Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi Sədrinin 04 dekabr 2003—cü il tarixli
111 saylı əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır
Mallara və nəqliyyat vasitələrinə
gömrük nəzarəti zamanı gömrük yoxlamasının keçirilməsi Qaydaları
I.
Ümumi müddəalar
1. «Mallara və nəqliyyat vasitələrinə
gömrük nəzarəti zamanı gömrük yoxlamasının keçirilməsi Qaydaları»
(bundan sonra Qaydalar) gömrük nəzarəti altında yerləşdirilən
mallar və nəqliyyat vasitələrinin, eləcə də buraxılışı həyata
keçirilmiş mallar və nəqliyyat vasitələrinin gömrük yoxlamasının
ümumi tələblərini və qaydalarını müəyyən edir.
Bu Qaydalar Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin 9—cu və 177—ci maddələrinin tələblərinə uyğun
olaraq hazırlanmışdır.
2. Gömrük nəzarətinin forması
hesab olunan malların və nəqliyyat vasitələrinin gömrük yoxlaması
gömrük orqanı əməkdaşları tərəfindən gömrük məqsədləri üçün lazım
olan məlumatların yoxlanılması, gömrük işi sahəsində hüquq pozuntusu
hallarının aşkar edilməsi, həmçinin icrasına nəzarət Azərbaycan
Respublikası gömrük orqanlarına həvalə edilmiş Azərbaycan Respublikasının
qanunvericiliyinə və beynəlxalq müqavilələrin tələblərinə riayət
olunmasının təmin edilməsi, eləcə də malların xüsusiyyətlərinin
müəyyən edilməsi ilə bağlı mallar və nəqliyyat vasitələrinin yoxlama
üsullarından ibarətdir.
3. Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin
gömrük yoxlaması aşağıdakı məqsədlə həyata keçirilir:
- mallar və nəqliyyat vasitələri haqqında faktiki
məlumatların alınması, onların eyniləşdirilməsi;
- gömrük işi sahəsində gömrük qaydalarının və
qaçaqmalçılığın, həmçinin icrasına nəzarət Azərbaycan Respublikasının
gömrük orqanlarına həvalə edilmiş gömrük işi haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinin və beynəlxalq müqavilələrin
tələblərinin pozulması hallarının aşkar edilməsi və qarşısının
alınması.
4. Gömrük yoxlaması, gömrük rəsmiləşdirilməsi
və gömrük nəzarətini həyata keçirən gömrük orqanının struktur
bölmələrinin əməkdaşları tərəfindən bu Qaydaların tələblərinə
uyğun olaraq həyata keçirilir.
5. Bu Qaydaların tələbləri gömrük
işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin
icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına
həvalə edilmiş, Azərbaycan Respublikasının qanunvericilik aktlarına
və dövlətlərarası müqavilələrin tələblərinə riayət olunmasının
təmin olunması məqsədilə gömrük ərazisində gömrük nəzarəti altında
olan və operativ qaydada, eləcə də qanunvericiliklə müəyyən olunmuş
digər hallarda gömrük yoxlamasından keçirilən mal və nəqliyyat
vasitələrinə tətbiq olunmur.
II. Gömrük yoxlaması zamanı
Azərbaycan Respublikası gömrük
orqanları əməkdaşlarının
hüquq və vəzifələri
6. Gömrük orqanlarının əməkdaşları
gömrük yoxlaması keçirilən zaman aşağıdakıları tələb etməlidirlər:
- malları və nəqliyyat vasitələrini keçirən şəxslərdən,
onlar barəsində səlahiyyəti olan şəxslərdən və onların nümayəndələrindən
gömrük yoxlamasının keçirilməsi üçün malların və nəqliyyat vasitələrinin
təqdim olunmasını tələb etmək;
- gömrük yoxlamasında iştirak edən şəxslərin
şifahi sorğusunu aparmaq;
- yoxlama sənədində müəyyən olunmuş yoxlama həcmi
və dərəcəsinin Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin
tələblərinə riayət olunmasının yoxlanılması üçün kifayət etmədiyi
və digər əsaslar olduğu halda yoxlanmanın həcmini və dərəcəsini
artırmaq;
- Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə
müvafiq olaraq gömrük yoxlamasının keçirilməsinə yardım göstərilməsi
məqsədilə digər dövlət nəzarəti orqanlarının, mülkiyyət formasından
asılı olmayaraq idarələrin, təşkilatların mütəxəssislərini,
həmçinin ekspertləri cəlb etmək;
7. Gömrük orqanlarının əməkdaşları
gömrük yoxlaması keçirdikləri zaman aşağıdakıları etməlidirlər:
- Qaydalarda müəyyən edilmiş müddətdə yoxlama
keçirmək;
- müəyyən olunmuş qaydada gömrük yoxlama aktına
yoxlama nəticəsində əldə olunan məlumatları, həmçinin yoxlamada
iştirak edən şəxslərin məlumatlarını əlavə etmək;
- malları və nəqliyyat vasitələrini keçirən şəxslərin,
onların səlahiyyətli nümayəndələrinin, bu şəxslər olmadıqda
isə tədqiqatın nəticəsində marağı olmayan fiziki şəxslərin iştirakı
ilə prob və nümunələri götürmək;
- gömrük qaydalarının pozulması əlamətləri aşkar
edildikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq
tədbirlər həyata keçirmək;
- mallara və nəqliyyat vasitələrinə əsassız ziyan
vurmamaq;
- malları və nəqliyyat vasitələrini keçirən şəxslərin
və yoxlamada iştirak edən şəxslərin hüquqlarına və qanuni maraqlarına
riayət olunmasını təmin etmək;
- yoxlama tapşırığında yoxlamanın həcmi və dərəcəsi
göstərildiyi halda, yoxlamanın həcmi və dərəcəsinin dəyişdirilməsi
barədə gömrük yoxlamasını həyata keçirən struktur bölmənin rəisini
yazılı şəkildə məlumatlandırmaq (səbəb göstərilməklə) və bu
dəyişiklikləri gömrük yoxlama aktında əks etdirmək;
- dövlət sirrini və qanunla müdafiə edilən digər
sirri, həmçinin gömrük yoxlamasının keçirilməsi ilə bağlı onlara
məlum olan məlumatları gizli saxlamaq;
- Azərbaycan Respublikasının qanunvericiliyinə,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin
və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan
sonra DGK) normativ—hüquqi aktlarının tələblərinə riayət etmək.
III. Gömrük yoxlaması keçirildiyi
zaman malları və nəqliyyatvasitələrini keçirən şəxslərin hüquq və
vəzifələri
8. Malları və nəqliyyat vasitələrini
keçirən şəxslər, deklarant, mallar və nəqliyyat vasitələri üzrə
səlahiyyəti olan şəxslər və onların nümayəndələri gömrük yoxlaması
keçirildiyi zaman aşağıdakı hüquqlara malikdirlər;
- öz təşəbbüsləri ilə gömrük yoxlamasında iştirak
etmək;
- mallar və nəqliyyat vasitələri barədə məlumatlar
vermək;
- gömrük orqanının razılığı və gömrük orqanının
əməkdaşlarının iştirakı ilə mallardan prob və nümunələr götürmək;
- gömrük yoxlama aktında göstərilən məlumatlarla
tanış olmaq;
- gömrük yoxlaması ilə bağlı öz açıqlamalarını
gömrük yoxlama aktına daxil etməyi tələb etmək;
- gömrük orqanı əməkdaşlarından gömrük yoxlaması
zamanı öz hüquqlarının və qanuni maraqlarının müdafiə olunmasını
və onlara riayət edilməsini tələb etmək;
9. Malları və nəqliyyat vasitələrini
keçirən şəxslər mallar və nəqliyyat vasitələri üzrə səlahiyyəti
olan şəxslər və onların nümayəndələri gömrük yoxlaması keçirildiyi
zaman aşağıdakılara riayət etməlidirlər:
- mallara və nəqliyyat vasitələrinə gömrük yoxlamasının
aparılması ilə bağlı şərait yaratmaq;
- gömrük orqanının tələbi ilə gömrük yoxlaması
keçirilməsində iştirak etmək və yardım etmək (tərəzidə çəkilmə
aparmaq və ya digər yolla malların sayını müəyyən etmək, yükləmə,
boşaldılma aparmaq, zədələnmiş qablaşdırmanı bərpa etmək, qablaşdırmanı
açmaq, yoxlamaq üçün nəzərdə tutulan malları qablaşdırmaq və
yenidən qablaşdırmaq, həmçinin örtülü yerləri, tutumları və
belə mallar və nəqliyyat vasitələri yerləşə biləcək digər yerləri
açmaq).
IV. Gömrük yoxlamasında iştirak edən şəxslər
10. Malların və nəqliyyat vasitələrinin
gömrük yoxlamasında aşağıdakı şəxslər iştirak edə bilərlər:
- gömrük yoxlaması keçirmək üçün təyin olunan
müvafiq struktur bölmənin əməkdaşları, həmçinin zəruri olduqda
gömrük orqanının digər struktur bölmələrinin əməkdaşları;
- malları və nəqliyyat vasitələrini keçirən şəxslər,
mallar və nəqliyyat vasitələri üzrə səlahiyyəti olan digər şəxslər
və onların nümayəndələri;
- mallar müvəqqəti saxlanc anbarları və ya gömrük
anbarlarına yerləşdirilərsə onların işçiləri;
- gömrük yoxlamasının keçirilməsində köməklik
göstərilməsi məqsədi ilə yükləmə—boşaltma, daşınma, qablaşdırma
işləri və digər əməliyyatlarla məşğul olan müvəqqəti saxlanc
anbarı, gömrük anbarının texniki heyəti;
- ekspertlər, mütəxəssislər (gömrük orqanının
qərarı əsasında);
11. Aşağıdakı hallarda malları
və nəqliyyat vasitələrini keçirən şəxslərin, mallar və nəqliyyat
vasitələri üzrə səlahiyyəti olan digər şəxslərin və onların nümayəndələrinin
iştirakı olmadan gömrük yoxlamasının keçirilməsinə icazə verilir:
a) mal və nəqliyyat vasitələri
təqdim olunduğu andan 10 gün müddətində göstərilən şəxslər gəlmədikdə;
b) dövlətin təhlükəsizliyi,
ictimai qaydaların, insanların, heyvan və bitkilərin, ətraf
mühitin qorunmasına, Azərbaycan xalqının bədii, tarixi və arxeoloji
sərvət əşyalarının təhlükəsizliyinin qorxusu yarandıqda və təxirəsalınması
mümkün olmayan digər hallarda;
c) Azərbaycan Respublikasının
gömrük ərazisində gömrük rejiminin şərtlərinin pozulması ilə
əlaqədar saxlanılmış mallar və nəqliyyat vasitələri.
V. Gömrük yoxlaması keçirilməsinin vaxtı
12. Azərbaycan Respublikasının
sərhəd buraxılış məntəqələrində Azərbaycan Respublikasının gömrük
ərazisinə gətirilən malların və nəqliyyat vasitələrinin və onlara
dair sənədlərin gömrük yoxlaması, həmin mallar və nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmə niyyəti
barədə gömrük orqanına məlumat verildikdən sonra, sərhəd buraxılış
məntəqəsinin iş vaxtında aparılır.
13. Sərhəd buraxılış məntəqələrində
əsas gömrük rəsmiləşdirilməsi zamanı malların gömrük yoxlaması
aşağıda göstərilən hallardan sonra həyata keçirilir:
- gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti
üçün zəruri olan məlumatlar və sənədlərin təqdim olunmasından;
- gömrük yoxlama tapşırığı rəsmiləşdirildikdən;
- müəyyən olunmuş gömrük yoxlama yerində mallar
yerləşdirildikdən sonra.
14. Malların və nəqliyyat vasitələrinin
göndərən gömrük orqanının müəyyən etdiyi təyinat yerinə çatdırılması
zamanı gömrük yoxlaması, təyinat gömrük orqanına bu malların daxil
olması barədə məlumat daxil olduqdan və mallar və nəqliyyat vasitələri
təyinat yerinə çatdıqdan sonra həmin gömrük orqanının iş vaxtında
həyata keçirilir.
15. Mallar müvəqqəti saxlanc anbarında
(gömrük anbarı) yerləşdirildiyi zaman gömrük yoxlaması bu malların
boşaldılması və müvəqqəti saxlanc anbarına yığılması, mallar saxlanc
müddətində və ya onların müvəqqəti saxlanc və gömrük anbarlarından
boşaldılması zamanı aparılır.
16. Azərbaycan Respublikasının
gömrük ərazisindən aparılan malların əsas gömrük rəsmiləşdirilməsi
yerlərində gömrük yoxlaması gömrük orqanının iş vaxtında aşağıdakılara
əməl edilməklə həyata keçirilir:
- malların gömrük yoxlaması yerinə gətirilməsindən;
- gömrük yoxlama tapşırığı rəsmiləşdirildikdən;
- əsas gömrük rəsmiləşdirilməsini aparan gömrük
orqanına malların aparılma niyyəti barədə məlumatın verilməsi
və həmin gömrük orqanı tərəfindən gömrük bəyannaməsinin qəbul
edilməsindən;
- gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti
üçün zəruri olan sənədlərin təqdim edilməsindən.
17. Azərbaycan Respublikasının
gömrük ərazisindən aparılan malların və nəqliyyat vasitələrinin
sərhəd buraxılış məntəqələrində operativ gömrük yoxlaması müəyyən
olunmuş qaydada, gömrük orqanının iş vaxtında aparılır:
18. Azərbaycan Respublikası qanunvericiliyinin
və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin
tələblərinin pozulması haqqında məlumat əldə edildiyi halda, gömrük
ərazisindən aparılan və digər dövlət orqanlarının nəzarətindən
keçirilmiş mallar və nəqliyyat vasitələri gömrük sərhəddini keçənədək
gömrük yoxlamasından keçirilə bilər.
VI. Gömrük yoxlamasının aparıldığı yerlər
19. Malların və nəqliyyat vasitələrinin
gömrük yoxlanılması gömrük nəzarəti zonalarında və bu məqsədlər
üçün gömrük orqanının müəyyən etdiyi digər yerlərdə aparılır.
20. Gömrük yoxlaması həyata keçirilən
yerdə şəxslərin hərəkəti, mallardan istifadə edilməsi (giriş,
çıxış, yük əməliyyatları, qablaşdırılmanın qaydaya salınması və
ya dəyişdirilməsi, eyniləşdirilmə üsullarının ləğv edilməsi) yalnız
gömrük orqanının əməkdaşlarının icazəsi ilə və gömrük nəzarəti
altında aparıla bilər.
21. Gömrük yoxlaması aparıldığı
zaman mal və nəqliyyat vasitələri ilə bağlı yük və digər əməliyyatlar
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 132—ci maddəsinə müvafiq
olaraq gömrük orqanı üçün əlavə xərclərə səbəb olmamalıdır.
VII. Gömrük yoxlamasının aparılmasına
dair qərar qəbul
edilməsi
22. Gömrük yoxlamasının aparılması
haqqında qərar gömrük orqanı tərəfindən səlahiyyət verilmiş gömrük
orqanının vəzifəli şəxsləri tərəfindən qəbul edilir.
Gömrük qaydalarının pozulması
haqqında əsaslar olduqda bu barədə məlumatı olan gömrük orqanının
istənilən əməkdaşı tərəfindən gömrük yoxlaması keçirmək haqqında
qərar qəbul edilə bilər.
23. Gömrük yoxlamasının keçirilməsini
qərara alan gömrük orqanının səlahiyyətli əməkdaşları, yoxlamanın
növünü, həcmini və dərəcəsini müəyyən edə bilərlər. Yoxlamanın
keçirilməsi nəticəsində gömrük orqanının Azərbaycan Respublikasının
gömrük sərhədlərindən malların keçirilməsi və ya bəyan olunan
gömrük rejiminə əsasən malların buraxılması haqqında qərar qəbul
edilir.
24. Gömrük yoxlaması keçirmək
haqqında qərar gömrük orqanı tərəfindən müəyyən olunmuş qaydada,
gömrük orqanının yoxlama keçirmək barədə qərar vermiş əməkdaşı
tərəfindən yazılı şəkildə, yoxlama tapşırığı formasında rəsmiləşdirilir.
25. Gömrük yoxlama tapşırığında
yoxlamanın həyata keçirilməsi üçün məsul əməkdaşlar təyin edilir.
Yoxlama tapşırığında yoxlama üçün nəzərdə tutulan mallar və nəqliyyat
vasitələri, yoxlamanın keçiriləcəyi yer göstərilir. Həmin sənəddə
malların yoxlama həcmi və dərəcəsi müəyyən edilə bilər.
26. Aşağıdakı hallarda yoxlama
tapşırığı tərtib olunmur:
- sərhəd buraxılış məntəqələrində boş nəqliyyat
vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı (o şərtlə ki,
bu cür boş nəqliyyat vasitələri plomblanmış olmasın, digər bağlayıcı
vasitələrlə bağlanmış olmasın);
- nəqliyyat vasitələrinin və malların baxışı
zamanı;
- sərhəd buraxılış məntəqələrində gömrük rəsmiləşdirilməsinin
ilkin əməliyyatları zamanı mallar gömrük yoxlamasından keçirildikdə
(Azərbaycan Respublikası DGK—nın normativ hüquq aktlarında göstərilən
hallar istisna olunmaqla).
VII. Gömrük yoxlamasının növləri
27. Bu Qaydalarda gömrük yoxlamasının
aşağıdakı növləri müəyyən edilir:
- əsas yoxlama.
- məqsədli yoxlama.
28. Əsas yoxlama keçirilməsinə
səlahiyyəti olan müvafiq struktur bölmələr gömrük işi sahəsində
qəbul edilmiş normativ—hüquqi aktların tələblərini yoxlama tapşırıq
sənədində müəyyən edilmiş yoxlama həcmi və dərəcəsini, ilkin əməliyyatlar
zamanı müəyyən edilmiş malların xarakteri haqqında və yoxlanılma
zamanı mallar və nəqliyyat vasitələri haqqında zəruri məlumatları
nəzərə alaraq yoxlama keçirirlər.
29. Məqsədli yoxlama Azərbaycan
Respublikasının ərazisinə gətirilməsi qadağan olunmuş və ya məhdudiyyət
qoyulmuş malların Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilməsi, eləcə də malların Azərbaycan Respublikasının gömrük
sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi haqda əsaslar
və ya bu barədə məlumat olduğu halda həyata keçirilir.
30. Məqsədli yoxlama əsas yoxlama
ilə eyni vaxtda, eləcə də müstəqil yoxlama kimi də keçirilə bilər.
31. Məqsədli gömrük yoxlaması
gömrük nəzarətindən gizli keçirilən malların aşkar edilməsi məqsədilə
istənilən yük yerlərinin, lazım gəldikdə isə bütün yük yerlərinin,
eləcə də qablaşdırılmanın açılması, nəqliyyat vasitələrinin açılması,
onların sökülüb yığılması yolu ilə aparıla bilər.
32. Bu Qaydaların 27 bəndində
göstərilən yoxlama növlərindən başqa təkrar yoxlama növü də həyata
keçirilə bilər. Təkrar yoxlamanın keçirilməsi gömrük orqanının
rəhbərliyinin icazəsi ilə əsaslandırılmış hallarda keçirilir.
IX. Yoxlamanın həcmi
33. Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin normativ hüquqi aktlarında göstərilən hallar
istisna olunmaqla, yoxlama həcmi bir nəqliyyat vasitəsində, bir
nəqliyyat sənədi əsasında keçirilən mallar haqqında kifayət qədər
məlumatları əldə etmək üçün aparılır.
34. Yoxlama aparmağı qərara alan
və (və yaxud) yoxlamada iştirak edən gömrük orqanlarının əməkdaşları
mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi, həmçinin bəyan olunmuş gömrük rejimi
altında yerləşdirilməsinin Azərbaycan Respublikası gömrük qanunvericiliyinin
və beynəlxalq müqavilələrin tələblərinin pozulmasını müəyyən etdikdə
və ya bununla əlaqədar kifayət qədər əsaslar olduqda, bu mallarda
və nəqliyyat vasitələrində həmin pozuntuların aşkar edilməsi və
qarşısının alınması məqsədilə gömrük yoxlamasını aparmağı qərara
alırlar.
35. Eyni adlı, eyni şəkilli, eyni
tipli qablaşdırmada olan malların yoxlanması ən azı 5% həcmdə
aparılır (əsas və ya əlavə ölçü vahidləri üzrə).
36. Eyni nəqliyyat vasitəsində,
eyni nəqliyyat sənədi üzrə gətirilən müxtəlif çeşidli malların
yoxlanılması, müxtəlif adlı hər bir malın sayının ən azı 5%—i
həcmində aparılır. Ayrı—ayrı yerlərin açılması zamanı aşkar edilən
mallar sayılmalıdır (sayılma çəkilmə üsulu ilə həyata keçirilir).
Gömrük nəzarəti həyata keçirildiyi zaman hər bir növ malların
adlarının və malların sayının müəyyən olunması məqsədilə texniki
nəzarət vasitələrindən istifadə olunmasına icazə verilir.
37. Gömrük qaydalarının pozulması
əlamətləri olmadıqda ən azı 10% həcmində aparılmış yoxlama nəticəsində
mallar haqqında məlumatlar uyğun gəlmədiyi halda yoxlama həcmi
artırıla bilər.
38. Malların bir hissəsinin yoxlanılması
zamanı, yük gömrük bəyannaməsində göstərilən məlumatların faktiki
məlumatlarla uyğun olmadığı aşkar edildikdə yoxlama aparan əməkdaşlar
tərəfindən yoxlama dərəcəsinin artırılması haqqında qərar qəbul
edilir.
39. Gömrük bəyannaməsində göstərilən
məlumatların gömrük yoxlaması nəticəsində gömrük yoxlama aktında
qeyd olunmuş məlumatlarla uyğunluğunun yoxlanılması müvafiq struktur
bölmələrin rəisləri və ya malların və nəqliyyat vasitələrinin
buraxılması haqqında qərar qəbul edən gömrük əməkdaşı tərəfindən
həmin məlumatların müqayisə edilməsilə müəyyən edilir.
X. Malların yoxlama dərəcəsi
40. Yoxlama haqqında qərar qəbul
edən və ya yoxlamada iştirak edən gömrük orqanlarının əməkdaşlarında
malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi və ya bu malların Azərbaycan Respublikasının
gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə bəyan olunmuş
gömrük rejimi altında yerləşdirilməsi ilə əlaqədar kifayət qədər
əsaslar olduqda, onlar həmin qanun pozuntusunu aşkar etməyə imkan
verən yoxlama dərəcəsi müəyyən etməlidirlər.
41. Gömrük rəsmiləşdirilməsi üçün
bəyan olunmuş malların sayılması hər bir adda malın sayının və
miqdarının sayılması yolu ilə həyata keçirilir.
42. Sayılma seçmə üsulu ilə hər
bir adda malın 5% —dən az olmamaq şərti ilə aparılır.
43. Mallardan prob və nümunələr,
onların götürülməsinə dair tərtib olunmuş akt əsasında gömrük
yoxlamasını aparan müvafiq struktur bölmənin əməkdaşları tərəfindən
götürülür. Dövlət Gömrük Komitəsinin normativ hüquqi aktlarında
müəyyən olunmuş hallarda və ya xüsusi bilik və avadanlıq tələb
olunduğu hallarda mallardan prob və nümunələr DGK—nin Mərkəzi
laboratoriyasının əməkdaşları və ya xüsusi ekspertlər tərəfindən
götürülə bilər.
44. Mallardan prob və nümunələrin
götürülməsi normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada
həyata keçirilir.
45. Malın çəkisinin çəkilmə yolu
ilə müəyyən edilməsi seçmə üsulu ilə (hər bir eyni adlı malın
çəkisinin ümumi sayının 5%—dən az olmamaq şərtilə) həyata keçirilə
blər.
Gömrük yoxlaması üçün təqdim edilmiş
malların ümumi çəkisi bir yük yerində olan malın çəkisinin yerlərin
sayına vurulması yolu ilə müəyyən edilir. Bu halda gömrük yoxlama
aktında hər malın çəkisi (qablaşdırılmış və ya açıq) onun müəyyən
edilməsində istifadə edilən adı, çeşidi, növü (modeli), istehsal
buraxılış nömrəsi (istifadə edilən digər ölçü vahidləri) göstərilir.
46. Malların yoxlama dərəcəsini
ekspertlər müəyyən etdikdə, ekspertiza aktının surəti gömrük yoxlama
aktına əlavə edilir.
47. Yük yerlərinin açılması seçmə
yolu ilə və ya yoxlama tapşırıq sənədində müəyyən olunmuş tələblərə
əsasən bütün yerlərin açılması ilə yerinə yetirilir.
48. Yük yerlərinin açılması, malların
ayrı—ayrı vahidlərinin qablaşdırılmadan (yeşiklərdən, qutulardan
və s.), texnoloji tutumlardan, ad və miqdarına nəzarət etmək məqsədilə,
malların mənşə ölkəsinin müəyyən edilməsi və onlar haqqında digər
məlumatları müəyyən etmək, başqa mallar adı ilə keçirilən malların
aşkar edilməsi imkanlarını əldə etmək üçün gizli yerlərdən çıxarılmasını
nəzərdə tutur.
49. Radioaktiv materiallar daşıyan
konteynerlər yalnız səlahiyyətli təşkilatlar tərəfindən müəyyən
olunmuş qaydada və müvafiq texniki avadanlıqların mövcud olduğu
halda açıla bilər.
50. Prob və nümunələrin götürülməsi
faktı gömrük yoxlama aktında prob və nümunələr götürülən yerin
adı və sayı göstərilməklə əks etdirilir.
51. Azərbaycan Respublikasının
ərazisinə idxalı, həmçinin bu ərazidən ixracı qadağan olunmuş
malların aşkar edilməsi məqsədi ilə gömrük orqanının kinoloji
bölməsinin axtarış itlərindən istifadə edilərək yoxlama keçirilə
bilər.
52. Kəsilmə, yonulma və s. üsullardan
istifadə etməklə gömrük yoxlamasının keçirilməsi gömrük nəzarətindən
gizlədilmiş və üzərinə boya çəkilmiş metallar və üstü digər materiallarla
ötrülmüş və ya gizli yerlərdə yerləşdirilərək keçirilməsi nəzərdə
tutulan materialların aşkar edilməsinə xidmət edir.
XI. Gömrük nəzarətinin texniki
vasitələrindən istifadə
olunması
53. Gömrük yoxlamasının tezləşdirilməsi
və onun səmərəliliyinin artırılması məqsədi ilə mallar haqqında
lazım olan məlumatları əldə etmək üçün (onların sayı, tərkibi,
fiziki və kimyəvi xüsusiyyətləri, əsl mallar olmaları, gizli yerlərin
olması və s.) gömrük nəzarətinin müxtəlif texniki vasitələrindən
istifadə edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilən hər bir mala gömrük nəzarətinin texniki vasitələri tətbiq
edilə bilər.
54. Gömrük nəzarətinin texniki
vasitələri mallar və nəqliyyat vasitələri barədə məlumat əldə
etmək, malların eyniləşdirilməsini, bölünən və radioaktiv materialların
keçirilməsi halları, gömrük qaydalarının pozulması hallarının
əlamətlərini aşkar etmək məqsədi ilə tətbiq olunur.
XII. Gömrük eyniləşdirmə vasitələri
55. Nəqliyyat vasitələrinə, onların
yük yerlərinə, mallar olan və yerləşdirilə biləcək digər yerlərə,
gömrük nəzarəti altında yerləşdirilmiş mallara gömrük yoxlamasını
həyata keçirən müvafiq struktur bölmələrin əməkdaşları gömrük
eyniləşdirmə vasitələri qoya bilərlər. Gömrük eyniləşdirmə vasitələrindən
mütləq istifadə halları normativ hüquqi aktlarda nəzərdə tutulmuş
qaydada həyata keçirilir.
56. Gömrük orqanlarının əməkdaşları
malların və nəqliyyat vasitələrinin dəyişdirilə biləcəyinin qarşısının
alınması məqsədi ilə gömrük eyniləşdirmə vasitələrindən istifadə
edirlər.
57. Malların gömrük ərazisinə
idxalı zamanı mal göndərən və daşıyıcıların möhürü və plombu,
həmçinin dəmir yol nəqliyyatında istifadə edilən bağlayıcı plomb
vasitələri eyniləşdirmə vasitələri kimi qəbul edilə bilər.
58. Gömrük eyniləşdirmə vasitələri,
bağlayıcı plomb vasitələrinin vəziyyətinə və mövcud olmasına nəzarət
etmək üçün yoxlama tapşırığında, gömrük yoxlama aktında onların
sayı, növü, plomb nömrəsi, möhürü, rəqəmlə, hərflə və digər üsulla
markalanması, eyniləşdirmə nişanları, qoyulmuş ştamplar, götürülmüş
prob və nümunələr, malların və nəqliyyat vasitələrinin təsviri,
tərtib olunmuş çertyojlar, düzəldilmiş miqyas görüntüləri, şəkillər,
ilyustrasiyalar, istifadə edilmiş mal müşayiət və digər sənədlər,
o cümlədən digər eyniləşdirmə növləri haqqında məlumatlar göstərilir.
59. Gömrük eyniləşdirmə vasitələrinin,
bağlayıcı plomb vasitələrinin olmaması, onların zədələndiyi və
yaxud icazəsiz dəyişdirilməsi faktı aşkar edildikdə, malın ilkin
vəziyyətinin dəyişdirilməsinin mümkünlüyü haqqında məlumatlar
əldə etmək üçün kifayət həcmdə və dərəcədə yoxlama aparılır, həmçinin
gömrük eyniləşdirmə vasitələri, bağlayıcı plomb vasitələrinin
dəyişdirilməsi və ya məhv edilməsi səbəblərini aşkar etmək üçün
tədbirlər görülür.
XIII. Gömrük yoxlama aktı
60. Gömrük yoxlamasının nəticələri
gömrük yoxlama aktında müəyyən olunmuş qaydada qeydə alınır.
61. Gömrük yoxlama aktını yoxlama
keçirən əməkdaşlar, gömrük yoxlama aktı və yoxlama tapşırığının
doldurulması, qeydiyyatı və saxlanılması qaydalarına müvafiq olaraq
tərtib edirlər.
62. Yoxlama zamanı digər dövlət
orqanlarının nümayəndələri iştirak etdikdə, həmin şəxslər də gömrük
yoxlama aktını imzalayırlar.
63. Aşağıda sadalanan halların
istifadə edilməsinə icazə verilmir:
- gömrük orqanının yoxlama keçirən əməkdaşlarından
əlavə digər şəxslərin gömrük yoxlama aktını tərtib etmək;
- gömrük yoxlama aktına gömrük işinə aid olmayan
məlumatları əlavə etmək;
- gömrük orqanı əməkdaşlarının gömrük yoxlama
aktını tərtib etmək üçün Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi tərəfindən müəyyən edilmiş nümunəvi formadan başqa
digər formalardan istifadə etmək.
XIV. Yoxlamadan azad edilmə
64. Mallar və nəqliyyat vasitələri
Azərbaycan Respublikası qanunvericiliyi və beynəlxalq müqavilələrdə
nəzərdə tutulduğu hallarda yoxlamadan azad edilirlər.
65. Malların yoxlanılması keçirilmədikdə,
yük gömrük bəyannaməsinin əsas vərəqənin «C» qrafasında və ya
nəqliyyat sənədlərində gömrük orqanlarının səlahiyyətli əməkdaşları
«Yoxlama aparılmayıb» qeydlərini aparır və bu qeydi imzaları və
şəxsi nömrəli möhürləri ilə təsdiq edirlər.
XV. Yoxlama zamanı təhlükəsizlik texnikası
66. Yoxlama keçirildiyi zaman
təhlükəsizlik texnikasına riayət olunma haqqında təlimatlar əmək
təhlükəsizliyi standartları sistemi, sanitar normaları qaydaları,
təhlükəsizlik normaları, gigiyena normativləri, həmçinin radiasiya
təhlükəsizliyi sahəsində norma və qaydaların tələblərinə riayət
olunmalıdır.
XVI. Son müddəalar
67. Azərbaycan Respublikasının
gömrük orqanları və onların yoxlama keçirən vəzifəli şəxsləri,
həmçinin yoxlamada iştirak edən şəxslər, mallara və nəqliyyat
vasitələrinə əsassız ziyan vurduqda Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
68. Yoxlama aparıldığı zaman gömrük
orqanları əməkdaşlarının (vəzifəli şəxslərinin) qanuna müvafiq
hərəkətləri nəticəsində mallara və nəqliyyat vasitələrinə vurulan
ziyanın dəyəri onlar tərəfindən ödənilmir.
69. Gömrük orqanı əməkdaşlarının
qanuni tələblərini yerinə yetirməyən, həmçinin yoxlama keçirilməsi
ilə bağlı onların öhdəsinə düşən vəzifələri yerinə yetirməyə maneçilik
törədən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq məsuliyyət daşıyırlar.
70. Yoxlama nəticəsində malları
və nəqliyyat vasitələrini keçirən şəxslərin, mallara və nəqliyyat
vasitələrinə dair səlahiyyəti olan digər şəxslərin və onların
nümayəndələrinin, müvəqqəti saxlanc anbarlarının işçilərinin,
daşıyıcıların yoxlama üçün təqdim olunan məlumatları gömrük orqanı
əməkdaşları tərəfindən yalnız gömrük məqsədləri üçün istifadə
oluna bilər.
71. Dövlət, kommersiya, bank və
qanunla müdafiə olunan digər məxfi məlumatlar, həmçinin məxfi
məlumatları yaymaq, şəxsi məqsədlər üçün istifadə etmək, üçüncü
şəxslərə, Azərbaycan Respublikasının qanunvericilik aktlarında
göstərilən hallar istisna olunmaqla digər dövlət orqanlarına çatdırmaq
qadağandır.
Əlavə 1
1. Yoxlama
tapşırığı
______________________________________
gömrük orqanının adı
_______________________________ Yoxlama tapşırığı
«________________________________ əməkdaşlarına»
Adı, soyadı
______________________________________
malların (nəqliyyat vasitələrinin
növü, adı, qeydiyyat nömrəsi)
______________________________________
mal alanın/göndərənin (daşıyıcısının
adı, fiziki şəxsin adı, soyadı, atasının adı)
«¹ ______________________________ sənədləri üzrə»
______________________________________
yük gömrük bəyannaməsi, gömrük
nəzarəti altında malların çatdırılması üzrə
nəzarət (BYD kitabçası), mal müşayiət sənədləri
«___ ___sayda __yer, __netto__brutto
çəkisində»
«Çatdırılma yeri ________________________________
(idxalda —təyinat yeri,
ixracda —təyinat ölkəsi)
yoxlama yeri ___________________________
Mallara gömrük yoxlaması keçirildiyi
yer (anbarın növü, anbarın adı, təsis olunmasına
dair icazə sənədinin nömrəsi, həqiqi ünvanı və s.)
«Yoxlama həcmi: []—5%; []—10%; []—30%; []—50%;
[]—100%»
«Yoxlamanın növü _____________________________»
«Yoxlama dərəcəsi
[] 1— yük yerlərinin sayılması və
çəkilməsi ilə keçirilən yoxlama
[] 2— yük yerləri açılmadan (sökülmədən)
keçirilən yoxlama |
[]
3 — seçmə yolu ilə sökülmə (qismən sökülmə)
[] 4 — bütün yük yerlərinin açılması ilə
(tam sökülmə)
[] 5 — yük yerlərində əşyaların
sayılması ilə keçirilən yoxlama
[] 5,1 — seçmə yolu ilə
[] 5, 2 — bütün yük yerlərində
[] 6 — ölçmə və malların xüsusiyyətinin
müəyyən edilməsi yolu ilə keçirilən
yoxlama
[] 6,1 — prob və nümunələr götürülməsi
ilə keçirilən yoxlama
[] 7 digər üsullar tətbiq edilməklə»
Gömrük nəzarətinin texniki
vasitələrindən istifadə etməklə
[] 1 — rentgen qurğusu
[] 2 — metal detektor (daşınan və
stasionar)
[] 3 — sənədlərin, qiymətli kağızların
və valyutanın pul vahidlərinin eyniləşdirmə
vasitələri
[] 4 — qiymətli metalların və qiymətli
daşların eyniləşdirmə vasitələri
[] 5 — məsafədən müayinə edən və
narkotik vasitələri müayinə edən vasitələr
[] 6 — dozimetrik nəzarət vasitələri
[] 7 — foto, audio, videoyazan və digər
aparatlar
[] 8 — şuplar, nəzarət dəstləri, alətlər
dəsti
[] 9 — Gömrük nəzarətinin texniki
vasitələrindən istifadə etməməklə
«________ _____sayda gömrük təminatı
qoyulmuşdur
«______» _______________200 _____il.
____________________________________
____________________________________
____________________________________
«Yoxlama tapşırığının yazıldığı vaxt
saat ______ dan
Aktın alınma vaxtı saat ___dəq. «__»__200
__il.» |
Əlavə 2
II. Gömrük
yoxlama aktı
«_____________________________________
gömrük orqanının adı»
_______________________ «Gömrük yoxlama aktı»
«_________________________yoxlama tapşırığı»
«_______________ yoxlamanın başlanılması
vaxtı»
«Bu akt ________________________________
___________________________ əməkdaşları tərəfindən
_________iştirakı ilə tərtib olunmuşdur
ondan ötəri ki,»
______________________________________
______________________________________
«Əsas yoxlama (məqsədli yoxlama)
keçirilmişdir»
«yük göndərən tərəfindən (nəqliyyat
vasitəsilə) göndərilən bir partiya
mallar
______________________________________»
«Haradan _______________________ haraya»
«____________________ yük alanın ünvanına»
«_________________________________» sənədləri üzrə
«________________________________» yoxlama yeri
«__________ yerdən ibarət mal partiyası
təqdim edilib»
«Sənədlər üzrə brutto
çəkisi_________________________ kq»
Malların faktiki çəkisi Netto_____ kq.,
Brutto__ kq aşağıdakı üsulla müəyyən edilmişdir:
[] 1. faktiki çəkilmə üsulu ilə;
[] 2. bir yerin orta çəkisinin çəkilmə
yolu müəyyən edilməsi üsulu ilə _______________________________
[] 3. hesablama üsulu ilə
[] 4. digərləri
«_______________ nəqliyyat vasitələri
(konteynerlərin)»
«_____________» təminatı ilə gətirilən.__________
ədəd |
Təminatları—
[] pozulmayıb; —[] pozulub.
___________________________________
___________________________________
___________________________________
___________________________________
İstismar olunmayıb. Yük yerləri bizim
iştirakımızla qablaşdırılıb. Prob və nümunələr
götürülüb._________ aktına əsasən.
«_________________________________üzrə gömrük
qaydalarının pozulması əlamətləri müşahidə
olunub».
«______ ______sayda gömrük təminatı tətbiq
olunub»
«________________________________ əməkdaşları
____________________________________
Adları, soyadları, imzaları, şəxsi
nömrəli, möhürlərinin nömrələri
_______________________________ iştirakı ilə»
___________________________________
Adları, soyadları, imzaları
«Gömrük yoxlamasının başa
çatdırılması
____________________________________»
«_______/_____ vərəq»
«___________ gömrük yoxlaması aktına əlavə
vərəq»
«Yoxlama nəticəsində aşağıdakılar
müəyyən edilmişdir:»
____________________________________
____________________________________
«_______» 200 il. |
© AzerSoft