Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı, 1982-ci il, ¹13, maddə 121; 1984-cü il, ¹19, maddə 157; 1985-ci il, ¹19-20, maddə 195; 1986-cı il, ¹10, maddə 49; 1988-ci il, ¹24, maddə 229; 1989-cu il, ¹11-12, maddə 80; 1990-cı il, ¹3-4, maddə 20; 1992-ci il, ¹20, maddə 881; 1995-ci il, ¹8, maddə 157; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹4, maddə 287; 1999-cu il, ¹10, maddə 570; 2001-ci il, ¹3, maddələr 138, 144; 2002-ci il, ¹1, maddələr 1, 2, ¹6, maddə 328) 55-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. birinci hissədə “SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına” sözləri “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri ilə, “SSRİ Nazirlər Soveti” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;
2. ikinci hissəsinin ikinci cümləsində “SSRİ Nazirlər Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdikləri” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi” sözləri ilə əvəz edilsin.
II. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹5, maddə 415; 2001-ci il, ¹12, maddə 736; 2002-ci il, ¹5, maddələr 235, 237, ¹12, maddə 706; 2004-cü il, ¹4, maddə 202, ¹6, maddə 396, ¹10, maddələr 761, 779) 22-ci maddəsinin dördüncü hissəsində “Sertifikatlaşdırma işlərinin” sözləri “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan sertifikatlaşdırma işlərinin” sözləri ilə əvəz edilsin.
III. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹6, maddə 447; 1999-cu il, ¹10, maddə 570; 2000-ci il, ¹12, maddə 835; 2001-ci il, ¹11, maddələr 676, 686, 695, ¹12, maddə 736; 2002-ci il, ¹1, maddə 4, ¹8, maddə 463; 2003-cü il, ¹1, maddələr 3, 16, 23; 2004-cü il, ¹2, maddə 57, ¹3, maddə 133, ¹6, maddə 400, ¹7, maddə 505; 2005-ci il, ¹4, maddə 277, ¹10, maddə 876, ¹11, maddə 994) aşağıdakı dəyişikliklər edilsin:
1. 113-cü maddədən “orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti” sözləri, 114-cü maddədən “orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikasında gömrük işini aparan müvafiq icra hakimiyyəti” sözləri çıxarılsın;
2. 160-cı maddə üzrə:
maddənin adında “bərpa edilməsinə görə” sözlərindən sonra “dövlət rüsumu və” sözləri əlavə edilsin;
maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Gömrük brokeri kimi fəaliyyət göstərmək üçün lisenziyanın verilməsinə görə qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisə ixtisas attestatının verilməsi və ixtisas attestatının fəaliyyətinin bərpa edilməsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda yığım alınır.”.
IV. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹9, maddə 563; 2001-ci il, ¹5, maddə 297; 2004-cü il, ¹7, maddə 505) 13-cü maddəsinin 4-cü hissəsinin birinci cümləsində “orqanları və qaz paylaşdırma ərazisi üzrə yerli özünüidarə orqanları ilə razılaşdırılmış” sözləri “orqanı tərəfindən müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
V. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹3, maddə 158; 2002-ci il, ¹5, maddə 245; 2003-cü il, ¹12 (I kitab), maddə 674) 28-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Dövlət kitabxanalarında pullu xidmətin haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
VI. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8 (I kitab), maddə 582) 17.1-ci maddəsində “metroloji işlər və xidmətlər bağlanmış müqavilələrin şərtlərinə əsasən” sözləri “metroloji işlərin və xidmətlərin haqqı bağlanmış müqavilələrin şərtlərinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərə uyğun olaraq” sözləri ilə əvəz edilsin.
VII. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹7, maddə 444) 28.4-cü maddəsində “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənişlər” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərə uyğun olaraq haqq” sözləri ilə əvəz edilsin.
VIII. “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹8, maddə 604) 11.2-ci maddəsində “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilsin.
IX. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹11, maddə 888; 2006-cı il, ¹3, maddə 224, ¹12, maddə 1005) 23.5-ci maddəsində “xidmətinin” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən” sözləri əlavə edilsin.
X. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹8, maddə 685) 10.1-ci maddəsində “tənzimlənir” sözü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” sözləri ilə əvəz edilsin.
XI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2007-ci il
|