Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2003-cü ilin 9 ayı ərzində respublikanın xarici iqtisadi fəaliyyətinin vəziyyəti


2003-cü ilin ilk 9 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 116 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 3367804.0 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 1587699.2 min ABŞ dolları dəyərində 988 adda mal ixrac, 1780104.8 min ABŞ dolları dəyərində 4800 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 192437.9 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,

-elektrik enerjisinin Rusiya Federasiyasına, Gürcüstan Respublikasına və İran İslam Respublikasına qarşılıqlı ötürülməsi ilə ixracı 2001.2 min ABŞ dolları və həmin ölkələrdən isə idxal 1091.9 min ABŞ dolları təşkil etmişdir;

-respublikaya 26794.2 min ABŞ dolları dəyərində 19311.7 ton dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təməənnasız kömək, humanitar yük və texniki yardım daxil olmuşdur.

2002-ci ilin ilk 9 ayına nisbətən 2003-cü ilin ilk 9 ayında ixrac əməliyyatlarının həcmi 4.92% (74436.6 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 56.53% (642903.2 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, avadanlıqlar və texniki qurğuların, elektrik maşınları və onların hissələrinin, poliqrafiya sənayesinin məmulatlarının, qara metallar, mebel, plastik kütlələr və onlardan hazırlanan məmulatlar və başqa malların idxalı hesabına artmışdır.

2003-cü ilin sentyabr ayında idxal əməliyyatlarının həcmi 222539.7 min ABŞ dolları olmuşdur və 2002-ci ilin sentyabr ayı ilə müqayisədə 173.10% təşkil etmiş və ya 93976.5 min ABŞ dolları artmışdır.

Müvəqqəti ixrac rejimində ölkəmizə 47849.1 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 183426.7 min ABŞ dolları dəyərində mal isə müvəqqəti idxal olunmuşdur.

2003-cü ilin ilk 9 ayı ərzində 121609 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 12468.2 min ton yük daşınmışdır. Bunlardan 7468.4 min tonu (30202 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 4999.8 min tonu (91407 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür. Əsasən dəmir yolu (56122 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından (44419 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.

Tranzit rejimində Azərbaycan Respublikası ərazisindən 7156947.0 ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Gürcüstan (6200389.1t), Tacikistan (142398.7t), Kipr (242088.2t), Türkmənistan (224723.9t), Türkiyə (74897.7t) Respublikalarına, Rusiya Federasiyasına (139144.6t), İran İslam Respublikasına (52106.5t) və İsveçrəyə (29540.7t) göndərilmişdir.

Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 47598.7 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.
2003-cü ilin ilk 9 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:

-ixrac əməliyyatlarının həcminin yüksək həddi mart ayında (439991.5 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (60983.7 min ABŞ dolları) olmuşdur;

idxal əməliyyatlarının həcminin yüksək həddi iyun ayında (272788.3 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (135207.6 min ABŞ dolları) olmuşdur;

-sentyabr ayında ixrac əməliyyatlarının həcmi avqust ayına nisbətən 17481.8 min ABŞ dolları həcmində artmışdır;

-sentyabr ayında idxal əməliyyatlarının həcmi avqust ayına nisbətən 26042.7 min ABŞ dolları həcmində artmışdır;

-ixracda orta aylıq azalma 7104.9 min ABŞ dolları, idxalda isə orta aylıq artım 10916.5 min ABŞ dolları olmuşdur.

İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2003-cü ilin ilk 9 ayı ərzində 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda:
İdxalda:
01 (milli valyuta ilə hesablaşma)
-2.16%
  -0.03%
21 (SD ilə hesablaşma)
-59.57%
  -51.51%
23 (dövlət krediti üzrə hesablaşma)
-0.00%
-2.50%
41 (qapalı dövriyyəli valyuta)
  -0.89%  
  -3.01%
51 (barter sazişi)
-0.15%
-0.07%
78(kompensiasialı öhdəlik. hesab.)
-32.77%
-0.00%
80 (digərləri)
-4.44%
-42.88%
Saziş növlərinin təhlili göstərir ki, keçən illə müqayisədə ixrac əməliyyatlarında kompensasiyalı öhdəliklər hesabına sərbəst dönərli valyuta ilə hesablamalar əsasında malların keçirilməsinin (78) xüsusi çəkisi artmışdır. İdxal və ixrac əməliyyatlarında sərbəst dönərli valyuta ilə hesablaşmalara (21) və digər sazişlərə (80) daha çox üstünlük verilmişdir. Qapalı dövriyyəli valyuta (41) və barter sazişinin (51) xüsusi çəkisi aşağı düşmüşdür.

Barter əməliyyatlarının təhlili göstərir ki, 2003-cü ilin ilk 9 ayı ərzində ixrac əməliyyatlarının həcmi idxaldan 1262.6 min ABŞ dolları çox olmuşdur. Barter əməliyyatları üzrə ixracda orta aylıq azalma 71.3 min ABŞ dolları olmuş, idxalda isə orta aylıq azalma 6.9 min ABŞ dolları təşkil etmişdir.

Uzaq xarici ölkələr üzrə ixracda barter əməliyyatları 2173.8 min ABŞ dolları (ümumi ixraca nisbətən 0.14%), idxalda isə 917.0 min ABŞ dolları (ümumi idxala nisbətən 0.05%) təşkil etmişdir. MDB dövlətləri üzrə ixracda barter əməliyyatları 246.3 min ABŞ dolları (ümumi ixraca nisbətən 0.02%), idxalda isə 240.5 min ABŞ dolları (ümumi idxala nisbətən 0.01%) olmuşdur.

İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2002-ci ilin ilk 9 ayı ilə müqayisə statistik dəyərə görə aparılmışdır):

İdxalda: ərzaq məhsulları-10.03% (2002-ci ilin ilk 9 ayına nisbətən 119.52%), neft qazı və digər qazaoxşar karbohidrogenlər-9.11% (99.39%), xalq istehlak malları-1.38% (124.95%), maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri-25.28% (173.20%), nəqliyyat vasitələri və onların hissələri-9.93% (189.09%), qara metallar və onlardan hazırlanan məmulatlar-19.83% (249.09%), mebel-0.86% (178.62%), oduncaq və ondan hazırlanan məmulatlar-1.28% (138.61%), toxum-0.02% (67.20%), kübrə-0.20% (95.30%) təşkil edir. Qalan əmtəələrin payına 22.06% düşür.

İxracda: xam neft-67.64% (2002-ci ilin ilk 9 ayına nisbətən 103.48%), neft məhsulları-18.28% (97.21%), qara metallar və onlardan hazırlanan məmulatlar-1.35% (146.71%), spirtli və spirtsiz içkilər-0.22% (238.26%), kimya məhsulları-2.23% (178.57%), pambıq-0.88% (102.19%), tütün və tütün məmulatları-0.31% (32.56%), əlvan metallar-0.96% (835.60%), çay-0.16% (74.19%) təşkil edir. Qalan əmtəələrin payına 7.97% düşür.
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2002-ci ilin ilk4 ayınanetto çəki. nisb.%-lə
1. Ət və ət məhsulları
  18131.7t  
10537.7
108.3%
-o cümlədən hum. yardım
73.4t  
473.0
2. Buğda
473921.7t  
  57159.3  
  88.0%
-o cümlədən hum. yardım
  10554.6t  
1527.9
 
3. Un
5722.5t
1524.9  
98.6%
-o cümlədən hum. yardım
  3162.2t
7734.9
4. Şəkər
88855.1t
15166.7
125.3%
5. Yağ
45975.8t
27614.5  
180.0%
-kərə yağı
9126.5t
17280.1
-bitki və heyvan mənş. yağlar
36849.5t
14617.9
-o cümlədən hum. yardım
  563.3t
369.6
6. Çay
3329.1t
7734.9
85.3%
7. Spirt
792316.9L
  713.2  
93.7%
8. Spirtli içkilər
1705213.3L
2115.8
125.2%
9. Tütün məmulatı
796810.4min əd.
  8346.7  
135.6%
10. Minik avtomobilləri
-YGB əsasında rəsmiləşdirilmiş
11252 əd.
 46829.5  
169.7%
-GMO əsasında rəsmiləşdirilmiş
4913.əd
21415.4
11. Toxum
  701.3t
  350.1
65.1%
12. Gübrə
36554.1t  
  3613.5  
  97.3%
13. Neft məhsulları
25062.2t
16266.9
14. Elektrik enerjisi
1502575.6 min kvt/s
37529.6
-o cümlədən, elektrik enerji sinin qarşılıqlı ötürülməsi
73303.3 min kvt/s
1091.9
 
15. Neft qazı və digər qazaoxşar karbohidrogenlər
2309.1t
  263.1
 
3066607.2 min kub.m  
161924.9

İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2002-ci ilin ilk 4 ayınanetto çəki. nisb.%-lə
1. Neft (xam)
5321844.6t
1073973.2
1.1. Boru kəməri ilə 01.10.2003-cü

ilə qədər gedən xam neft

(sayğac göstəricilərinə əsasən)
(sayğac göstəricilərinə əsasən)
-şimal boru kəməri ilə
2054135.0t
-Supsa boru kəməri ilə
  4714868.7t
2. Neft emal məhsulları
  1380240.0t
290163.9
o cümlədən, saziş növləri üzrə:
-sərbəst dönərli valyutaya
  1229641.9t
255386.5
-milli valyutaya
147041.7t  
33972.6
2.1. 01.10.2003-cü ilə qədər şərti

bəyan. ilə yola salın, rəsmi-

ləşdirilməmiş neft məhsulları  
143680.5t
3. Bitki və heyvan mənşəli yağlar
  26263.3t  
22902.2
129.2%
4. Spirtli içkilər
6425766.5 L
2827.2
164.6%
5. Tütün
3605.4t  
2923.1
49.3%
6. Tütün məmulatı
  449000.0 min əd.
 1961.9  
  17.4%
7. Qara metallar
87420.7t  
  19207.0
169.6%
8 Çay
1176.0t
2477.7
72.4%
9. Pambıq mahlıcı və tullantıları
 16632.7t
14050.4
 87.3%
10. Elektrik enerjisinin qarşılıqlı ötürülməsi
356995.2 min kvt/s
5421.6
-o cümlədən,elektrik enerji- sinin qarşılıqlı ötürülməsi
128773.8 min kvt/s  
1998.2

İxrac olunan xam neftin 2477969.8 tonu (46.56%) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin, 1987840.2 tonu (37.35%) Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsinin, 796409.9 tonu (14.96%) ARDNŞ Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin və 59624.6 tonu (1.12%) "Şirvan Oyl" MMM-nin payına düşür.

Neft məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi (646176.8 ton (46.82%)), Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (424696.3 tonu (30.77%)), ARDNŞ Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (148248.9 tonu (10.74%)) və "Azal Oil" müəssisəsi (145245.1 tonu (10.52%)) üstünlük təşkil edir.

Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB ölkələrindən başqa) 1382120.1 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 87.05%) çıxarmışlar, o cümlədən 2173.8 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.16%), 817966.5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 59.18%) və 520333.3 min ABŞ dolları dəyərində mal kompensasialı öhdəliklər hesabına (ixraca nisbətən 37.65%) çıxarılmışdır.

Eyni zamanda respublikaya xarici ölkələrdən 1203451.8 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 67.61%) gətirilmişdir. Onlardan 917.0 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən 0.08%), 427205.5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 35.50%), 41382.1 min ABŞ dolları dəyərində əmtəə isə dövlət krediti üzrə (idxala nisbətən 3.44% və 732077.0 min ABŞ dolları dəyərində digər saziş növləri ilə (idxala nisbətən 60.83%) gətirilmişdir.

Xarici ölkələr üzrə müsbət saldo 178668.3 min ABŞ dolları təşkil edir.

Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 205549.9 min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən 12.95%) çıxarmışlar, o cümlədən, 246.3 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.12%), 127823.3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 62.19%), 39789.1 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 19.36%), 23448.8 min ABŞ dolları dəyərində əmtəə milli valyuta ilə hesablaşmalarla (ixraca nisbətən 11.41%) çıxarılmışdır.

Eyni zamanda, respublikaya MDB ölkələrindən 576653.0 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 32.39%) gətirilmişdir. Onlardan 240.5 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən 0.04%), 489710.0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 84.92%), 51936.6 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 9.01%) və 31170.9 min ABŞ dolları dəyərində digər saziş növləri ilə (idxala nisbətən 5.41%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 371103.1 min ABŞ dolları təşkil edir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda:
İdxalda:
Ölkənin adı
min Abş dolları
ümumi ixraca nisb.%-lə
Ölkənin adı
min ABŞ dolları
ümumi idxala nisb.%-lə
İtaliya
818637.31
51.56
Rusiya
263083.10
14.78
İsrail
134545.84
8.47
Böyük Britaniya
195858.04
11.00
Rusiya
86220.30
5.43
Türkiyə

136720.40

7.68
Yunanıstan
66146.40
4.17
Türkmənistan
137202.20
7.71
Fransa
63642.24
4.01
Almaniya

117858.90
6.62
ABŞ
61071.73
3.85
Yaponiya
86762.14
4.87
Gürcüstan

67506.30
4.25
Malaziya
85443.90
4.80
Türkiyə
68662.30
4.32
Qazaxıstan
82288.81
4.62
İspaniya
42678.19
2.69
ABŞ
95094.66
5.34
İran
33853.00
2.13
Ukrayna
78241.20
4.40

Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.

Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə 5229 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2458 dövlət və özəl müəssisə, 2771 isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 933266.9 min ABŞ dolları (58.78%), özəl sektorun payı 641134.1 min ABŞ dolları (40.38%), fiziki şəxslərin payı isə 13268.9 min ABŞ dolları (0.84%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 441130.3 min ABŞ dolları (24.78%), özəl sektorun payı 1206513.9 min ABŞ dolları (67.78%), fiziki şəxslərin payı isə 132460.7 min ABŞ dolları (7.44%) olmuşdur.

DGK Statistika və İnformasiya

 Texnologiyaları İdarəsi
Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb