkilər (8,26%); avadanlıqlar və texniki qurğular (7,67%); qara metallardan məmulatlar (5,75%) idxal edilmişdir.

Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda:
İdxalda:
Ölkənin adı
min Abş dolları
ümumi ixraca nisb.%-lə
Ölkənin adı
min ABŞ dolları
ümumi idxala nisb.%-lə
Yunanıstan
86483,22
4,03
Rusiya
431936,65
14,82
Fransa
142997,52
6,67
Böyük Britaniya
271923,95
9,33
Rusiya
160261,88
7,47
Türkiyə
205584,04
7,05
Xorvatiya

129084,42

6,02
Sinqapur
381900,92
13,10
İtaliya
447380,65
20,86
Almaniya

158773,19
5,45
Bolqarıstan
87257,24
4,07
Türkmənistan
190990,86
6,55
Gürcüstan
132134,13
6,16
Niderland
135278,31
4,64
Türkiyə
126768,87
5,91
Ukrayna
142950,03
4,91
Tükmənistan
268901,15
12,54
Çin
99197,63
3,40
İran
119801,32
5,59
Fransa
106164,79
3,64

Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 7615 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3045-i hüquqi, 4570-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1526135,4 min ABŞ dolları (71,16%), özəl sektorun 585523,2 min ABŞ dolları (27,30%), fiziki şəxslərin payı isə 33128,8 min ABŞ dolları (1,54%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 608273,4 min ABŞ dolları (20,87%), özəl sektorun payı 2150255,5 min ABŞ dolları (73,78%), fiziki şəxslərin payı isə 155774,7 min ABŞ dolları (5,35%) olmuşdur.

DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb