Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Meyvə-tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı güzəştlər verilməsi haqqında 1998-ci il 21 may tarixli Sazişin müddətinin uzadılması barədə Moldova Respublikası, Ukrayna, Belarus Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikasının gömrük xidmətləri arasında
Protokol

Meyvə-tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı güzəştlər verilməsi haqqında 1998-ci il 21 may tarixli Sazişin iştirakçıları olan, bundan sonra «Tərəflər» adlandırılacaq gömrük xidmətləri,

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazilərindən meyvə-tərəvəz məhsullarının daşınması üçün maneəsiz şəraitlərin təmin edilməsi məqsədi ilə,

meyvə-tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı güzəştlər verilməsi haqqında 1998-ci il 21 may tarixli Sazişin müddətinin 2001-ci il 7 iyun tarixli Protokola uyğun olaraq 2003-cü il mayın 21-də bitməsini nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

1. Moldova Respublikası, Ukrayna, Belarus Respublikası, Rusiya Federasiyasının gömrük xidmətləri arasında meyvə-tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı güzəştlər verilməsi haqqında 1998-ci il 21 may tarixli Sazişin müddəti üç ilə uzadılsın.

2. Bu Protokol imzalandığı andan qüvvəyə minir.

3. Moskva şəhərində 2003-cü il iyulun 10-da beş nüsxədə imzalanmışdır, bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir.

Moldova Respublikasının
gömrük xidməti tərəfindən

Belarus Respublikasının
gömrük xidməti tərəfindən

(imza)

(imza)

Ukraynanın gömrük
xidməti tərəfindən

Rusiya Federasiyasının
gömrük xidməti tərəfindən

(imza)

(imza)

Azərbaycan Respublikasının
gömrük xidməti tərəfindən

(imza)

«Azərbaycan Respublikası Ali Sovetinin məlumatı»nda dərc edilmişdir (15 sentyabr 1992-ci il, № 17(870), maddə 750) («AzerSoft»)

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb