Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı»na əlavələr edilməsi haqqında» AR Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 965 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya)verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına dəyişiklik edilməsi və «Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı»na əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il
23 oktyabr tarixli 965 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 555; 2003-cü il, ¹3, maddə 153, ¹10, maddə 570; 2005-ci il, ¹2, maddə 69, ¹4, maddələr 301, 307, ¹8, maddə 721, ¹10, maddə 919, ¹12, maddələr 1104, 1117; 2006-cı il, ¹7, maddə 591, ¹9, maddə 743; 2006-cı il, ¹11, maddə 945, ¹12, maddə 1057; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 29 iyun tarixli 605 nömrəli Fərmanı) təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin (Əlavə ¹ 2) 31-ci və 32-ci bəndlərində nəzərdə tutulmuş fəaliyyət növlərinin adları aşağıdakı redaksiyada verilsin:
“31. Gömrük brokeri, gömrük daşıyıcısı,
gömrük ərazisində malların emalı və gömrük
ərazisindən kənarda malların emalı fəaliyyəti
32. Gömrük anbarlarının, müvəqqəti saxlanc
anbarlarının, sərbəst anbarların və rüsumsuz
ticarət mağazalarının təsis edilməsi”.
2. “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı”na əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 965 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10, maddə 570) qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2007-ci il

Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb