Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat ¹ 2980
30 may 2003-cü il
Nazir
F.F. MƏMMƏDOV

«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 47
17 may 2003-cü il
Sədr
K.F. HEYDƏROV

«Razılaşdırılmışdır»
Azərbaycan Respublikasının
Müəllif Hüquqları Agentliyi
12 may 2003-cü il
Sədr
K.S. İMANOV

«Razılaşdırılmışdır»
Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Agentliyi
14 may 2003-cü il
Baş direktor
X.M. MƏSİMOVA

Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində intellektual mülkiyyət (əqli mülkiyyət) obyektləri olan malların keçirilməsi zamanı gömrük nəzarətinin aparılması Qaydaları

1. Ümumi müddəalar

Bu Qaydalar Gömrük Məcəlləsinin 9-cu, 19-cu maddələrinin, 10-cu maddəsinin 9-cu bəndinin müddəalarının tələblərinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində intellektual mülkiyyət (əqli mülkiyyət) obyektləri olan mallar keçirilərkən onlara gömrük nəzarəti qaydalarını müəyyən edir.

1.1. Bu Qaydalarda işlədilən anlayış və ifadələr aşağıdakı mənaları bildirir:

Qaydaların mətnində «intellektual mülkiyyət» bundan sonra «əqli mülkiyyət» adlandırılacaqdır.

Kontrafakt mallar — hüquq sahibinin mövcud qanunvericiliklə nəzərdə tutulan hüquqlarının pozulması ilə yaradılan (istehsal edilən) və ya gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət obyektləri (müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri, sənaye mülkiyyəti obyektləri) olan mallar;

Hüquq sahibi — mövcud qanunvericiliyə uyğun olaraq əqli mülkiyyət obyektlərinə (müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri, sənaye mülkiyyəti obyektləri) hüquqları qorunan fiziki və hüquqi şəxs və ya dövlət;

Buraxılışın dayandırılması — kontrafakt olması ehtimal olunan malların gömrük sərhədindən buraxılmasına dair müvafiq gömrük rejiminə uyğun olaraq, gömrük orqanları tərəfindən qərarın qəbulu müddətinin uzadılması;

Tərkibində əqli mülkiyyət obyektləri olan malların qeydiyyatı (bundan sonra — qeydiyyat) — hüquq sahibinin və ya hüquq sahibinin maraqlarını təmsil edən şəxsin müraciəti əsasında Azərbaycan Respublikasında gömrük işini aparan mərkəzi icra hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti məqsədilə tərtib edilən və tərkibində milli qanunvericiliyə uyğun olaraq qorunan əqli mülkiyyət obyektləri olan malları və gömrük sərhədindən keçirilən kontrafakt malları aşkar etməyə imkan verən məlumatları (əqli mülkiyyət obyektinin adı; əqli mülkiyyət hüquqlarının alınması haqqında əsas; əqli mülkiyyət obyektindən istifadə hüquqlarına icazəsi və ya lisenziyası olan hüquq sahibinin və şəxsin adı və hüquqi ünvanı; əsl malın istehsal olunduğu yer və onun istehsalçıları haqqında məlumatlar; kontrafakt malların təsviri, mənşə ölkəsi, daşınma üsulları, idxal və ixrac edənlərin adları və s.) əks etdirən siyahı.

2. Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi

2.1. Gömrük orqanı bu Qaydalar və digər normativ-hüquqi aktlara uyğun olaraq qeydiyyata alınmış tərkibində əqli mülkiyyət obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən, gömrük nəzarəti zamanı əqli mülkiyyət obyektlərinə hüquq sahibinin hüquqlarını müdafiə edir.

2.2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (bundan sonra — DGK) gömrük nəzarəti məqsədilə müraciət edənlərin qanunvericiliklə müəyyən olunmuş qaydada səlahiyyətli dövlət orqanları tərəfindən qeydiyyatdan keçirilmiş hüquqlarının müdafiəsi üçün tərkibində əqli mülkiyyət obyektləri olan malların qeydiyyatını aparır.

2.3. DGK tərəfindən qeydiyyata alınmış tərkibində əqli mülkiyyət obyektləri olan mallar bu Qaydaların və qüvvədə olan digər normativ-hüquqi aktların müddəalarına uyğun olaraq gömrük sərhədindən keçirilir və onlara olan hüquqlar müdafiə olunur.

2.4. Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük nəzarəti baxımından bu sahədəki pozuntuları aşkar etmək məqsədilə aşağıdakı vasitələrdən istifadə oluna bilər:

  • audiovizual sahədə müəlliflik və əlaqəli hüquq pozuntularını aşkar etmək məqsədilə metodiki təlimatlar, tədqiqat və ekspertizaların aparılmasına dair metodologiyalar üzrə vəsaitlərdən;
  • mühafizə elementlərinin vizual surətdə tədqiqi və nəticələrin orjinalla (legitimliyi, nümunə ilə) eyniləşdirilməsi;
  • holoqrafik təsvirin aşkarlanması — difraksiya qəfəsi modulunun mikroskopik tədqiqinin aparılmasına imkan verən mikroskoplardan;
  • audiovizual tədqiqat üçün audio, video-yazılışları həyata keçirən aparatlar, videopleyerlər, videomonitor, termoprinter, osilloqraf, kompüter, yazılış keyfiyyəti və eyniləşdirməni aparmağa imkan verən kompleks sistemdən;
  • digər optiki ləvazimatlar, mini kartoçkalar, maqnit sistemi, biometrik kodlar sistemi, xüsusi mürəkkəb, mikroskopik yarlıklar və s.-dən.

3. Əqli mülkiyyət obyektlərinə olan hüquqların müdafiəsi haqqında müraciət

3.1. Əqli mülkiyyət sahibi və ya onun maraqlarını təmsil edən digər şəxs (bundan sonra — ərizəçi), onun əqli mülkiyyət obyektlərinə olan hüquqları pozulan malların gömrük sərhədindən keçirilməsi haqqında kifayət qədər əsas olduqda əqli mülkiyyətə sahiblik hüquqlarının müdafiəsi məqsədilə həmin kontrafakt malların buraxılışının dayandırılması üçün Azərbaycan Respublikası DGK-ya ərizə ilə müraciət etmək hüququna malikdir.

3.2. Ərizənin, lazımi məlumatların və sənədlərin Azərbaycan Respublikası DGK-ya təqdim olunması DGK tərəfindən bu Qaydalar üzrə müəyyən olunur.

3.2.1. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində qeydiyyatdan keçmiş əmtəə nişanının sahibi, Azərbaycan Respublikasının Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanununa və əqli mülkiyyətin qorunmasına aid digər qanunvericilik aktlarına uyğun olaraq qorunan və (ya) müvafiq qaydada Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qeydiyyata alınmış müəlliflik hüququ və əlaqəli hüquqlar və digər əqli mülkiyyət obyektlərinin sahibi ərizə ilə DGK-ya müraciət edə bilər.

3.2.2. Əqli mülkiyyət obyektlərinə olan hüquqların müdafiəsi üçün verilən yazılı müraciətdə (ərizədə) aşağıdakılar barədə məlumatlar əks etdirilir:

  • hüquq sahibliyi və əqli mülkiyyət obyektlərinə mənsubiyyəti təsdiq edən sənədlər (şəhadətnamə, lisenziya müqaviləsi və ya əqli mülkiyyətə olan hüquqlar barədə qanunvericiliyə uyğun olaraq digər sənədlər) haqqında məlumatlar;
  • zəruri hallarda hüquq sahibinin ərizəçiyə verdiyi etibarnamə;
  • hər bir əqli mülkiyyət obyektinə olan hüququn müəyyən müddət ərzində müdafiəsi üçün hüquq sahibi tərəfindən gömrük orqanlarına verilən məlumat;
  • tərkibində əqli mülkiyyət obyektləri olan malların təsviri;
  • lazımi hallarda əsl nümunənin təqdim olunması;
  • kontrafakt malları aşkar etməyə imkan verən digər məlumatlar.

Azərbaycan Respublikası DGK-da qeydiyyata alınmaq üçün verilən ərizədə tələb olunan zəruri sənədlərin və məlumatların siyahısı 1 saylı Əlavədə verilir.

3.3. Əqli mülkiyyət obyektlərinə olan hüquqların müdafiəsinə dair verilmiş ərizəyə Azərbaycan Respublikası DGK-si tərəfindən 15 təqvim günü müddətində baxılır.

Bu zaman zəruri sənədlər və məlumatlar, nümunələr tələb olunarsa, ərizəyə baxılma müddəti göstərilənlərin təqdim olunduğu tarixdən hesablanır.

3.4. Azərbaycan Respublikası DGK-si tərəfindən əqli mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə tərkibində əqli mülkiyyət obyektləri olan malların qeydiyyata alınması üçün müvafiq qərar qəbul olunur.

Ərizəçi tərəfindən müəyyən olunmuş tələblərə riayət olunmazsa və doğru olmayan məlumatların verilməsi halları aşkar olunarsa, bu halda qeydiyyatdan imtina edilməsi barədə qərar qəbul olunur və 3.3 bəndində göstərilən müddətdə ərizəçi məlumatlandırılır.

3.5. Azərbaycan Respublikası DGK-si tərəfindən tərkibində əqli mülkiyyət obyektləri olan malların qeydiyyata alınması haqqında qəbul olunmuş qərar barədə ərizəçiyə, müvafiq gömrük orqanlarına, habelə maraqlı şəxslərə məlumat göndərilir.

3.5.1. Bu məlumatlar özlərində aşağıdakıları əks etdirir:

  • hüquq sahibinin rekvizitləri haqqında;
  • nümayəndəsi və ya nümayəndəliyi haqqında;
  • əqli mülkiyyət obyektləri haqqında (adı, material daşıyıcısı);
  • nişanların qeydiyyatı üçün malların və xidmətlərin Beynəlxalq Təsnifatı üzrə göstəriciləri;
  • ərizənin qeydiyyat nömrəsini, qeydiyyatın qüvvədə olma müddətini və s.

3.5.2. Gömrük orqanlarına göndərilən məlumatlar aşağıdakı digər məlumat və sənədlərlə də müşayiət oluna bilər:

  • əqli mülkiyyət obyektlərinin eyniləşdirilməsinə imkan verən, leqal və kontrafakt malları bir-birindən fərqləndirən xarakterik xüsusiyyətlərinə dair əlavə məlumat və materiallar;
  • əmtəə nişanının şərhi və qrafiki təsviri;
  • leqal və kontrafakt malların fərqləndirici xüsusiyyətləri;
  • leqal malların idxal olunduğu və gömrük rəsmiləşdirilməsinin aparıldığı yer;
  • leqal malları bəyan edənlər — deklarantlar haqqında;
  • leqal malların keçirilməsində istifadə olunan nəqliyyat vasitəsinin növü haqqında;
  • idxal olunan leqal ya da kontrafakt malların istehsalçıları olan ölkələrin siyahısı və s.

3.6. Əqli mülkiyyət obyektləri hüquqi şəxsin ərizəsinə əsasən və ya DGK-nin qəbul etdiyi qərara uyğun olaraq aşağıdakı hallarda vaxtından əvvəl Qeydiyyatdan çıxarıla bilər:

  • əqli mülkiyyət obyektinə dair hüquq sahibinin dəyişilməsi və bu barədə məlumatın əvvəlki hüquq sahibi tərəfindən verilməsi zamanı;
  • lisenziya müqavilələrinin vaxtından əvvəl qüvvədən düşməsi zamanı;
  • əqli mülkiyyət obyektləri Qeydiyyata alınarkən məlumatların doğru verilməməsi aşkar olunduqda.

4. Hüquqların müdafiəsi müddəti

4.1. Hüququn müdafiəsi müddəti tərkibində əqli mülkiyyət obyektləri olan malların Azərbaycan Respublikası DGK-də qeydiyyata alınması ilə əlaqədar qəbul edilən qərarın verildiyi tarixdən, 2 ildən artıq olmamaq şərtilə, ərizədə göstərilən müddətə uyğun olaraq aparılır.

4.2. Ərizəçi tərəfindən göstərilən müddət ərizəçinin növbəti müraciəti əsasında yenidən uzadıla bilər.

4.3. Hüquqların müdafiəsilə əlaqədar tərkibində əqli mülkiyyət obyektləri olan malların qeydiyyata alındığı ümumi müddət, əqli mülkiyyət obyektlərinə olan hüququn qüvvədə olduğu müddətdən çox ola bilməz.

5. Tərkibində əqli mülkiyyət obyektləri olan malların buraxılışının dayandırılması

5.1. Qeydə alınmış tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük orqanları tərəfindən kontrafakt mallar olması əlamətləri müəyyən olunarsa, həmin mallar gömrük orqanları tərəfindən müvəqqəti saxlanc anbarına yerləşdirilir və onların buraxılışı dayandırılır.

5.2. Malların buraxılışının on gün müddətində dayandırılması haqqında qərar gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanın rəisi və ya onu əvəz edən şəxs tərəfindən qəbul olunur. Göstərilən müddət ərizəçinin növbəti müraciəti əsasında iyirmi iş günündən və ya 31 təqvim günündən (uzun müddətli dövr nəzərə alınmaqla) çox olmamaq şərtilə artırıla bilər.

5.3. Gömürk orqanı bəyannaməçini və ərizəçini malların dayandırılması üzrə, qəbul olunmuş qərar haqqında məlumatlandırır.

5.4. Dayandırılma müddətində gömrük orqanı öz təşəbbüsü ilə təmənnasız əsasda şübhə olunan malların kontrafakt mallar olduğunu müəyyən etmək məqsədilə ərizəçidən istənilən məlumatı ya da texniki ekspertiza və müvafiq avadanlıq da daxil olmaqla istənilən köməyi tələb etmək hüququna malikdir.

6. Buraxılışın dayandırılması ilə əlaqədar çəkilən xərclərə təminat

6.1. Əqli mülkiyyət hüquqlarının müdafiəsi haqqında müraciət ərizəsi, bununla əlaqədar çəkilən xərclərə zəmanət öhdəliyi əsasında verilir (müvafiq məbləğin depozitə qoyulması əsasında həyata keçirilir).

6.1.2. Bu hal ərizəçinin gömrük orqanlarının çəkdiyi xərcin ödənilməsi və ya malların əsassız dayandırılması nəticəsində dəyən zərərin və zədənin əvəzinin idxalatçılara, yükalana, ixracatçıya, ya da mal sahibinə ödənişinə dair alınmış zəmanət öhdəliyi əsasında da təmin olunur.

6.1.3. Bununla əlaqədar gömrük orqanları buraxılışın dayandırılması haqqında məlumatı aldığı gündən etibarən ərizəçidən beş iş günü müddətində dəyən zərər və çəkilən xərclərin qanuna müvafiq olaraq müəyyən olunmuş qaydada kompensasiya olmunasına dair öhdəliyin təmin olunmasına tələb etmək hüququna malikdir.

6.2. Təminat müddəti buraxılışın dayandırılmasına dair qərar qəbul etmiş gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq müəyyən olunur.

6.3. Dəyən zərərin və xərclərin ödənilməsi və təmini gömrük işi sahəsində qüvvədə olan normativ-hüquqi sənədlərdə tələb olunan qaydalar əsasında müəyyən olunur.

7. Məlumatın təqdim olunması. Prob və nümunələrin götürülməsi

7.1. Gömrük orqanları qəbul olunmuş qərar əsasında buraxılışı dayandırılmış mallara münasibətdə, onların kontrafakt olub-olmamasını müəyyən etmək üçün lazımi məlumatı ərizəçiyə və bəyannaməçiyə təqdim edir.

7.2. Ərizəçi və ya bəyannaməçi tərəfindən alınmış məlumat Gömrük Məcəlləsinin tələblərinə (maddə 16) və Qaydanın bu bəndinə müvafiq olaraq konfidensial xarakter daşıyır, onlar yayılmamalı və üçüncü şəxsə, habelə qanunvericilikdə istisna olunan hallar nəzərə alınmaqla dövlət orqanlarına verilməməlidir.

7.3. Gömrük orqanlarının icazəsi ilə ərizəçi, bəyannaməçi və ya onların səlahiyyətli nümayəndəsi buraxılışı dayandırılmış mallardan qanunvericiliyin tələblərinə uyğun olaraq prob, nümunələr götürə bilər və götürülmüş nümunələrin tədqiqatını (ekspertizasını) apara bilər.

8. Buraxılışın dayandırılması haqqında qərarın ləğv edilməsi

8.1. Buraxılışın dayandırılması qərarı onun qüvvədə olduğu müddət ərzində aşağıdakı hallarda ləğv oluna bilər:

8.1.1. Əgər ərizəçi buraxılışın dayandırılmasına dair barəsində qərar vermiş gömrük orqanına, həmin qərarın ləğv olunması barədə müraciət edərsə;

8.1.2. Bu müddətdə Qaydaların 5-ci bölməsində müəyyən olunmuş qaydalara əməl olunmazsa və kontrafaktlıq faktının müəyyən olunması üzrə lazımi tədbirlər görülməzsə;

8.1.3. Səlahiyyətli orqanlar tərəfindən malların götürülməsi, onlar üzərində həbs qoyulması, müsadirə olunması haqqında qərar daxil olmadıqda;

8.1.4. Əqli mülkiyyət obyekti bu Qaydalarının 3 bölməsi 3.4 bəndinin tələblərinə uyğun olaraq Qeydiyyatdan çıxarıldıqda;

8.1.5. Qaydaların 6-cı bölməsində göstərilən çəkilən xərc və dəyən zərərin ödənişi üzrə qəbul olunmuş öhdəliklərə əməl olunmadıqda.

8.2. Qaydaların 8.1 bəndinin yarımbəndlərinə uyğun olaraq malların buraxılışının dayandırılması haqqında qərar ləğv olunur.

8.3. Buraxılışın dayandırılmasına dair ləğvetmə qərarı, bu qərarı qəbul etmiş gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs tərəfindən həyata keçirilir.

8.4. Barəsində buraxılışın dayandırılması haqqında ləğvetmə qərarı qəbul olunmuş mallar isə müvafiq qaydada gömrük rəsmiləşdirilməsi aparılmaqla, onların buraxılışı təmin olunur.

8.5. Malların buraxılışı hüquq sahibinin, onların əqli mülkiyyət obyektlərinə olan hüquqlarının müdafiəsi üçün qanunvericiliklə səlahiyyəti olan digər orqanlara müraciət etməsinə mane olmur.

8.6. Qanunvericiliklə müəyyən olunmuş qaydada kontrafakt mallar məhv edilir və ya onlar üzərində müəyyən tədbirlərin tətbiqinə sərəncam verilir.

9. Tərkibində əqli mülkiyyət obyektləri olan mallara nəzarətə dair gömrük orqanlarının əlavə səlahiyyətləri

9.1. Gömrük orqanları tərkibində əqli mülkiyyət obyektləri olan və Qeydiyyata alınmamış malların kontrafaktlığı haqqında kifayət qədər əsas olduqda, mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada onların buraxılışını dayandıra bilər, onları götürə bilər, habelə bu mallara münasibətdə digər tədbirləri həyata keçirə bilər.

9.2. Bağlanmış Sazişlər (müqavilələr) əsasında müvafiq dövlətlərin mərkəzi gömrük orqanları ilə razılaşdırılmaqla Tərəflər öz səlahiyyətləri çərçivəsində qeydiyyata alınmış malların tərkibindəki əqli mülkiyyət obyektlərinə olan hüququ müdafiə edə bilərlər.

9.3. Gömrük orqanları sərhədyanı tədbirlərin həyata keçirilməsində texniki nəzarət vasitələri dəstindən, habelə təmayülü üzrə ekspertlərin, mütəxəssislərin xidmətindən istifadə etməyə səlahiyyətlidirlər.

10. Tərkibində əqli mülkiyyət obyektləri olan istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara gömrük nəzarətinin xüsusiyyətləri

Bu Qaydalarda nəzərdə tutulan müddəalar tərkibində əqli mülkiyyət obyektləri olan fiziki şəxslər tərəfindən, yaxud «tranzit» gömrük rejiminə uyğun olaraq sərhəddən keçirilən, beynəlxalq poçt göndərişləri ilə göndərilən, hüquq sahibi tərəfindən onun razılığı əsasında dövriyyəyə buraxılmış, istehsal və digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan və qanuni əsaslarla dövlətin gömrük ərazisinə gətirilən mallara münasibətdə nəzarəti gömrük orqanlarına həvalə edilmiş digər tələblərə riayət edilməsi şərtilə tətbiq olunmaya bilər.

11. Qaydaların müddəalarının pozulmasına görə məsuliyyət

11.1. Bu Qaydaların müddəalarının tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər, o cümlədən gömrük orqanının vəzifəli şəxsləri Qaydalardakı müddəaların icrası ilə əlaqədar Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan tələblərə, qayda və normalara uyğun olaraq məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülletenində dərc edilmişdir (¹ 5, 2003-cü il, s. 17) («AzerSoft»)

 

Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində intellektual
mülkiyyət (əqli mülkiyyət) obyektləri olan malların keçirilməsi zamanı gömrük nəzarətinin aparılması Qaydalarına 1 saylı Əlavə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə əmtəə nişanlarının qeydiyyata alınması haqqında ərizə vermək üçün lazım olan sənədlər və məlumatların

Siyahısı

  • Azərbaycan Dövlət Gömrük Komitəsinə əmtəə nişanlarının əqli mülkiyyət obyektlərinin qeydiyyata alınmasına dair yazılı müraciət;
  • Əmtəə nişanının qeydiyyat Şəhadətnaməsi (əmtəə nişanları reyestrindən çıxarış);
  • Əmtəə nişanı sahibinin maraqlarını təmsil etməyə aid vəkalətnamə (sifariş hüquq sahibi tərəfindən verilmədikdə);
  • Əmtəə nişanı ilə maraqlarını malların idxalına hüquqi səlahiyyəti olan idxalatçılar, dilerlər və digər şəxslər haqqında məlumat (tam adı, ünvanı, eyniləşdirmə kodu və s.);
  • Leqal istehsalçılar və ixracatçılar haqqında məlumat (rekvizitlər);
  • Leqal məhsulun aparıldığı və gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi yer haqqında məlumat (gömrükxana, gömrük postu, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti şöbələri, gömrük anbarı, müvəqqəti saxlanc anbarı);
  • Leqal məhsulları bəyan edən şəxsin rekvizitləri;
  • Kontrafakt məhsulların idxalçıları və istehsalçıları, ixracatçıları haqqında məlumat;
  • Kontrafakt məhsulların əsas mal dövriyyəsi haqqında məlumat (istehsal yeri, istifadə daşınma marşrutu və nəqliyyat növləri, Azərbaycan Respublikasına idxal olunduğu, gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və s.);
  • Leqal məhsul haqqında məlumat (müfəssəl təsviri, fərqləndirici xüsusiyyətləri, istehsal və satış qiyməti, gömrük dəyəri və s.);
  • Leqal və kontrafakt məhsulların nümunələri (zəruri hallarda);
  • Aidiyyəti üzrə digər sənəd və məlumatlar (zəruri hallarda).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb