«Azərbaycan Respublikası Hökuməti
və Türkiyə Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə
qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş»i Azərbaycan Respublikası
Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. «Azərbaycan Respublikası Hökuməti və Türkiyə
Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı
yardım və əməkdaşlıq haqqında Saziş»i Azərbaycan Respublikası Hökuməti
adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin sədri Kəmaləddin Fəttah oğlu Heydərova verilsin.
2. Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən
Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin
Fəttah oğlu Heydərova verilməsi barədə Türkiyə Respublikası tərəfinə
müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 12 aprel 2004-cü il
¹ 182
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (30 aprel 2004-cü il, ¹ 4, maddə 263)
(«AzerSoft»).
© AzerSoft