| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2006-cı ilin 8 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin 8 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 131 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 7003914,0 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 3658094,4 min ABŞ dolları dəyərində 1890 adda mal ixrac, 3345819,6 min ABŞ dolları dəyərində 5373 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 312274,7 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 26890,0 min ABŞ dolları dəyərində 17618,2 ton əmtəə
dövlət, hökümət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2005-ci ilin 8 ayına nisbətən 2006-cı ilin 8 ayında ixrac əməliyyatlarının həcmi 70,47% (1512189,4 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 14,47% (423023,5 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 23144,5 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 217770,5 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2006-cı ilin 8 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 15291,3 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 129,39% təşkil etmişdir. Bunlardan 8115,2 min ton ixrac, 7176,1 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (4703,9 min ton), dəmiryolu (846,2 min ton), avtomobil (328,7 min ton), hava (2,6 min ton) və stasionar nəql etmə (boru kəməri) (2227,4 min ton) nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (183,4 min ton), dəmiryolu (4048,8 min ton), avtomobil (719,5 min ton), hava (17,1 min ton) və stasionar nəql etmə (boru kəməri) (2184,9 min ton) nəqliyyatına üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 119044 (əlavə vərəqlə birlikdə 158913) ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir. Bunlardan 25837 (əlavə vərəqlə birlikdə 29695) ədəd ixrac, 93207 (əlavə vərəqlə birlikdə 129218) ədəd idxal YGB-dir. 2006-cı ilin 8 ayında YGB-lərin ümumi sayı 2005-ci ilin müvafiq dövrünə nisbətən 110,92% təşkil etmiş və ya 11720 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 3863 (117,58%) ədəd, idxalda isə artım 7857 (109,21%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 4395,1 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (1329,4 min ton), İtaliya (1130,9 min ton), Gürcüstan (873,3 min ton), Tacikistan (246,1 min ton), Türkmənistan (125,7 min ton), Rusiya (125,4 min ton), İran (117,4 min ton), Türkiyə (113,8 min ton) və Kipr (112,0 min ton) göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 77,52% olmuş və ya 1274,7 min ton azalmışdır.
2006-cı ilin 8 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi may ayında (1085732,7 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (236601,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (737869,2 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (253178,3 min ABŞ dolları) olmuşdur;
- avqust ayında ixrac əməliyyatlarının həcmi iyul ayı ilə müqayisədə 533,8 min ABŞ dolları həcmində, idxal əməliyyatlarının həcmi isə 247280,9 min ABŞ dolları həcmində artmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 18669,4 min ABŞ dolları, idxal əməliyyatlarında isə 69241,6 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 99782,8 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 132,9% təşkil etmiş və ya 24704,3 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2006-cı ilin ilk 8 ayı ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,01% |
-0,42% |
| 21 (SDV ilə hesablaşma) |
-70,95% |
-58,50% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-3,30% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,15% |
-3,49% |
| 51 (barter sazişi) |
-0,01% |
-0,00% |
| 78 (kompen.öhdəliklər hesabına) |
-21,15% |
-0,00% |
| 80 (digərləri) |
-6,73% |
-34,28% |
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2005-ci ilin 8 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 51,85% (2005-ci ilin 8 ayıının ixracına nisbətən 254,21%), neft məhsilları - 30,35% (158,78%), kimya sənayesi məhsulları - 3,53% (163,00%), meyvə-tərəvəz - 1,95% (151,20%), alüminium və ondan hazırlanan məmulatlar - 1,30% (132,92%), bitki və heyvan mənşəli yağlar - 1,16% (80,65%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,94% (101,32%), pambıq - 0,75% (165,33%), tütün və tütün məmulatları - 0,43% (119,84%), alkoqollu və alkoqolsuz içkilər - 0,26% (201,14%) təşkil edir. Qalan əmtəələrin payına 7,47% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, eletrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 30,21% (2005-ci ilin 8 ayıının idxalına nisbətən 96,25%), nəqliyyat vasitələri və onların hissələri - 16,19% (205,90%), neft qazı və diğər qazaoxşar karbohidrogenlər - 9,50% (154,92%), qara metallar və onlardan hazırlanan məmulatlar - 8,78% (105,41%), ərzaq məhsulları - 7,68% (115,12%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,15% (113,89%), xalq istehlaki malları - 1,11% (86,80%), əczaçılıq məhsulları - 0,97% (184,54%), mebel - 0,50% (85,59%) təşkil edir. Qalan əmtəələrin payına 23,91% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) | 2005-ci ilin 8 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.06.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
4659231,4 t |
1896850,3 |
|
| -Şimal boru kəməri ilə |
3047675,0 t |
| |
| -Supsa boru kəməri ilə |
4708158,8 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
3671230,8 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.06.2006-cı ilə qədər
yola salınan xam neft(şərti YGB) |
4109353,8 t |
| |
| 2) Neft emal məhsulları |
2347974,0 t |
1110151,2 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
2283095,0 t |
1076246,7 |
|
| - digərləri |
64879,0 t |
33904,6 |
|
2.1) 01.06.2006-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
97141,9 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
35146,7 t |
42615,0 |
78,7 % |
| 4) Spirtli içkilər |
6833378,3 L |
9109,6 |
132,4 % |
| 5) Tütün |
3991,8 t |
2965,7 |
81,7 % |
| 6) Tütün məmulatı |
2184,3 mln.əd |
12882,7 |
147,7 % |
| 7) Qara metallar |
43611,2 t |
13741,5 |
47,1 % |
| 8) Alüminium |
21930,3 t |
47575,6 |
99,4 % |
| 9) Çay |
4025,9 t |
11365,9 |
113,6 % |
| 10) Pambıq mahlıcı |
32615,7 t |
27464,8 |
160,2 % |
| 11) Elektrik enerjisi |
621,2 mln kvt*s |
10021,0 |
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) | 2005-ci ilin 8 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
12042,6 t |
8628,3 |
50,6% |
| - humanitar yardım |
32,0 t |
52,0 |
|
| 2) Buğda |
633929,7 t |
85241,5 |
117,6% |
| 3) Un |
3336,9 t |
890,7 |
95,2% |
| - humanitar yardım |
2992,8 t |
782,0 |
|
| 4) Şəkər |
89801,2 t |
28469,2 |
89,8% |
| - humanitar yardım |
399,5 t |
352,6 |
|
| 5) Yağ |
60403,4 t |
33877,0 |
89,0% |
| - kərə yağı |
4689,8 t |
5537,0 |
|
| - bitki və heyvan mən.yağ |
55713,6 t |
28340,0 |
|
| - humanitar yardım |
256,0 t |
277,3 |
|
| 6) Çay |
4942,0 t |
9208,1 |
116,0 % |
| 7) Spirt |
488286,8 L |
440,4 |
44,6 % |
| 8) Spirtli içkilər |
6288040 L |
8418,1 |
155,3 % |
| 9) Tütün məmulatı |
4808,1 mln. əd. |
63807,2 |
162,0% |
| 10) Qara metallar |
238725,5 t |
68161,4 |
132,8% |
| 11) Minik avtomobilləri | | | |
| -YGB əsasında |
17552 əd. |
126925,8 |
94,0% |
| -GMO əsasında |
18219 əd. |
94183,1 |
|
| 12) Neft məhsulları |
79315,0 t |
49871,8 |
|
| 13) Elektrik enerjisi |
1616,2 mln. kvt*s |
44235,5 |
|
| 14) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
3091332,4 min kub.m |
317965,7 |
|
Xam neft Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (2449901,2 ton (52,58%)), Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (2179454,5 ton (46,78%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (2122082,7 ton (90,38%)), "Azneftyağ" İstehsalat Birliyi (86194,8 ton (3,67%)), "Middle East Petrol Farm FZE" şirkətinin Azərbaycandakı filialı (64876,0 ton (2,76%)) və "Monolit-D" firması (21565,6 ton (0,92%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 3095358,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 84,62%) çıxarmışlar, o cümlədən, 2235536,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 72,22%) və 773641,0 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 24,99 %), 85672,0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 2,77%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1998795,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 59,74%) gətirilmişdir. Onlardan 1074925,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 53,78%), 804319,5 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 40,24 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 1096563,0 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 92,14%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,83%); alüminium və alüminum məmulatlarI (1,53%); meyvə (0,67%); qeyri-üzvi kimya məhsulları (0,58%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 32,64%); elektrik maşınları və avadanlıqları, onların hissələri (13,05%); qara metallardan məmulatlar (9,52%); quru nəqliyyat vasitələri (6,66%); mebel (3,37%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 562735,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 15,38%) çıxarmışlar, o cümlədən, 359904,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 63,96%), 160541,2 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 28,53%), 42176,2 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 7,49%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1347023,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 40,26%) gətirilmişdir. Onlardan 882483,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 65,51%), 113830,2 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 8,45 %), 342678,5 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 25,44%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 784288,3 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 31,35%), qeyri-üzvi kimya məhsulları (15,17%); gəmilər, qayıqlar və digər üzən vasitələr (12,39%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,32%); tərəvəz (5,51%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (idxala nisbətən 27,83%); gəmilər, qayıqlar və digər üzən vasitələr (20,96%); quru nəqliyyat vasitələri (6,99%); dənli bitkilər (6,54%); avadanlıqlar və mexaniki cihazlar (4,24%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
1756582,77 |
48,02 |
| İsrail |
348079,95 |
9,52 |
| Türkiyə |
242514,56 |
6,63 |
| Rusiya |
179897,28 |
4,92 |
| İran |
172176,36 |
4,71 |
| Gürcüstan |
171942,67 |
4,70 |
| Qazaxıstan |
91651,65 |
2,51 |
| Tacikistan |
85386,17 |
2,33 |
| Rumıniya |
79910,20 |
2,18 |
| Yunanistan |
72807,76 |
1,99 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Rusiya |
696666,87 |
20,82 |
| B.Britaniya |
309826,47 |
9,26 |
| Almaniya |
254088,03 |
7,59 |
| Türkiyə |
233278,42 |
6,97 |
| Ukrayna |
155426,81 |
4,65 |
| Çin |
131030,34 |
3,92 |
| ABŞ |
116003,75 |
3,47 |
| Finlandiya |
114717,29 |
3,43 |
| İtaliya |
84119,25 |
2,51 |
| Qazaxıstan |
81201,73 |
2,43 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 8381 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3202-i hüquqi, 5179-u isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 2434663,4 min ABŞ dolları (66,56%), özəl sektorun 1178587,5 min ABŞ dolları (32,22%), fiziki şəxslərin payı isə 44843,5 min ABŞ dolları (1,23%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 937690,6 min ABŞ dolları (28,04%), özəl sektorun payı 2229468,1 min ABŞ dolları (66,67%), fiziki şəxslərin payı isə 177035,3 min ABŞ dolları (5,29%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
|
|
|