Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Dövlət Gömrük Komitəsi Sədrinin
113 saylı, 22 noyabr 2005-ci il tarixli əmri ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının gömrük xidmətində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin
Konsepsiyası


1. Ümumi müddəalar

Azərbaycan Respublikasının gömrük xidməti mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadəni təmin edir və xarici ticarətin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Onun əsas vəzifələrindən biri gömrük-tarif tənzimlənməsi tədbirlərinin riayət olunmasını təmin etməklə gömrük sərhədindən keçirilən mal dövriyyəsinin sürətləndirilməsinə şərait yaratmaqdır.

Göndərilən mal və nəqliyyat vasitələri barəsində məlumatların əvvəlcədən alınması, yaradıla biləcək təhlükənin səviyyəsinin müəyyən edilməsi, müvafiq nəzarət formalarının seçilməsi və gömrük sərhədindən yüklərin qısa müddət ərzində buraxılmasının təmin edilməsi müasir gömrük işinin təşkilinin əsas amillərini formalaşdırır. Bununla əlaqədar risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin Konsepsiyası yuxarıda göstərilən məsələləri həll etməyə imkan yaradır.

Mal dövriyyəsinin ildən ilə sürətlə artmasını nəzərə alaraq, gömrük orqanları gömrük nəzarətini həyata keçirən zaman seçmə üsullardan istifadə etməlidirlər və bu zaman elə nəzarət formaları seçilməlidir ki, onlar Azərbaycan Respublikası gömrük qanunvericiliyinə riayət edilməsini təmin etsin.

Gömrük nəzarət formalarının seçimi zamanı müasir tələblərə uyğun olaraq «Risklərin avtomatlaşdırılmış idarəetmə sistemi»ndən istifadə olunmalıdır.

Azərbaycan Respublikasının gömrük xidmətinin üç səviyyəli olması və vahid informasiya şəbəkəsində əhatə olunması «Risklərin avtomatlaşdırılmış idarəetmə sistemi»nin (RAİS) daha səmərəli fəaliyyət göstərməsinə şərait yaradır.

Ümumdünya Gömrük Təşkilatının Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizə edilməsinə dair Beynəlxalq Konvensiyasında (Kioto Konvensiyası, 1999-cu il) riskin idarə olunması sistemindən istifadə etməklə gömrük nəzarətinin əsası və prinsipləri təsbit edilmiş və aşağıda göstərilən müddəalar müəyyən edilmişdir:
    gömrük qanunvericiliyinin təmin edilməsi gömrük nəzarətinin minimal həcmilə məhdudlaşır;

    gömrük nəzarətinin formasının seçilməsi zamanı RAİS-dən istifadə olunur;

    gömrük orqanları risklərin təhlilini apararaq, nəzarətə cəlb olunan şəxsləri və malları, eyni zamanda tətbiq edilən yoxlama

    dərəcəsini təyin edir;

    gömrük xidməti gömrük qanunvericiliyinə əməl olunması ehtimalının qiymətləndirilməsinə əsaslanan strategiyanı qəbul etməlidir.

Ümumdünya Gömrük Təşkilatı tərəfindən müəyyən olunan inzibatçılığın keyfiyyət meyarlarına müvafiq olaraq gömrük prosedurlarının təşkilində RAİS əsas alətlərdən biri olmalıdır və bunun tətbiqi nəticəsində aşağıdakılar təmin olunmalıdır:
    gömrük rəsmiləşdirilməsi vaxtının azaldılması;

    xarici-iqtisadi fəaliyyətin iştirakçıları üçün gömrük orqanlarının işinin şəffaflığı;

    xarici-iqtisadi fəaliyyətin iştirakçıları və gömrük orqanları arasında münasibətlərin partnyor səviyyəsində olması.
2. Risklərin avtomatlaşdırılmış idarəetmə sistemində əsas anlayışlar
Risk — Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə riayət olunmamasının ehtimalı.
RAİS — Risklərin avtomatlaşdırılmış idarəetmə sistemi insan və kompüter sistemidir. Bu sistem gömrük orqanlarından ilkin məlumatların toplanmasını, təhlilini, risklərin dərəcəsinin müəyyən olunmasını və müvafiq gömrük nəzarət formalarının seçilməsini təmin edir.
Riskin təhlili — gömrük orqanlarında olan məlumatların daimi təhlili əsasında risklərin səbəblərinin araşdırılması, onların eyniləşdirilməsi və Azərbaycan Respublikası gömrük qanunvericiliyinin pozulmasının nəticələrinin qiymətləndirilməsi.

Təhlilin obyektləri:
    gömrük nəzarəti altında olan və Azərbaycan Respublikası gömrük ərazisində sərbəst dövriyyəyə buraxılmış mallar; şəxslərin və malların beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələri;

    gömrük ticarət və nəqliyyat sənədlərində olan məlumatlar;

    xarici-ticarətin aparılması zamanı bağlanan beynəlxalq və digər alqı-satqı müqavilələri və ya həmin müqavilələrdə olan məlumatlar;

    gömrük nəzarəti altında olan mallarla Azərbaycan Respublikası mülki və gömrük qanunvericiliyinə müvafiq olaraq hərəkətləri və tədbirləri həyata keçirən şəxs;

    keçmiş müddəti əks etdirən risklərin profili;

    gömrük işi sahəsində olan cinayətlər və gömrük qaydalarının pozulmasını təsvir edən faktlara dair materiallar;

    laboratoriya ekspertizasının nəticələri;

    gömrük brokerlərinin (nümayəndələrinin), müvəqqəti saxlanc və gömrük anbarları sahiblərinin və daşıyıcılarının fəaliyyəti;

    gömrük orqanlarının fəaliyyəti;

    respublika icra orqanları tərəfindən aparılmış auditin nəticələri;

    respublika inzibati orqanlarının məlumatları;

    başqa ölkələrin mərkəzi gömrük orqanlarının məlumatı;

    gömrük nəzarətinin formalarının tətbiqinin nəticələri.
Risk-sahəsi — funksional əlamət əsasında bir sahədə ümumiləşən risk təhlili obyektlərinin məcmuəsi;
Riskin indikatorları — risklərin təsdiqini təmin edən göstəricilərin məcmuəsi;
Riskin qiymətləndirilməsi — risklərin yaranma ehtimalının hesablanması və gömrük qaydalarının pozulmasının nəticələrinin qiymətləndirilməsi;
Riskin profili — riskin təsviri, indikatorları, seçilmiş nəzarət formaları və onların nəticələri;
Riskin idarə olunması — məlumatların toplanması, qiymətləndirilməsi, müvafiq gömrük nəzarət formasının seçilməsi və nəticənin nəzərə alınması, eyni zamanda məlumat təminatının təzələnməsinin təmin olunması;
Riskli mallar — Azərbaycan Respublikası gömrük qanunvericiliyinin pozulması ehtimalını yaradan mallar.
Yayındırıcı mallar — riskli malların əvəzinə böyük ehtimalla bəyan olunan mallar.

3. Risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin əsas funksiyaları
Risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin əsas funksiyaları:
    vahid informasiya fəzasını yaratmaqla riskləri müəyyən edən məlumatların qəbulu, emalı və təhlili;

    riskləri müəyyən edən alqoritmlərin və kompüter proqram təminatının yaradılması;

    ehtimal olunan və ya dəqiq məlum olan risklərin təyin edilməsi;

    respublikanın inzibati orqanları və başqa ölkələrin mərkəzi gömrük orqanları ilə «on-line» rejimində araşdırma məqsədilə informasiya mübadiləsinin aparılması;

    gömrük hüquqpozmalarının əmələ gəlməsinin səbəblərinin müəyyən edilməsi;

    risklərin əmələ gəlməsi zamanı dəyən ziyanın hesablanması;

    risklərin qarşısını almaq, ya da azaltmaq məqsədi ilə nəzarət formalarının seçilməsi və həyata keçirilməsi;

    seçilmiş tədbirlərin səmərəliliyinin hesablanması və qiymətləndirilməsi;

    seçilmiş tədbirlərin həyata keçirilməsinə nəzarətin təşkili;

    məlumat bazalarının və normativ-sorğu məlumatlarının yaradılması və mütəmadi olaraq yeniləşməsinin təmin edilməsi.

4. Risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin yaranma prinsipləri
Gömrük xidmətinin əsas məsələlərinin həllini təmin edən RAİS aşağıda göstərilən baza prinsiplərinə əsaslanır:
    Azərbaycan Respublikası gömrük qanunvericiliyini təmin etmək məqsədilə gömrük xidmətinin bütün məsələlərinin və onların həlli vahid mövqedən məqsədli istiqamət prinsipi əsasında aparılmalıdır;

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin struktur bölmələri gömrük xidmətinin idarəçiliyində RAİS-dən bir element kimi, tamlıq prinsipi əsasında istifadə etməlidirlər;

    RAİS və «Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin avtomatlaşdırılmış idarəetmə sistemi «(GRGNAS) və başqa ölkələrin mərkəzi gömrük aparatlarının «Avtomatlaşdırılmış idarəetmə sistemlər»i arasında informasiyalarının uyğunlaşdırılması prinsipi istifadə olunmalıdır;

    seçilmiş nəzarət formaları Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq qanunauyğunluq prinsipinə əsaslanmalıdır;

    risklərin qarşısını almaq, ya da azaltmaq məqsədilə qəbul olunmuş idarəetmə tədbirləri vahid prinsip əsasında formalaşmalıdır.

Yuxarıda göstərilən prinsiplərə uyğun olaraq yaradılan və seçmə üsuluna əsaslanan RAİS-in tətbiqi səmərəli gömrük nəzarətinin təşkilini mümkün edir.

Bu da öz növbəsində gömrük orqanlarına aşağıda göstərilən imkanları yarada bilər:
    vacib və prioritet istiqamətlərə diqqəti yönəltməklə mövcud ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi;

    fəaliyyətini Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə əsaslanaraq quran şəxslər üçün əlverişli şəraitin yaradılmasının təmin edilməsi;

    Azərbaycan Respublikasının gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsinin sürətləndirilməsi.

5. İdarəetmə prinsipləri

5.1. Strateji idarəetmə özündə aşağıdakıları əks etdirir:
    5.1.1. risklərin qiymətləndirilməsi və müvafiq nəzarət formalarının seçilməsinin metodologiyasının yaradılması;

    5.1.2. gömrük orqanları tərəfindən təqdim olunacaq ilkin məlumatların emalı və təhlilinin aparılması;

    5.1.3. risk sahələrini təsvir edən meyarların seçilməsi, daimi yeniləşdirilməsi və meyarların xüsusi çəkilərinin müəyyən olunması və təkmilləşdirilməsi;

    5.1.4. riskli malların, nəqliyyat vasitələrinin, ölkələrin, şəxslərin və yayındırıcı malların siyahılarının təhlil əsasında tərtib edilməsi, vaxtaşırı yeniləşməsi və siyahıları nəzərə alaraq, strateji risk istiqamətlərinin seçilməsi;

    5.1.5. nəzarət formalarının səmərəliliyini təhlil edərək, risklərin qiymətləndirilməsi prinsiplərinin, meyarların xüsusi çəkilərinin seçilməsi üçün metodologiyaların daim yeniləşdirilməsi;
5.2. Operativ idarəetmə — gömrük orqanları tərəfindən Dövlət Gömrük Komitəsinə təqdim olunmuş ilkin məlumatlar əsasında risklərin qiymətləndirilməsi və gömrük nəzarət formaları müəyyən olunduqdan sonra gömrük orqanlarına müvafiq tapşırıqların verilməsi.

Bu tapşırıqların konkret riskə aid olduğu halda gömrük rəsmiləşdirilməsi və ya əməliyyat-axtarış əməliyyatı zamanı onun istifadə olunması nəzərdə tutulur.

6. Risklərin idarəetmə prosesinin elementləri

6.1. Azərbaycan Respublikası gömrük sərhədini keçən mal və nəqliyyat vasitələrinə aid məlumatların yığımı və emalı

İdarəetmə prosesinin və onun elementlərinin əsas məqsədi riskin müəyyən edilməsi üçün tam informasiya təminatının yaradılmasıdır.

İnformasiya təminatının bir hissəsi gömrük orqanlarından riski təsvir edən ilkin məlumatlardır.

Dövlət Gömrük Komitəsinə daxil olan ilkin məlumatlar və Komitənin malik olduğu məlumat bazaları təhlil olunaraq, risklərin bal sistemi əsasında qiymətləndirilməsi aparılmalı və dərəcələri müəyyən olunmalıdır.

Aşağıda göstərilən məlumat bazalarından istifadə olunması nəzərdə tutulur:

«Sərhəd» məlumat bazası
    yük gömrük bəyannamələrinin (YGB) və gömrük mədaxil orderlərinin (GMO) məlumat bazaları;

    YGB-də və GMO-da müəyyən olunmuş səhvlər bazası;

    qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasını əks etdirən protokollar bazası;

    güzgülü statistikanın nəticələri;

    laboratoriya ekspertizasının nəticələri;

    keçmiş dövrü əhatə edən risklərin profili;

    respublika icra orqanları tərəfindən aparılan audit yoxlamalarının nəticələri;

    respublika inzibati orqanlarının məlumat bazaları;

    başqa ölkələrin mərkəzi gömrük orqanlarının məlumatları;

    gömrük brokerlərinin (nümayəndələrinin), müvəqqəti saxlanc və gömrük anbarlarının sahiblərinin və daşıyıcılarının fəaliyyətini əks etdirən məlumatlar;

    xarici-iqtisadi fəaliyyətlə məşğul olan şəxsləri əhatə edən məlumat bazası.
Yuxarıda göstərilənlərdən aydın olur ki, informasiya təminatının əsasını Dövlət Gömrük Komitəsinin malik olduğu informasiya ehtiyatları təşkil edir.

6.2. Risklərin müəyyən edilməsi və təhlili
Risklərin müəyyən edilməsi əvvəlcədən təyin olunmuş meyarlar və əməliyyat məlumatları əsasında aparıla bilər.
Əvvəlcədən müəyyən olunmuş meyarlar, zəruri olaraq aşağıda göstərilən risk istiqamətlərini əhatə etməlidirlər:
    riskli malları müəyyən edən meyarlar;

    «yayındırıcı» malları müəyyən edən meyarlar;

    malların mənşə ölkəsi əsasında riskləri müəyyən edən meyarlar;

    gömrük rəsmiləşdirilməsi və nəzarəti zamanı istifadə olunan meyarlar;

    malın gömrük dəyəri üzrə meyarlar;

    gömrük ödənişləri üzrə meyarlar;

    xarici-ticarət əlaqələri üzrə meyarlar:

Sərhəd və daxili gömrük orqanlarının əməkdaşları Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq olunmuş meyarlar əsasında riskləri müəyyənləşdirirlər və bu zaman konkret riskin aydın təsviri və informasiya mənbələri haqqında geniş məlumat verilir.

6.1 altbəndində qeyd olunmuş məlumat bazaları və müxtəlif məlumatlar Dövlət Gömrük Komitəsində təhlil olunaraq, risklərin qiymətləndirilməsi aparılır. Bundan başqa təhlil mərhələsi aşağıda göstərilən məsələləri özündə əks etdirir:
    risklərə təsir göstərən şərtlər və amillərin məcmuəsi;

    gömrük əməliyyatları, onların həyata keçirilməsi zamanı gömrük hüquqpozmaları mövcudluğunun ehtimal olunması;

    obyektlərin təhlili;

    riskləri xarakterizə edən meyarlar və göstəricilər;

    risklərin indikatoru;

    risklərin baş verməsi ilə əlaqədar ehtimal olunan itkilərin hesablanması.

6.3. Risklərin idarə olunması üzrə tədbirlərin tərtibi və həyata keçirilməsi
Risklərin idarə olunması prosesinin ən mühüm mərhələsi nəzarət formalarının seçilməsidir. Bu mərhələdə risklərin qiymətləndirilməsi zamanı alınan nəticələr əsas götürülür və nəzarət formalarının seçilməsi planlaşdırılır. İlkin nəzarət formaları gömrük rəsmiləşdirilməsi zamanı istifadə olunmalıdır. Digər nəzarət formaları operativ xarakter daşıdığı səbəbindən qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizəni təşkil edən bölmələrin iştirakı ilə aparılmalıdır.

Bu mərhələdə təhlil əsasında ən səmərəli nəzarət forması seçilir.

6.4. Tətbiq olunmuş tədbirlərin ümumiləşdirilməsi və təkliflərin hazırlanması
Seçilmiş gömrük nəzarət formalarının həqiqi nəticələri barəsində «əks» kanallar vasitəsilə Dövlət Gömrük Komitəsinə məlumat daxil olmalıdır. Bu əlaqənin olmaması RAİS-in səmərəliliyinin təmin edilməsini mümkün etməyəcək. Bu məqsədlə hər risk üzrə onun profili yaradılmalıdır və nəzarət formalarının effektivliyi təhlil olunmalıdır.

RAİS-in tətbiqi sayəsində gömrük orqanlarının fəaliyyətini əks etdirən əsas göstəricilərin səmərəliliyinin təmin olunmasına müxtəlif nəticələrlə nail olmaq mümkündür:
    malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması;

    gömrük nəzarətinin səmərəliliyinin artırılması;

    mal dövriyyəsinin artırılması;

    gömrük nəzarətinin təşkilinin xərclərinin azalması;

    gömrük rəsmiləşdirilməsinin vaxtının azalması.

7. Ümumi xülasə
Risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi aşağıda göstərilən mərhələləri nəzərdə tutur:
    mövcud riskləri müəyyən etmək məqsədilə gömrük qanunvericiliyinin pozulması faktlarının təhlili;

    risk sahələrinin və müvafiq meyarların seçilməsi;

    risklərin qiymətləndirilməsinin və gömrük nəzarət formalarının seçilməsinin metodologiyasının yaradılması;

    RAİS-in Dövlət Gömrük Komitəsində müvafiq struktur bölməsinin yaradılması;

    riskləri təsvir edən ilkin məlumatların formalarının, risklərin profillərinin tərkibinin və qiymətləndirilməsi alqoritminin yaradılması;

    RAİS-in məlumat təminatının və müvafiq proqram məhsullarının yaradılması (məlumat bazaları və başqa icra orqanları ilə

    «on-line» əlaqə rejiminin yaradılması);

    Dövlət Gömrük Komitəsi və digər gömrük orqanları tərəfindən RAİS-dən istifadə qaydalarının normativ-hüquqi sənədlər toplusunun yaradılması.

DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi

© VneshExpertService
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb