Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 31 may tarixli, 105 nömrəli qərarı ilə təsdiq
edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi Qaydaların»na dəyişiklik edilməsi barədə
Qərar ¹ 59
Bakı şəhəri, 30 aprel 2004-cü il
Azərbaycan Respublikasının 1998-ci
il 23 iyun tarixli, 507-IQ nömrəli Qanunu ilə qoşulduğu «Kökünün
kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin
beynəlxalq ticarəti haqqında» Konvensiyaya (CİTES) və həmin Konvensiyanın
iştirakçı dövlətlərinin «Nərə balıqlarının qorunmasına dair» Qətnaməsinə
uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
aidiyyəti təşkilatlarla razılaşdırılmış təklifinə əsasən, Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 31 may tarixli, 105 nömrəli qərarı ilə təsdiq
edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi Qaydaları»nın 2.9-cu bəndində «600»
rəqəmi «250» rəqəmi ilə, «aparıla» sözü isə «keçirilə»
sözü ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (30 aprel 2004-cü il, ¹ 4, maddə 308)
(«AzerSoft»).
© AzerSoft