-İdxal və ixrac olunan hansı
mallara aksiz vergiləri tətbiq edilir?
- Azərbaycan Respublikası Vergi Məcəlləsinin
190-cı maddəsinin 1-ci bəndinə əsasən içməli spirt, pivə və spirtli
içkilərin bütün növləri; tütün məmulatları; neft məhsulları aksizli
mallar hesab olunur və idxal zamanı onlara aksiz tətbiq edilir.