- 1.4-cü bəndə aşağıdakı məzmunda cümlə əlavə
edilsin: «Gömrük bəyannaməsində və gömrük məqsədləri üçün
zəruri olan digər sənədlərdə düzgün olmayan məlumatların bəyan
edilməsinə görə deklarantlar Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar»;
- 2-ci bölməsinin adı aşağıdakı redaksiyada verilsin:
- «Azərbaycan Respublikasının gömrük ərazisinə
gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi»;
- 2.1-ci bənddə 5-ci yarımbənd 4-cü yarımbənd,
4-cü yarımbənd isə 5-ci yarımbənd hesab edilsin;
- 3.2-ci bəndin üçüncü hissəsində «aşağıdakılardan
ibarətdir» sözləri «aşağıdakılar istisna olmaqla, alıcının
mallar üzərində hüquqları sahəsində məhdudiyyətlər nəzərdə tutulduqda»
sözləri ilə əvəz edilsin;
- aşağıdakı redaksiyada 9-cu bölmə əlavə edilsin:
«9. Azərbaycan Respublikasının
gömrük ərazisindən çıxarılan malların gömrük dəyərinin müəyyən
edilməsi
9.1. Azərbaycan Respublikasının
gömrük ərazisindən çıxarılan (bundan sonra — çıxarılan) malların
gömrük dəyərinin müəyyən edilməsi «Gömrük tarifi haqqında» Azərbaycan
Respublikası Qanununun 3-cü fəslinə müvafiq olaraq həyata keçirilir.
9.2. Çıxarılan malların gömrük
dəyəri (sövdələşmə qiyməti), mallar ixrac üçün satıldığı zaman
həmin mal üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət
əsasında müəyyən edilir.
Çıxarılan malların gömrük dəyərinə,
faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiymətinə daxil
edilməyən, lakin alıcı tərəfindən çəkilən aşağıdakı xərclər də
daxil edilir:
9.2.1. malın alınması üçün komisyon
xərcləri istisna olmaqla, komisyon və broker mükafatlandırılmaları
üzrə xərclər;
9.2.2. konteynerlərin və çoxişlənən
taranın dəyəri (əgər əmtəə nomenklaturuna uyğun olaraq, onlar
çıxarılan mallarla birlikdə tam surətdə nəzərdən keçirilirsə);
9.2.3. qablaşdırma materiallarının
və işlərinin dəyəri də daxil olmaqla qablaşdırmanın dəyəri;
9.2.4. alıcı tərəfindən birbaşa
və dolayı yolla pulsuz, yaxud çıxarılan malların istehsalı,
satılması ilə əlaqədar aşağı qiymətə təqdim olunmuş aşağıdakı
malların və xidmətlərin dəyərinin müvafiq hissəsi:
- xammal, material, hissə və yarımfabrikatlar
və çıxarılan malların tərkib hissələri olan digər komplektləşdirici
məmulatların dəyəri;
- çıxarılan malların istehsalı zamanı istifadə
olunan alətlərin, ştampların, qəliblərin və digər bu kimi
əşyaların dəyəri;
- çıxarılan malların istehsalı zamanı istifadə
olunan köməkçi materialların (sürtkü materiallarının, yanacağın
və s.) dəyəri;
- çıxarılan malların istehsalı üçün bilavasitə
lazım olan mühəndis, təcrübə konstruktor, dizayn, bədii tərtibat,
eskiz və çertyoj işlərinin dəyəri;
9.2.5. intellektual mülkiyyət
obyektlərinin istifadəsi üçün alıcının birbaşa və dolayı yolla
sərf etməli olduğu lisenziyalaşdırma xərcləri və digər ödənişlər;
9.2.6. çıxarılan mallar Azərbaycan
Respublikasının gömrük ərazisindən çıxarıldıqdan sonra alıcının
həmin malların təkrar satışı, verilməsi və istifadəsindən satıcıya
birbaşa, yaxud dolayı yolla daxil olan gəlirin bir hissəsi;
9.2.7. Azərbaycan Respublikasının
gömrük ərazisində alınan vergilər (gömrük dəyəri bəyan edilərkən
ödənilən gömrük tədiyələri istisna olmaqla), əgər vergi qanunvericiliyi
və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə müvafiq
olaraq respublikanın gömrük ərazisindən çıxarılarkən satıcıya
kompensasiya edilmirsə.
9.3. Çıxarılan mallara münasibətdə
alqı-satqı sövdələşməsinin olmadığı və ya alqı-satqı sövdələşməsinin
qiymətindən gömrük dəyəriniin müəyyən edilməsində istifadə olunması
mümkün olmadıqda, gömrük dəyərinin müəyyən edilməsi üçün əsas
kimi satıcı-ixracatçının (deklarantın) təqdim etdiyi, çıxarılan
malların istehsalı və satışına çəkilən xərcləri əks etdirən mühasibat
uçotu məlumatlarından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının
gömrük ərazisindən eyni və ya eynicinsli malların çıxarılması
zamanı ixracatçının əldə etdiyi gəlir və ya çıxarılan malların
satıcısının balansına mədaxili və məxarici haqqında mühasibat
uçotu məlumatları da nəzərə alınır.
Göstərilən malların gömrük dəyəri
müəyyən edilərkən bu Qaydaların 9.2-ci bəndinin 9.2.1 və 9.2.4-cü
yarımbəndlərində sadalanan xərclər nəzərə alınmalıdır.
9.4. Deklarant tərəfindən bu Qaydaların
9.3-cü bəndinə uyğun təqdim edilən məlumatların gömrük dəyərinin
müəyyən edilməsində istifadə olunması mümkün olmadığı hallarda
çıxarılan malların gömrük dəyəri eyni və ya eynicinsli malların
qiyməti haqqında məlumatlar əsasında və ya bu Qaydaların 9.2-ci
bəndinin 9.2.1 — 9.2.4-cü yarımbəndlərində göstərilən xərclər
nəzərə alınmaqla çıxarılan eyni və ya eynicinsli malların
maya dəyəri kalkulyasiya əsasında müəyyən edilir.
Malların eyni və eynicinsliliyi
«Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu
və 20-ci maddələrinə uyğun olaraq müəyyən edilir».
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, ¹ 12, II kitab,
maddə 747) («AzerSoft»).