Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
«QEYDƏ ALINMIŞDIR»
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
Qeydiyyat ¹ 2730
«04» dekabr 2001-ci il
Nazir
F.MƏMMƏDOV
«TƏSDİQ EDİLMİŞDİR»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 105
«23» noyabr 2001-ci ü
Sədr
K.HEYDƏROV


Azərbaycan Respublikası gömrük orqanları tərəfindən gömrük anbarlarının təsis olunması və bu cür anbarlardan istifadə edilməsi qaydaları

1. Ümumi müddəalar
    1.1. Gömrük anbarı fəaliyyət zonasında anbar üçün nəzərdə tutulmuş binalan (yerləri) olan yerli gömrük orqanları tərəfindən təsis edilir.
    Gömrük anbarının təsis edilməsi haqqında qərarı yerli gömrük orqanı tərəfindən verilmiş təqdimat əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi qəbul edir.

    1.2. Gömrük anbarı gömrük orqanı tərəfindən təsis olunduğu zaman gömrük anbarının təsis edilməsi üçün lisenziya tələb olunmur.

    1.3. Gömrük orqanları tərəfindən təsis edilən gömrük anbarları istənilən şəxslər tərəfindən istifadə edilə bilən açıq tipli gömrük anbarlarıdır.

    1.4. Gömrük orqanı tərəfindən təsis edilən gömrük anbarı fəaliyyət zonasında bu cür anbarı olan gömrük orqanının struktur bölməsidir.
    Gömrük anbarlarında maddi məsul vəzifələri daşıyan gömrük anbarının müdiri, onun müavini, eləcə də inspektor heyəti gömrük orqanının vəzifəli şəxsləri hesab olunurlar.

    1.5. Gömrük anbarının ərazisi gömrük nəzarəti zonası hesab olunur.
    Gömrük anbarının mühafizəsi və anbara buraxılış rejiminin həyata keçirilməsi gömrük orqanı tərəfindən təmin olunur.
2. Gömrük orqanı tərəfindən təsis olunan gömrük anbarının qurulması və təchiz edilməsi
    2.1. Gömrük anbarı elə qurulmalıdır ki, malların gömrük nəzarətindən kənar oraya daxil olması və oradan götürülməsi qeyri-mümkün olsun və anbarda saxlanılan malların mühafizəsi təmin olunsun.

    2.2. Gömrük anbarının qurulmasını və təchiz edilməsini fəaliyyət zonasında bu cür anbar təsis edən gömrük orqanı müəyyənləşdirir.
3. Malların gömrük anbarı gömrük rejimi altında yerləşdirilməsi və gömrük orqanı tərəfindən təsis olunan gömrük anbarında malların saxlanılması zamanı bu rejimdən istifadə edilməsi
    3.1. Gömrük orqanı tərəfindən təsis edilmiş gömrük anbarında malların gömrük anbarı rejimi altında yerləşdirilməsi və malların gömrük anbarında saxlancı zamanı bu cür rejimdən istifadə edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş normativ hüquqi sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir.

    3.2. Malları gömrük anbarında yerləşdirən şəxs həmin mallara dair gömrük ödənişlərinin ödənilməsinə görə məsuliyyət daşıyır.
    Gömrük anbarında malları yerləşdirən şəxslər malların qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində itirilməsi, məhv olması, təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri zamanı (malların gömrük anbarında saxlanılmasına görə nəzərdə tutulan gömrük yığımları istisna olmaqla) həmin mallara dair ödənilməli olan gömrük ödənişlərinin ödənilməsindən və məsuliyyətdən azad olunurlar.
4. Gömrük orqanı tərəfindən təsis olunmuş gömrük anbarında malların yerləşdirilməsi və saxlanılması
    4.1. Gömrük orqanı tərəfindən təsis edilmiş gömrük anbarında malların saxlanılması Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin, bu Qaydaların tələblərinə, eyni zamanda gömrük orqanı ilə malları anbara qoyan şəxs arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.

    4.2. Saxlanc haqqında müqavilə anbar şəhadətnaməsi şəklində sənədləşdirilir. Müqavilə mallar saxlanca verildiyi andan bağlanır.

    4.3. Anbar şəhadətnaməsi 1 ¹ -li əlavədə göstərildiyi kimi 3 nüsxədə tərtib olunur. Birinci nüsxə gömrük anbarında saxlanılır və malların anbardan buraxılmasına əsas verir, ikinci - malları anbara saxlanca verən şəxsə, üçüncü - maliyyə hesablaşmaları üçün istifadə olunur.
    Gömrük orqanı tərəfindən anbar şəhadətnaməsi anbarın müdiri (onun müavini), gömrük orqanının baş mühasibinin müavini və gömrük anbarında maddi məsul vəzifə daşıyan vəzifəli şəxs tərəfindən imzalanır. Qeyd olunan sənəd gömrük orqanının möhürü ilə təsdiqlənir.

    4.4. Mallar anbarda yerləşdirilərkən gömrük orqanı bu cür malları anbarda yerləşdirən şəxsin fikri nəzərə alınmaqla azad bazar qiymətinə əsaslanaraq həmin mallara qiymət qoyur. Qjymətləndirmə dəyəri anbar şəhadətnaməsində qeyd olunur.

    4.5. Anbarın sahibi - gömrük orqanı gömrük anbarında saxlanılan malların itirilməsi, çatışmazlığı və zədələnməsi halları baş verdikdə o zaman məsuliyyət daşıyır ki, həmin sadalanan hallar gömrük orqanının təqsiri üzündən baş vermiş olsun:

      itirilməyə görə - anbar şəhadətnaməsində göstərilən dəyərin miqdarında;

      çatışmazlığa görə - çatışmayan malların dəyərində (malların çatışmayan miqdarının hissəsi);

      zədələnməyə görə - malların dəyərinin azalması miqdarında.


    4.6. Başqa mallara zərər vura bilən və saxlanılması xüsusi şərait tələb edən mallar ayrıca uyğunlaşdırılmış yerlərdə saxlanılmalıdır.

    4.7. Gömrük orqanı tərəfindən təsis edilmiş gömrük anbarında saxlanılan mallar Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş normativ hüquqi sənədlərin müddəalarında nəzərdə tutulmuş əməliyyatlara məruz qala bilər.

    Qeyd olunan əməliyyatlar gömrük orqanının vəzifəli şəxsinin icazəsi ilə malları gömrük anbarına saxlanca verən şəxs və ya onun vəkalətnaməsi əsasında nümayəndəsi tərəfindən aparıla bilər.

    4.8. Mallar gömrük anbarında 3 il müddətinə saxlanıla bilər. Göstərilən müddət ayrı-ayrı şəxslər üçün gömrük orqanı tərəfindən məhdudlaşdırıla bilər. Malların saxlancı üçün məhdudlaşdırılan müddət bir ildən az ola bilməz.

    Güzəştlər verilmiş (gömrük rüsumları və vergilərindən azad olma və ya ödənilmiş məbləğin geri qaytarılması) və ixrac rejimində çıxarılması nəzərdə tutulmuş mallar gömrük anbarında 3 aydan çox müddətə saxlanıla bilməz.

    Malların müəyyən edilmiş hədlərdə konkret saxlanc müddətləri gömrük orqanı ilə razılaşdırılmaqla malları saxlanca qoyan şəxs tərəfindən müəyyənləşdirilir.

    4.9. Malları gömrük orqanı ilə razılaşdırılmaqla gömrük anbarına yerləşdirən şəxs tərəfindən müəyyən edilmiş saxlanc müddəti başa çatdıqdan sonra həmin mallar gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq anbardan çıxarılmalıdır.

    Müəyyən olunmuş saxlanc müddətləri mövcud Qaydaların 4.8. bəndinin 1-ci və 2-ci abzasında müəyyən olunmuş müddətlərdə uzadıla bilər. Saxlanc müddətinin uzadılması zamanı mövcud Qaydaların 4.3. bəndinin tələblərinə uyğun olaraq yeni anbar şəhadətnaməsi tərtib olunur.

    4.10. Malların müəyyən olunmuş saxlanc müddətləri bitdikdə mallar digər gömrük rejimində bəyan edilməli və gömrük anbarından çıxarılmalıdır.

    4.11. Malları gömrük anbarında yerləşdirən şəxs mövcud Qaydaların 4.9, 4.10 bəndlərinin tələblərinə riayət etmədikdə, malların müəyyən olunmuş saxlanc müddəti bitdikdən sonra həmin mallar müvəqqəti saxlanca götürülmüş mallar hesab olunur.

    Bu zaman həmin malların müvəqqəti saxlanc müddətlərinin və saxlanca görə gömrük yığımlarının miqdarının müəyyən edilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Dövlət Gömrük Komitəsi tərəfindən qəbul olunmuş normativ hüquqi sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir.

    4.12. Sahibi gömrük orqanı olan gömrük anbarında malların saxlancına görə gömrük yığımlarının miqdarı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunur.

    Malların gömrük anbarında saxlancına görə gömrük yığımları anbar şəhadətnaməsi verilənədək və ya verilən anda ödənilir.

    Əgər mallar, onları gömrük orqanı ilə razılaşdırmaqla gömrük anbarına saxlanca qoymuş şəxs tərəfindən saxlanc üçün müəyyən olunmuş müddətdən əvvəl anbardan çıxarılırsa, malların saxlancına görə ödənilmiş yığımlar yenidən hesablanmır və geri qaytarılmır.

    4.13. Gömrük anbarında saxlanca qoyulmuş mallar məcburi uçota alınmalıdır. Uçota alınma uçot kitabı vasitəsilə həyata keçirilir.

    Gömrük anbarında saxlanılan və saxlanca götürülən malların uçot kitabı 2 ¹ -li əlavəyə uyğun olaraq həyata keçirilir. Uçot kitabları təqvim illərinə əsasən aparılır. Kitab əvvəlcədən qaytanlanmalı, səhifələnməli, gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs tərəfindən imzalanmaqla gömrük möhürü ilə təsdiq olunmalıdır.

    Uçot kitabları 3 il müddətinə saxlanılır.

    4.14. Əgər şəxs mövcud Qaydaların tələblərinə riayət etmirsə və ya gömrük anbarının qurulması və təchizatı malların saxlanılmasını təmin edə bilmirsə, gömrük orqanı bu cür malları gömrük anbarına saxlanca qəbul etmir.

    4.15. Sahibi gömrük orqanı olan gömrük anbarları, onların tərəfindən (gömrük orqanı) gömrük anbarı gömrük rejimi altında yerləşdirilməyən malların saxlancı üçün də istifadə edilə bilər.

    Gömrük anbarı gömrük rejimi altında yerləşdirilməyən malların saxlanc müddəti, uçotu və saxlanc şərtləri gömrük orqanı tərəfindən bu cür malların anbarda yerləşdirilməsi məqsədlərindən asılıdır.
5. Gömrük orqanı tərəfindən təsis edilmiş gömrük anbarından malların buraxılması
    5.1. Gömrük anbarından malların buraxılması malları gömrük anbarında yerləşdirən şəxs tərəfindən Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələblərinə riayət edilməsi, eləcə də həmin mallar digər gömrük rejimi altında bəyan olunarkən müvafiq gömrük ödənişlərinin ödənilməsi ilə həyata keçirilir.

    5.2. Malların buraxılması, anbar şəhadətnaməsində malları təhvil alan şəxsin imzası, gömrük anbarının müdiri (onun müavini), gömrükxananın baş mühasibinin imzası, eləcə də malların gömrük anbarından buraxılmasında maddi məsul vəzifə daşıyan gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi möhürü ilə təsdiq edilməklə həyata keçirilir.
6. Yekun müddəalar
    6.1. Struktur bölməsi gömrük anbarı olan gömrük orqanının rəisi anbarın konstruksiyasından, orada saxlanıla bilən malın növündən və konkret anbarın fəaliyyəti ilə bağlı toxunan digər səbəblərdən asılı olaraq, gömrük anbarının istifadə olunmasına dair reqlament təsdiq edir.

    Reqlamentdə aşağıdakılar göstərilir:

      anbarın iş rejimi;

      malların anbarda saxlanılmasına görə gömrük yığımlarının miqdarı;

      gömrük anbarının fəaliyyəti ilə bağlı digər şərtlər və tələblər.


    6.2. Gömrük anbarı bu cür anbar təsis edən gömrük orqanının təqdimatı əsasında Dövlət Gömrük Komitəsi tərəfindən ləğv edilə bilər.

    6.3. Struktur bölməsi gömrük anbarı olan gömrük orqanı tərəfindən iqtisadi faktorlar, binanın vəziyyəti və digər vəziyyətdən asılı olaraq, anbarın sonrakı fəaliyyəti və onun istismarının mümkünsüzlüyü əsaslandırıldığı halda Dövlət Gömrük Komitəsi gömrük anbarını ləğv edir.

    6.4. Struktur bölməsi gömrük anbarı olan gömrükxana anbarı ləğv etməzdən 3 ay əvvəl malları saxlanca yerləşdirən şəxsləri bu cür ləğvetmə barədə xəbərdar etməlidir.

    6.5. Gömrük orqanı mövcud Qaydaların 6.4. bəndində göstərilən şəxslər tərəfindən tələb olunmayan malların həmin gömrükxananın fəaliyyət zonasında yerləşən sahibi gömrük orqanı olan digər anbarlara yerləşdirilməsini təmin edir.

    Əgər mallar obyektiv səbəblərdən göstərilən anbarlarda yerləşdirilə bilməzsə, gömrük orqanı bu cür malları digər ərazidə yerləşən və sahibi gömrük orqanı olan gömrük anbarlarına və ya sahibi digər şəxslər olan gömrük anbarlarına yerləşdirə bilər.

    Gömrük orqanı malları digər anbarlara yerləşdirərkən həmin malları gömrük anbarına yerləşdirən şəxslərə malların yerləşdiyi barədə məlumat verməlidir.

    Mallar, sahibi gömrük orqanı olan digər gömrük anbarlarına yerləşdirilərkən malların saxlancına görə alınan gömrük yığımlarının miqdarı dəyişilmir.

    6.6. Malların mövcud Qaydaların 6.5. bəndində nəzərdə tutulduğu qaydada digər anbarlara yerləşdirilməsi malları tələb etməyən şəxsin hesabına həyata keçirilir.


        _____________gömrük orqanı

  Azərbaycan Respublikası gömrük orqanları
tərəfindən gömrük anbarlarının təsis
olunması və bu cür anbarlardan istifadə
edilməsi Qaydalarına 1 ¹ -li əlavə
Blankın arxa tərəfində göstərilmiş vərəqin
şərtləri ilə razıyam

__________________________
(imza)


Anbar Şəhadətnamə ¹ _________________

Verilir »____« 200___ -ci il ondan ötəri

ki,____________________________________________________                         (şəxsin adı və ünvanı)

(şəxsin adı və ünvanı) gömrük anbarlına saxlanc üçün aşağıdakı mallar qəbul edilib
123456789
Sıra ¹ -si Malların gömrük anbarına yerləşdirilməsi zamanı doldurulmuş YGB-nin ¹ -si Saxlanca götürülmüş malların adları və onların fərdi xüsusiyyətləri Sayı Malların Saxlanc müddəti (sutka) Saxlanc üçün gömrük yığımlarının miqdari (ABŞ dol. ilə) Saxlanc gömriik yığimları miqdari (ödəniş valyutası) Malların anbardan buraxılması zamanı YGB-nin və ya digər sənədin ¹ -si
Yer Brutto çəki (kq) (manatla) əvvəlcədən müəyyən edilmiş faktiki
Cəmi


(Saxlanca görə ödənilmiş gömrük yığımlarının miqdarını rəqəmlə və hərflə göstərmək)

QƏBUL EDİLİB______________________

Sayı (yeri çəkisi)

BURAXILIB______________________

Sayı (yeri çəkisi)

___________
anbar sahibinin imzası
___________
baş mühasibin müav. Imzası
___________
vəzifəli şəxsin imzası
___________
anbar sahibinin imzası
___________
baş mühasibin müav. Imzası
___________
vəzifəli şəxsin imzası
______________
malların saxlanca verən şəxsin adı, soyadı, atasının adı
______________
(imza)
______________
malların saxlanca verən şəxsin adı, soyadı, atasının adı
______________
(imza)
Verilir _____________________

Sayı (yer, çəki)

Verilir _____________________

Sayı (yer, çəki)

___________
anbar sahibinin imzası
___________
baş mühasibin müav. Imzası
___________
vəzifəli şəxsin imzası
___________
anbar sahibinin imzası
___________
baş mühasibin müav. Imzası
___________
vəzifəli şəxsin imzası
______________
malların saxlanca verən şəxsin adı, soyadı, atasının adı
______________
(imza)
______________
malların saxlanca verən şəxsin adı, soyadı, atasının adı
______________
(imza)


1. Bu şəhadətnamədə göstərilən saxlanc müddəti bitdikdə, malları anbarda yerləşdirən şəxs malları anbardan çıxarmalı, yaxud saxlanc müddəti uzadılmalıdır. Saxlanc müddəti 3 ildən artıq olmamalıdır.

Malların gömrük orqanı ilə razılaşdırılmaqla gömrük anbarında yerləşdirmiş şəxs həmin mallar üçün müəyyən edilmiş son müddət başa çatdıqda anbardan çıxarmadıqda və ya vaxtı uzadılmadıqda, bu cür müddət başa çatdığı gündən həmin mallar müvəqqəti saxlanc anbarında yerləşdirilmiş mallar hesab olunurlar.

Bu zaman bu cür saxlancın son müddəti də daxil edilməklə müvəqqəti saxlanc müddəti və saxlanca görə ödənişlərin miqdarı Azərbaycan Respublikasının gömrük qanunvericiliyi və müvəqqəti saxlanc haqqında Azərbaycan Respublikası DGK-nın normativ sənədlərində müəyyən edilmiş qaydada həyata keçirilir.

2. Gömrük yığımlarının, əlavə dəyər vergisini, aksiz və digər gömrük ödənişlərinin ödənilməsinə görə məsuliyyəti malları gömrük anbarına yerləşdirilən şəxs daşıyır.

3. Saxlanca görə gömrük yığımları hesablanarkən yarım sutka tam sutka hesab olunur, çəki tam həcminə qədər yuvarlaqlaşdırılır.

4. Malları gömrük orqanı ilə birlikdə anbarda yerləşdirən və gömrük yığımlarını ödəyən şəxs saxlanc müddəti başa çatmazdan əvvəl malları anbardan çıxararsa gömrük orqanı tərəfindən həmin mallara dair ödənilmiş gömrük ödənişləri və ya onun hər hansı bir hissəsi geri qaytarılmır.

5. Gömrük anbarının sahibi gömrük orqanı gömrük anbarında saxlanılan malların itirilməsi, çatışmazlığı və zədələnməsi halları baş verdikdə, o zaman məsuliyyət daşıyır ki, həmin sadalanan hallar gömrük orqanının təqsiri üzündən baş vermiş olsun:
  • itirilməyə görə-anbar şəhadətnaməsində göstərilən dəyərin miqdarında;
  • çatışmazlığa görə-çatışmayan malların dəyərində (malların çatışmayan miqdarının hissəsi)
  • zədələnməyə görə-malların dəyərinin azalması miqdarında.
6. Gömrük anbarı ləğv edildiyi halda mallar gömrük sənədlərində müəyyən edilmiş müddətdə şəxslər tərəfindən tələb olunmazsa, onlar digər anbarlarda yerləşdirilir.

Malların başqa anbarlara yerləşdirilməsi, həmin malları tələb etməyən şəxslərin hesabına həyata keçirilir.



  Azərbaycan Respublikası gömrük orqanları
tərəfindən gömrük anbarlarının təsis olunması
və bu cür anbarlardan istifadə edilməsi

Qaydalarına 2 saylı əlavə

Gömrük anbarında saxlanılan malların Uçot kitabı

MƏDAXİL
  Anbara yerləşdirmə tarixi Malları anbara yerləşdirən şəxs Anbar şəhadətnaməsinin nömrəsi Malları anbara yerləşdirən zaman YGB-nin ¹ -si Mallar haqqında qısa məlumat Sayı Yerləşdirilmə yeri, boksun nömrəsi, sanksiyalar və s. Malları anbara saxlanca qəbul edən şəxsin imzası
          Yer Brutto çəki (kq)    
1 2 3 4 5 6 7 8 9 10


MƏXARİC
Anbardan buraxılma tarixi Malların anbardan buraxıldığı zaman YGB-nin və digər sənədlərin ¹ -si Sayı Malları anbardan buraxan şəxsin imzası Qeyd
    Yer Brutto çəki (kq)    
11 12 13 14 15 16



Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2001-ci il, ¹ 12 («VneshExpertService»)

© VneshExpertService
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb