2005-ci ilin 9 ayı ərzində respublikanın xarici ticarətinin
vəziyyəti
2005-ci ilin 9 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri
tərəfindən 132 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 5718464,6
min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 2499097, 6 min ABŞ dolları
dəyərində 1797 adda mal ixrac, 3219367,0 min ABŞ dolları dəyərində
5291 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi
saldo 720269,5 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
-
respublikaya 30901,4 min ABŞ dolları dəyərində 11987,9 ton əmtəə dövlət,
hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar
yük və texniki yardım kimi daxil olmuşdur.
2004-cü ilin 9 ayına nisbətən 2005 -ci ilin 9 ayında ixrac əməliyyatlarının
həcmi 14,38% (314148,4 min ABŞ dolları) artmış, idxal əməliyyatlarının
həcmi isə 27,67% (697788,2 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının
həcmi əsasən təbii qazın, avadanlıqlar, texniki qurğuların və onların
hissələrinin, quru nəqliyyat vasitələri, mebel, tütün məlumatları
və başqa malların idxalı hesabına artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 43380,2 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 248736,2 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2005-ci ilin 9 ayı ərzində 197556 ədəd nəqliyyat vasitəsindən istifadə
edilməklə 13352,0 min ton yük daşınmışdır. Bunlardan 5620,6 min tonu
(38786 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 7731,4 min
tonu (158770 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına
düşür. Əsasən dəmir yolu (87779 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından
(66547 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında
stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.
Göstərilən müddət ərzində gömrük orqanlarında 121632 (əlavə vərəqlə
birlikdə 159062) ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir.
Bunlardan 25082 (əlavə vərəqlə birlikdə 28180) ədəd ixrac, 96550 (əlavə
vərəqlə birlikdə 130882) ədəd idxal YGB-dir.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 6224572,6 ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1723945,7t), İsveçrə
(1228145,2t), Gürcüstan (1158745,2t), Kipr (669397,9t), Tacikistan
(296963,5t), İran (238378,4t), Virgin ada. (Brit.) (185141,7t), Rusiya
(173239,5t) və Böyük Britaniya (141149,4 t) göndərilmişdir.
2005-ci
ilin 9 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə
dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (534165,7
min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (109057,8 min ABŞ
dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (582686,8
min ABŞ dolları), aşağı həddi isə fevral ayında (265305,2 min ABŞ
dolları) olmuşdur;
- sentyabr ayında ixrac əməliyyatlarının həcmi avqust ayı ilə müqayisədə
180910,9 min ABŞ dolları həcmində azalmışdır;
- sentyabr ayında idxal əməliyyatlarının həcmi avqust ayı ilə müqayisədə
46686,8 min ABŞ dolları həcmində azalmışdır;
- ixrac əməliyyatlarında orta aylıq artım 30524,6 min ABŞ dolları,
idxal əməliyyatlarında isə orta aylıq azalma 34981,2 min ABŞ dolları
olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 87769,7 min ABŞ dolları
dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2005-ci ilin 9 ayı ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük
verilib.
İxracda:
İdxalda:
01 (milli valyuta ilə
hesablaşma)
-0.60%
-0.17%
21 (SDV ilə hesablaşma)
-76.98%
-51.54%
23 (dövlət krediti
üzrə hesablaşma)
-0.00%
-0.85%
41 (qapalı dövriyyəli valyuta)
-1.59%
-3.69%
80 (digərləri)
-20.82%
-43.74%
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
payı (%-lə) aşağıdakı kimidir (2004-cü ilin 9 ayına nisbətən müqayisə
statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 37,86% (2004-cü ilin 9 ayının ixracına nisbətən
78,30%), neft məhsulları - 31,43% (159,75%), kimya sənayesi məhsulları
- 3,64% (159,63%), meyvə-tərəvəz - 2,78% (272,90%), bitki və heyvan
mənşəli yağlar - 2,16% (156,25%), alüminium və ondan hazırlanan məmulatlar
- 1,61% (112,55%), qara metallar və onlardan hazırlanan məmulatlar
- 1,48% (109,77%), pambıq - 0,89% (108,35%), tütün və tütün məmulatları
- 0,58% (145,68%), alkoqollu və alkoqolsuz içkilər- 0,23% (179,05%)
təşkil edir. Qalan əmtəələrin payına 17,35% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 34,92% (2004-cü ilin 9
ayının idxalına nisbətən 152,07%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 9,99% (76,27%), nəqliyyat vasitələri və onların hissələri
- 8,99% (196,30%), ərzaq məhsulları - 7,82% (87,06%), neft qazı və
digər qazaoxşar karbohidrogenlər - 6,92% (124,31%), xalq istehlakı
malları - 1,52% (123,63%), oduncaq və ondan hazırlanan məmulatlar
- 1,17% (125,68%), mebel - 0,68% (99,13%), əczaçılıq məhsulları -
0,63% (92,37%) təşkil edir. Qalan əmtəələrin payına 27,37% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2004-ci ilin 9 ayına netto
çəki. nisb.%-lə
1. Neft (xam)
2624669,8t
946165.1
1.1 Boru kəməri ilə 01.10.2005-cü
ilə qədər gedən xam neft
(sayğac göstəricilərinə
əsasən)
-şimal boru kəməri ilə
2906817.0t
-Supsa boru kəməri ilə
5157353.9t
2. Neft emal məhsulları
1989118.0 t
785505.2
o cümlədən, saziş növləri
üzrə:
-sərbəst dönərli valyutaya
1678237.8t
653998,2
-milli valyutaya
49779.8t
14981,4
-digərləri
261100,4t
116525,6
2.1. 01.10.2005-ci ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları
78200.0t
3. Bitki və heyvan
mənşəli yağlar
45755.8t
53994.3
163.9%
4. Spirtli içkilər
6166543.3l
5629.3
162.3%
5. Tütün
5348.4t
5489.8
151.9%
6. Tütün məmulatı
1616600.0 min əd.
8988,9
119.2%
7. Qara metallar
102810.3t
33239.4
82.2%
8 Alüminium
24732.6t
40266.7
105.0%
9 Çay
3665.6t
9990.0
72.7%
10. Pambıq mahlıcı
26565.2t
22192.1
143.7%
11. Elektrik enerjisi
1354,8min kvt/s
20155.9
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2004-ci ilin 9 ayına netto
çəki. nisb.%-lə
1. Ət və ət məhsulları
26676.1t
16805.5
114.9%
-humanitar yardım
49.9t
465,3
2. Buğda
629438.7t
84054,7
72.0%
3. Un
3615,2t
1218.5
72,2%
-humanitar yardım
2425,6t
899,6
4. Şəkər
119862.7t
20491.0
120.9%
-humanitar yardım
199,0t
63,3
5. Yağ
68887.7t
35691.1
123.3%
-kərə yağı
7693.2t
6752,3
-bitki və heyvan mənş. yağlar
61194.5t
28938.8
-humanitar yardım
662,7t
650,9
6. Çay
4829.3t
9377.1
67.1%
7. Spirt
1177434.7L
1080.2
108.7%
8. Spirtli içkilər
4727839.2L
6588.9
233.9%
9. Tütün məmulatı
4196344.9min əd
56536.8
502.6%
10. Qara metallar
197242.4 t
92661.6
142.9%
11. Minik avtomobilləri
-YGB əsasında rəsmiləşdirilmiş
20760əd.
112060.7
136.1%
-GMO əsasında rəsmiləşdirilmiş
15989əd.
81742,3
12. Neft məhsulları
289696.7t
129419.2
13. Elektrik enerjisi
2130.4min kvt/s
50200.2
14. Neft qazı və digər qazaoxşar
karbohidrogenlər
3775.3min kub.m
222758,2
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar
İdarəsi (2547969,3 ton (97,08%)), "Şirvan Oil" birgə məhdud məsuliyyətli
müəssisə (76697,5 ton (2,92%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının
ixracında "Azneftyağ" İstehsalat Birliyi (871983,7 ton (43,84%)),
Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
(705153,0 tonu (35,45%)), "Middle East Petrol Farm FZE" şirkətinin
Azərbaycandakı filialı (243411,8 ton (12,24%)) və "Azal Oil" (48454,5
ton (2,44%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 1818574,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
72,77%) çıxarmışlar, o cümlədən, 1642918,2 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 90,34%) və 166771,8
min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən
9,17%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2159302,7
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 67,07%) gətirilmişdir.
Onlardan 869042,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli
valyutaya (idxala nisbətən 40,25%), 1253767,7 min ABŞ dolları dəyərində
əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 58,06%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə mənfi saldo 340728,7 min ABŞ dolları
təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən neft və neft
emalı məhsulları (ixraca nisbətən 88,20%); alüminium və alüminium
məmulatları (2,20%); polimer materiallar və onlardan hazırlanan məmulatlar
(1,96%); qara metallar (1,69%); meyvə (1,46%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və texniki qurğular, onların hissələri (idxala nisbətən
37,14%); elektrik maşınları və avadanlıqları, onların hissələri (9,58%);
qara metallardan məmulatlar (7,91%); mebel (6,77%); quru nəqliyyat
vasitələri (4,15%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 680523,6
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 27,23%) çıxarmışlar,
o cümlədən, 280881,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli
valyuta ilə (ixraca nisbətən 41,27%), 353550,4 min ABŞ dolları dəyərində
digər sazişlərlə (ixraca nisbətən 51,95%), 39736,9 min ABŞ dolları
dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən
5,84%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1060064,3 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 32,93%) gətirilmişdir. Onlardan
790070,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 74,53%), 112543,2 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 10,62%), 154490,6
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
14,57%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 379540,7 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən üzən vasitələr (ixraca nisbətən
38,92%); neft və neft emalı məhsulları (22,40%); qeyri-üzvi kimya
məhsulları (8,17%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,89%);
tərəvəz (3,69%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində neft və
neft emal məhsulları (idxala nisbətən 34,82%); quru nəqliyyat vasitələri
(8,68%); avadanlıqlar və texniki qurğular, onların hissələri (8,32%);
dənli bitkilər (8,38%); qara metallardan məmulatlar (5,48%) idxal
edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük
olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda:
İdxalda:
Ölkənin adı
min Abş dolları
ümumi ixraca nisb.%-lə
Ölkənin adı
min ABŞ dolları
ümumi idxala nisb.%-lə
Sinqapur
92983,60
3,72
Rusiya
488981,74
15,19
Fransa
146602,07
5,87
Böyük Britaniya
292364,28
9,08
Rusiya
176173,18
7,05
Türkiyə
231295,48
7,18
Xorvatiya
129084,42
5,17
Sinqapur
382912,58
11,89
İtaliya
629672,66
25,20
Almaniya
184516,18
5,73
Bolqarıstan
90122,48
3,61
Türkmənistan
214470,37
6,66
Gürcüstan
151326,86
6,06
Niderland
141377,46
4,39
Türkiyə
150353,77
6,02
Ukrayna
171321,70
5,32
Tükmənistan
269503,13
10,78
Çin
115247,72
3,58
İran
134428,59
5,38
Fransa
109731,53
3,41
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında
hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 8307 hüquqi
və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3178-i hüquqi, 5129-u isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1808008,5
min ABŞ dolları (72,35%), özəl sektorun 644569,5 min ABŞ dolları (25,79%),
fiziki şəxslərin payı isə 46519,6 min ABŞ dolları (1,86%) olmuşdur.
İdxal əməliyyatlarında dövlət sektorunun payı 687229,8 min ABŞ dolları
(21,35%), özəl sektorun payı 2355566,6 min ABŞ dolları (73,17%), fiziki
şəxslərin payı isə 176570,6 min ABŞ dolları (5,48%) olmuşdur.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
24.11.2007 Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.
24.11.2007 Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.