Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi sədrinin
117 saylı 12 dekabr 2003-cü il tarixli
əmri ilə təsdiq edilmiş,
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi tərəfindən
qeydiyyata alınmışdır

Yoxlama tapşırığının və gömrük yoxlama aktının doldurulması, uçotu, qeydiyyatı və saxlanılması qaydaları haqqında

Təlimat

I. Ümumi müddəalar

1. «Yoxlama tapşırığının və gömrük yoxlama aktının doldurulması, uçotu, qeydiyyatı və saxlanılması qaydaları haqqında Təlimat» malların və nəqliyyat vasitələrinin gömrük yoxlama aktının və yoxlama tapşırığının saxlanılması, uçotu, qeydiyyatı və doldurulması qaydalarını müəyyən edir.

Bu Təlimat Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu, 177-ci maddələrinə və «Mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti zamanı gömrük yoxlamasının keçirilməsi Qaydaları»nın tələblərinə uyğun olaraq hazırlanmışdır.

Gömrük tapşırığı— gömrük yoxlamasının aparılması haqqında gömrük orqanının vəzifəli şəxsinin qərarı.

Gömrük yoxlama aktı—gömrük yoxlamasının keçirilməsi və onun nəticələrinə dair məlumatları əks etdirən sənəd.

2. Yoxlama tapşırığının blankı 2 əsas vərəqdən ibarətdir. Yoxlama tapşırığında gömrük yoxlaması (əsas yoxlama və ya məqsədli yoxlama) keçirmək barədə qərar qəbul edilən mallar və nəqliyyat vasitələri haqqında məlumatlar olmalıdır.

3. Gömrük yoxlama aktının blankı 2 əsas vərəqdən və zərurət olduqda, Gömrük yoxlama aktının ayrılmaz hissəsi olan əlavə vərəqdən ibarət olur. Gömrük yoxlama aktı gömrük yoxlaması zamanı mallar və nəqliyyat vasitələri haqqında faktiki müəyyən olunmuş məlumatların, məqsədli yoxlamanın nəticələrinin qeyd olunması üçün istifadə edilir. Gömrük yoxlama aktına əlavə vərəqlər Gömrük yoxlama aktında boş yerin olmadığı halda doldurulur, bu zaman əlavə vərəqlərin sayı məhdudlaşdırılmır.

4. Yoxlama tapşırığının və gömrük yoxlama aktının blankları və gömrük yoxlama aktına əlavə olunan vərəqlər mətbəə üsulu ilə kompüterdə çap olunmuş, həmçinin surətçıxaran texnika vasitəsilə hazırlanmış vərəqlərdən ibarət ola bilər. Bu zaman Yoxlama tapşırığı və Gömrük yoxlama aktı hər biri ayrı-ayrılıqda 2 vərəqdən ibarət olur və arxası doldurulmur, Gömrük yoxlama aktına edilmiş əlavə vərəqin isə hər iki tərəfi doldurulur.

5. Bir Yoxlama tapşırığında və bir Gömrük yoxlama aktında, yük gömrük bəyannaməsində və ya gömrük bəyannaməsi qismində istifadə olunan digər sənəddə (malların siyahısı, malların qablaşdırılma vərəqləri və s.) göstərilən, həmçinin eyni nəqliyyat vasitəsində gətirilən mallar haqqında məlumatlar, yaxud beynəlxalq daşımalar həyata keçirən bir nəqliyyat vasitəsi haqqında məlumatlar göstərilir.

6. Gömrük yoxlama aktında və ona əlavə olunan vərəqdə düzəlişlər etməyə icazə verilmir. Düzəlişlər səhv məlumatların üstündən xətt çəkilməklə, lazımi məlumatlar əlyazma və ya çapolunma yolu ilə göstərilməklə aparılır. Hər bir düzəliş gömrük orqanının səlahiyyətli əməkdaşının imzası və şəxsi nömrəli möhürü və yoxlamada iştirak edən şəxslərin (və ya şəxsin) imzaları ilə təsdiq edilir.

7. Yoxlama tapşırığı və Gömrük yoxlama aktı gömrük orqanının əməkdaşları tərəfindən Azərbaycan dilində əlyazma və ya çap yazısı ilə tərtib olunur.

8. Gömrük yoxlama aktının surətləri gömrük orqanı əməkdaşlarının imzaları (şəxsi nömrəli möhürü) ilə və yoxlamada iştirak edən şəxslərin imzaları ilə təsdiq olunur.

9. Yoxlama tapşırığında və Gömrük yoxlama aktında göstərilən məlumatların doğru göstərilməsi ilə bağlı məsuliyyət, müvafiq olaraq, gömrük orqanının Yoxlama tapşırığını tərtib edən və Gömrük yoxlama aktını yoxlamaların nəticələrinə uyğun olaraq dolduran əməkdaşlarının üzərinə düşür.

10. Yoxlama tapşırığının və Gömrük yoxlama aktının hər hansı bir bəndi doldurulmadığı halda orada xətt çəkilir.

11. Gömrük yoxlama aktında malların markalanma nümunələri (etiketlər, yarlıqlar və s.) və malların (nəqliyyat vasitələrinin) eyniləşdirilməsinə dair digər istifadə edilmiş vasitələr əlavə edilə bilər.

II. Yoxlama tapşırığının və Gömrük yoxlama aktının uçotu, qeydiyyatı və saxlanılması qaydası

12. Gömrük orqanının yoxlama keçirən müvafiq struktur bölməsi və ya gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti şöbəsi və yaxud gömrük postu Yoxlama tapşırığını və Gömrük yoxlama aktını yoxlama tapşırıq və gömrük yoxlama aktının qeydiyyatı jurnalında qeydiyyata alır.

13. Jurnalın bütün səhifələri nömrələnməli, qaytanlanmalı və gömrük orqanının möhürü ilə təsdiqlənməlidir.

14. Jurnalın qrafaları bir təqvim ili çərçivəsində ardıcıllıq qaydasında nömrələnməlidir.

15. Yoxlama tapşırığının və Gömrük yoxlama aktının nömrələnməsi bu Təlimatın bəndlərində göstərilən qaydada formalaşdırılır. Gömrük yoxlama aktının həmin nömrəsi yük gömrük bəyannaməsinin və ya yük gömrük bəyannaməsi qismində istifadə olunan digər sənədlərin (malların siyahısı, malların qablaşdırılma vərəqələri və s.) arxasında «1» rəqəmi altında göstərilir.

16. Yoxlama tapşırığı və Gömrük yoxlama aktı jurnalın eyni qrafasında qeyd olunur.

17. Rəsmiləşdirilmiş Yoxlama tapşırığının və Gömrük yoxlama aktının birinci nüsxələri (əgər yoxlanılan malların bəyan olunması yük gömrük bəyannaməsi ilə aparılmışsa) yük gömrük bəyannaməsinin 1-ci nüsxəsinin arxasına, əgər gömrük rəsmiləşdirilməsi zamanı yük gömrük bəyannaməsi qismində digər sənədlərdən istifadə olunmuşsa onların arxasına əlavə edilməklə saxlanılır.

1. Yoxlama tapşırığının doldurulma qaydası

1. 1-ci qrafada yoxlama tapşırığı tərtib olunan gömrük orqanlarının adı göstərilir.

2. 2-ci qrafada aşağıdakı qaydada tərtib edilən yoxlama tapşırığının nömrəsi göstərilir:

00000 0 00 0000
1 2 3 4

1. Azərbaycan Respublikasının gömrük orqanlarının və onların gömrük rəsmiləşdirilməsini aparan struktur bölmələrinin 5 rəqəmli kodu;

2. Cari ilin son rəqəmi (1 rəqəmli)

3. Ayın sıra nömrəsi (2 rəqəmli)

4. Yoxlama tapşırığının sıra nömrəsi (yeni ilin əvvəlində nömrələnmə 1-dən başlanır)

3. 3-cü qrafada gömrük yoxlamasının (əsas yoxlama və ya məqsədli yoxlama) keçirilməsi üçün təyin olunan gömrük orqanı əməkdaşlarının adları və soyadları göstərilir.

4. 4-cü qrafada (nəqliyyat vasitələrinin) gömrük yoxlamasını keçirmək.

  • içərisində faktiki mallar yerləşən nəqliyyat vasitələrinin növü, dəniz və çay gəmisinin adı, reys nömrəsi, dəmir yolu vaqonunun nömrəsi, nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və s., həmçinin Azərbaycan Respublikasının fiziki və ya hüquqi şəxsi haqqında (müəssisənin, təşkilatın, idarənin adları, eyniləşdirmə kodu və ya VÖEN kodu, yaxud fiziki şəxsin adı, atasının adı, soyadı haqqında) məlumatları təsdiq edən sənəd qeyd olunur.

Yoxlama keçirildiyi zaman, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi nəzərdə tutulmayan malların gömrük rejimi dəyişdirildiyi halda bu bənddə «nəqliyyat vasitələrinin» sözlərinin üstündən xətt çəkilir və gömrük rejiminin dəyişdirilməsi qeyd olunur.

Beynəlxalq daşımaları həyata keçirən nəqliyyat vasitəsinin yoxlanılması zamanı «mallar» sözünün üstündən xətt çəkilir.

5. 5-ci qrafada nəqliyyat, mal müşayiət və digər sənədlər barədə məlumatlar (sənədin növü, tarixi və nömrəsi) göstərilir. Gömrük yoxlaması zamanı Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi nəzərdə tutulmayan malların gömrük rejimi dəyişdirildiyi zaman bu bənddə əvvəlki bəyannamənin nömrəsi göstərilir.

6. 6-cı qrafada gömrük orqanına təqdim olunan sənədlərə əsasən malları göndərən ölkə haqqında, yerlərin sayı və malların çəkisi barədə məlumatlar qeyd olunur.

7. 7-ci qrafada idxal zamanı malların çatdırıldığı son təyinat məntəqəsi, ixrac zamanı isə - təyinat ölkəsi və həmçinin yoxlama keçirilməsi tələb olunan və beynəlxalq daşımalar həyata keçirən nəqliyyat vasitələrinin və malların faktiki yerləşdiyi yer.

Əgər yoxlama müvəqqəti saxlanc anbarında və ya gömrük anbarında keçirilirsə, anbarın növü, adı, mallar yerləşdirilən müvəqqəti saxlanc anbarının, yaxud gömrük anbarının təsis olunmasına verilən icazə sənədinin nömrəsi göstərilir.

Malların və nəqliyyat vasitələrinin başqa yerdə yoxlanılması hallarında bu qrafada malların faktiki yerləşdiyi yer və ya digər məlumatlar göstərilir.

8. 8-ci qrafada neçə faiz həcmində malların gömrük yoxlaması aparılarsa buna dair dördkünc mötərizənin içərisində «x» işarəsi göstərilir.

9. 9-cu qrafada aşağıdakı yoxlama növlərindən biri qeyd olunur:

  • əsas yoxlama;
  • məqsədli yoxlama;

10. 10-cu qrafanın altında göstərilmiş yoxlama dərəcələrindən hansına uyğun yoxlama aparılmışsa, dördkünc mötərizənin içərisində «x» işarəsi göstərilir.

11. 11-ci qrafada gömrük yoxlamasının həyata keçirilməsi üçün istifadə olunmuş texniki nəzarət vasitəsinə dair dördkünc mötərizənin içərisində «x» işarəsi göstərilir.

12. 12-ci qrafada eyniləşdirmə vasitələrinin növü (plombu, möhürü, qoloqrafik yapışqanı və s.), nömrələri və sayı, onlar yoxlama (təkrar yoxlama) keçirildikdən sonra qoyularsa göstərilir.

13. 13-cü qrafada yoxlamanın keçirilməsini qərara alan şəxs tərəfindən cari il, tarix, şəxsi nömrəli möhürlə təsdiqlənən imzası, həmçinin adı və soyadı göstərilir.

14. 14-cü qrafada yoxlama keçirilməsini qərara alan şəxs tərəfindən yoxlama tapşırığının yazıldığı vaxt və gömrük yoxlama aktının alınması vaxtı bildirilir.

2. Gömrük yoxlama aktının doldurulma qaydası

1. 1-ci qrafada malların və nəqliyyat vasitələrinin gömrük yoxlamasını (əsas yoxlama, məqsədli yoxlama) keçirən gömrük orqanının adı göstərilir.

2. 2-ci qrafada aşağıdakı qaydada tərtib edilən gömrük yoxlama aktının nömrəsi göstərilir:

00000 0 00 0000
1 2 3 4

1. Azərbaycan Respublikasının gömrük orqanlarının və onların gömrük rəsmiləşdirilməsini aparan struktur bölmələrinin 5 rəqəmli kodu;

2. Cari ilin son rəqəmi (1 rəqəmli)

3. Ayın sıra nömrəsi (2 rəqəmli)

4. Gömrük yoxlama aktının sıra nömrəsi

Bu bənddə jurnalın artaraq nömrələnən sıra nömrəsi (yeni ilin əvvəlində nömrələnmə 1-dən başlanır) göstərilir.

Bu nömrələnmə yoxlama tapşırığının nömrələnməsi ilə eynidir.

3. 3-cü qrafada Yoxlama tapşırığı əsasında gömrük yoxlaması həyata keçirilən yoxlama tapşırığının nömrəsi göstərilir.

4. 4-cü qrafada gömrük yoxlamasının (əsas yoxlama və ya məqsədli yoxlama) başlanılmasının faktiki vaxtı (saat və dəqiqə, ay, gün, il) göstərilir.

5. 5-ci qrafada gömrük orqanının gömrük yoxlamasını keçirən əməkdaşlarının, həmçinin gömrük yoxlamasında iştirak edən şəxslərin (deklarantın, təşkilatın səlahiyyətli nümayəndəsinin və digər şəxslərin) soyadları və adları göstərilir.

6. 6-cı qrafada hansı növ gömrük yoxlaması aparılmışsa həmin növ gömrük yoxlamasının altından xətt çəkilməklə qeyd olunur.

7. 7-ci qrafada göndərən haqqında məlumatlar qeyd olunur: müəssisə, təşkilat, idarənin adı, eyniləşdirmə kodu və vergi ödəyicisinin eyniləşdirmə kodu (VÖEN) və ya fiziki şəxsin adı, soyadı, atasının adı və şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar göstərilir.

Gömrük yoxlaması zamanı seçilmiş gömrük yoxlamasının (əsas yoxlama, məqsədli yoxlama) növündən asılı olaraq həmin növ yoxlamanın altından xətt çəkilir.

Gömrük yoxlaması zamanı Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi nəzərdə tutulmayan malların və nəqliyyat vasitələrinin gömrük rejiminin dəyişilməsi barədə yoxlama zamanı bu bənddə «mal göndərən tərəfindən göndərilən» sözləri silinir və rejimin dəyişdirilməsi göstərilir.

8. 8-ci qrafada:

  • malların aparılması zamanı təyinat ölkəsi;
  • malların idxalında göndərən ölkənin adı göstərilir.

9. 9-cu qrafada mal alan şəxs haqqında məlumatlar göstərilir:

  • müəssisənin, təşkilatın, idarənin adı, eyniləşdirmə kodu və VÖEN kodu və ya fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd.

10. 10-cu qrafada sənədlərin növü və nömrəsi göstərilir gömrük nəzarəti altında (malların çatdırılması üzrə nəzarət sənədi, BYD kitabçası, SMR, konosament, yük gömrük bəyannaməsi, yük gömrük bəyannaməsi qismində istifadə olunan digər sənədlər).

11. 11-ci qrafada gömrük yoxlaması keçirilən yer haqqında məlumatlar qeyd olunur (müvəqqəti saxlanc anbarının və ya gömrük anbarının adı).

Gömrük yoxlamasının digər yerdə keçirildiyi halda bu bənddə malların faktiki yerləşdiyi yer və ya malların və nəqliyyat vasitələrinin faktiki yerləşdiyi yer haqqında digər məlumatlar göstərilir.

Həmçinin malların (nəqliyyat vasitələrinin yoxlanılması yeri təsvir olunur) gömrük yoxlamasından keçirildiyi yer göstərilir. (Açıq və ya qapalı meydançada, bağlı yerdə, nəqliyyat vasitələrinin içində və üstündə)

12. 12-ci qrafada gömrük yoxlaması üçün təqdim olunan yerlərin sayı göstərilir (Paletlərin, altlıqların, yeşiklərin, qutuların, tayların, kisələrin, bağlamaların, çənlərin və s. sayı) .

Beynəlxalq daşımaları həyata keçirən nəqliyyat vasitələrinin yoxlaması zamanı bu bənd doldurulmur.

13.13-cü qrafada təqdim olunan sənədlərə əsasən malların brutto çəkisi göstərilir.

Beynəlxalq daşımaları həyata keçirən nəqliyyat vasitələrinin yoxlanılması zamanı bu bənd doldurulmur.

14.14-cü qrafada «x» işarəsi ilə mötərizələrdə çəkinin sadalanan üsullardan birinin və ya onların bir neçəsinin tətbiq olunması ilə gömrük yoxlaması prosesində istifadəsi nəticəsində müəyyən olunan «netto» və «brutto» çəkisi göstərilir.

Beynəlxalq daşımaları həyata keçirən nəqliyyat vasitələrinin yoxlanılması zamanı bu bəndlər doldurulmur.

15.15-ci qrafada malların faktiki olaraq yerləşdiyi nəqliyyat vasitəsi haqqında məlumatlar (nəqliyyat vasitəsinin növü, konteynerin nömrəsi, dəniz və çay gəmisinin adı, hava gəmisinin reys və bort nömrəsi, dəmir yolu vaqonunun, yol nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və s.) qeyd olunur.

Malların müvəqqəti saxlanc anbarında və ya gömrük anbarında, malları qəbul edənin anbarında, digər yerdə yerləşdirilməsi hallarında göstərilən qrafa doldurulmur.

16. 16-cı qrafada nəqliyyat vasitələrinin yük yerlərinə vurulan eyniləşdirmə vasitələrinin nömrələri, sayı və növü (plombu, möhürü, qoloqrafik etiketlər və s.) göstərilir.

17. 17-ci qrafada müvafiq mötərizədə «x» işarəsi göstərilməklə eyniləşdirmə vasitələrinin toxunulub-toxunulmamazlığının yoxlanılmasının nəticələri qeyd olunur.

18. 18-ci qrafada gömrük yoxlaması (əsas yoxlama və ya məqsədli yoxlama) prosesində aşkar olunan məlumatlar qeyd olunur ki, bu məlumat aşağıdakılardan ibarət olmalıdır:

  • malların və onların qablaşdırılmasının, hətta ilkin qablaşdırılmasının geniş şəkildə təsviri, həmçinin onların fiziki xüsusiyyətləri (rəngi, materialı, ölçüləri, temperatur xüsusiyyətləri və s.);
  • malların vəziyyəti, onların keyfiyyətinin pisləşməsi əlamətləri, malların müəyyən hissəsinin, detallarının çatışmazlığı (məsələn, çıraqların şüşələrinin, maşınların təkərlərinin, qol saatlarının qolbağının və ya qayışının olmaması və s.);
  • mallarda və onların qablaşdırmalarında, markalanmaların, damğaların, mal işarələrinin və uyğunlaşma işarələrinin olub-olmaması və onların təsviri;
  • mallarda və qablaşdırmalarda buraxılış tarixi, istifadə müddəti, zəmanət müddəti, son istifadə tarixi haqqında məlumatın olub-olmaması;
  • malların və qablaşdırmaların xarici zədələrinin təsvir olunmaqla mövcud olub-olmaması;
  • malların nömrələrinin mövcudluğu və ya olmaması (cihaz, aqreqat və s.)
  • qablaşdırmada malın sayı (malların ümumi sayının müəyyən edilməsi metodikası göstərilməklə) malların bir neçə qablaşdırılmalarda ardıcıl olaraq yerləşdirildiyi halda (məs. spirtli içkili butulkanın qutularda yerləşdirilməsi, bir neçə butulka qutusunun böyük ölçülü qutuda yerləşdirilməsi) bütün qablaşdırma növlərini və hər qablaşdırmada malların sayının göstərilməsi.

Beynəlxalq daşımaları həyata keçirən nəqliyyat vasitələrinin yoxlamasında, bu bənddə gömrük yoxlamasının nəticələri geniş təsvir olunur.

19. 19-cu qrafada malların ekspertizası üçün prob və nümunələr götürüldüyü halda prob və nümunələrin götürülməsi haqda aktın nömrəsi və tarixi göstərilir.

20. 20-ci qrafada gömrük qaydalarının pozulması əlamətləri aşkar edildiyi halda, həmin pozuntuya dair Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktının maddəci göstərilir.

21. 21-ci qrafada gömrük orqanının yoxlama (məqsədli yoxlama) keçirən əməkdaşı tərəfindən qoyulan gömrük təminatının növü (plombu, möhürü, qoloqrafik etiketi və s.) nömrəsi və sayı göstərilir.

22. 22-ci qrafada gömrük orqanının gömrük yoxlamasını (məqsədli yoxlama) keçirən əməkdaşları öz soyadlarını, adlarını, imzalarını qeyd edir və şəxsi nömrəli möhürlərini vururlar, yoxlamada iştirak edən şəxslər isə öz soyadlarını, adlarını və imzalarını göstərirlər.

23. 23-cü qrafada gömrük yoxlamasının başa çatdırıldığı tarix və vaxt göstərilir (saat və dəqiqə, gün, ay, il).

24. 24-cü qrafada Gömrük yoxlama aktında qeydiyyat üçün yer olmadığı halda, gömrük yoxlama aktının əlavə vərəqləri istifadə olunur.

25. 25-ci qrafada bu bənddə yoxlama nəticəsində əldə edilmiş məlumatlar qeyd olunur.

26. 26-cı qrafada Gömrük yoxlama aktının tərtib olunduğu tarix qeyd olunur.

Əlavə 1

1. Yoxlama tapşırığı

1. ______________________________

gömrük orqanının adı

2. _____________________ Yoxlama tapşırığı

3. «____________________ əməkdaşlarına»

Adı, soyadı

4. ______________________________

malların (nəqliyyat vasitələrinin növü,
adı, qeydiyyat nömrəsi)

________________________________

mal alanın/göndərənin (daşıyıcının adı,
fiziki şəxsin adı, soyadı, atasının adı)

5. «¹ ____________________ sənədləri üzrə»

_____________________________________

yük gömrük bəyannaməsi, gömrük nəzarəti altında malların çatdırılması üzrə nəzarət (BYD kitabçası), mal müşaiyət sənədləri

6. «___ ___sayda ___yer, ___netto___brutto çəkisində»

7. «Çatdırılma yeri___________________

(idxalda -təyinat yeri,
ixracda -təyinat ölkəsi)

yoxlama yeri________________________

Mallara gömrük yoxlaması keçirildiyi yer (anbarın növü, anbarın adı, təsis olunmasına dair icazə sənədinin nömrəsi, həqiqi ünvanı və s.)

8. «Yoxlama həcmi: []-5%; []-10%; []-30%; []-50%; []-100%»

9. «Yoxlamanın növü________________»

10. «Yoxlama dərəcəsi

[] 1- yük yerlərinin sayılması və çəkilməsi ilə keçirilən yoxlama

[] 2- yük yerləri açılmadan (sökülmədən) keçirilən yoxlama

[] 3 - seçmə yolu ilə sökülmə (qismən sökülmə)

[] 4 - bütün yük yerlərinin açılması ilə (tam sökülmə)

[] 5 - yük yerlərində əşyaların sayılması ilə keçirilən yoxlama

[] 5,1 - seçmə yolu ilə

[] 5, 2 - bütün yük yerlərində

[] 6 - ölçmə və malların xüsusiyyətinin müəyyən edilməsi yolu ilə keçirilən

yoxlama

[] 6,1 - prob və nümunələr götürülməsi ilə keçirilən yoxlama

[] 7 digər üsullar tətbiq edilməklə»

11. Gömrük nəzarətinin texniki vasitələrindən istifadə etməklə

[]-1 rentgen qurğusu

[]-2 metal detektor (daşınan və stasionar)

[]- 3 sənədlərin, qiymətli kağızların və valyutanın pul vahidlərinin eyniləşdirmə

vasitələri

[]- 4 qiymətli metalların və qiymətli daşların eyniləşdirmə vasitələri

[]- 5 məsafədən müainə edən və narkotik vasitələri müainə edən vasitələr

[]-6 dozimetrik nəzarət vasitələri

[]-7 -foto, audio, videoyazan və digər aparatlar

[]-8 şuplar, nəzarət dəstləri, alətlər dəsti

[] -9 Gömrük nəzarətinin texniki vasitələrindən istifadə etməməklə

12. «____ __sayda gömrük təminatı qoyulmuşdur

13. «______» _______________200 _____il.

________________________________ ________________________________ ________________________________

14. «Yoxlama tapşırığının yazıldığı vaxt saat ___________dan

Aktın alınma vaxtı

saat _____dəq. «____»____200 ____il.»

Əlavə 2

2. Gömrük yoxlama aktı

1. «_______________________________

gömrük orqanının adı»

2. ________________ «Gömrük yoxlama aktı»

3. «___________________ yoxlama tapşırığı»

4. «__________yoxlamanın başlanılması vaxtı»

5. «Bu akt__________________________

_____________________əməkdaşları tərəfindən

______iştirakı ilə tərtib olunmuşdur ondan ötrü ki,» __________________________________ _________________________________

6. «Əsas yoxlama (məqsədli yoxlama) keçirilmişdir»

7. «yük göndərən tərəfindən (nəqliyyat vasitəsilə) göndərilən bir partiya mallar

________________________________»

8. «Haradan ___________________haraya»

9. «__________________yük alanın ünvanına»

10. «____________________» sənədləri üzrə

11. «____________________» yoxlama yeri

12. «__________ yerdən ibarət mal partiyası təqdim edilib»

13. «Sənədlər üzrə brutto çəkisi__________ kq»

14. Malların faktiki çəkisi Netto_________ kq., Brutto_ kq aşağıdakı üsulla müəyyən edilmişdir:

[] 1. faktiki çəkilmə üsulu ilə;

[] 2. bir yerin orta çəkisinin çəkilmə yolu müəyyən edilməsi üsulu ilə_______________

[] 3. hesablama üsulu ilə

[] 4. digərləri

15. «_____nəqliyyat vasitələri (konteynerlərin)»

16. «______» təminatı ilə gətirilən._______ ədəd

17. təminatları- [] pozulmayıb; -[] pozulub.

18. _____________________________ ________________________________ ________________________________ ________________________________

19. İstismar olunmayıb. Yük yerləri bizim iştirakımızla qablaşdırılıb.

Prob və nümunələr götürülüb.

________________________ aktına əsasən.

20. «___________________________üzrə gömrük qaydalarının pozulması əlamətləri müşahidə olunub».

21. «________ ________sayda gömrük təminatı tətbiq olunub»

22. «____________________əməkdaşları

____________________________________

Adları, soyadları, imzaları, şəxsi nömrəli
möhürlərinin nömrələri

_______________________________iştirakı ilə»

_________________________________

Adları, soyadları, imzaları

23. «Gömrük yoxlamasının başa çatdırılması

_____________________________________»

«_______/______vərəq»

24. «_______gömrük yoxlaması aktına əlavə vərəq»

25. «Yoxlama nəticəsində aşağıdakılar müəyyən edilmişdir:»

________________________________ ________________________________

26. «______» 200 il.

Yoxlama tapşırığının və Gömrük yoxlama aktının qeydiyyatı, saxlanılması və uçotunun aparılması haqqında Təlimata


Əlavə 3.

Yoxlama tapşırığının və Gömrük yoxlama aktının Qeydiyyat

Jurnalı

______________________________________________________ ______________________________________________________

(gömrük orqanının və ya onun gömrük yoxlamasını keçirən struktur bölməsinin adı və kodu)

¹

YT GYA-nın nömrəsi

Verilmə tarixi

Yoxlama zamanı istifadə olunan sənədlərin adı və nömrəsi

Yoxlama keçirmə yeri

Gömrük rejiminin kodu, keçirilmə xüsusiyyəti

Mal alanın (göndərənin adı)

Yoxlamanın nəticələri

1

2

3

4

5

6*

7

8**

* Yük gömrük bəyannaməsinin verilməsinə qədər yoxlama keçirilərsə göstərilən qrafa doldurulmur.

** Gömrük hüquq pozuntuları aşkar edildiyi halda, digər dövlət nəzarət orqanları ilə qarşılıqlı əlaqədə gömrük yoxlaması keçirildiyi halda və yaxud gömrük yoxlaması keçirilməsi ilə bağlı olan digər hallarda bu qrafa doldurulur.


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb