Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

«Beynəlxalq yük daşımaları haqqında» Gömrük Konvensiyasına (TİR Konvensiyası) düzəlişlərin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Beynəlxalq yük daşımaları haqqında» 1975-ci il noyabrın 14-də Cenevrə şəhərində imzalanmış Gömrük Konvensiyasına (TİR Konvensiyası) 1999-cu il fevralın 17-də qüvvəyə minmiş 19-cu düzəliş, 2001-ci il iyunun 12-də qüvvəyə minmiş 20-ci düzəliş, 2002-ci il mayın 12-də qüvvəyə minmiş 21-ci və 22-ci düzəlişlər təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 9 dekabr 2003-cü il

¹ 552-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 dekabr 2003-cü il, ¹ 298) («AzerSoft»)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, ¹ 12, I kitab, maddə 709) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb