Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2003-cü ilin yanvar ayı ərzində respublikanın xarici iqtisadi fəaliyyətinin vəziyyəti


2003-cü ilin yanvar ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 78 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 309158.2 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 173893.9 min ABŞ dolları dəyərində mal ixrac, 135264.3 min ABŞ dolları dəyərində mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 38629.6 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
-elektrik enerjisinin Rusiya Federasiyasına, Gürcüstan Respublikasına və İran İslam Respublikasına qarşılıqlı ötürülməsi ilə ixracı 1976.1 min ABŞ dolları və idxalı isə 67.8 min ABŞ dolları təşkil etmişdir;
-respublikaya 3824.8 min ABŞ dolları dəyərində 504.4 ton dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmannasız kömək, humanitar yük və texniki yardım daxil olmuşdur. 2002-ci ilin yanvar ayına nisbətən 2003-cü ilin yanvar ayında ixrac əməliyyatlarının həcmi 72.58% (73134.1 min ABŞ dolları) artmış, idxal əməliyyatlarının həcmi isə 14.44% (17065.4 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, avadanlıqlar və texniki qurğuların, elektrik maşınların və onların hissələrinin, poliqrafiya sənayesinin məmulatlarının, qara metallar, kimyəvi maddələr və başqa malların idxalı hesabına artmışdır.
Müvəqqəti idxal rejimində ölkəmizə 9174.2 min ABŞ dolları dəyərində mal idxal olunmuş, 466.2 min ABŞ dolları dəyərində mal isə müvəqqəti ixrac edilmişdir.
2003-cü ilin yanvar ayı ərzində 10938 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 1053.5 min ton yük daşınmışdır. Bunlardan 758.6 min tonu (3167 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 294.9 min tonu (7771 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür. Əsasən dəmir yolu (4529 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından (4676 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir. Tranzit rejimində Azərbaycan Respublikası ərazisindən 668250.1 ton yük keçirilmişdir. Tranzit yüklər əsəsn Gürcüstan (580513.8t), Kipr (35205.0t), Türkmənistan (16016.5t) Respublikalarına, İsveçrəyə (11153.4t), Rusiya Federasiyasına (9372.9) və İran İslam Respublikasına (5960.0t) göndərilmişdir. Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 5700.3 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxili orderləri ilə rəsmiləşdirilmişdir.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2003-cü ilin yanvar ayı ərzində 21, 23, 41 və 80 saziş növlərinə üstünlük verilib.

 
İxracda:
İdxalda:    
01 (milli valyuta ilə hesablaşma)
-2.88%
-0.02%
21 (SD ilə hesablaşma)
-90.40%
       -66.17%    
23 (dövlət krediti üzrə hesablaşma)
-0.00%
-1.66%    
41 (qapalı dövriyyəli valyuta)
-0.67%   
-4.03%
51 (barter sazişi)
-0.35%
-0.17%
80 (digərləri)
-5.70%
-27.95%

Saziş növlərinin təhlili göstərir ki, keçən ilin yanvar ayı ilə müqayisədə  idxal və ixrac əməliyyatlarında sərbəst dönərli valyuta ilə hesablaşmalara (21)  və digər sazişlərə (80) daha çox üstünlük verilmişdir. Qapalı dövriyyəli valyuta  (41) və barter sazişinin (51) xüsusi çəkisi aşağı düşmüşdür.  Barter əməliyyatlarının təhlili göstərir ki,2003-cü ilin yanvar ayı ərzində  ixrac əməliyyatlarının həcmi idxaldan 376.4 min ABŞ dolları az olmuşdur. Uzaq  xarici ölkələr üzrə ixracda barter əməliyyatları 537.1 min ABŞ dolları (ümumi  ixraca nisbətən 0.31%), idxalda isə 152.3 min ABŞ dolları (ümumi idxala nisbətən  0.11%) təşkil etmişdir. MDB dövlətləri üzrə ixracda barter əməliyyatları 71.3  min ABŞ dolları (ümumi ixraca nisbətən 0.04%), idxalda isə 79.7 min ABŞ dolları  (ümumi idxala nisbətən 0.06%) olmuşdur.            İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin miqdarı  (%-lə) aşağıdakı kimidir (2002-ci ilin yanvar ayı ilə müqayisədə statistik dəyərə  görə aparılmışdır):  İdxalda: ərzaq məhsulları -16.02% (2002-ci ilin yanvar ayına nisbətən 157.63%),  neft qazı və digər qazaoxşar karbohidrogenlər -15.99% (99.59%), xalq istehlak  malları -1.64% (97.81%), maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki  avadanlıqlar və onların ehtiyat hissələri -23.03% (91.96%), nəqliyyat vasitələri  və onların hissələri -5.75% (138.58%), qara metallar və onlardan hazırlanan  məmulatlar -11.35% (232.96%), mebel -0.83% (130.37%), meşə materialları -1.34%  (121.80%), toxum -0.03% (48.76%), kübrə -0.19% (50.51%) təşkil edir. Qalan əmtəələrin  payına 23.83% düşür.  İxracda: xam neft -68.04% (2002-ci ilin yanvar ayına nisbətən 170.73%), neft  məhsulları -16.98% (193.53%), qara metallar və onlardan hazırlanan məmulatlar  -1.44% (135.30%), spirtli və spirtsiz içkilər -0.20% (246.33%), kimya məhsulları  -1.83% (282.37%), pambıq -1.71% (160.33%), tütün və tütün məmulatları -0.49%  (35.56%), əlvan metallar -0.05% (73.46%), çay -0.12% (38.68%) təşkil edir. Qalan  əmtəələrin payına 9.15% düşür.  İdxalın strukturunda əsəs yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı  kimidir:

 
Miqdarı    
Dəyəri (min ABŞ dol.)
2002-ci ilin yanvar ayına netto çəki. nisb.%-lə    
1. Ət və ət məhsulları      
      2299.5t
1336.9
153.3%
2. Buğda     
54756.8t
8203.6
153.3%
3. Un
64.2t
10.3
34.4%
4. Şəkər     
6894.8t
896.4    
149.1%
5. Yağ
4415.5t
2824.7
346.6%
-kərə yağı
1181.2t
1355.4
   
-bitki və heyvan mənş.
   
   
   
yağlar
3234.3t   
1469.3
   
6. Çay
823.1t
1888.6
152.2%
7. Spirt
124228.3L
111.8
282.3%    
8. Spirtli içkilər
271764.6L
206.2
241.0%
9. Tütün məmulatları     
50855.6 min əd
388.1
   
10. Minik avtomobilləri
   
   
   
-YGB əsasında rəsmiləşdirilmiş
1105 əd.
4328.4
197.0%
 -GMO əsasında rəsmiləşdirilmiş
395 əd.   
2541.1
   
11. Toxum
78.7t
40.2
134.4%
12. Gübrə     
3197.6t
261.8
54.3%
13. Neft məhsulları
1031.1t
1201.6
   
14. Elektrik enerjisi
118171.2min kvt/s
3034.6
   
-o cümlədən, elektrik enerji- sinin qarşılıqlı ötürülməsi     
4063.1min kvt/s
67.8
   
15. Neft qazı və digər qaza- oxşar karbohidrogenlər
406308.4 min kub.m
21623.7
   

İxracın strukturunda əsəs yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı  kimidir:

 
Miqdarı
Dəyəri (min ABŞ dol.)
2002-ci ilin yanvar ayına netto çəki. nisb.%-lə
1. Neft (xam)
550595.2t
118314.7   
   
1.1. Boru kəməri ilə 01.02.2003-cülə qədər      gedən xam neft
   
   
   
(sayğac göstəricilərinə əsasən)
   
   
   
-şimal boru kəməri ilə
219732.9t
   
   
-Supsa boru kəməri ilə
477688.1t
   
   
2. Neft emal məhsulları
135472.7t
29530.5
   
o cümlədən, saziş növləri üzrə:
   
   
   
-sərbəst dönərli valyutaya
112932.3t
24580.0
   
-milli valyutaya
22537.3t
4947.0
   
2.1. 01.02.2003-cü ilə qədər şərti bəyan.ilə      yola salın. rəsmi- ləşdirilməmiş neft məhsulları
182207.5t
   
   
3. Spirtli içkilər
597224.0L
312.8
229.7%
4. Tütün
861.7t
794.3
67.6%
5. Tütün məmulatı
22000.0 min əd.
68.0
6.9%
6. Qara metallar
10152.7t
2448.9
118.2%
7. Çay
89.9t
206.2
37.8%
8. Pambıq mahlıcı və tullantıları
3554.5t
2965.2
135.8%
9. Elektrik enerjisinin qarşılıqlı ötürülməsi
128331.6 mln kvt/s
1976.1
   

Xam neft Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələ İdarəsi (550595.2 ton) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında "Azərneftyağ" İstehsalat Birliyi (75247.8 ton (55.54%)), Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (37684.4 tonu (27.82%)) və "Azal Oil" müəssisəsi (22537.3 tonu (16.64%)) üstünlük təşkil edir. Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB ölkələrindən başqa) 153427.5 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 88.23%) çıxarmışlar, o cümlədən 537.1 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.35%), 146134.7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 95.25%) və 5162.8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 3.36%) çıxarılmışdır. Eyni zamanda respublikaya xarici ölkələrdən 75194.6 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 55.59%) gətirilmişdir. Onlardan 152.3 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən 0.20%), 37232.5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 49.51%), 2250.3 min ABŞ dolları dəyərində əmtəə dövlət krediti üzrə (idxala nisbətən 2.99%) və 35309.3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 46.96%) gətirilmişdir.    Xarici ölkələr üzrə müsbət saldo 78232.9 min ABŞ dolları təşkil edir. Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 20466.4 min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən 11.77%) çıxarmışlar, o cümlədən, 71.3 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.35%), 11059.7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 54.04%), 4751.7 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 23.22%), 3412.3 min ABŞ dolları dəyərində əmtəə milli valyuta ilə hesablaşmalarla (ixraca nisətən 16.67%) çıxarılmışdır. Eyni zamanda, respublikaya MDB ölkələrindən 60069.7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 44.41%) gətirilmişdir. Onlardan 79.7 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən 0.13%), 52271.4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 87.02%) və 5266.8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 8.77%) gətirilmişdir. MDB ölkələri üzrə mənfi saldo 39603.4 min ABŞ dolları təşkil  edir. Azərbaycan Respubilkasının ticarət əlaqələrində xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:

İtaliya: İxrac-102111.1 min ABŞ dolları
 
(ümumi ixraca nisbətən 58.72%);
   
  İdxal -2359.4 min ABŞ dolları
 
(ümumi idxala niçbətən 1.74%);
   
  Saldo -99751.7 min ABŞ dolları.
Rusiya: İxrac -9098.0 min ABŞ dolları
  (ümumi ixraca nisbətən 5.23%);
  İdxal - 23411.0 min ABŞ dolları
  (ümumi idxala nisbətən 17.31%);
  Saldo -(-14313.0) min ABŞ dolları.
Türkmənistan: İxrac -660.7 min ABŞ dolları
 
(ixraca nisbətən 0.38%);
   
  İdxal -16569.0 min ABŞ dolları
 
(ümumi idxala nisbətən 12.25%);
   
  Saldo - (-15908.3) min ABŞ dolları.
ABŞ: İxrac -28797.8 min ABŞ dolları
 
(ümumi ixraca nisbətən 16.56%);
   
  İdxal - 3508.4 min ABŞ dolları
  (ümumi idxala nisbətən 2.59%);
  Saldo -25289.4 min ABŞ dolları.

Sonrakı yerləri Türkiyə (İxracda 1.95%, İdxalda 8.06%), Qazaxstan (0.23%, 8.65%), Böyük Britaniya (0.25%, 7.09%), Almaniya (0.42%, 6.59%), Ukrayna (0.36%, 5.67%), İran (2.39%, 2.94%) və Yaponiya (0.00%, 4.11%) tuturlar. Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə 1421 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 901 dövlət və özəl müəssisə, 520 isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 156226.4 min ABŞ dolları, özəl sektorun payı 16336.6 min ABŞ dolları, fiziki şəxslərin payı isə 1330.8 min ABŞ dolları olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 47287.1 min ABŞ dolları, özəl sektorun payı 74077.8 min ABŞ dolları, fiziki şəxslərin payı isə 13899.5 min ABŞ dolları olmuşdur. Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır və respublikanın xarici iqtisadi fəaliyyətinin təhlili yük gömrük bəyannamələrinə görə aparılmışdır

Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb