Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat ¹ 2942
22 noyabr 2002-ci il
Nazir
F.MƏMMƏDOV

«Təsdiq edirəm»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 078
06 noyabr 2002-ci il
Sədr
K.HEYDƏROV

«Azərbaycan Respublikasının gömrük ərazisinə bilavasitə təkrar ixrac üçün gətirilmiş və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsi Qaydaları»nda edilmiş dəyişikliklər barədə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 24 iyul 1998-ci il tarixli 034 saylı əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 28 iyul 1998-ci il tarixdə 118 nömrə ilə qeydiyyata alınmış «Azərbaycan Respublikasının gömrük ərazisinə bilavasitə təkrar ixrac üçün gətirilmiş və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsi Qaydaları»nda aşağıdakı dəyişikliklər edilsin:

1. Qaydaların III bəndinin 3.1 yarımbəndi aşağıdakı redaksiyada yazılsın:

«Azərbaycan Respublikasının gömrük ərazisinə təkrar ixrac üçün gətirilmiş malların bu ərazinin hüdudlarından kənara aparılması bilavasitə gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanları tərəfindən qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir»;

2. Qaydaların III bəndinin 3.5 yarımbəndi aşağıdakı redaksiyada yazılsın:

«Malların təkrar ixrac gömrük rejimi altında rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərin düzgünlüyünə məsuliyyəti deklarant və yaxud gömrük brokeri daşıyır»;

3. Qaydaların III bəndinin 3.7 yarımbəndi aşağıdakı redaksiyada yazılsın:

«Azərbaycan Respublikasının qanunvericilik aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində müəyyən edilən digər hallarda isə müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə malların təkrar ixrac gömrük rejimi altında rəsmiləşdirilməsi gömrük orqanı tərəfindən qanuna müvafiq qaydada həyata keçirilir»;

4. Qaydaların III bəndinin 3.8 yarımbəndində «sərhəd çıxış gömrükxanası» ifadəsinin əvəzinə «sərhəd gömrük orqanı» ifadəsi və «3 (üç) gün müddətində malı» ifadəsindən sonra «təkrar ixrac gömrük rejimi altında» ifadəsi yazılsın;

5. Qaydaların III bəndinin 3.9 yarımbəndi aşağıdakı redaksiyada yazılsın:

«Malların təkrar ixrac gömrük rejimi altında gömrük rəsmiləşdirilməsi zamanı YGB-nin doldurulması Gömrük Komitəsinin 17.06.1998-ci il tarixli 027 saylı əmri ilə təsdiq edilmiş «Yük gömrük bəyannamələrinin doldurulması Qaydaları»nın və 02.06.1999-cu il tarixli 037 saylı əmri ilə təsdiq edilmiş «Təkrar ixrac gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması Qaydaları»nın tələblərinə uyğun həyata keçirilir.

6. Qaydaların 2.2, 3.2, 3.3, 3.4, 3.6 bəndləri və 2 ¹-li Əlavəsi qüvvədən düşmüş hesab olunsun.

7. Qaydaların 2.3 yarımbəndi 2.2, 2.4 yarımbəndi 2.3, 2.5 yarımbəndi 2.4, 3.5 yarımbəndi 3.2, 3.7 yarımbəndi 3.3, 3.8 yarımbəndi 3.4, 3.9 yarımbəndi 3.5 sıra rəqəmləri altında yazılsın.

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, ¹ 10-11), s.173) («AzerSoft»)


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb