Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2003-cü il ərzində respublikanın xarici ticarətinin vəziyyəti


2003-cü il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 129 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 5217881.0 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 2591994.1 min ABŞ dolları dəyərində 1218 adda mal ixrac, 2625886.9 min ABŞ dolları dəyərində 5266 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 33892.8 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,

-elektrik enerjisinin Rusiya Federasiyasına, Gürcüstan Respublikasına və İran İslam Respublikasına qarşılıqlı ötürülməsi ilə ixracı 7294.0 min ABŞ dolları və həmin ölkələrdən isə idxal 1092.2 min ABŞ dolları təşkil etmişdir;

-respublikaya 44272.8 min ABŞ dolları dəyərində 35173.4 ton dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənasız kömək, humanitar yük və texniki yardım daxil olmuşdur.
2002-ci ilə nisbətən 2003-cü ildə ixrac əməliyyatlarının həcmi 19.62% (425147.8 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 57.79% (961738.3 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, avadanlıqlar və texniki qurğuların, elektrik maşınları və onların hissələrinin, poliqrafiya sənayesinin məmulatlarının, qara metallar, mebel, plastik kütlələr və onlardan hazırlanan məmulatlar və başqa malların idxalı hesabına artmışdır.

2003-cü ilin dekabr ayında idxal əməliyyatlarının həcmi 311859.7 min ABŞ dolları olmuşdur və 2002-ci ilin dekabr ayı ilə müqayisədə 184.92% təşkil etmiş və ya 143217.1 min ABŞ dolları artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 52901.7 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 264874.1 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal olunmuşdur.

2003-cü il ərzində 174603 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 19240.7 min ton yük daşınmışdır. Bunlardan 12102.2 min tonu (42261 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 7138.5 min tonu (132342 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür. Əsasən dəmir yolu (82426 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından (61865 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.

Tranzit rejimində Azərbaycan Respublikası ərazisindən 9322270.6 ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Gürcüstan (8002728.8t), Türkmənstan (293685.0t), Kipr (271097.4t), Tacikstan (256258.1t) Respublikalarına, Rusiya Federasiyasına (179255.8t), Türkiyə Respublikasına (97715.5t), İran İslam Respublikasına (84500.6t), İsveçrəyə (39129.2t) və İtaliya Respublikasına (34281.4t) göndərilmişdir.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 71891.3 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.

2003-cü il ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:

-ixrac əməliyyatlarının həcminin yüksək həddi oktyabr ayında (443985.9 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (60983.7 min ABŞ dolları) olmuşdur;

-idxal əməliyyatlarının həcminin yüksək həddi dekabr ayında (311859.7 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (135207.6 min ABŞ dolları) olmuşdur;

-dekabr ayında ixrac əməliyyatlarının həcmi noyabr ayına nisbətən 298392.5 min ABŞ dolları həcmində azalmışdır;

-dekabr ayında idxal əməliyyatlarının həcmi noyabr ayına nisbətən 3846.2 min ABŞ dolları həcmində artmışdır;

-ixracda orta aylıq azalma 4314.5 min ABŞ dolları, idxalda isə orta aylıq artım 17529.0 min ABŞ dolları olmuşdur.

İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2003-cü il ərzində 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda:
İdxalda:
01 (milli valyuta ilə hesablaşma)
-1.88%
-0.03%
21 (SD ilə hesablaşma)
-50.80%
-50.83%
23 (dövlət krediti üzrə hesablaşma)
-0.00%  
-1.87%
41 (qapalı dövriyyəli valyuta)
  -1.25%
  -2.90%
51 (barter sazişi)
-0.10%  
-0.06%
78(kompensiasialı öhdəlik. hesab.)
  -41.28%
-0.00%
80 (digərləri)
-4.69%
-44.31%

Saziş növlərinin təhlili göstərir ki, keçən illə müqayisədə ixrac əməliyyatlarında kompensasiyalı öhdəliklər hesabına sərbəst dönərli valyuta ilə hesablaşmalar əsasında malların keçirilməsinin (78) xüsusi çəkisi artmışdır. İdxal və ixrac əməliyyatlarında sərbəst dönərli valyuta ilə hesablaşmalara (21) və digər sazişlərə (80) daha çox üstünlük verilmişdir. Qapalı dövriyyəli valyuta (41) və barter sazişinin (51) xüsusi çəkisi aşağı düşmüşdür.

Barter əməliyyatlarının  təhlili göstərir ki, 2003-cü il ərzində ixrac əməliyyatlarının həcmi idxaldan 1011.9 min ABŞ dolları çox olmuşdur. Barter əməliyyatları üzrə ixracda orta aylıq azalma 46.0 min ABŞ dolları olmuş, idxalda isə orta aylıq artım 22.4 min ABŞ dolları təşkil etmişdir.

Uzaq xarici ölkələr üzrə ixracda barter əməliyyatları 2358.5 min ABŞ dolları (ümumi ixraca nisbətən 0.09%), idxalda isə 1316.6 min ABŞ dolları (ümumi idxala nisbətən 0.05%) təşkil etmişdir. MDB dövlətləri üzrə ixracda  barter əməliyyatları 256.7 min ABŞ dolları (ümumi ixraca nisbətən 0.01%), idxalda isə 286.8 min ABŞ dolları (ümumi idxala nisbətən 0.01%) olmuşdur.

İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2002-ci il ilə müqayisə statistik dəyərə görə aparılmışdır):

İdxalda: ərzaq məhsulları-10.70% (2002-ci ilə nisbətən 132.84%), neft qazı və digər qazaoxşar karbohidrogenlər-8.21% (100.76%), xalq istehlak malları-1.42% (129.53%), maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri-26.08% (173.05%), nəqliyyat vasitələri və onların hissələri-12.68% (271.12%), qara metallar və onlardan hazırlanan məmulatlar-17.40% (180.12%), mebel-0.84% (176.74%), oduncaq və ondan hazırlanan məmulatlar-1.19% (137.83%), toxum-0.02% (79.20%), gübrə-0.18% (112.67%) təşkil edir. Qalan əmtəələrin payına 21.27% düşür.

İxracda: xam neft-70.07% (2002-ci ilə nisbətən 123.01%), neft məhsulları-15.35% (93.60%), qara metallar və onlardan hazırlanan məmulatlar-1.09% (146.89%), spirtli və spirtsiz içkilər-0.16% (191.61%), kimya məhsulları-1.97% (142.60%), pambıq-1.29% (146.88%), tütün və tütün məmulatları-0.33% (43.46%), əlvan metallar- 1.04% (11.2 dəfə), çay-0.15% (77.23%) təşkil edir. Qalan əmtəələrin payına 8.56% düşür.
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2002-ci ilin ilk4 ayınanetto çəki. nisb.%-lə
1. Ət və ət məhsulları
25478.3 t  
14579.7  
111.3%
-o cümlədən hum. yardım
  73.4 t
  473.0
2. Buğda
807573.7 t
108868.1
122.9%
-o cümlədən hum. yardım
10554.6 t
1527.9
 
3. Un
6743.4 t
1599.7
68.7%
-o cümlədən hum. yardım
4639.2 t
22557.0
4. Şəkər
140717.5 t  
12062.2
108.9%
5. Yağ
  64965.0 t
37604.8
154.4%
-kərə yağı
 11435.1 t
12663.0
-bitki və heyvan mənş. yağlar
53529.9 t
24941.8
-o cümlədən hum. yardım
955.4 t
825.7
6. Çay
4315.8 t
9912.1
83.9%
7. Spirt
1147823.6 L  
  632.3  
89.5%
8. Spirtli içkilər
  2363620.2 L
3113.6  
88.2%
9. Tütün məmulatı
1026136.0 min əd.
11931.4
99.5%
10.Qara metallar
188648.6 t  
70553.8  
180.8%
11. Minik avtomobilləri
-YGB əsasında rəsmiləşdirilmiş
15871 əd.
67113.4
163.9%
-GMO əsasında rəsmiləşdirilmiş
7278 əd.
30768.3
12. Toxum
975.2 t  
610.9  
64.4%
13. Gübrə
45372.9 t  
4713.1
  91.7%
14. Neft məhsulları
32470.9 t
20477.5
15. Elektrik enerjisi
2370740.7
58936.5
-o cümlədən, elektrik enerji sinin qarşılıqlı ötürülməsi
73321.9 min kvt/s
1092.2
 
16. Neft qazı və digər qazaoxşar karbohidrogenlər
3373.2t
485.8
 
4079130.8 min kub.m
215647.0
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
 2002-ci ilə nisb. %-lə
1. Neft (xam)
9093125.9 t  
1816098.6

1.1. Boru kəməri ilə 01.01.2004-cü
ilə qədər gedən xam neft
(sayğac göstəricilərinə əsasən)
-şimal boru kəməri ilə
2632413.3 t
-Supsa boru kəməri ilə
6219465.6 t
2. Neft emal məhsulları
1864129.7 t
397746.3
o cümlədən, saziş növləri üzrə:
-sərbəst dönərli valyutaya
1651314.4 t  
347962.0
-milli valyutaya
202126.7 t  
47194.1
2.1. 01. 01. 2004-cü ilə qədər şərti

bəyan. ilə yola salın. rəsmi-

ləşdirilməmiş neft məhsulları  
  92752.3 t
3. Bitki və heyvan mənşəli yağlar
42449.2 t  
41091.2
351.2%
4. Spirtli içkilər
7490588.0 L
3392.1
133.2%
5. Tütün
4392.2
4392.2
58.5%
6. Tütün məmulatı
883430.0 min əd.  
4260.0
24.9%
7. Qara metallar
117285.4 t
25615.8  
167.1%
8. Alüminium
19420.6 t  
25816.9
49 dəfə
9. Çay  
1852.9 t
3936.0  
81.1%
10. Pambıq mahlıcı və tullantıları  
33520.2 t
33347.6
108.6%
11. Elektrik enerjisi  
729287.4 min kvt/s
11265.3
 
-o cümlədən,elektrik enerji- sinin qarşılıqlı ötürülməsi
464533.7 min kvt/s  
7294.0
İxrac olunan xam neftin 5279449.3 tonu (58.06%) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin, 1987840.2 tonu (21.86%) Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsinin, 1736388.0 tonu (19.10%) ARDNŞ Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin və 89448.0 tonu (1.05%) "Şirvan Oyl" MMM-nin payına düşür.

Neft məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi (876407.4 ton (47.01%)), Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (424696.3 tonu (22.78%)), ARDNŞ Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (336124.0 tonu (18.03%)) və "Azal Oil" müəssisəsi (199869.9 tonu (10.72%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB ölkələrindən başqa) 2258095.0 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 87.12%) çıxarmışlar, o cümlədən 2358.5 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.10%), 1116289.8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 49.44%) və 1070100.2 min ABŞ dolları dəyərində mal kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 47.39%) çıxarılmışdır.

Eyni zamanda respublikaya xarici ölkələrdən 1775074.0 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 67.60%) gətirilmişdir. Onlardan 1316.6 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən 0.07%), 604257.2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 34.04%), 45950.3 min ABŞ dolları dəyərində əmtəə isə dövlət krediti üzrə (idxala nisbətən 2.59%) və 1121001.1 min ABŞ dolları dəyərində digər saziş növləri ilə (idxala nisbətən 63.15%) gətirilmişdir.
Xarici ölkələr üzrə müsbət saldo 483021.0 min ABŞ dolları təşkil edir.

Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 333899.1 min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən 12.88%) çıxarmışlar, o cümlədən, 256.7 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.08%), 200538.4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 60.06%), 67577.4 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 20.24%), 33043.3 min ABŞ dolları dəyərində əmtəə milli valyuta ilə hesablaşmalarla (ixraca nisbətən 9.90%) çıxarılmışdır.

Eyni zamanda, respublikaya MDB ölkələrindən 850812.9 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 32.40%) gətirilmişdir. Onlardan 286.8 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən 0.03%), 730380.4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 85.85%), 73882.9 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 8.68%) və 42367.0 min ABŞ dolları dəyərində digər saziş növləri ilə (idxala nisbətən 4.98%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 516913.8 min ABŞ dolları təşkil edir.

Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda:
İdxalda:
Ölkənin adı
min Abş dolları
ümumi ixraca nisb.%-lə
Ölkənin adı
min ABŞ dolları
ümumi idxala nisb.%-lə
İtaliya
1345948.43
51.93
Rusiya
38792.42
14.62
Fransa
209725.45
8.09
Böyük Britaniya
286401.30
10.91
Rusiya
148106.53
5.71
Türkiyə
195118.95
7.43
İsrail
138112.78
5.33
Türkmənistan
188284.52
7.17
Gürcüstan
111460.10
4.30
Almaniya

169948.61
6.47
Türkiyə
107031.20
4.13
Fransa
155595.76
5.93
Yunanıstan
71425.89
2.76
Qazaxıstan
138455.94
5.27
ABŞ
63864.49
2.46
ABŞ
132650.11
5.05
Xorvatiya
61075.56
2.36
Ukrayna
118499.11
4.51
İran
49129.38
1.90
Yaponiya
101801.84
3.88

Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.

Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə 6756 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2811-i dövlət və özəl müəssisə, 3945-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 1279491.8 min ABŞ dolları (49.36%), özəl sektorun payı 1274733.3 min ABŞ dolları (49.18%), fiziki şəxslərin payı isə 37769.1 min ABŞ dolları (1.46%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 607298.2 min ABŞ dolları (23.13%), özəl sektorun payı 1831806.4 min ABŞ dolları (69.76%), fiziki şəxslərin payı isə 186782.4 min ABŞ dolları (7.11%) olmuşdur.


DGK Statistika və İnformasiya Texnologiyaları İdarəsi
Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb