Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna əlavə edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-IQ nömrəli qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin tələblərinə müvafiq olaraq, gömrük orqanlarına xidmətə qəbul edilən əməkdaşların sağlamlıq vəziyyətinin müəyyən edilməsi, gömrük əməkdaşlarının tibbi xidmətə olan ehtiyaclarının ödənilməsi və tibbi təminatın yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası prezidentinin 2001-ci il 19 iyun tarixli, 510 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi strukturunun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 6, maddə 408) 2-ci bəndində «Statistika və İnformasiya Texnologiyaları İdarəsi» sözlərindən sonra «Tibbi Xidmət İdarəsi» sözləri əlavə edilsin.

2. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 6 may 2004-cü il.¹ 60

«Azərbaycan» qəzetində dərc edilmişdir (7 may 2004-cü il, ¹ 106) («AzerSoft»).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 may 2004-cü il, ¹ 5, maddə 333).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb