Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasında gömrük nəzarətinin təmin edilməsi tədbirləri haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət olunmasını təmin etmək, respublikanın iqtisadi mənafeyinin qorunmasını gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının bütün dövlət sərhədi boyu gömrük sərhədləri və gömrük nəzarəti zonası müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Gömrük Komitəsi 15 gün müddətində bütün gömrük sərhədi boyu gömrükxana və gömrük məntəqələrinin təşkil olunması ilə bağlı məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Gömrük Komitəsinə tapşırılsın ki, 1992-ci il oktyabr ayının 1-dən başlayaraq bütün xarici dövlətlərə, o cümlədən Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərə ixrac olunan yüklərin gömrük yük bəyannamələri ilə sənədləşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının gömrük sərhədindən yüklərin (mallar və digər əşyaların) keçirilməsi yeni qanunlar qəbul edilənə qədər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, keçmiş SSRİ-nin gömrük məsələlərinə dair qanunvericiliyinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan müddəalarına uyğun olaraq həyata keçirilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY

Bakı şəhəri, 4 sentyabr 1992-ci il

№ 167

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 1363 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb