Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 31 may tarixli, 105 nömrəli qərarı ilə təsdiq
edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi Qaydaları»na əlavə və dəyişikliklər edilməsi
barədə
Qərar ¹ 67
Bakı şəhəri, 18 may 2004-cü il
«Xidməti və mülki silah haqqında»
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli
Fərmanına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 31 may tarixli, 105 nömrəli qərarı ilə
təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya
məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi Qaydaları»na aşağıdakı əlavə və
dəyişikliklər edilsin:
- 2.6-cı bəndində «ov silahı, onların sursatları»
sözləri «xidməti və mülki silah, onların döyüş sursatları»
sözləri ilə əvəz edilsin;
- 3.1.1 və 3.2.3-cü yarımbəndlərində «yivli
odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar
istisna edilməklə)» sözləri «Azərbaycan Respublikasının
qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki
silahlar» sözləri ilə əvəz edilsin;
- 3.2-ci bəndindən sonra aşağıdakı redaksiyada
yeni 3.3 və 3.4-cü bəndlər əlavə edilsin:
«3.3. Silah və onun döyüş sursatlarının
fiziki şəxslər tərəfindən göndərilməsinə yol verilmir.
3.4. Odlu silah və onun döyüş sursatının
poçt vasitəsi ilə göndərilməsi qadağandır.».
2. Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (31 may 2004-ci il, ¹ 5, maddə 385)
(«AzerSoft»).
© AzerSoft