Azərbaycan Respublikasının Nazirlər
Kabineti
«Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 13 iyul tarixli 124 nömrəli qərarı ilə təsdiq
edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər
vergisindən azad olunan malların siyahısı»na dəyişikliklər edilməsi
barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il
4 dekabr tarixli 155 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında Qərar ¹ 163
Bakı şəhəri, 26 dekabr 2003-cü il
Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. «Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 13 iyul tarixli 124 nömrəli qərarı ilə təsdiq
edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər
vergisindən azad olunan malların siyahısı»na dəyişikliklər edilməsi
barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il
4 dekabr tarixli 155 nömrəli qərarına əlavə edilmiş «Azərbaycan
Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan
malların siyahısı»ndan çıxarılan bəzi malların siyahısı»nda «Qrup
44»-dən «4901; 4902» rəqəmləri və «Çap olunmuş kitab,
qəzet və jurnallar» sözləri çıxarılsın.
2. Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, ¹ 12, II kitab,
maddə 751) («AzerSoft»).
31 yanvar 2005-ci il tarixli, 11 nömrəli qərara
əsasən qüvvədən düşmüşdür («AzerSoft»).
© AzerSoft