Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
«QEYDƏ ALINMIŞDIR»
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
Qeydiyyat ¹ 2719
«05» noyabr 2001-ci il
Nazir
F.MƏMMƏDOV
«TƏSDİQ EDİLMİŞDİR«
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 099
«30» oktyabr 2001-ci il
Sədr
K.HEYDƏROV


«Rüsumsuz ticarət mağazasının fəaliyyətinin tənzimlənməsi haqqında» qaydalara edilmiş dəyişikliklər barədə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 24 iyul 1998-ci il tarixli 033 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30 iyul 1998-ci il tarixdə 120-ci nömrə ilə qeydiyyata alınmış «Rüsumsuz ticarət mağazasının fəaliyyətinin tənzimlənməsi haqqında» Qaydalarda aşağıdakı dəyişiklər edilsin:
    1-ci bəndinin 1.6. yarımbəndi aşağıdakı redaksiyada verilsin:

      «1.6. RTM-dən alınan malların gömrük sərhədindən keçirilməsi gömrük qanunvericiliyinə əsasən tənzimlənir».

    2-ci bəndin 2.4. yarımbəndi aşağıdakı redaksiyada verilsin:

      «2.4. RTM-in satış zalları elə şəkildə yerləşməlidir ki, Azərbaycan Respublikasının gömrük sərhədini keçən şəxslərdən başqa digər kənar şəxslərin həmin zallara daxil olması mümkün olmasın»

    3.3-cü bəndinin d və e hissələri mətndən çıxarılsın.

    4-cü bəndin 4.1., 4.3. və 4.10. yarımbəndləri müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:

    «4.1. Rüsumsuz ticarət mağazaları RTM gömrük rejimi altında yerləşdirilmiş malların yalnız Azərbaycan Respublikası gömrük sərhədindən keçən fiziki şəxslər üçün pərakəndə satışını həyata keçirirlər».

    4.3. Malların RTM-də satışı üçün kvotaların müəyyən olunmasına yol verilir.

    «4.10. Malların RTM-dən alınması haqda həmin mağazanın işçiləri tərəfindən müvafiq qeydlər aparılır».



Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2001-ci il, ¹ 11, s.3 («VneshExpertService»)©
Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb