Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində və 7.1-ci maddəsində (7.1.1-ci, 7.1.5-ci və 7.1.9-cu maddələrə münasibətdə) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.2. həmin Qanunun 5.3-cü maddəsinin ikinci cümləsində, 6.1-ci maddəsində, 6.4-cü maddəsinin ikinci və üçüncü cümlələrində, 10.3-cü maddəsində, 17-ci maddəsində, 26.3-cü maddəsinin birinci cümləsində və 26.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
1.3. həmin Qanunun 6.2-ci maddəsinin birinci cümləsində, 7.1-ci maddəsində (narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankının təşkil edilməsi ilə əlaqədar 7.1.6-cı maddəyə münasibətdə), 18.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
1.4. həmin Qanunun 24-cü maddəsində, 30.1-ci maddəsində, 30.3-cü maddəsinin birinci cümləsində, 30.4-cü maddəsində və 31-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi), Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi) və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;
1.5. həmin Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi), Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi), Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi) və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər.
2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹12, maddə 718) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş digər əşyaların, habelə Azərbaycan Respublikasının dövlət sərhədlərindən keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada qarşısının alınmasını təmin edir;”.
3. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 174 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹8, maddə 484; 2002-ci il, ¹8, maddə 478; 2004-cü il, ¹1, maddə 19) qüvvədən düşmüş hesab edilsin.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2007-ci il

Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb