Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan
Respublikasının qanunu
Bu qanun qiymətli metalların və qiymətli daşların istehsalı,
emalı, istifadəsi və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir. I fəsilÜmumi müddəalarMaddə 1. Bu qanunda istifadə olunan əsas anlayışlar 1.1. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
1.1.1. qiymətli metallar-istənilən şəkildə, vəziyyətdə, o cümlədən
külçə və affınac olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə
xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi
birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə,
qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş,
platin və platin qrupu metalları (palladium, iridium, osmium, rodium
və rutenium);
1.1.2. qiymətli daşlar-işlənmiş və işlənməmiş şəkildə olan təbii almazlar,
zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər;
1.1.3. qiymətli metallardan və qiymətli daşlardan məmulatlar-qiymətli
metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan
xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları
ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri
üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik
və digər məişət əşyaları;
1.1.4. qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları-fiziki,
kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış
və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyən
qiymətli metalların və qiymətli daşların hissələri;
1.1.5. bank metalları-beynəlxalq standartlara uyğun yüksək əyar göstəricisinə
qədər təmizlənmiş (affınac edilmiş) və keyfiyyət sertifikatına malik
olan qiymətli metalların külçələri (standart və ölçülmüş külçələr),
Azərbaycan Respublikası və digər dövlətlər tərəfindən tədavülə buraxılan
və öz nominal dəyərindən fərqli qiymətə satıla bilən qiymətli metallardan
hazırlanmış sikkələr;
1.1.6. qiymətli daşların çeşidlənməsi və ilkin təsnifləşdirilməsi-təsdiq
olunmuş kolleksiya nümunələri və təsnifatlar əsasında hasil olunmuş
mineral xammaldan qiymətli daşların ayrılması, habelə onların dünya
bazarında qəbul olunmuş növlərə bölünməsini təmin edən zənginləşmə
prosesinin mərhələsi;
1.1.7. qiymətli metalların affinacı-hasil edilmiş qiymətli metalların
qarışıqlardan və kənar komponentlərdən təmizlənməsi, qiymətli metalların
Azərbaycan Respublikasının dövlət standartlarına, texniki şərtlərə
və beynəlxalq standartlara uyğun keyfiyyətə çatdırılması prosesi;
1.1.8. qiymətli daşların rekuperasiyası-qiymətli daşların müəyyən
səbəblərə görə istifadədən çıxarılmış avadanlıq və cihazlardan, texniki
təyinatlı digər məmulatlardan, habelə tərkibində qiymətli daşlar olan
tullantılardan təkrar əldə edilməsi, onların müvafiq texniki şərtlərə
və ya almazların təsnifatına uyğun keyfiyyətə çatdırılması (təmizlənməsi);
1.1.9. reyestr-qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar
aparan hüquqi və sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaratmadan
məşğul olan fiziki şəxslərin (bundan sonra fərdi sahibkarlar) uçotu;
1.1.10. əyar-məmulat hazırlanan ərintinin dəyərini müəyyən edən və
min çəki vahidində qiymətli metalların miqdarını təsdiqləyən dövlət
standartı.
1.2. Bu qanunun 1.1.1.-ci və 1.1.2-ci maddələrində göstərilən qiymətli
metalların və qiymətli daşların siyahısı yalnız Azərbaycan Respublikasının
Qanunu ilə dəyişdirilə bilər.
1.3. Bu qanunun 1.1.9-cu maddəsinə müvafiq olaraq tərtib edilən reyestrə
daxil edilən qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar
aparan hüquqi şəxslər və fərdi sahibkarlar onların reyestrə daxil
edilməsi ilə əlaqədar heç bir ödəniş ödəmirlər. Maddə 2. Qiymətli metallar və qiymətli daşlar haqqında qanunvericilikQiymətli metallar və qiymətli daşlar haqqında qanunvericilik
Azərbaycan Respublikası Konstitusiyasından, "Yerin təki haqqında"
Azərbaycan Respublikasının Qanunundan, bu qanundan, Azərbaycan Respublikasının
digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3. Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar3.0. Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar
aşağıdakılardır:
3.0.1. qiymətli metallara və qiymətli daşlara mülkiyyət və əmlak hüququnun
keçməsi ilə bağlı hərəkətlər (qiymətli metalların və qiymətli daşların
dövriyyəsi);
3.0.2. qiymətli metalların və qiymətli daşların istənilən şəkildə
hasilatı, istehsalı, sonrakı işlənməsi, yenidən işlənməsi və istifadəsi
zamanı fiziki vəziyyətinin və tərkibinin dəyişdirilməsi;
3.0.3. qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış
məhsulların bir yerdən başqa yerə aparılması, o cümlədən saxlanc yerlərinə,
fondlara və ehtiyatda saxlanma yerlərinə daşınması, həmçinin sərgilərdə
nümayiş etdirilməsi və qorunması;
3.0.4. qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış
məhsulların (məmulatların) kommersiya məqsədləri üçün Azərbaycan Respublikası
ərazisinə gətirilməsi və ölkənin ərazisindən çıxarılması. Maddə 4. Qiymətli metallara və qiymətli daşlara mülkiyyət hüququ4.1. Tərkibində qiymətli metallar və qiymətli daşlar
olan yerin təki sahələri dövlətin müstəsna mülkiyyətidir, onların
üzərində sahiblik, istifadə və sərəncam hüququ Azərbaycan Respublikasına
mənsubdur.
4.2. Azərbaycan Respublikası Konstitusiyasına, "Yerin təki haqqında"
Azərbaycan Respublikasının Qanununa, bu qanuna, Azərbaycan Respublikasının
digər normativ hüquqi aktlarına, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikası
Xəzər dənizinin (gölünün) ona mənsub olan bölməsində yer təkindən
qiymətli metallar və qiymətli daşlar olan sahələrinə suveren hüquqlara
malikdir və onlarla bağlı öz yurisdiksiyasını həyata keçirir.
4.3. Qiymətli metalların və qiymətli daşların "Yerin təki haqqında"
Azərbaycan Respublikası Qanununa əsasən istifadəçiləri yerin təkinin
qiymətli metallar və qiymətli daşlar olan sahələrindən həmin qanuna
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi
razılıq (lisenziya) əsasında istifadə edə bilərlər.
4.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə,
digər qəbildən olan müqavilələrdə, habelə qanunvericiliklə müəyyən
edilmiş qaydada verilmiş xüsusi razılıqlarda (lisenziyalarda) başqa
hallar nəzərdə tutulmadıqda, yerin təkindən çıxarılmış qiymətli metallar
və qiymətli daşlar, onların hasilatı zamanı qanuni alınan digər məhsullar
və gəlirlər qiymətli metalların və qiymətli daşların hasilatı subyektlərinə
məxsusdur.
4.5. Yerin təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar,
standarta uyğun affınac edilmiş qiymətli metallar, habelə rekuperasiya
edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə satılarkən onları hasil
və istehsal etmiş subyektlər həmin qiymətli metalları və qiymətli
daşları Azərbaycan Respublikasının qızıl ehtiyatını doldurmaq üçün
ilk növbədə müvafiq icra hakimiyyəti orqanına qanunvericiliklə müəyyən
edilmiş qaydada təklif edilməlidir. Qeyd edilən qiymətli metalların
və qiymətli daşların satışı baş tutduqda ödəniş qiymətli metalların
və qiymətli daşların dünya və ölkədaxili bazar qiymətləri nəzərə alınmaqla
həyata keçirilir.
4.6. Mülkiyyət formasından asılı olmayaraq qiymətli metallar və qiymətli
daşlarla, onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları
ilə əməliyyatlar həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada
və formada onların uçotunu aparır, statistik hesabatlar təqdim edir.
4.7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət,
hüquqi və fiziki şəxslər qiymətli metalları və qiymətli daşları, onlardan
hazırlanmış zərgərlik və digər məmulatları mülkiyyətinə əldə bilərlər. Maddə 5. Qiymətli metallarla və qiymətli daşlarla birca əməliyyatları5.0. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq fəaliyyət göstərən bircalarda qiymətli metalların və qiymətli
daşların dövriyyəsi ilə əlaqədar hüquqi və fiziki şəxslərlə əqdlər
bağlanıla bilər və bu bircalarda:
5.0.1. affınac edilmiş qiymətli metalların standart və müəyyən ölçülü
külçələrinin;
5.0.2. çeşidlənmiş, emal olunmamış qiymətli daşların;
5.0.3. tərkibində qiymətli metallar olan yarımfabrikatların;
5.0.4. qiymətli metalkülçələrinin;
5.0.5. qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik
və digər məişət məmulatları istisna olmaqla, onlardan hazırlanmış
məhsulların;
5.0.6. tərkibində qiymətli metallar olan sikkələrin dövriyyəsi ilə
bağlı əqdlər bağlana bilər. Maddə 6. Qiymətli metalların və qiymətli daşların hasilatı və
istehsalı subyektləri6.1. Qiymətli metalların və qiymətli daşların hasilatını
"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq
yerin təkinin istifadəçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada
verilmiş xüsusi razılıq əsasında həyata keçirirlər.
6.2. Qiymətli metalların affınacını Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tələblərə cavab
verən və siyahıya daxil olan hüquqi şəxslər həyata keçirir.
II fəsil
Qiymətli metalların və qiymətli daşların dövlət ehtiyatları
Maddə 7. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fondu7.1. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat
fondu qiymətli metalların və qiymətli daşların hasilatının həcminin
tənzimlənməsi, habelə Azərbaycan Respublikasının onlara perspektiv
tələbatının təminatı məqsədi ilə formalaşdırıla bilər.
7.2. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fonduna kəşfiyyatı
aparılmış və dövlət (sahə) balansında qeydə alınmış, lakin istifadəyə
verilməmiş və ya istifadədən çıxarılmış yataqlar daxildir.
7.3. Kəşfiyyatı aparılmış ayrı-ayrı yataqların qiymətli metalların
və qiymətli daş yataqlarının ehtiyat fonduna daxil edilməsi haqqında
qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul olunur.
7.4. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fondu barəsində
sərəncam Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq
icra hakimiyyəti orqanı tərəfindən verilir. Maddə 8. Azərbaycan Respublikasının qızıl ehtiyatı 8.1. Azərbaycan Respublikasının qızıl ehtiyatı affınac
edilmiş qızıl külçələrdən ibarətdir, dövlət mülkiyyətidir və dövlətin
qızıl-valyuta ehtiyatlarının tərkib hissəsidir. Qızıl ehtiyatı dövlətin
maliyyə siyasətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının
fövqəladə hallarda yaranan tələblərinin ödənilməsi üçün təxsis edilir.
8.2. Azərbaycan Respublikasının qızıl ehtiyatının bir hissəsi Azərbaycan
Respublikasının Milli Bankına verilir və "Azərbaycan Respublikasının
Milli Bankı haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq
beynəlxalq qızıl-valyuta ehtiyatları kimi saxlanılır və idarə olunur.
Azərbaycan Respublikasının qızıl ehtiyatının digər hissəsi müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada saxlanılır və istifadə
olunur. III fəsil
Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi
və dövriyyəsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi
Maddə 9. Qiymətli metallarla və qiymətli daşlarla bağlı münasibətlərin
dövlət tənzimlənməsi9.1. Qiymətli metalların və qiymətli daşların istehsalı,
emalı, istifadəsi və dövriyyəsi sahəsində münasibətlərin dövlət tənzimlənməsinin
vəzifələri aşağıdakılardır:
9.1.1. qiymətli metalların və qiymətli daşların istehsalı, emalı,
istifadəsi və dövriyyəsi, habelə qırıntılarının və tullantılarının
tədarükü sahəsində dövlət siyasətini həyata keçirmək;
9.1.2. qiymətli metalların və qiymətli daşların istehsalı, emalı,
istifadəsi və dövriyyəsi, habelə onların qırıntılarının və tullantılarının
tədarükü məqsədi ilə ayrı-ayrı fəaliyyət növləri üzrə xüsusi razılıq
sistemini tətbiq etmək;
9.1.3. qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan
məhsulların uçotu, saxlanılması, habelə onlar barədə hesabatların
aparılması qaydalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək;
9.1.4. qiymətli daşların çeşidlənməsi və təsnifləşdirilməsi üzrə dövlət
nəzarəti qaydalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək;
9.1.5. qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik
və digər məişət məmulatlarının əyarlama və damğalama qaydalarını hazırlamaq
və həyata keçirilməsini təmin etmək;
9.1.6. dövlət rüsumu alınan əyar işlərin siyahısını hazırlamaq və
dövlət rüsumunun miqdarını müəyyən etmək;
9.2. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi
və dövriyyəsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi aşağıdakı
üsullarla həyata keçirilir:
9.2.1. Azərbaycan Respublikasının qızıl ehtiyatının formalaşdırılması
məqsədi ilə hasil olunmuş qiymətli metalların və qiymətli daşların
satın alınmasında dövlətin üstünlük hüququnu müəyyən etməklə;
9.2.3. qiymətli metalların və qiymətli daşların uçotuna, saxlanmasına,
daşınmasına, hesabatının aparılmasına, habelə onlarla əməliyyatlar
aparılmasına dair qaydaları müəyyən etməklə;
9.2.4. daxili və xarici bazarda qiymətli metallar və qiymətli daşlarla,
o cümlədən zərgərlik və digər məişət məmulatları ilə əməliyyatlar
aparan hüquqi şəxslərin və fərdi sahibkarların fəaliyyətini tənzimləməklə
və həmin şəxslərin uçotunu aparmaqla;
9.2.5. qiymətli metalların və qiymətli daşların istehsalı, emalı,
istifadəsi və dövriyyəsi barədə Azərbaycan Respublikası qanunvericiliyinə
əməl olunmasına nəzarət qaydalarını müəyyən etməklə;
9.2.6. qiymətli metalların və qiymətli daşların istehsalı, emalı,
istifadəsi və dövriyyəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinə xüsusi
razılıq verilməklə;
9.2.7. hasil edilmiş, habelə Azərbaycan Respublikası ərazisinə gətirilmiş
və emal edilmiş qiymətli daşların, o cümlədən təbii almazların çeşidlənməsi,
təsnifləşdirilməsi və qiymətləndirilməsi üzrə dövlət nəzarətinin qaydalarını
müəyyən etməklə;
9.2.8. qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış
məhsulların (o cümlədən zərgərlik və digər məişət məmulatlarının)
Azərbaycan Respublikası ərazisinə gətirilməsi və ölkənin ərazisindən
çıxarılmasına qanunvericiliklə müəyyən edilmiş gömrük nəzarəti qaydalarını
müəyyən etməklə;
9.2.9. qiymətli metalların və qiymətli daşların (zərgərlik və digər
məişət məmulatları istisna olmaqla) sertifikatlaşdırma qaydalarını
müəyyən etməklə;
9.2.10. qiymətli metalların affinac edən hüquqi şəxslərə dair tələbləri
və həmin hüquqi şəxslərin siyahısını müəyyən etməklə;
9.2.11. qiymətli metalların və qiymətli daşların, habelə onlardan
hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının
idxal və ixrac qaydalarını müəyyən etməklə;
9.2.12. qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış məmulatların
pərakəndə ticarət qaydaları müəyyən etməklə;
9.3. Azərbaycan Respublikasında qiymətli metallardan hazırlanmış zərgərlik
və digər məişət məmulatlarının əyarlanmasına və damğalanmasına, habelə
emal edilməmiş almazların ixracına dövlət inhisarı mövcuddur.
9.4. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi
və dövriyyəsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə, "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa,
bu qanuna, habelə Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarına müvafiq olaraq həyata keçirilir.
9.5. Bu qanunun məqsədləri üçün qiymətli metalların və qiymətli daşların
istifadəsi dedikdə, onların sahibkarlıq fəaliyyətinin subyektləri
tərəfindən istehsal, elmi, sosial-mədəni və investisiya məqsədləri
üçün emalı, işlənməsi və tətbiq edilməsi nəzərdə tutulur. Madda 10. Hasil və emal olunmuş qiymətli metalların və qiymətli
daşların satışı sahəsində münasibətlərin dövlət tənzimlənməsi10.1. Hasil edilmiş qiymətli metallar Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sifarişçinin xammal
kimi affinac olunmaq, onlardan məmulatlar hazırlamaq və satılmaq üçün
Azərbaycan Respublikasının ərazisindən çıxarıla bilər.
10.2. Affinac edilmiş qiymətli metallar qanunvericiliklə müəyyən olunmuş
qaydada Azərbaycan Respublikasının müvafiq dövlət ehtiyatlarının doldurulması
məqsədi ilə Dövlət büdcəsi vəsaiti hesabına ölkə daxilində və xaricdə
tədarük edilə bilər. Müvafiq standarta uyğun şəkildə affinac edilmiş
qiymətli metallar, habelə yerin təkindən hasil olunmuş, yaxud rekuperasiya
edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə satılarkən, ilk növbədə
bu qanunun 4.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının
müvafiq dövlət ehtiyatlarının doldurulması üçün müvafiq icra hakimiyyəti
orqanına təklif olunur.
10.3. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektləri
tərəfindən istehsal edilmiş qiymətli metallardan və qiymətli daşlardan
olan zərgərlik və digər məişət məmulatları ilə ticarət bu maddənin
ikinci cümləsində müəyyən edilmiş qayda nəzərə alınmaqla onların üzərində
qanunvericilikə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının
dövlət əyar damğası olduqda aparıla bilər. Azərbaycan Respublikası
ərazisinə ticarət məqsədi ilə sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən
gətirilən qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik
və digər məişət məmulatları üzərinə Azərbaycan Respublikasının dövlət
əyar damğası o halda vurulur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müvafiq xarici ölkələrin dövlət əyar damğasının tanınmaması barədə
qərar qəbul edlmiş olsun.
10.4. Hüquqi şəxslərə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda
qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları
yarandıqda həmin qırıntılar və tullantılar müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş qaydada mütləq yığılmalı, onların
dəqiq uçotu aparılmalıdır. Qiymətli metalların və qiymətli daşların
qırıntılarını və tullantılarını yığan hüquqi şəxslər, o cümlədən hərbi
hissələr və hərbi qurumlar tərəfindən həmin qırıntılar və tullantılar
təkrar istifadə üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada emal (təkrar emal) oluna və ya qiymətli metalların
istehsalı və affinacı, qiymətli daşların rekuperasiyası üçün fəaliyyətə
xüsusi razılıq almış hüquqi şəxslərə satıla bilər. Maddə 11. Dövlət əyar nəzarəti11.1. Dövlət əyar nəzarəti qiymətli metallardan və
qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları
istehsalçılarının və istehlakçılarının hüquqlarının haqsız rəqabətdən
qorunması, habelə dövlət maraqlarının müdafiəsi məqsədi ilə həyata
keçirilir.
11.2. Dövlət əyar nəzarətinə aşağıdakılar aiddir:
11.2.1. Azərbaycan Respublikasında istehsal olunmuş, habelə ölkə ərazisinə
xaricdən satış məqsədilə gətirilmiş qiymətli metallar və qiymətli
daşlardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının
bu qanunun 10.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilmiş müddəalar
nəzərə alınmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada əyarlanması
və damğalanması;
11.2.2. dövlət əyar damğalarının və ad damğalarının izlərinin qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada ekspertizası;
11.2.3. qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə
metal qırıntılıranın və tullantılarının qanunvericiliklə müəyyən edilmiş
hallarda və qaydada analizi və ekspertizası;
11.2.4. qiymətli daşların qanunvericiliklə müəyyən edilmiş hallarda
və qaydada ekspertizası və diaqnostikası;
11.2.5. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertiza
aparılması;
11.2.6. qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış muzeylərdə
və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan əşyaların
qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertizası;
11.6.7. qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar həyata
keçirən hüquqi şəxslərin, o cümlədən hərbi hissələrin və hərbi qurumların,
fərdi sahibkarların qanunvericiliklə müəyyən edilmiş qaydada uçotunun
aparılması;
11.2.8. qanunla müəyyən olunmuş hallarda və qaydada qiymətli metallarla
və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslərdə, o cümələdən
hərbi hissələrdə və hərbi qurumlarda, habelə fərdi sahibkarlarda qiymətli
metalların və qiymətli daşların istifadəsi, saxlanılması və uçotu
üzərində dövrü dövlət nəzarəti.
11.3. Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının
əyarlanması və damğalanmasına, ekspertizasına, materialların tədqiqinə,
qiymətli daşların ekspertizasına və diaqnostikasına görə qanunla müəyyən
edilmiş miqdarda dövlət rüsumu tutulur.
11.4. Azərbaycan Respublikasında qiymətli metallardan və qiymətli
daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının hazırlanması
üçün aşağıdakı əyarlar müəyyənləşdirilir.
platin - 900 (doqquz yüz);
950 (doqquz yüz əlli);
qızıl - 375 (üç yüz yetmiş beş);
500 (beş yüz);
585 (beş yüz səksən beş);
750 (yeddi yüz əlli);
958 (doqquz yüz əlli səkkiz);
999 (doqquz yüz doxsan doqquz).
Fiziki şəxslərin sifarişləri əsasında zərgərlik məmulatları 583 (beş
yüz səksən üç) əyarlı qızıldan hazırlana bilər.
gümüş - 800 (səkkiz yüz);
830 (səkkiz yüz otuz);
875 (səkkiz yüz yetmiş beş);
925 (doqquz yüz iyirmi beş);
960 (doqquz yüz altmış);
999 (doqquz yüz doxsan doqquz).
palladium - 500 (beş yüz);
850 (səkkiz yüz əlli). Maddə 12. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan
məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla)
sertifikatlaşdırılması12.1.Azərbaycan Respublikasında qiymətli metalların
və qiymətli daşların, onlardan hazırlanan məhsulların (zərgərlik və
digər məişət məmulatları istisna olmaqla) sertifikatlaşdırılması aparılır.
Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların
(zərgərlik və digər məişət məmulatları istisna olmaqla) sertifikatlaşdırılması,
onların müəyyən olunmuş kəmiyyət və keyfiyyət göstəricilərinə, texniki
tələblərə uyğunluğunu təsdiqləyən fəaliyyətdir.
12.2. Bu qanunun 12.1-ci maddəsinə müvafiq olaraq uyğunluğun təsdiqlənməsi
üçün sertifikat verilir, qiymətli metallardan və qiymətli daşlardan
hazırlanan məhsullar (zərgərlik və digər məişət məmulatları istisna
olmaqla) isə sertifikatlaşdırma sistemi ilə müəyyənləşdirilən hallarda
uyğunluq nişanları ilə damğalanır.
12.3. Qiymətli metallardan və qiymətli daşlardan hazırlanan məhsul
(zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərin siyahısı,
sertifikatlaşdırma formaları, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını
tələb edən hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 13. Qiymətli metallar və qiymətli daşlarla bağlı fəaliyyətə
xüsusi razılıq
13.1. Azərbaycan Respublikasında qiymətli metalların və qiymətli daşların
istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzrə fəaliyyət qanunvericiliyə
müvafiq olaraq xüsüsi razılıq əsasında həyata keçirilir.
13.2. Tərkibində qiymətli metallar və qiymətli daşlar olan yerin təki
sahələrində istifadə "Yerin təki haqqında"Azərbaycan Respublikasının
Qanununa, habelə, yerin təkindən istifadəni tənzimləyən digər normativ
hüquqi aktalara uyğun olaraq həyata keçirilir.
13.3. Azərbaycan Respublikasında qiymətli metal və qiymətli daş yataqlarının
geoloci öyrənilməsi və kəşfiyyatı, onların hasilatı ilə bağlı fəaliyyətə
xüsusi razılıq "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa
və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlara, qiymətli
metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi
üzrə fəaliyyət növlərinə xüsusi razılığın verilmə qaydası Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur. Maddə 14. Qiymətli metalların və qiymətli daşların istehsalı,
emalı, istifadəsi və dövriyyəsi sahəsində beynəlxalq əməkdaşlıqQiymətli metalların və qiymətli daşların istehsalı,
emalı, istifadəsi və dövriyyəsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının iqtisadi və elmi-mədəni maraqlarının müdafiəsini təmin
etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada həyata keçirilir. IV fəsil
Qiymətli metalların və qiymətli daşların istifadəsi və dövriyyəsi
Maddə 15. Hasil və istehsal olunmuş qiymətli metallara və qiymətli
daşlara sərəncam verilməsi15.1. Hasil və istehsal olunmuş qiymətli metallar (külçə
şəklində olanlar istisna edilməklə) zəruri emal işlərindən sonra affinac
üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş siyahıda
göstərilən hüquqi şəxslərə verilməlidir. Əlaqələrin şərtlərində başqa
hal nəzərdə tutulmamışdırsa, affinacdan sonra qiymətli metallara mülkiyyət
hüquqi onların ilkin mülkiyyətçilərində saxlanılır. Affinac işi aparan
hüquqi şəxslərin fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilir.
15.2. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi
və dövriyyəsi zamanı onların kəmiyyətinin, keyfiyyətinin uçotunun
və hesabatının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
15.3. Affinac edilmiş qiymətli metallar, affinacı tələb edilməyən
qiymətli metal külçələri, habelə qiymətli daşlar onların mülkiyyətçilərinin
balansında hesaba alınır və qanuvericiliyə uyğun mülki dövriyyəyə
buraxılır.
15.4. Emalı tələb olunmayan nadir qiymətli metal külçələri, həmçinin
nadir qiymətli daşlar, onları hasil edən subyektlər tərəfindən müqavilə
qiymətləri əsasında ilkin olaraq alınmaq üçün müvafiq icra hakimiyyəti
orqanına təklif olunur. Nadir qiymətli metal külçələrinin müqavilə
qiyməti əqdlər bağlanan zaman külçələrdəki qiymətli metalların dünya
bazarındakı məzənnəsi nəzərə alınmaqla müəyyən olunmalıdır. Nadir
qiymətli daşların müqavilə qiyməti maraqlı tərəflərin bərabər nisbət
əsasında yaratdıqları ekspert komissiyaları tərəfindən müəyyən olunur.
15.5. Qiymətli metalların və qiymətli daşların nadir kateqoriyaya
aid olunması qaydalarını və meyarlarını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir. Bu kateqoriyaya aid edilməyən qiymətli metal külçələri,
onların mineraloci kolleksiya nümunələri qiymətli metalların və qiymətli
daşların hasilat subyektləri tərəfindən qanunvericiliyə uyğun qaydada
müəyyənləşdirilmiş müqavilə qiymətləri ilə satıla bilər. Qiymətli
metal külçələrinin qiymətləndirilməsi və sertifikatlaşdırılması müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Müvafiq icra hakimiyyəti orqanı qiymətli metalları və qiymətli daşları
almaqda üstünlük hüququndan istifadə etmədikdə, külçələr hasilat subyektlərinə
qaytarılır, yaxud onların tapşırıqlarına uyğun olaraq satılır. Maddə 16. Bankların qiymətli metallarla və qiymətli daşlarla əməliyyatları16.1. Banklar qiymətli metallarla və qiymətli daşlarla
əməliyyatları və əqdləri, o cümlədən onların inkassasiyasını (daşınmasını)
bank fəaliyyətinə verilən xüsusi razılıq əsasında qanunvericiliklə
müəyyən edilmiş qaydada həyata keçirirlər.
16.2. Bank metallarının keyfiyyət standartı, habelə bank metalları
ilə əməliyyatların aparılması və əqdlərin bağlanması qaydaları qanunvericiliyə
müvafiq olaraq Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən
edilir.
16.3. Bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına
dövlət nəzarəti bank nəzarəti çərçivəsində qanunla müəyyən edilmiş
qaydada Azərbaycan Respublikasının Milli Bankı tərəfindən həyata keçirilir.
16.4. Banklar tərəfindən qiymətli metallar və qiymətli daşlarla əməliyyatların
uçotu və hesabatı qununvericiliyə müvafiq olaraq Maliyyə Hesabatlarının
Beynəlxalq Standartlarına uyğun aparılır.
V fəsil
Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi
və dövriyyəsi üzərində dövlət nəzarəti Maddə 17. Qiymətli metallarla
və qiymətli daşlarla fəaliyyət üzərində dövlət nəzarəti17.1. Qiymətli metalların və qiymətli daşların istehsalı,
emalı, istifadəsi və dövriyyəsi üzərində dövlət nəzarəti:
17.1.1. Azərbaycan Respublikasının bu sahədə qanunvericiliyinə əməl
olunmasını;
17.1.2. qiymətli metalların və qiymətli daşların təbii ehtiyatlarından
səmərəli istifadəni;
17.1.3. qiymətli metalların və qiymətli daşların istehsalında və emalında
ekoloci cəhətdən zərərsiz texnalogiyaların tətbiqini;
17.1.4. qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan
məhsulların müəyyən edilmiş qaydada qorunması qaydalarına riayət olunmasının
təmin edilməsini nəzərdə tutur;
17.2. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi
və dövriyyəsi üzərində aşağıdakı dövlət nəzarəti növləri tətbiq olunur;
17.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hüquqi şəxslərdə
qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi,
uçotu və saxlanılması üzərində qanunla müəyyən edilmiş qaydada nəzarət;
17.2.2. qiymətli metalların və qiymətli daşların istehsal, emal və
istifadə edən, habelə onlardan hazırlanan məhsulları (o cümlədən zərgərlik
və digər məişət məmulatlarını) satın alan, girov qəbul edən və bu
sahədə vasitəçilik xidməti göstərən, həmin məhsulları (məmulatları,
materialları) saxlayan və sərgilərini təşkil edən, qırıntıları və
tullantıları tədarük edən hüquqi şəxslərdə qanunla müəyyən edilmiş
qaydada aparılan nəzarət;
17.2.3. öz fəaliyyətində qiymətli metalların və qiymətli daşların,
onların qırıntıları və tullantılarının emalını, istifadəsini, yığılmasını,
tətbiqini həyata keçirən hüquqi şəxslərdə, hərbi hissələrdə və hərbi
qurumlarda qanunla müəyyən edilmiş qaydada aparılan nəzarət;
17.2.4. fərdi sahibkarlar tərəfindən qanunvericiliyə uyğun olaraq
qiymətli metallarla və qiymətli daşlarla aparılan əməliyyatlara qanunla
müəyyən edilmiş qaydada nəzarət;
17.2.5. qanunla müəyyən edilmiş qaydada dövlət əyar nəzarəti;
17.2.6. qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış
məhsulların (o cümlədən zərgərlik və digər məişət məmulatlarının)
Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və ölkənin ərazisindən
çıxarılmasına qanunla müəyyən edilmiş qaydada dövlət nəzarəti. Maddə 18. Qiymətli metallarla və qiymətli daşlarla bağlı fəaliyyətə
nəzarəti həyata keçirən müvafiq dövlət orqanlarının səlahiyyətləri18.1. Qiymətli metalların və qiymətli daşların istehsalı,
emalı, istifadəsi və dövriyyəsi üzrində nəzarəti həyata keçirən müvafiq
dövlət orqanları aşağıdakı səlahiyyətlərə malikdir:
18.1.1. mülkiyyət formasından aslı olmayaraq qiymətli metalları və
qiymətli daşları istehsal, emal və istifadə edən hüquqi şəxslərdə
qanunla müəyyən edilmiş yoxlama aparmaq, habelə onlarla əməliyyatlar
aparan fərdi sahibkarların qiymətli metallar və qiymətli daşlardan
istifadə üzrə fəaliyyətini qanunla müəyyən edilmiş qaydada yoxlamaq;
18.1.2. hüquqi şəxslərin və fərdi sahibkarlar tərəfindən qiymətli
metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi
həyata keçirilərkən uçot və hesabat formalarını, habelə göstərilən
sənədlərin təqdim olunma qaydalarını müəyyən etmək;
18.1.3. bu qanuna müvafiq olaraq barəsində nəzarət həyata keçirilən
hüquqi şəxslərin səlahiyyətli vəzifəli şəxslərinə aşkar olunmuş nöqsanların
aradan qaldırılması, qiymətli metalların və qiymətli daşların səmərəsiz
istifadəsinə səbəb olan və (və ya) onların mühafizəsini mümkünsüz
edən şəraitin yarandığı hallarda icrası məcburi olan yazılı sərəncamlar
göndərmək;
18.1.4. qanunla müəyyən edilmiş qaydada yoxlamalar aparılarkən aşkar
olunmuş cinayət xarakterli faktlar və ya digər hüquqpozmalar barədə
materialları aidiyyatı üzrə səlahiyyətli dövlət orqanlarına təqdim
etmək.
18.2. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi
və dövriyyəsi üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanlarının
vəzifəli şəxslərinin aşağıdakı hüquqları vardır:
18.2.1. müvafiq dövlət orqanlarına həvalə olunmuş vəzifələri yerinə
yetirmək məqsədi ilə qiymətli metalların və qiymətli daşların istehsalını,
emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərə
xidməti vəsiqəsini və əməkdaşı olduğu orqanın müvafiq sərəncamını
təqdim etməklə qanuna müəyyən edilmiş hallarda və qaydada maneəsiz
daxil olmaq:
18.3.2. qiymətli metalların və qiymətli daşların istehsalını, emalını,
istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərin bu məqsədlə
istifadə etdikləri əraziyə, istehsal, anbar, ticarət və digər bu qəbildən
olan binalarına, iş yerlərinə, nəqliyyat vasitələrinə, daimi və müvəqqəti
saxlanc yerlərinə, bu sərvətlərin özlərinə qanunla müəyyən edilmiş
hallarda və qaydada baxış keçirmək, qiymətli metalların və qiymətli
daşların, habelə onlardan hazırlanmış məhsulların alınması, istifadəsi,
uçotu və saxlanması, qırıntıların və tullantıların yığılması qaydalarının
pozulması aşkar olunduğu hallarda həmin binaları, iş yerlərini, nəqliyyat
vasitələrini, daimi və müvəqqəti saxlanc yerlərini qanunla müəyyən
edilmiş hallarda və qaydada möhürləmək:
18.3.3. qiymətli metalların və qiymətli daşların istehsalını, emalını,
istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərdə və fərdi
sahibkarlarda qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama
keçirmək;
18.3.4. bu qanuna müvafiq olaraq barəsində dövlət nəzarəti həyata
keçirilən hüquqi şəxslərə və fərdi sahibkarlara qanunvericiliklə müəyyən
edilmiş hallarda və qaydada sorğu vermək və cavab almaq, müvafiq sənədləri,
yazılı və şifahi izahatları və arayışları tələb etmək;
18.3.5. qanunla müəyyən edilmiş hallarda və qaydada qiymətli metalların
və qiymətli daşların alınması, sərf olunması, uçotu və saxlanılması,
onların qırıntıları və tullantıları barədə məlumatlar əks olunan mühasibat
sənədlərini, normativ-texniki və digər sənədləri yoxlamaq, qanunla
müyyən edilmiş hallarda və qaydada onları möhürləmək;
18.3.6. qanuna müvafiq olaraq barəsində dövlət nəzarəti həyata keçirilən
hüquqi şəxslərdə, dövlət nəzarəti orqanlarına məxsus və ya digər laboratoriyalarda
qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama və analiz aparmaq
üçün qiymətli metallar və qiymətli daşlardan sınaqlar, onlardan hazırlanan
məhsullardan, habelə qırıntılardan və tullantılardan nümunələr götürmək;
18.3.7. hüquq pozuntusu aşkar edildikdə, qanunvericiliklə müəyyən
olunmuş qaydada tədbirlər görmək.
VI fəsil
Qiymətli metal və qiymətli daşlarla bağlı qanunvericiliyin pozulmasına
görə məsuliyyət Maddə 19. Qiymətli metalların və qiymətli daşların,
onlardan hazırlanan məhsulların mühafizəsinin təmin olunması19.1. Qiymətli metalların və qiymətli daşların istehsalı,
emalı, istifadəsi və dövriyyəsi ilə məşğul olan hüquqi şəxslər, habelə
qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar həyata keçirən
fərdi sahibkarlar göstərilən sərvətlərin və onlardan hazırlanan məhsulların
mühafizəsini təmin etməlidirlər.
19.2. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi,
dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı mühafizəsi
19.1.-ci maddədə nəzərdə tutulmuş hüquqi şəxslər və fərdi sahibkarlar
tərəfindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş
qaydada həyata keçirilir. Maddə 20. Qiymətli metallarla və qiymətli daşlarla bağlı qanunvericiklə
müəyyən edilmiş fəaliyyət qaydalarının pozulmasına görə məsuliyyət20.1. Qiymətli metalların və qiymətli daşların istehsalı,
emalı, istifadəsi, dövriyyəsi qaydalarını pozmaqda təqsirli olan şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
20.2. Qiymətli metallardan zərgərlik və digər məişət məmulatlarının
hazırlanması ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar qanunvericiliklə
müəyyən olunmuş qaydada məhsullarına öz ad damğalarını vurmaq hüququna
malikdirlər və həmin məmulatların dövlət standartlarına cavab verməməsinə
görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
20.3. Azərbaycan Respublikasında qiymətli metallardan və qiymətli
daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsal)
ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar dövlət əyar damğalarını
saxtalaşdırmağa, satışı ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar
isə bu qanunun 10.4-cü maddəsinin ikinci cümləsinin tələbləri nəzərə
alınmaqla üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası
həkk olunmuş zərgərlik və digər məişət məmulatlarının satışına görə
qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 21. Müvafiq dövlət orqanlarının və onların vəzifəli şəxslərinin
hərəkətlərindən şikayət verilməsi21.1. Hüquqi şəxslər və fərdi sahibkarlar qiymətli
metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi
sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq dövlət orqanlarının
və onların vəzifəli şəxslərinin qeyri-qanuni hərəkətlərindən qanunvericiliklə
müəyyən edilmiş qaydada, o cümlədən məhkəməyə şikayət edə bilərlər.
21.2. Bu qanunun 21.1-ci maddəsində göstərilən şəxslərin qeyri-qanuni
hərəkətləri nəticəsində dəyən zərər Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən olunmuş qaydada ödənilir.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.