| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
2007-ci ilin 8 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin ilk 8 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 132 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 7406611,4 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 3991904,1 min ABŞ dolları dəyərində 2141 adda mal ixrac, 3414707,3 min ABŞ dolları dəyərində 6197 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 577196,8 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 26240,3 min ABŞ dolları dəyərində 15617,7 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin ilk 8 ayına nisbətən 2007-ci ilin ilk 8 ayında ixrac əməliyyatlarının həcmi 9,12% (333676,4 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 1,85% (61947,3 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 58084,9 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 206720,0 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2007-ci ilin ilk 8 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 13658,5 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 89,32% təşkil etmişdir. Bunlardan 7935,0 min ton ixrac, 5723,6 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (547,1 min ton), dəmiryolu (2255,6 min ton), avtomobil (481,9 min ton), hava (2,6 min ton) və stasionar nəqletmə (boru kəməri) (4637,3 min ton) nəqliyyat vasitələrdən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (78,4 min ton), dəmiryolu (4360,1 min ton), avtomobil (898,3 min ton), hava (16,4 min ton) və stasionar nəqletmə (boru kəməri) (336,1 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 140122 (əlavə vərəqlə birlikdə 185891) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 27956 (əlavə vərəqlə birlikdə 31647) ədəd ixrac, 112166 (əlavə vərəqlə birlikdə 154244) ədəd idxal YGB-dir. 2007-ci ilin ilk 8 ayında YGB-lərin ümumi sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 117,7% təşkil etmiş və ya 21078 ədəd bəyannamə artıq tərtib olmuşdur. O cümlədən, ixracda artım 2119 (108,2%) ədəd, idxalda isə artım 18959 (120,3%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 3772,6 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1053,3 min ton), İsveçrə (1050,0 min ton), Gürcüstan (790,4 min ton), Tacikistan (287,9 min ton), Türkiyə (162,8 min ton), İran (136,3 min ton), Rusiya (97,3 min ton), Türkmənistan (90,6 min ton) və Qazaxıstan (45,1 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 85,84% olmuş və ya 622,5 min ton azalmışdır.
2007-ci ilin ilk 8 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (866336,8 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154404,5 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (543600,6 min ABŞ dolları), aşağı həddi isə mart ayında (356627,3 min ABŞ dolları) olmuşdur;
- avqust ayında ixrac əməliyyatlarının həcmi iyul ayı ilə müqayisədə 270357,3 min ABŞ dolları həcmində azalmışdır, idxal əməliyyatlarının həcmi isə 127251,9 min ABŞ dolları həcmində artmışdır.
- orta aylıq artım ixrac əməliyyatlarında 28568,1 min ABŞ dolları, idxal əməliyyatlarında isə 22014,0 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 117326,7 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 117,6% təşkil etmiş və ya 17543,9 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2007-ci ilin ilk 8 ayı ərzində 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,02 % |
-0,35% |
| 21 (SDV ilə hesablaşma) |
-78,37% |
-71,91% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-1,30% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,53% |
-4,38% |
| 78 (kompen.öhdəliklər hesabına) |
-11,22% |
-0,00% |
| 80 (digərləri) |
-8,87% |
-22,05% |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin ilk 8 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 56,28% (2006-cı ilin ilk 8 ayının ixracına nisbətən 118,44%), neft məhsulları - 25,35% (91,17%), bitki və heyvan mənşəli yağlar - 1,41% (131,72%), kimya sənayesi məhsulları - 1,40% (43,34%), meyvə-tərəvəz - 1,40% (78,21%), alüminium və ondan hazırlanan məmulatlar - 1,25% (104,59%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,06% (122,77%), pambıq - 0,42% (60,94%), alkoqollu və alkoqolsuz içkilər - 0,36% (152,83%), tütün və tütün məmulatları - 0,13% (33,04%) təşkil edir. Qalan əmtəələrin payına 10,95% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 29,19% (2006-cı ilin ilk 8 ayının idxalına nisbətən 98,32%), nəqliyyat vasitələri və onların hissələri - 14,05% (88,02%), qara metallar və onlardan hazırlanan məmulatlar - 11,84% (137,66%), ərzaq məhsulları - 11,34% (150,56%), əczaçılıq məhsulları - 1,66% (175,57%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 1,52% (16,31%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,25% (111,03%), xalq istehlakı malları - 0,90% (82,50%), mebel - 0,57% (117,54%) təşkil edir. Qalan əmtəələrin payına 27,67% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilin 8 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.09.2007-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
4755784,5t |
2246624,2 |
|
| -Şimal boru kəməri ilə |
1514329,0t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
18647092,9t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.09.2007-ci ilə qədər
yola salınan xam neft(şərti YGB) |
3315497,4t |
| |
| 2) Neft emal məhsulları |
1978454,7t |
1012100,7 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
1953593,0t |
1001629,3 |
|
| - digərləri |
24861,7t |
10471,4 |
|
2.1) 01.09.2007-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
96883,2t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
43086,5t |
56130,6 |
122,6% |
| 4) Spirtli içkilər |
10054119,6 L |
14124,4 |
147,1% |
| 5)Tütün |
2626,9t |
2171,8 |
65,8% |
| 6) Tütün məmulatı |
504471,6 min.əd |
3064,8 |
23,0% |
| 7) Qara metallar |
53664,4t |
22348,9 |
123,0% |
| 8) Alüminium |
21490,9t |
49760,3 |
98,0% |
| 9) Çay |
3818,1t |
10529,0 |
94,8% |
| 10) Pambıq mahlıcı |
19035,3t |
16735,7 |
58,4% |
| 11) Elektrik enerjisi |
375,5 mln kvt*s |
6970,5 |
|

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilin 8 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları-humanitar yardım |
17097,9 t |
11245,4 |
142,0 % |
| -humanitar yardım |
40,0 t |
555,9 |
|
| 2) Buğda |
762542,0 t |
128446,0 |
120,3 % |
| 3) Un |
401,2 t |
149,8 |
12,0 % |
| 4) Şəkər |
213743,4 t |
69870,7 |
238,0 % |
| - humanitar yardım |
160,9 t |
80,5 |
|
| 5) Yağ |
65555,9 t |
38340,4 |
108,5% |
| - kərə yağı |
6583,0 t |
7629,8 |
|
| - bitki və heyvan mən.yağ |
58972,9 t |
30710,6 |
|
| - humanitar yardım |
208,3 t |
255,6 |
|
| 6) Çay |
5998,6 t |
10326,0 |
121,4% |
| 7) Spirt |
688944,4 L |
684,3 |
141,1% |
| 8) Spirtli içkilər |
10157330,2 L |
10942,3 |
161,5 % |
| 9)Tütün; |
2754,7 t |
3948,3 |
92,9 % |
| 10) Tütün məmulatı |
7770992,8 min. əd. |
115165,0 |
161,6 % |
| 11) Qara metallar |
322907,5 t |
75117,3 |
135,3 % |
| 12) Minik avtomobilləri |
| | |
| -YGB əsasında |
20178əd. |
162027,0 |
113,5 % |
| -GMO əsasında |
22513əd. |
108665,1 |
|
| 13) Neft məhsulları |
46326,3 t |
38867,9 |
|
| 14) Elektrik enerjisi |
685,9 mln. kvt*s |
20403,3 |
|
| 15) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
470088,5 min kub.m |
51863,3 |
|
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (3779318,5 ton (80,07%)) və ABƏŞ (976466,0 ton (19,93%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1862124,1 ton (94,12%)), "Az Trans Reil" MMC (24841,4 ton (1,26%)), "Sumqayıt Aşqarlar" ASC (14206,4 ton (0,72%)) və "İmpeks LTD" MMC (14145,6 ton (0,71%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 3246161,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 81,32%) çıxarmışlar, o cümlədən, 2841905,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 87,55%), 357167,6 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 11,00 %) və 46587,1 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 1,44%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2248406,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 65,84%) gətirilmişdir. Onlardan 1503748,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 66,88%) və 693643,9 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 30,85 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 997754,6 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 94,08%); alüminium və alüminium məmulatları (1,52%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,94%); qara metallar (0,66%); avadanlıqlar və mexaniki qurğular (0,39%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 27,32%); qara metallardan məmulatlar (10,88%); quru nəqliyyat vasitələri (10,14%); elektrik maşınları və avadanlıqları, onların hissələri (9,63%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,57%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 745742,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 18,68%) çıxarmışlar, o cümlədən, 286537,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 38,42%), 307374,0 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 41,22%) və 61074,2 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 8,19%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1166300,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 34,16%) gətirilmişdir. Onlardan 951693,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,60%), 143609,5 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 12,31 %) və 59384,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 5,09%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 420557,8 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 32,07%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (15,49%); gəmilər, qayıqlar və digər üzən vasitələr (12,41%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,51%); tərəvəz (4,66%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 11,43%); quru nəqliyyat vasitələri (10,78%); avadanlıqlar və mexaniki qurğular (8,44%); qara metallardan məmulatlar (7,27%); mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (6,67%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Türkiyə |
777350,79 |
19,47 |
| İtaliya |
562915,75 |
14,10 |
| İran |
336447,29 |
8,43 |
| Rusiya |
314308,05 |
7,87 |
| Gürcüstan |
253745,46 |
6,36 |
| Fransa |
182726,12 |
4,58 |
| Indoneziya |
147295,94 |
3,69 |
| Hindistan |
144947,94 |
3,63 |
| ABŞ |
131721,98 |
3,30 |
| Koreya resp. |
124734,81 |
3,12 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi idxala nisb.%-lə |
| Rusiya |
597721,42 |
17,50 |
| Türkiyə |
350023,69 |
10,25 |
| Ukrayna |
2310720,56 |
9,10 |
| Almaniya |
293274,81 |
8,59 |
| B.Britaniya |
252006,19 |
7,38 |
| ABŞ |
174396,10 |
5,11 |
Yaponiya |
161759,94 |
4,74 |
| Çin |
153808,33 |
4,50 |
| Qazaxıstan |
111650,36 |
3,27 |
| İtaliya |
91909,32 |
2,69 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 9902 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3426-sı hüquqi, 6476-sı isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 2980421,5 min ABŞ dolları (74,66%), özəl sektorun payı 963995,1 min ABŞ dolları (24,15%), fiziki şəxslərin payı isə 47487,4 min ABŞ dolları (1,19%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 851052,0 min ABŞ dolları (24,92%), özəl sektorun payı 2369326,1 min ABŞ dolları (69,39%), fiziki şəxslərin payı isə 194329,2 min ABŞ dolları (5,69%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
|
|
| Rəsmi məlumatlar |
Arxiv |
|
19.07.2008
Azərbaycan iqtisadiyyatı yüksək dinamizmlə inkişaf edir Respublikamızın qazandığı yüksək nəticələr, şübhəsiz, dövlət idarəçiliyinin formalaşmış çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə, demokratikləşmə proseslərinə sadiqliyini sübuta yetirmişdir.
|
 Daha ətraflı |
|
|
|
|
19.07.2008
Rəsmi xronika Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də ölkəmizdə Konstitusiya Məhkəməsinin yaradılmasının 10-cu ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.
|
 Daha ətraflı |
|
|
|
|