2003-cü il iyulun 10-da Moskva şəhərində
keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Gömrük xidmətlərinin rəhbərləri
Şurasının 37-ci iclası zamanı imzalanmış «Meyvə-tərəvəz məhsullarının
gömrük rəsmiləşdirilməsi zamanı güzəştlərin təqdim edilməsi haqqında
21 may 1998-ci il tarixli Sazişin müddətinin uzadılması haqqında
Moldova Respublikası, Ukrayna, Belarus Respublikası, Rusiya Federasiyası
və Azərbaycan Respublikasının gömrük xidmətləri arasında Protokol»un
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. 2003-cü il
iyulun 10-da Moskva şəhərində keçirilmiş Müstəqil
Dövlətlər Birliyinin Gömrük xidmətlərinin
rəhbərləri Şurasının 37-ci iclası zamanı
imzalanmış «Meyvə-tərəvəz məhsullarının gömrük
rəsmiləşdirilməsi zamanı güzəştlərin təqdim
edilməsi haqqında 21 may 1998-ci il tarixli Sazişin
müddətinin uzadılması haqqında Moldova
Respublikası, Ukrayna, Belarus Respublikası,
Rusiya Federasiyası və Azərbaycan
Respublikasının gömrük xidmətləri arasında
Protokol» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsinə tapşırılsın ki, bu Sərəncamın
1-ci bəndində göstərilən Protokolun həyata
keçirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 23 oktyabr 2003-cü il
¹ 1363
«Azərbaycan» qəzetində dərc edilmişdir (26
oktyabr 2003-cü il, ¹ 248) («AzerSoft»)
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31
oktyabr 2003-cü il, ¹ 10, maddə 602) («AzerSoft»).
© AzerSoft