Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi sədrinin
039 saylı 26 aprel 2007-cı il tarixli
əmri ilə təsdiq edilmiş,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
tərəfindən qeydiyyata alınmışdır
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən kökünün
kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin
(CİTES növləri) gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyaya (bundan sonra - CİTES Konvensiyası), Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarına müvafiq surətdə hazırlanmışdır və Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin (CİTES növləri) gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur:
CİTES növləri - CİTES Konvensiyasının 1, 2 və 3 ¹-li Əlavələrinə daxil edilmiş hər hansı canlı, yaxud ölü heyvan, yaxud bitki və ya onun hər hansı digər asanlıqla tanınan hissəsi, yaxud məhsulu (derivat), o cümlədən, nərə fəsiləsindən olan balıq və balıq məhsulları, kürü;
Ticarət - ixrac, təkrar ixrac (reeksport), idxal və dənizdən introduksiya;
Dənizdən introduksiya - ölkəyə dəniz mühitində əldə edilmiş, hansısa dövlətin yuridiksiyası altında olmayan istənilən növ nümunələrin gətirilməsi;
Nişan - CİTES növlərinin tanınması üçün işlədilən, saxtalaşdırılması çox çətin olan hər hansı silinməyən damğa, qurğuşun plomb, yaxud başqa münasib vasitə;
CİTES Konvensiyası üzrə İnzibati orqan - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
CİTES Konvensiyası üzrə elmi orqanlar - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (nərə cinsli balıq növləri üzrə) və Azərbaycan Milli Elmlər Akademiyası (digər vəhşi fauna və yabanı flora növləri üzrə);
1.3. CİTES Konvensiyası ticarəti CİTES Konvensiyasının iştirakçısı olan dövlətlərin ciddi nəzarəti altında olan vəhşi fauna və yabanı flora növlərinin siyahısının (bundan sonra CİTES nümunələri) verildiyi 1, 2 və 3 ¹-li Əlavələri əhatə edir. Həmin növlərə aşağıdakılar aiddir:
a) yox olmaq təhlükəsi ilə üzləşən və dünya birliyinin qoruduğu növlər. Belə növlərin ticarəti qadağandır və onların hərəkətinə yalnız xüsusi hallarda icazə verilir;
b) indiki anda yoxa çıxmaq təhlükəsi ilə üzləşməyən, lakin bu növlərin ticarətinin ciddi tənzimlənməməsi halında belə təhlükə ilə üzləşə biləcək növlər;
c) CİTES iştirakçısı olan dövlətlərin öz yuridiksiyası daxilində tənzimlənməli olan və ticarətin tənzimlənməsi sahəsində digər dövlətlərlə əməkdaşlığı zəruri edən növlər.
Gömrük nəzarəti
2.1. Azərbaycan Respublikasının gömrük sərhədindən CİTES növlərini keçirən şəxslər Azərbaycan Respublikasının gömrük orqanına gömrük nəzarəti üçün zəruri olan məlumatları və sənədləri təqdim etməyə borcludurlar.
2.2. Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün zəruri olan sənədlərin və məlumatların siyahısı idxal-ixrac əməliyyatları haqqında Azərbaycan Respublikası qanunvericiliyi, CİTES Konvensiyası, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə müəyyən olunur.
2.3. Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin bildiyi xarici dildə tərtib edilmiş sənədlər təqdim oluna bilər.
2.4. Azərbaycan Respublikası gömrük orqanlarının tələbi ilə növlər barəsində səlahiyyətə malik şəxs (daşıyıcı, anbar sahibi, başqa şəxs) növlərin çəkilməsini, yaxud onların sayının başqa yolla müəyyən edilməsini, yüklənməsini, b\oşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, habelə belə növlərin ola biləcəyi başqa yerlərin açılmasını təmin etməyə borcludur.
2.5. Gömrük qanunvericiliyinin pozulması halları aşkar edildikdə Azərbaycan Respublikası gömrük orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə zəruri tədbirlər görürlər.
2.6. Azərbaycan Respublikasının gömrük sərhədindən CİTES növlərinin keçirilməsi, habelə dənizdən introduksiya CİTES Konvensiyası üzrə inzibati orqanın verdiyi CİTES İcazələrinə (1 ¹-li əlavə) müvafiq surətdə həyata keçirilir.
2.7. CİTES Konvensiyası üzrə İnzibati orqanın qərarı ilə CİTES növlərinin tanınmasının asanlaşdırılması üçün bu növlərin hər birinin üzərində nişan qoyula bilər.
2.8. Azərbaycan Respublikası gömrük orqanları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən CİTES növlərinin müvafiq jurnalda uçotunu aparırlar (2 ¹-li əlavə). Həmin jurnalda aşağıdakı sütunlar göstərilir:
- idxalçının (ixracçının) adı və ünvanı;
- CİTES İcazəsinin (Sertifikatının) nömrəsi və verilmə tarixi;
- CİTES növlərinin adı və sayı;
- CİTES növlərinin həcmi və cinsi.
2.9. Azərbaycan Respublikası ərazisində istehsal olunmuş və onun hüdudlarından kənara ixrac olunan nərə cinsli balıq məhsullarının (o cümlədən kürünün) tarasına dövlət dilində və müvafiq xarici dillərdə etiketlər yapışdırılmalıdır. Etiketlər birdəfəlik olmalı və elə yapışdırılmalıdır ki, onları zədələmədən qoparmaq mümkün olmasın.
2.10. Nərə balıq kürüsü ilə bilavasitə təmasda olan taranın üzərindəki etiketlərdə aşağıdakılar əks olunmalıdır:
- nərə cinsli balığın növü göstərilməklə kürünün miqdarı;
- məhsulun eyniləşdirmə nömrəsi;
- istehsalçı müəssisə haqqında məlumatlar;
- kürünün saxlanma müddəti və şərtləri.
2.11. Nərə balıq kürüsü ilə bilavasitə təmasda olan taranın üzərinə 2.10. bəndində göstərilmiş etiketə əlavə olaraq universal nişan vurulmalıdır.
Universal nişan ilkin taranın üzərinə yapışdırılmış, zədələnmədən çıxarılması mümkün olmayan birdəfəlik etiketlərdir.
Nişan aşağıdakı informasiyaları təsbit etməlidir:
- növün standart kodu;
- kürü mənbəyinin kodu;
- ölkənin ikihərfli İSO kodu;
- tutulma ili;
- emal müəssisəsinin dövlət qeydiyyat kodu;
- malın partiyasının eyniləşdirmə nömrəsi.
2.12. Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən nərə cinsli balıq kürüsünün keçirilməsi onun miqdarının adambaşına 250 qramdan artıq olmaması şərtilə CİTES İcazələri təqdim olunmadan həyata keçirilir.
2.13. Azərbaycan Respublikasının gömrük sərhədindən CİTES Konvensiyasının təsir dairəsinə düşən zooloji kolleksiyaların keçirilməsi bu Qaydaların 2.1.-2.8. bəndinin müddəalarına müvafiq surətdə həyata keçirilir.
2.14. Göndərən ölkənin İnzibati orqanında qeydiyyatda olan herbari nümunələrinin, digər konservləşdirilmiş, qurudulmuş, yaxud xüsusi mayedə saxlanılan muzey eksponatlarının və canlı bitki materiallarının müvəqqəti surətdə qeyri-kommersiya və ya alimlər, yaxud elmi müəssisələr arasında hədiyyə, yaxud mübadilə məqsədləri ilə keçirilməsi, həmin eksponatların üzərində CİTES Konvensiyası üzrə İnzibati orqan tərəfindən verilmiş və ya təsdiq edilmiş yarlıq və bu Qaydaların 3.5. bəndinə müvafiq olaraq bəyannamə gömrük nəzarətinə təqdim olunduqda həyata keçirilir.
2.15. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda bu Qaydalarda göstərilmiş CİTES İcazələrinin (Sertifikatlarının) olması, digər dövlət orqanlarının icazə sənədlərinin gömrük nəzarətinə təqdim edilməsindən azad etmir.
Gömrük rəsmiləşdirilməsi
3.1. CİTES növlərinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası gömrük orqanının fəaliyyət zonasında bundan ötrü müəyyən edilmiş yerlərdə və onun iş vaxtında aparılır, o cümlədən:
- nərə cinsli balıq kürüsü ixrac olunduqda - yalnız Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportunda;
- CİTES növləri əl yükündə və baqajında keçirildikdə - Azərbaycan Respublikasının gömrük sərhədinin faktiki keçilmə yerində;
- CİTES növləri beynəlxalq poçt baratlarında göndərildikdə - Azərbaycan Respublikası Beynəlxalq Poçt Mübadiləsi yerlərində;
- CİTES növlərinin tranzit daşınması zamanı gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının tranzit daşınmaları haqqında qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.
3.2. CİTES növlərinin gömrük rəsmiləşdirilməsi, mümkün qədər ən az ləngimə ilə və minimum zədələnmə riski, sağlamlıq üçün təhlükə, yaxud sərt rəftar olmamaq şərti ilə həyata keçirilir.
Canlı heyvanlar, tez xarab olan mallar sadələşdirilmiş qaydada və ilk növbədə rəsmiləşdirilir.
3.3. Azərbaycan Respublikası gömrük qanunvericiliyinin pozulması hallarının aşkar edilməsi ilə əlaqədar Konvensiyanın I, II və III əlavələrinə daxil edilmiş canlı növlərin müsadirə edilməsi halında nümunə CİTES Konvensiyası üzrə inzibati orqanın və ya Bakı Heyvanat Parkının sərəncamına verilir.
3.4. Gömrük rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası gömrük orqanları obyektlərin prob və nümunələrini götürmək, onların tədqiqini (ekspertizasını) aparmaq hüququna malikdir.
3.5. CİTES növlərinin bəyan olunması hüquqi və fiziki şəxslər tərəfindən malların bəyan olunması qaydasına müvafiq surətdə həyata keçirilir.
3.6. CİTES İcazələri (Sertifikatları) xüsusi blanklarda (bundan sonra İcazə - əlavə ¹ 1) tərtib olunur, hansı ki, onlarda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
- CİTES Konvensiyasının adı;
- CİTES Konvensiyası üzrə inzibati orqanın adı;
- CİTES Konvensiyası üzrə inzibati orqanın tanınma möhürü;
- CİTES Konvensiyası üzrə inzibati orqanın göstərdiyi nəzarət nömrəsi.
İcazə – sertifikat blanklarının əslinin rəngi surətlərinin rəngindən fərqlənir və əslinə nömrələnmiş xüsusi marka yapışdırılır, blankların bütün surətləri üzərində həmin nüsxənin surət olması dəqiq göstərilir və nüsxənin mətnində göstərilmiş hallar istisna olmaqla, onlardan əslin əvəzinə istifadə oluna bilməz.
3.7. İcazələr Azərbaycan və ingilis dillərində doldurulmalıdır.
İcazələrdə aşağıdakılar göstərilməlidir:
- azərbaycanca və (və ya) latınca adları tam göstərilməklə heyvanın, yaxud bitkinin növü;
- növlərin təsviri (canlı heyvanlar, yaxud bitkilər, dərilər, müqəvvalar, cəmdəklər, kəllələr, buynuzlar, dişlər, qan, kürü, toxum, köklər, rişələr, habelə məmulatlar və s. canlı heyvanlar üçün - yaş və cins, eyniləşdirici nişanların olması);
- növlərin sayı, yaxud çəkisi;
- növlərin mənşəyi (təbiətdən götürülmüşdür, süni şəraitdə yetişdirilmişdir, başqa ölkədən idxal olunmuşdur, qanunvericiliyə uyğun olaraq müsadirə olunmuşdur, alınmışdır, hədiyyə, yaxud miras kimi əldə olunmuşdur və s.);
- Azərbaycan və ingilis dillərində ixracçının, təkrar ixracçının (reeksportçunun) və idxalçının hüquqi ünvanı (fiziki şəxslər üçün ev ünvanı).
3.8. CİTES növlərinin hər bir dəsti üçün ayrıca icazə tərtib olunmalıdır - əsli və 4 surəti.
Gömrük nəzarətinə CİTES İcazəsinin əsli, habelə 1-ci və 2-ci surətləri təqdim olunur.
CİTES növlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən buraxılması üçün əsas CİTES İcazəsinin əslidir.
3.9. CİTES İcazəsinin təqdim olunmuş əslində və surətlərində Azərbaycan Respublkasının gömrük orqanları aşağıdakı qeydləri aparırlar:
14-cü sütun - İcazənin müvafiq bölgülərində (A, V, C, D) sadalanmış CİTES növlərinin faktiki surətdə gətirilən (aparılan) sayı;
15-ci sütunun yuxarı hissəsi - konosamentin (aviaqaimənin) nömrəsi;
15-ci sütunun aşağı hissəsi - gömrük sərhədinin kəsişmə nöqtəsi, gömrük rəsmiləşdirilməsi tarixi, gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmiş gömrük orqanının vəzifəli şəxsinin imzası.
3.10. Gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmiş Azərbaycan Respublikasının gömrük orqanlarının sənədlərində İcazənin 2-ci surəti saxlanılır.
İcazənin əsli 1-ci surətlə birlikdə sahibinə verilir.
3.11. CİTES İcazələrinə dəyişiklik və düzəlişlərin edilməsinə yol verilmir.
CİTES İcazələrinin itirilməsi halında dublikat verilmir və yeni İcazələrin tərtib edilməsi tələb olunur.
CİTES İcazələri göstərilən müddətdə istifadə olunmadıqda etibarsız sayılır.
3.12. İcazənin fəaliyyət müddəti inzibati orqanlar tərəfindən CİTES Konvensiyasına uyğun müəyyən edilir və bu barədə icazənin 2-ci qrafasında qeydiyyat aparılır.
3.13. CİTES növlərinin tranziti Azərbaycan Respublikası gömrük qanunvericiliyinə müvafiq surətdə tranzit daşımaları vasitəsilə həyata keçirilir. Bu zaman CİTES İcazə sənədləri tələb olunmur.
Məsuliyyət
4.1. Azərbaycan Respublikasının gömrük sərhədindən vəhşi fauna və yabanı flora növləri keçirilərkən müvafiq qaydalara əməl edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət doğurur.
4.2. Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti həyata keçirilərkən hüquqazidd qərarlara, hərəkətlərə, yaxud hərəkətsizliyə görə Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyır.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.