Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 1, maddə 1; 1995-ci il, ¹ 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 7, maddə 444) 24-cü maddəsinə aşağıdakı redaksiyada 16-cı bənd əlavə edilsin:

«16) sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılması, mal-qaranın saxlanılması və otarılması, kütləvi-ictimai tədbirlərin keçirilməsi qadağandır.».

II. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 4, maddə 79; 1993-cü il, ¹ 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə 378; 1998-ci il, ¹ 1, maddələr 15, 16; 1999-cu il, ¹ 4, maddə 228, ¹ 5, maddə 286; 2001-ci il, ¹ 6, maddələr 362, 363, ¹ 12, maddələr 731, 736) 30-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

«İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Göstərilən şəxslərə inzibati həbs tətbiq edilə bilməz. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə inzibati həbs və inzibati cərimə tətbiq edilə bilməz.»;

2. 3-cü bənd çıxarılsın və 4-cü bənd 3-cü bənd hesab edilsin.

III. «Fövqəladə vəziyyət haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 4, maddə 84; 1993-cü il, ¹ 7, maddə 173, ¹ 15, maddələr 422, 437; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 7, maddə 444; 1999-cu il, ¹ 5, maddə 286; 2001-ci il, ¹ 3, maddə 148, ¹ 11, maddə 683, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 8, maddə 463) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü maddənin üçüncü hissəsində «tərkibinin azı üçdə ikisindən ibarət çoxluqla» sözləri «deputatlarının 63 səs çoxluğu ilə» sözləri ilə əvəz edilsin.

2. 15-ci maddənin ikinci hissəsi çıxarılsın.

3. 16-cı maddənin ikinci hissəsi çıxarılsın.

4. 21-ci və 22-ci maddələr çıxarılsın.

5. 23-cü maddə aşağıdakı redaksiyada verilsin:

«Bu Qanunun tələblərini pozan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar.

Fövqəladə vəziyyət rejimini pozan şəxslər fövqəladə vəziyyət elan olunmuş yerin komendantlığının və xüsusi idarəetmə orqanının vəzifəli şəxsləri tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tutula bilərlər.».

6. 4-cü, 5-ci, 7-ci, 8-ci, 9-cu, 13-cü, 29-cu və 31-ci maddələrdə ismin müvafiq hallarında işlədilmiş «Ali Sovet» sözləri ismin müvafiq hallarında «Milli Məclis» sözləri ilə əvəz edilsin.

IV. «Siyasi partiyalar haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 11, maddə 387, ¹ 12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 3, maddə 226; 2001-ci il, ¹ 11, maddə 683; 2002-ci il, ¹ 8, maddə 463) aşağıdakı dəyişikliklər edilsin:

1. 15-ci maddənin ikinci hissəsi çıxarılsın və üçüncü və dördüncü hissələr müvafiq olaraq ikinci və üçüncü hissələr hesab edilsin.

2. 16-cı maddənin ikinci hissəsində «dördüncü» sözü «üçüncü» sözü ilə əvəz edilsin.

V. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 11, maddə 406, ¹ 16, maddə 706; 1993-cü il, ¹ 5, maddə 133; 1994-cü il, ¹ 9, maddə 96; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 1, maddə 15; 1999-cu il, ¹ 3, maddə 164, ¹ 4, maddə 215, ¹ 5, maddə 286; 2001-ci il, ¹ 3, maddə 147, ¹ 12, maddə 745; 2002-ci il, ¹ 6, maddə 328, ¹ 8, maddə 463) 27-ci maddəsində «cinayət məsuliyyəti» sözləri «məsuliyyət» sözü ilə əvəz edilsin.

VI. «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə 419; 2001-ci il, ¹ 3, maddə 143) 34-cü maddəsinin 1-ci hissəsinin 13-cü bəndində «hüquq pozuntuları barəsində» sözləri «inzibati xətalara dair» sözləri ilə əvəz edilsin.

VII. «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, ¹ 9, maddə 224; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 1, maddə 17; 2001-ci il, ¹ 6, maddə 360, ¹ 11, maddələr 676, 683, ¹ 12, maddə 736; 2003-cü il, ¹ 1, maddə 5) 18-ci maddəsinin 2-ci bəndi çıxarılsın, 3-cü, 4-cü və 5-ci bəndləri müvafiq olaraq 2-ci, 3-cü və 4-cü bəndlər hesab edilsin.

VIII. «Statistika haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹ 11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə 486; 2002-ci il, ¹ 12, maddə 706; 2003-cü il, ¹ 1, maddə 4) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 6-cı maddənin 5-ci bəndində «edən» sözündən sonra «, statistik sirri yayan» sözləri əlavə edilsin.

2. 11-ci maddənin ikinci hissəsindən «qəsdən və ya ehtiyatsızlıq üzündən» sözləri çıxarılsın.

3. 16-cı maddədə:

a) maddənin adından «maddi» sözü çıxarılsın;

b) birinci hissədə «hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə sanksiyaları tətbiq edilir» sözləri «hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir» sözləri ilə əvəz edilsin.

IX. «Sərhəd qoşunları haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹ 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 1, maddə 15) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü maddənin birinci hissəsinin 8-ci bəndində «hüquqpozmalar» sözü «xətalar» sözü ilə əvəz edilsin.

2. 8-ci maddənin adında və mətnində «hüquq pozuntuları» sözləri «xətalar» sözü ilə əvəz edilsin.

X. «Daxili qoşunların statusu haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹ 17, maddə 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 1, maddə 15) 18-ci maddəsinin birinci hissəsinin «ə» bəndində «lakin ən çoxu üç günlüyə» sözləri «qanunla müəyyən edilmiş müddətə» sözləri ilə əvəz edilsin.

XI. «Baytarlıq təbabəti haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹ 21, maddə 312; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə 706) 17-ci maddəsinin birinci hissəsində «müsadirə» sözü «götürülə» sözü ilə əvəz edilsin və üçüncü hissəsindən «heyvanların müsadirəsindən və» sözləri çıxarılsın.

XII. «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹ 23-24, maddə 366; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddələr 683, 686) aşağıdakı dəyişikliklər edilsin:

1. 11-ci maddənin 1-ci hissəsinin üçüncü abzasından «və cərimələr» sözləri və 2-ci hissəsinin beşinci abzasından «və cərimələri» sözləri çıxarılsın.

2. 12-ci maddədə:

a) maddənin adından və 3-cü hissədən «və cərimələr» sözləri çıxarılsın;

b) 2-ci hissə çıxarılsın.

XIII. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹ 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddələr 676, 683, 686; 2002-ci il, ¹ 5, maddə 241; 2003-cü il, ¹ 1, maddə 1) aşağıdakı dəyişikliklər edilsin:

1. 19-cu maddənin 1-ci hissəsinin on dördüncü abzasından «iqtisadi sanksiyalar və» sözləri çıxarılsın.

2. 25-ci maddə çıxarılsın.

XIV. «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 1, maddə 19; 2001-ci il, ¹ 11, maddələr 676, 695, 699; 2002-ci il, ¹ 5, maddə 243, ¹ 12, maddə 692) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 25-ci maddədə:

a) ikinci abzasda «olmaq üçün müvafiq sənədləri olmadıqda» sözləri «yaşama hüququ verən sənədlər olmadan yaşadıqda» sözləri ilə əvəz edilsin;

b) dördüncü abzasda «hərəkət etmə» sözləri «bir yerdən başqa yerə getmə» sözləri ilə əvəz edilsin, «qeydiyyat» sözündən sonra «və ya yazılma» sözləri əlavə edilsin.

2. 27-ci maddənin birinci hissəsində «bir gündən yeddi günədək müddətdə» sözləri «qanunvericilikdə müəyyən edilmiş qaydada» sözləri ilə əvəz edilsin.

XV. «Standartlaşdırma haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 2, maddə 92; 2001-ci il, ¹ 11, maddə 683) 11-ci maddəsinin ikinci hissəsində «pozan təsərrüfat subyektləri» sözləri «yerinə yetirməyən şəxslər» sözləri ilə əvəz edilsin.

XVI. «Bitki karantini haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 2, maddə 103; 1998-ci il, ¹ 2, maddə 83; 2002-ci il, ¹ 5, maddə 241, ¹ 12, maddə 706) 12-ci maddəsinin dördüncü hissəsində «zərərsizləşdirilməli,» sözündən sonra «qanunvericiliklə müəyyən edilmiş qaydada» sözləri əlavə edilsin.

XVII. «Meliorasiya və irriqasiya haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 3, maddə 169; 2002-ci il, ¹ 5, maddə 237) 13-cü maddəsinə aşağıdakı məzmunda on dördüncü abzas əlavə edilsin:

«meliorasiya və irriqasiya sahəsində qanunvericilikdə nəzərdə tutulmuş hallarda inzibati xətalar haqqında işlərə baxılması.».

XVIII. «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 3, maddə 176; 1998-ci il, ¹ 6, maddə 367, ¹ 11, maddə 644; 2001-ci il, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 5, maddə 241; 2003-cü il, ¹ 1, maddə 23) 36-cı maddəsinin 4-cü hissəsində «hökmü» sözündən sonra «(qərarı)» sözü əlavə edilsin.

XIX. «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 4, maddə 267; 2001-ci il, ¹ 5, maddə 294) 14-cü maddəsinin üçüncü hissəsindən «inzibati (intizam)» sözləri və 28-ci maddəsinin birinci hissəsindən «inzibati» sözü çıxarılsın.

XX. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə 413; 1999-cu il, ¹ 5, maddə 284, ¹ 7, maddə 396, ¹ 10, maddə 570; 2001-ci il, ¹ 5, maddə 292, ¹ 6, maddə 379, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 4, ¹ 12, maddə 706; 2003-cü il, ¹ 6, maddə 278) 20-ci, 56-cı və 77-ci maddələrində «hüquqpozmalara» sözü «xətalara» sözü ilə əvəz edilsin.

XXI. Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 311-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 6, maddə 447; 1999-cu il, ¹ 10, maddə 570; 2001-ci il, ¹ 11, maddələr 676, 686, 695, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 1, maddə 4, ¹ 8, maddə 463; 2003-cü il, ¹ 1, maddələr 3, 16, 23) aşağıdakı dəyişikliklər edilsin:

1. X bölmə çıxarılsın.

2. 60-cı fəsil çıxarılsın.

3. 15-ci maddədə «bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə» sözləri «qanunvericiliklə» sözü ilə əvəz edilsin.

4. 392-ci maddənin birinci hissəsində «bu Məcəllənin» sözləri «Azərbaycan Respublikası qanunvericiliyinin» sözləri ilə əvəz edilsin.

5. 398-ci maddənin birinci hissəsindən «Azərbaycan Respublikası gömrük orqanlarının, yaxud» sözləri çıxarılsın.

XXII. «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 1, maddə 12; 1999-cu il, ¹ 4, maddə 225; 2000-ci il, ¹ 8 (III kitab), maddə 587; 2001-ci il, ¹ 3, maddələr 142, 145, ¹ 5, maddələr 295, 298, ¹ 11, maddə 683; 2003-cü il 5 dekabr tarixli 538-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu) 27-ci maddəsinin 4-cü bəndinin ikinci və üçüncü abzasları çıxarılsın.

XXIII. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 1, maddə 14; 2001-ci il, ¹ 3, maddələr 145, 146, 147; ¹ 12, maddələr 731, 745; 2002-ci il, ¹ 6, maddə 328, ¹ 8, maddə 464) 153-cü maddəsinə aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. Maddədən «yol hərəkəti, ovçuluq, balıqtutma və balıq ehtiyatlarının mühafizəsi, gömrük qaydalarının mühafizəsi, gömrük qaydalarını pozduqlarına və qaçaqmalçılığa görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ümümi əsaslarla inzibati məsuliyyət daşıyırlar, bununla bərabər hərbi qulluqçulara cərimə, islah işləri və inzibati həbs təyin edilə bilməz» sözləri çıxarılsın.

2. Maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

«İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Göstərilən şəxslərə inzibati həbs tətbiq edilə bilməz. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə inzibati həbs və inzibati cərimə tətbiq edilə bilməz.».

XXIV. Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli 418-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Su Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 3, maddə 135; 1999-cu il, ¹ 8, maddə 476; 2002-ci il, ¹ 5, maddə 237; 2003-cü il, ¹ 1, maddə 10) 103-cü maddəsinin on doqquzuncu abzasının əvvəlinə «lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya» sözləri əlavə edilsin.

XXV. «Balıqçılıq haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 6, maddə 362; 2002-ci il, ¹ 5, maddə 241) aşağıdakı dəyişikliklər edilsin:

1. 21-ci maddənin birinci hissəsində:

a) altıncı abzasda «hüquqpozmalar» sözü «xətalar» sözü ilə əvəz edilsin və «(aktlar)» sözü çıxarılsın;

b) yeddinci abzas çıxarılsın.

2. 22-ci maddədə:

a) üçüncü abzasda «hüquqpozmaların» sözü «xətaların» sözü ilə əvəz edilsin;

b) dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

«qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər daxilində müvafiq inzibati xətalar haqqında işlərə baxmaq və onları məhkəməyə göndərmək;».

XXVI. «Geodeziya və kartoqrafiya haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 7, maddə 443) 26-cı maddəsinin üçüncü hissəsinin birinci cümləsində «geodeziya-istinad məntəqələri və nişanları olan torpaq mülkiyyətçiləri və istifadəçiləri» sözləri «dövlət geodeziya-istinad məntəqələri və ya yerüstü nişanları olan torpaq mülkiyyətçiləri, istifadəçiləri, habelə digər şəxslər» sözləri ilə əvəz edilsin.

XXVII. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 8, maddə 484; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 11, maddələr 676, 687, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 5, maddə 241, ¹ 6, maddə 328) 40-cı maddəsinin adında və mətnində «hüquq pozuntusu» sözləri «xəta» sözü ilə əvəz edilsin.

XXVIII. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 9, maddə 564; 2001-ci il, ¹ 5, maddə 298, ¹ 11, maddələr 676, 698; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 8, maddə 463; 2003-cü il, ¹ 8, maddə 424) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 24-cü maddənin I hissəsinin 5-ci bəndində və 25-ci maddənin I hissəsində «hüquqpozmaların» sözü «xətaların» sözü ilə əvəz edilsin.

2. 79-cu, 80-ci və 82-ci maddələr çıxarılsın.

3. 81-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

«Bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.».

4. 84-cü maddənin 3-cü bəndində «hüquqpozmalar» sözü «xətalar» sözü ilə əvəz edilsin.

5. 85-ci maddədə:

a) 5-ci bənddə «bu Qanunla» sözləri «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə» sözləri ilə əvəz edilsin;

b) 6-cı bəndin «Qeyd» hissəsinin üçüncü çümləsində «bu Qanunun» sözləri «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin» sözləri ilə və altıncı cümləsində «hüquqpozma» sözü «xəta» sözü ilə əvəz edilsin;

c) 12-ci bənd aşağıdakı redaksiyada verilsin:

«12. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazisində törətdikləri yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.».

ç) 12-ci bəndin «Qeyd» hissəsi çıxarılsın.

XXIX. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 2, maddə 62) 4-cü maddəsinin birinci hissəsinin 3-cü bəndində və 11-ci maddəsində «hüquqpozma» sözü «xəta» sözü ilə əvəz edilsin.

XXX. «İmmiqrasiya haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 3, maddə 156; 2001-ci il, ¹ 11, maddələr 676, 695) 13-cü maddəsinə aşağıdakı əlavələr edilsin:

1. Birinci hissəyə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin:

«3) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edildikdə.».

2. Maddəyə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

«Bu maddənin birinci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş immiqrantın Azərbaycan Respublikasının ərazisindən çıxarılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq həyata keçirilir.».

XXXI. Azərbaycan Respublikasının 1999-cu il 1 fevral tarixli 618-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 4, maddə 213; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr 672, 679, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 2, ¹ 5, maddə 241, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 1, maddələr 9, 23) aşağıdakı dəyişikliklər edilsin:

1. 15-ci maddənin 2-ci hissəsində «İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsi» sözləri «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi» sözləri ilə əvəz edilsin.

2. 62-ci maddənin 1-ci hissəsinin «c» bəndində «hüquqpozmaları» sözü «xətaları» sözü ilə əvəz edilsin.

3. 72-ci maddənin «f» bəndində «hüquqpozmalara» sözü «xətalara» sözü ilə əvəz edilsin.

4. 199-cu maddənin 1-ci hissəsinin «c» bəndində «hüquqpozmalar haqqında» sözləri «xətalar» sözü ilə əvəz edilsin.

5. 270-ci maddənin dördüncü hissəsində «İşçiləri» sözü «Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə qorxutmaqla və ya şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu» sözləri ilə əvəz edilsin.

6. 312-ci maddədə «İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsində» sözləri «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində» sözləri ilə əvəz edilsin.

XXXII. «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 7, maddə 404; 2002-ci il, ¹ 12, maddə 706) 16-cı maddəsinin altıncı hissəsi aşağıdakı redaksiyada verilsin:

«Arxiv sənədlərinin və sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya onlardan istifadə olunması qaydalarına əməl edilməməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.».

XXXIII. «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 8, maddə 470) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 44-cü maddənin birinci hissəsində:

a) dördüncü abzas çıxarılsın.

b) səkkizinci abzasda «hüquqpozma» sözü «xəta» sözü ilə əvəz edilsin və «(aktlar)» sözü çıxarılsın.

2. 53-cü maddədə:

a) on ikinci abzasda «rəftar» sözü «davranması nəticəsində onları şikəst və ya tələf» sözləri ilə əvəz edilsin;

b) ikinci abzas çıxarılsın;

c) yeddinci abzas aşağıdakı redaksiyada verilsin:

«ov qaydalarını kobud şəkildə pozduqda (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov etdikdə), habelə digər ov qaydalarını müntəzəm pozduqda.».

XXXIV. «Ekoloji təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 8, maddə 471) 13-cü maddəsinin 2-ci hissəsinin 2.2-ci bəndi çıxarılsın.

XXXV. «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 8, maddə 472; 2001-ci il, ¹ 3, maddə 148; 2002-ci il, ¹ 5, maddə 238; 2003-cü il, ¹ 4, maddə 178) 71-ci maddəsinin 2-ci hissəsinin 2.8-ci bəndində «qanun pozuntuları» sözləri «xətalar» sözü ilə əvəz edilsin.

XXXVI. «Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 8, maddə 474; 2001-ci il, ¹ 11, maddə 676; 2002-ci il, ¹ 5, maddə 240, ¹ 6, maddə 328) 21-ci maddəsinin 3-cü hissəsində «hüquqpozmalar» sözü «xətalar» sözü ilə əvəz edilsin.

XXXVII. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 8, maddə 479; 2001-ci il, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 5, maddə 241) 50-ci maddəsinin 1.3-cü bəndində «cərimə və sanksiyaları» sözləri «qaydada və hallarda inzibati tənbeh» sözləri ilə əvəz edilsin.

XXXVIII. «Polis haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 11, maddə 611; 2001-ci il, ¹ 11, maddə 699, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 3, maddə 118, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 1, maddə 22, ¹ 8, maddə 424) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin beşinci abzasında, 3-cü maddənin II hissəsinin 2-ci və 9-cu bəndlərində, 4-cü maddənin II hissəsinin 2-ci bəndində, 14-cü maddənin 2-ci bəndində, 17-ci maddənin 2-ci bəndində, 18-ci maddənin 1-ci, 3-cü və 4-cü bəndlərində, 21-ci maddənin III hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində və IV hissəsində, 22-ci maddənin II hissəsində və 26-cı maddənin I hissəsinin 2-ci bəndində ismin müxtəlif hallarında işlədilmiş «hüquqpozma» sözü ismin müvafiq hallarında «xəta» sözü ilə əvəz edilsin.

2. 21-ci maddənin III hissəsinin birinci abzasından «48 saatdan artıq olmayan müddətə» sözləri çıxarılsın.

XXXIX. «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 12, maddə 688; 2000-ci il, ¹ 7, maddə 494; 2002-ci il, ¹ 8, maddə 464) 24-cü maddəsində «hüquq pozuntusu» sözləri «xəta» sözü ilə, «hüquqpozmalara» sözü «xətalara» sözü ilə əvəz edilsin.

XL. «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 7) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddədə «İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının» sözləri «Azərbaycan Respublikasının İnzibati Xətalar» sözləri ilə əvəz edilsin.

2. 10-cu maddənin birinci hissəsinin dördüncü abzasında «cinayət məsuliyyəti» sözləri «məsuliyyət» sözü ilə əvəz edilsin.

XLI. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında» Əsasnaməyə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 12; 2001-ci il, ¹ 12, maddələr 731, 736) aşağıdakı dəyişikliklər edilsin:

1. 72-ci maddədə «hüquq pozuntusu barədə» sözləri «xəta haqqında» sözləri ilə əvəz edilsin.

2. 73-cü maddədə «hüquq pozuntusu işi» sözləri «xəta haqqında iş» sözləri ilə əvəz edilsin.

XLII. «Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 18; 2001-ci il, ¹ 11, maddə 687, ¹ 12, maddə 731; 2003-cü il, ¹ 1, maddə 23) 1-ci maddəsinin ikinci hissəsində və 11-ci maddəsinin beşinci hissəsində «hüquqpozmalar» sözü «xətalar» sözü ilə əvəz edilsin.

XLIII. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 19; 2001-ci il, ¹ 12, maddə 736) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 2-ci maddənin II hissəsində «Cinayət-Prosessual» sözlərindən sonra «, İnzibati Xətalar» sözləri əlavə edilsin.

2. 20-ci maddənin I hissəsində «tutulmuş qaydada» sözlərindən sonra «inzibati və» sözləri əlavə edilsin.

3. 26-cı maddənin II hissəsində «hüquq pozuntularına dair» sözləri «xətalar haqqında» sözləri ilə əvəz edilsin.

XLIV. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 2, maddə 82; 2001-ci il, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 3, maddə 116, ¹ 5, maddə 245) 28-ci maddəsinin ikinci hissəsində «yayılması» sözündən sonra «, habelə istinad məlumatlarının qəsdən yanlış göstərilməsi» sözləri əlavə edilsin.

XLV. «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə 479; 2003-cü il, ¹ 1 maddə 8) 45-ci maddəsinin üçüncü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Dördüncü abzasda «hüquqpozma» sözü «xəta» sözü ilə əvəz edilsin.

2. Beşinci abzasda «hüquqpozma» sözü «xəta» sözü ilə əvəz edilsin və «(aktlar)» sözü çıxarılsın.

XLVI. «Taxıl haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə 491) 15.3.5-ci maddəsində «hüquqpozmalar» sözü «xətalar» sözü ilə əvəz edilsin və «(aktlar)» sözü çıxarılsın.

XLVII. «Tender haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 3 (I kitab), maddə 146) qüvvədən düşmüş hesab edilsin.

XLVIII. «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə 486) III hissəsi qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 30 dekabr 2003-cü il

¹ 568-IIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (15 fevral 2004-cü il, ¹ 38) («AzerSoft»)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (29 fevral 2004-cü il, ¹ 2, maddə 57) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb