Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi sədrinin
039 saylı 01 may 2007-cı il tarixli
əmri ilə təsdiq edilmiş,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
tərəfindən qeydiyyata alınmışdır
Diplomatik poçtun və konsul valizinin, həmçinin xarici şəxslərin ayrı-ayrı kateqoriyaları tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən güzəştli qaydada
keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, «Diplomatik münasibətlər haqqında» 18.04.1961-ci il tarixli Vyana Konvensiyasına, «Konsulluq münasibətləri haqqında» 24.04.1963-cü il tarixli Vyana Konvensiyasına və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarına uyğun olaraq diplomatik poçtun və konsul valizinin, həmçinin gömrük güzəştlərindən istifadə edən xarici şəxslərin ayrı-ayrı kateqoriyaları (bundan sonra güzəştlərdən istifadə edən şəxslər) tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalarda aşağıdakı anlayışlardan istifadə olunmuşdur:
Diplomatik poçt - yalnız rəsmi istifadə üçün nəzərdə tutulan diplomatik sənədlər və mallar;
Konsul valizi - konsul nümayəndəliklərinə və onların funksiyalarına aid korrespondesiyalar və yalnız rəsmi istifadə üçün nəzərdə tutulan sənədlər və mallar;
Güzəştlərdən istifadə edən şəxslər:
- xarici dövlətlərin diplomatik və konsulluq nümayəndəlikləri;
- xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçıları və xarici dövlətlərin nümayəndəliklərinin diplomatik heyətinin üzvləri və onlarla birlikdə yaşayan ailə üzvləri;
- xarici dövlətlərin konsulluq nümayəndəliklərinin başçıları, konsulluğun vəzifəli şəxsləri, konsulluq xidməti heyəti və onların ailə üzvləri;
- daimi olaraq Azərbaycan Respublikasında yaşamayan xarici dövlətin diplomatik nümayəndəliyinin inzibati-texniki heyətinin əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri;
- daimi olaraq Azərbaycan Respubilkasında yaşamayan xarici dövlətin diplomatik və konsulluq nümayəndəliyinin xidmət heyətinin əməkdaşları və onlarin ailə üzvləri;
- xarici diplomatik və konsulluq kuryerləri;
- dövlətlərarası danışıqlarda, beynəlxalq konfrans və müşavirələrdə iştirak etmək üçün və digər rəsmi tapşırıqla Azərbaycan Respublikasına gələn xarici dövlət nümayəndələri, parlament və hökumət nümayəndə heyəti üzvləri, xarici dövlətlərin nümayəndə heyəti əməkdaşları və onları müşaiyət edən ailə üzvləri;
- beynəlxalq hökumətlərarası təşkilatlar, onların nəzdindəki xarici dövlət nümayəndəlikləri, habelə onların şəxsi heyəti və ailə üzvləri.
- Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit qaydada keçən xarici dövlətlərin diplomatik heyətinin üzvləri və konsulluqların vəzifəli şəxsləri və onların ailə üzvləri, xarici dövlət nümayəndələri, parlament və hökumət nümayəndə heyəti üzvləri, xarici dövlətlərin nümayəndə heyətlərinin əməkdaşları və onları müşaiyət edən ailə üzvləri.
Diplomatik poçtun və konsul valizinin
2.1. Diplomatik poçtun və konsul valizinin gömrük rəsmiləşdirilməsi aşağıdakı xüsusiyyətlər əsasında həyata keçirilir:
- diplomatik poçtdakı və konsul valizindəki yerlərin sayının siyahısını özündə əks etdirən rəsmi sənəd;
- diplomatik poçtun və konsul valizinin xarici fərqləndirici nişanları (yarlıqlar, surquc möhürlər, plomblar və s.);
- poçt-nəqliyyat qaiməsi;
- Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində və Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş digər sənəd və məlumatlar.
2.2. Diplomatik poçt və konsul valizi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə bütün vasitələrdən, o cümlədən diplomatik və konsul kuryerlərindən istifadə edilə bilər.
2.3. Diplomatik poçt və konsul valizi kuryerlər tərəfindən keçirildiyi halda gömrük orqanına aşağıdakı sənədlər təqdim edilir:
- səlahiyyətli nümayəndənin imzası və diplomatik poçtu və konsul valizini göndərən müəssisənin möhürü ilə təsdiq edilmiş rəsmi sənəd (kuryer vərəqi). Kuryer vərəqində kuryerin soyadı, adı, atasının adı, onun statusu, diplomatik poçtun və konsul valizinin yerlərinin sayı göstərilir;
- diplomatik kuryerin şəxsiyyətini təsdiq edən rəsmi sənəd.
2.4. Diplomatik poçtun və konsul valizinin təsdiq edilmiş rəsmi sənəd əsasında (yerlərin sayı göstərilməklə) çatdırılması mülki hava gəmisinin komandirinə həvalə edilə bilər.
Mülki hava gəmisinin komandiri diplomatik poçtun və konsul valizinin yerlərinin sayına dair gömrük orqanına rəsmi sənəd təqdim edir. Sənəd səlahiyyətli nümayəndənin imzası və diplomatik poçtu və konsul valizini göndərən müəssisənin möhürü ilə təsdiq edilir. Diplomatik poçt və ya konsul valizi diplomatik nümayəndəliyin əməkdaşı tərəfindən Azərbaycan Respublikasında maneəsiz və bilavasitə təhvil alınmalıdır.
Həmçinin, konsul valizinin çatdırılması gəmi kapitanına həvalə edilə bilər. Bu halda gəmi kapitanı yuxarıda qeyd edilən qaydada gömrük orqanına rəsmi sənəd təqdim edir.
Mülki hava gəmisinin komandiri və gəmi kapitanı diplomatik (konsulluq) kuryer hesab olunmur.
2.5. Diplomatik poçt və konsul valizi xarici dövlətin nəqliyyat vasitəsi ilə birbaşa Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdə diplomatik poçt və konsul valizi sərhəd gömrük orqanından nümayəndəliyin fəaliyyət göstərdiyi ərazi gömrük orqanına gömrük nəzarəti altında çatdırılması normativ – hüquqi aktlara uyğun həyata keçirilir.
2.6. Diplomatik poçta və konsul valizinə gömrük nəzarəti aşağıdakı qaydalara əasən aparılır:
- gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların yoxlanılması;
- diplomatik poçt və konsul valizlərinə vizual baxış;
- konsul valizinin açılmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində və Azərbaycan Respublikasının gömrük qanunvericiliyində nəzərdə tutulduğu hallarda;
- diplomatik poçtun və konsul valizinin uçotu;
- Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində və Azərbaycan Respublikasının gömrük qanunvericiliyində nəzərdə tutulmuş digər formalarda.
Gömrük nəzarəti həyata keçirilərkən, insanların həyat və sağlamlığına, heyvanlar və bitkilər üçün təhlükəsiz olan, həmçinin mal və nəqliyyat vasitələrinə zərər vurmayan texniki nəzarət vasitələri tətbiq edilə bilər.
2.7. Konsul valizində rəsmi yazışma və sənədlərin, yaxud da rəsmi istifadə üçün nəzərdə tutulan mallardan başqa digər əşyaların olması haqqında kifayət qədər əsaslar olduqda Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxslərinin iştirakı ilə təmsil edilən xarici dövlətin səlahiyyətli nümayəndələri tərəfindən konsul valizinin açılması tələb edilə bilər. Bu tələbin yerinə yetirilməsindən imtina edildikdə konsul valizi açılmadan göndərildiyi yerə qaytarılır. Digər hallada gömrük sərhədindən keçirilən (o cümlədən tranzit) konsul valizini (çantasını) açmaq və gecikdirmək olmaz.
2.8. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən (o cümlədən tranzit) diplomatik poçt və konsul valizlərinin uçotu üçün gömrük orqanında «Aparılan, gətirilən və tranzit keçirilən diplomatik poçtun və konsul valizinin uçot jurnalı» tərtib olunur. (1 №-li əlavə).
Xarici şəxslərin ayrı-ayrı
\kateqoriyalarına tətbiq olunan
gömrük güzəştləri
3.1. Xarici dövlətlərin diplomatik nümayəndəlikləri.
Şəxslərin bu kateqoriyasına aşağıdakı güzəştlər verilir:
- Saxlanca görə ödənişlər və Azərbaycan Respublikası gömrük orqanlarına müəyyən edilmiş iş yerlərindən kənarda və ya iş vaxtından kənar vaxtda malların gömrük rəsmiləşdirilməsi və buna bənzər digər xidmətlər göstərilməsinə görə ödənişlər istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən nümayəndəliklərin rəsmi istifadəsi üçün keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərindən azad edilməsi.
3.2. Xarici dövlətlərin diplomatik nümayəndəliyinin başçıları və onlarla birlikdə yaşayan ailə üzvləri.
Şəxslərin bu kateqoriyasına aşağıdakı güzəştlər verilir:
a) Saxlanca görə ödənişlər və Azərbaycan Respublikası gömrük orqanlarının müəyyən edilmiş iş yerlərindən kənarda və ya iş vaxtından kənar vaxtda malların gömrük rəsmiləşdirilməsi və buna bənzər digər xidmətlər göstərilməsinə görə ödənişlər istisna edilməklə, Azərbaycan Respubilkasının gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərindən azad edilməsi;
b) şəxsi baqajın gömrük yoxlamasından azad edilməsi.
3.3. Xarici dövlətin nümayəndəliyinin diplomatik heyətinin üzvləri və onlarla birlikdə yaşayan ailə üzvləri.
Şəxslərin bu kateqoriyasına bu Qaydaların 3.2. bəndində nəzərdə tutulmuş güzəştlər verilir.
3.4. Xarici dövlətin diplomatik nümayəndəli yinin inzibati-texniki heyətinin əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri (əgər həmin əməkdaşlar və onların ailə üzvləri daimi olaraq Azərbaycan Respublikasında yaşamırlarsa) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən ilkin təsərrüfat ləvazimatı olan mallarına bu Qaydaların 3.2. bəndinin a) yarımbəndində nəzərdə tutulmuş güzəştlər tətbiq edilir.
Xarici dövlətlə bağlanan xüsusi Sazişə əsasən hər bir dövlətlə ayrıca və qarşılıqlı olmaq şərti ilə bu kateqoriyalı şəxslərə 3.2. bəndinin b) yarımbəndində nəzərdə tutulan güzəştlər şamil edilə bilər.
3.5. Daimi olaraq Azərbaycan Respublikasında yaşamayan xarici dövlətin diplomatik nümayəndəliyinin xidmət heyətinin əməkdaşlarına və onların ailə üzvlərinə xarici dövlətlə bağlanan xüsusi Sazişə əsasən hər bir dövlətlə ayrıca və qarşılıqlı olmaq şərti ilə güzəştlər verilə bilər.
3.6. Xarici dövlətlərin konsulluq nümayəndəlikləri.
Şəxslərin bu kateqoriyasına xarici dövlətlərin diplomatik nümayəndəlikləri üçün 3.1. bəndində nəzərdə tutulan güzəştlər verilir.
3.7. Xarici dövlətlərin konsulluq nümayəndəliklərinin başçıları, konsulluğun vəzifəli şəxsləri, konsulluğun qulluqçuları və onların ailə üzvləri.
Şəxslərin bu kateqoriyasına diplomatik nümayəndəliyin müvafiq heyəti üçün 3.2.-3.4. bəndlərində nəzərdə tutulmuş güzəştlər verilir.
3.8. Xarici dövlətlərin konsulluq nümayəndəliklərinin Azərbaycan Respublikasında daimi yaşamayan xidmətçi heyəti işçiləri və onların ailə üzvləri.
Şəxslərin bu kateqoriyasına xarici dövlətlə bağlanan xüsusi Sazişə əsasən hər bir dövlətlə ayrıca və qarşılıqlı olmaq şərti ilə güzəştlər verilə bilər.
3.9. Xarici diplomatik və konsulluq kuryerləri.
Saxlanca görə ödənişlər və Azərbaycan Respublikası gömrük orqanlarının müəyyən edilmiş iş yerlərindən kənarda və ya iş vaxtından kənar vaxtda malların gömrük rəsmiləşdirilməsi və buna bənzər digər xidmətlər göstərilməsinə görə ödənişlər istisna edilməklə, şəxslərin bu kateqoriyası gömrük baxışından və gömrük ödənişlərindən qarşılıqlı olaraq azadetmə əsasında şəxsi istifadə üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər.
3.10. Dövlətlərarası danışıqlarda, beynəlxalq konfrans və müşavirələrdə iştirak etmək üçün və digər rəsmi tapşırıqla Azərbaycan Respubilkasına gələn xarici dövlət nümayəndələrinə, parlament və hökumət nümayəndə heyəti üzvlərinə 3.2. bəndinin a) və b) yarımbəndlərində nəzərdə tutulan güzəştlər verilir. Bu güzəştlər onları müşaiyət edən ailə üzvlərinə də şamil edilir.
3.11. Xarici dövlətlərin nümayəndə heyəti əməkdaşları və onları müşaiyət edən ailə üzvləri.
Şəxslərin bu kateqoriyasına qarşılıqlı prinsip əsasında 3.2. bəndinin a) və b) yarımbəndlərində nəzərdə tutulan güzəştlər verilir.
3.12. Beynəlxalq hökumətlərarası təşkilatlar, onların nəzdindəki xarici dövlət nümayəndəlikləri, habelə onların şəxsi heyəti və ailə üzvləri.
Şəxslərin bu kateqoriyasına güzəştlər Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələri ilə müəyyən edilir.
3.13. Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit qaydada keçən xarici dövlətlərin diplomatik heyətinin üzvləri və konsulluqların vəzifəli şəxsləri və onların ailə üzvləri, eləcə də 3.10. və 3.11. bəndlərində göstərilmiş şəxslərə bu Qaydaların 3.2. bəndinin a) və b) yarımbəndlərində nəzərdə tutulmuş güzəştlər verilir.
3.14. Gömrük güzəştləri aşağıdakı şərtlərlə tətbiq olunur:
a) Azərbaycan Respublikasının gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsinin müəyyən olunmuş qaydasına riayət olunması ilə;
b) xarici dövlətlərin diplomatik və konsulluq nümayəndəliklərinə, həmçinin hökumətlərarası beynəlxalq təşkilatlar, onların nəzdindəki xarici dövlət nümayəndəliklərinə məxsus mal və nəqliyyat vasitələrinin rəsmi istifadə üçün nəzərdə tutulması şərti ilə;
c) bu bəndin b) yarımbəndində qeyd edilən təşkilatların əməkdaşlarına, güzəştlərdn istifadə edən digər şəxslərə və onların ailə üzvlərinə məxsus mal və nəqliyyat vasitələrinin şəxsi istifadə üçün nəzərdə tutulması şərti ilə;
ç) güzəştlərdən istifadə edən şəxslərin şəxsi istifadə məqsədi ilə kommersiya fəaliyyəti ilə məşğul olmaması şərti ilə.
Güzəştlərdən istifadə edən şəxslərə
məxsus mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və
gömrük nəzarəti
4.1. Güzəştlərdən istifadə edən şəxslərə məxsus mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi onların statusuna uyğun həyata keçirilir.
Güzəştlərdən istifadə edən şəxslərin statusu aşağıdakı əsaslarla müəyyən edilir:
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məktubu. Məktubda göstərilir: diplomatik (konsulluq) nümayəndəliyin, beynəlxalq təşkilatın və s. adı, əməkdaşların soyadı, adı, atasının adı, tutduğu vəzifə, ailə üzvlərinin soyadı, adı, atasının adı, vətəndaşlığı, daimi yaşadığı yer və onların qaldığı müddət;
- şəxsiyyəti təsdiq edən sənəd (pasport və s.);
- viza (viza rejimi tətbiq edilməyən hallar istisna olmaqla);
- Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində və Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş digər sənədlər və məlumatlar;
4.2. Xarici dövlətlə bağlanan xüsusi Sazişə əsasən bu Qaydaların 3-cü bəndində göstərilən şəxslərə əlavə olaraq güzəştlər verildiyi halda, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini məlumatlandırır.
4.3. Güzəştlərdən istifadə edən şəxslərə mal və nəqliyyat vasitələrinin məxsusluğu aşağıdakı əsaslarla müəyyən edilir:
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məktubu. Məktubda bunlar göstərilir: nümayəndəliyin, beynəlxalq təşkilatın və s. adı, mal və nəqliyyat vasitələrinin sahiblərinin soyadı, adı, atasının adı, Azərbaycan Respublikasının gömrük sərhədini keçmə tarixi və yeri, mal və nəqliyyat vasitələrinin keçirilmə üsulu, mal və nəqliyyat vasitələrinin sayı və onlar haqqında məlumatlar;
- yol-nəqliyyat müşaiyət sənədləri;
- Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində və Azərbaycaq Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş digər sənədlər və məlumatlar.
4.4. Gömrük rəsmiləşdirilməsi gömrük orqanının fəaliyyət zonasında bu iş üçün müəyyən edilmiş yerlərdə və Azərbaycan Respublikası gömrük orqanlarının iş vaxtında həyata keçirilir:
- xarici dövlətlərin diplomatik və konsul nümayəndəliyinin, həmçinin hökumətlərarası beynəlxalq təşkilatların, onların nəzdindəki xarici dövlət nümayəndəliklərinin mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi müvafiq nümayəndəliklərin fəaliyyət göstərdiyi ərazidə yerləşən Azərbaycan Respublikası gömrük orqanında;
- yuxarıda qeyd edilən təşkilatların, güzəştlərdən istifadə edən digər şəxslər və onların ailə üzvləri tərəfindən əl yükləri və müşaiyət olunan baqajlar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən sərhəd gömrük buraxılış məntəqəsində;
- qeyd edilən şəxslərin əməkdaşlarına və onların ailə üzvlərinə məxsus müşaiyət olunmayan baqajlar (mal və nəqliyyat vasitələri) nümayəndəliyin üzvləri və onların ailə üzvlərinin yaşadıqları ərazidə yerləşən gömrük orqanında;
- beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar Beynəlxalq Poçt Mübadiləsi Yerində;
- güzəştlərdən istifadə edən şəxslərin mal və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit keçirilərkən gömrük rəsmiləşdirilməsi sərhəd giriş gömrük məntəqəsində həyata keçirilir və çıxış sərhəd gömrük orqanı rəsmi qaydada məlumatlandırılır və nəzarətdən çıxarılması üçün çıxış sərhəd gömrük orqanı giriş sərhəd gömrük orqanını bu barədə məlumatlandırır.
4.5. Azərbaycan Respublikası gömrük orqanının razılığı ilə mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi gömrük orqanlarının müəyyən edilmiş iş yerlərindən kənarda və ya iş vaxtlarından kənar vaxtda həyata keçirilə bilər.
4.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda malların (o cümlədən silahların, bədii, tarixi, elmi və digər əhəmiyyət kəsb edən mədəni sərvətlərin və s.) gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının müvafiq dövlət orqanının icazə sənədi gömrük orqanına təqdim edildikdən sonra başa çatmış hesab edilə bilər.
4.7. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarında nəzərdə tutulan hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi Azərbaycan dilində aparılır.
4.8. Güzəştlərdən istifadə edən şəxslər və yaxud onların səlahiyyətli nümayəndələri gömrük rəsmiləşdirilməsinin aparılmasında Azərbaycan Respublikasının gömrük orqanlarının vəzifəli şəxslərinə kömək etməlidirlər (gömrük və mal müşaiyət sənədlərinin doldurulması və rəsmiləşdirilməsi, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğu hallarda mallara dair müvafiq dövlət orqanlarının icazə sənədlərinin təqdim edilməsi və s).
4.9. Güzəştlərdən istifadə edən şəxslərin mal və nəqliyyat vasitələrinə gömrük nəzarəti aşağıdakı qaydalara əsasən aparılır:
- gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların yoxlanılması;
- Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğu hallarda diplomatik və konsul nümayəndəliklərinə, beynəlxalq hökumətlərarası təşkilatlara, onların nəzdindəki xarici dövlət nümayəndəliklərinə məxsus mal və nəqliyyat vasitələrinə (o cümlədən, beynəlxalq poçt göndərişlərinə) gömrük baxışı;
- mal və nəqliyyat vasitələrinin uçotu;
Gömrük nəzarəti həyata keçirilərkən, insanların həyat və sağlamlığına, heyvanlar və bitkilər üçün təhlükəsiz olan, həmçinin mal və nəqliyyat vasitələrinə zərər vurmayan texniki nəzarət vasitələri tətbiq edilə bilər.
4.10. Gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların Azərbaycan Respublikası gömrük orqanlarına təqdim edilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə müəyyən edilmiş ümumi qaydalara uyğun olaraq həyata keçirilir.
4.11. Diplomatik və konsul nümayəndəliklərinə, həmçinin beynəlxalq hökumətlərarası təşkilatlara, onların nəzdindəki xarici dövlət nümayəndəliklərinə məxsus mal və nəqliyyat vasitələrinin bəyan olunması Azərbaycan Respublikasının normativ-hüquqi aktlarına uyğun olaraq yük gömrük bəyannaməsi əsasında həyata keçirilir.
4.12. Bu Qaydaların 4.11. bəndində qeyd edilən təşkilatlar, güzəştlərdən istifadə edən digər şəxslər və onların ailə üzvləri tərəfindən mal və nəqliyyat vasitələrinin bəyan olunması Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq aparılır. Qeyd edilən şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti gətirilən və Azərbaycan Respublikasının gömrük ərazisindən müvəqqəti aparılan mal və nəqliyyat vasitələrinin geri qaytarılacağı barədə müəyyən edilmiş qaydaya uyğun olaraq öhdəlik sənədi gömrük orqanına təqdim edilməlidir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti gətirilməsi ilə bağlı öhdəliyin müddəti gömrük orqanları tərəfindən güzəştlərdən istifadə edən şəxslərin Azərbaycan Respublikasında akkreditasiya müddətinə uyğun müəyyən edilir.
4.13. Xarici dövlətin diplomatik (konsulluq) nümayəndəliyinin başçısının, diplomatik (konsulluq) heyətinin üzvlərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajlarında şəxsi istifadə üçün nəzərdə tutulmayan, həmçinin Azərbaycan Respublikasının beynəlxalq müqavilələri və Azərbaycan Respublikasının qanunvericiliyi ilə aparılması və ya gətirilməsi qadağan edilən, digər xüsusi qaydalarla tənzimlənən mallar olması haqqında kifayət qədər əsaslar olduqda, gömrük yoxlaması qeyd edilən şəxslərin və ya onların səlahiyyətli nümayəndəsinin iştirakı ilə həyata keçirilir.
4.14. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük orqanları aşağıdakı hallarda güzəştlərdən istifadə edən şəxslər, eləcə də onların səlahiyyətli nümayəndələri olmadıqda mal və nəqliyyat vasitələrinə gömrük baxışı keçirmək hüququna malikdir:
- göstərilən şəxslər mal və nəqliyyat vasitələrinin təqdim edilməsindən on gün keçdikdən sonra gəlmədikdə;
- dövlət təhlükəsizliyinə, ictimai asayişə, insanın həyat və sağlamlığına, heyvanlara və bitkilərə, ətraf mühitin qorunmasına, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətləri üçün təhlükə mövcud olduqda və digər təxirəsalınmaz hallarda;
- mallar beynəlxalq poçt göndərişləri ilə göndərilərkən Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda;
- Azərbaycan Respublikasının gömrük ərazisində mal və nəqliyyat vasitələri ilə bağlı gömrük qaydalarının pozulması halları olduqda.
4.15. Güzəştlərdən istifadə edən şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin (o cümlədən beynəlxalq poçt göndərişləri ilə) uçotu Azərbaycan Respublikasının gömrük qanunvericiliyində nəzərdə tutulmuş ümumi qaydalara uyğun olaraq həyata keçirilir.
4.16. Güzəştlərdən istifadə edən şəxslər tərəfindən ayrı-ayrı mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması dövlət təhlükəsizliyi, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının mühafizəsi, heyvan və bitkilərin qorunması, ətraf mühitin mühafizəsi, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji irsinin qorunması, o cümlədən intellektual mülkiyyət obyektləri üzərində mülkiyyət hüququnun müdafiəsi əsas götürülməklə Azərbaycan Respublikasının beynəlxalq müqavilələri və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında qadağan oluna bilər.
4.17. Azərbaycan Respublikası ərazisində yaşamış diplomatik, yaxud konsulluq nümayəndəliyinin əməkdaşı və ya onunla birlikdə yaşamış ailə üzvü vəfat etdiyi halda onlara məxsus olan əmlak Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq rəsmi sənədi gömrük orqanına təqdim edilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparıla bilər.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.