Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
Qeydiyyat ¹ 2943
22 noyabr 2002-ci il
Nazir
F.Məmmədov

«Təsdiq edirəm»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 080
15 noyabr 2002-ci il
Sədr
K.Heydərov

Dövlətlərarası sərnişin daşımalarını həyata keçirən qatarların vaqon restoranlarında aparılan və gətirilən malların gömrük rəsmiləşdirilməsi

Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar dövlətlərarası sərnişin daşımalarını həyata keçirən qatarlahrın vaqon restoranlarında sərnişinlərə xidmət göstərmək üçün nəzərdə tutulan ərzaq malları və digər malların gömrük rəsmiləşdirilməsini həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 9-cu maddəsi, habelə gömrük işi üzrə digər qanunvericilik aktları əsasında işlənib hazırlanmışdır.

2. Dövlətlərarası sərnişin daşımalarını həyata keçirən vaqon restoranlarında keçirilən malların gömrük rəsmiləşdirilməsi qaydaları

2.1. Dövlətlərarası sərnişin daşımalarını həyata keçirən qatarların vaqon restoranlarında bilavasitə istifadə üçün aparılan və gətirilən malların gömrük rəsmiləşdirilməsi qatarların keçdiyi sərhəd keçid məntəqəsində yerləşən gömrük orqanı tərəfindən sadələşdirilmiş və güzəştli qaydada həyata keçirilir.

2.2. Azərbaycan Respublikasından aparılan malların miqdarı sərnişinlərə yol boyu xidmət etmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlə göstərilən malların miqdarından artıq olmamalıdır.

2.3. Malların gömrük rəsmiləşdirilməsi vaqon restoranının möhürü və müdirinin imzası ilə təsdiq edilmiş üç nüsxədən ibarət siyahı (Əlavə ¹ 1) və mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədlər tərtib edilərək sadələşdirilmiş qaydada həyata keçirilir. Gömrük məqsədləri üçün həmin siyahı gömrük bəyannaməsi kimi qəbul edilə bilər. Göstərilən siyahının nüsxələri aşağıdakı qaydada paylanılır:

  • birinci və ikinci nüsxələr vaqon restoranın müdirində qalır;
  • üçüncü nüsxə isə gömrük işi üçün tələb olunan sənədlərlə birlikdə gömrük rəsmiləşdirilməsini həyata keçirən sərhəd gömrük orqanında saxlanılır.

2.4. Azərbaycan Respublikasının sərhədindən beynəlxalq sərnişin daşımalarını həyata keçirən qatarların vaqon restoranlarında aparılan malların gömrük rəsmiləşdirilməsi onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən, habelə gömrük rüsum və vergiləri alınmadan həyata keçirilir.

2.5. Dövlətlərarası sərnişin daşımalarını həyata keçirən qatarların vaqon restoranlarında aparılan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük yığımlarının tutulması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. Gömrük rəsmiləşdirilməsi üçün alınan yığımların miqdarı barədə əlavə 1-də göstərilən siyahının 5-ci qrafasında qeydiyyat aparılır və gömrük rəsmiləşdirilməsini aparan sərhəd gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü ilə təsdiq olunur.

2.6. Həmin malların gömrük rəsmiləşdirilməsini həyata keçirən sərhəd gömrük orqanının vəzifəli şəxsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirdikdən sonra malların buraxılması haqqında qərar qəbul edir və əlavə 1-də göstərilən siyahının 5-ci qrafasına «Buraxılsın» ştampı vuraraq gömrük rəsmiləşdirilməsini aparan sərhəd gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü ilə təsdiq olunur.

2.7. Azərbaycan Respublikasının ərazisindən aparılan zaman sərhəd gömrük orqanı tərəfindən rəsmiləşdirilmiş siyahıda göstərilən malların satılmayan hissəsi geri qaytarıldıqda vaqon-restoran müdirində saxlanılmış əlavə 1-də göstərilən siyahının 1-ci və 2-ci nüsxələrinin 6-cı və 7-ci qrafaları doldurularaq sərhəd gömrük orqanının vəzifəli şəxsinə təqdim olunur. Sərhəd gömrük orqanının vəzifəli şəxsi həmin əlavə 1-də göstərilən siyahının 6-cı və 7-ci qrafalarında göstərilən məlumatların vaqon restoranda olan malların faktiki miqdarına çeşidinə uyğunluğunu yoxlayır, satılmayan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük yığımlarının tutulması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir. Gömrük rəsmiləşdirilməsi üçün alınan yığımların miqdarı barədə 8-ci qrafada qeydiyyat edilir və malların buraxılması haqqında qərar qəbul edildikdən sonra həmin qrafada «Buraxılışın» ştampı vurularaq gömrük rəsmiləşdirilməsini aparan sərhəd gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü ilə təsdiq edilir. Siyahının bir nüsxəsi sərhəd gömrük orqanında saxlanılır, ikinci nüsxəsi isə vaqon restoranın müdirinə qaytarılır.

2.8. Dövlətlərarası sərnişin daşımalarını həyata keçirən qatarların vaqon restoranlarında bilavasitə istifadə üçün Azərbaycan Respublikası ərazisindən kənarda alınmış mallar respublikaya gətirilərkən həmin malların mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük rəsmiləşdirilməsi xarici iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsi tədbirləri tətbiq edilməklə həyata keçirilir.

3. Yekun müddəalar

3.1. Dövlətlərarası sərnişin daşımalarını həyata keçirən qatarların vaqon restoranlarında Azərbaycan Respublikasının ərazisinə gətirilən və bu ərazidən aparılan mallar gömrük orqanlarında bəyan olunmadığı təqdirdə, həmin malların dövlət sərhədindən keçirilməsinə cavabdeh olan şəxslər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunur və mallar barəsində qanuna müvafiq tədbirlər həyata keçirilir.


Əlavə 1

Dövlətlərarası sərnişin daşımalarını həyata keçirən qatarların vaqon restoranlarında aparılan və gətirilən malların siyahısı

Sıra ¹-si

Malların adı və çeşidi

Ölçü vahidi

Malların miqdarı

Azərbaycan Respublikası ərazisindən aparılan mallardan tutulan yığımların miqdarı və onların buraxılması haqqında gömrük orqanlarının qeydiyyatı

Azərbaycan Respublikası ərazisindən aparılan malların xaricdə satılan miqdarı haqqında məlumat

Azərbaycan Respublikası ərazisindən aparılan malların xaricdə satılmayan miqdarı haqqında məlumat

Azərbaycan Respublikası ərazisindən aparılan malların geri qaytarılan zaman satılmayan hissəsindən tutulan yığımların miqdarı və onların buraxılması haqqında gömrük orqanlarının qeydiyyatı

1

2

3

4

5

6

7

8

               
           
           
           
           
           
           

 

Vaqon restoranın müdiri___________________________________
                                                            
(S.A.A. və imzası)
M.Y.

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, ¹ 10-11), s.174) («AzerSoft»)

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb