AzərbaycanRespublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır
Qeydiyyat ¹-si 2712
«30» 08 2001-ci il
Nazir F.MƏMMƏDOV
|
«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 070
«28» 08 2001-ci il
Sədr K.HEYDƏROV
|
Fiziki şəxslər tərəfindən istehsal
və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan
Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada
keçirilməsinə dair
Təlimat
1. Ümumi müddəalar
1.1. «Fiziki şəxslər tərəfindən
istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların
Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş
və güzəştli qaydada keçirilməsinə dair Təlimat» (bundan sonra
- Təlimat) rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən
istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların
(beynəlxalq poçt göndərişləri də daxil olmaqla) Azərbaycan Respublikasının
gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsinin
ümumi prinsiplərini müəyyən edir.
1.2. Fiziki şəxslər Azərbaycan
Respublikasının gömrük sərhədindən Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 107-ci maddəsi,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.05.2001-ci il
tarixli 105 saylı qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən
istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»
(bundan sonra - Qaydalar), beynəlxalq müqavilələr və Azərbaycan
Respublikasının digər normativ-hüquqi aktları ilə müəyyən edilmiş
tələblərə əməl etməklə Azərbaycan Respublikasına gətirilməsi və
Azərbaycan Respublikasından aparılması qadağan olunmuş malar istisna
olmaqla istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan
mallarını sadələşdirilmiş və güzəştli qaydada Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirə bilərlər.
1.3. Fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların
təyinatı - fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla,
malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin
şəxsi istifadə və istehlak məqsədləri üçün keçirildiyi yəqin edilməklə,
onların xarakterinə və miqdarına, eləcə də sərhəddən keçirilməsinin
tezliyinə görə Azərbaycan Respublikasının gömrük orqanının vəzifəli
şəxsi tərəfindən aşağıdakı amillər nəzərə alınmaqla müəyyən edilir:
a) malların xarakteri, istehlak
xassələri, onların tətbiqi və istifadəsinin ənənəvi təcrübəsi;
məsələn: məişətdə istifadə olunmayan malların gömrük sərhədindən
keçirilməsi onu guman etməyə əsas verir ki, bu cür mallar kommersiya
məqsədləri üçün gətirilir (əgər malları keçirən şəxs bunun əksini
sübut edə bilməzsə);
b) malların miqdarı; şəxsin
və onun ailə üzvlərinin tələbatından artıq miqdarda gətirilən
(aparılan) eynicinsli mallar (eyni adlı, fasonlu, rəngli, ölçülü
və s.) bir qayda olaraq kommersiya məqsədləri üçün gətirilən
(aparılan) mallar hesab olunur;
v) malların gömrük sərhədindən
keçirilmə tezliyi; eyni şəxs tərəfindən eynicinsli malların,
hətta az miqdarda bölünməz mal vahidinin dövri olaraq Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilməsi, əgər şəxs əksini
sübut edə bilməzsə, malların kommersiya məqsədləri üçün gətirilməsi
(aparılması) kimi qəbul edilə bilər;
q) fiziki şəxsin səfərinin halları;
bu zaman fiziki şəxsin səfərinin məqsədi, davamiyyəti, olduğu
ölkədə qazanılmış valyutanın miqdarı və s. nəzərə alınır.
1.4. Malların sadələşdirilmiş
və güzəştli qaydada Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilməsi qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunmaqla,
gömrük ödənişlərindən tam azad olunmanı və ya gömrük ödənişləri
alınmaqla mallara Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə
uyğun iqtisadi siyasət tədbirləri tətbiq edilməməsini, habelə
gömrük rəsmiləşdirilməsinin idxal-ixrac əməliyyatları hesab olunmadan
aparılmasını nəzərdə tutur.
1.5. Fiziki şəxslərə məxsus olan
və onlardan ayrıca, nəqliyyat təşkilatları ilə bağlanmış müqaviləyə
əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən
mallar müşaiyət olunmayan baqaj hesab edilir.
1.6. Azərbaycan Respublikasının
gömrük sərhədindən fiziki şəxslərin özləri tərəfindən keçirilən
mallar müşaiyət olunan baqaj hesab edilir.
1.7. Rezident fiziki şəxslər,
Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən
Azərbaycan Respublikası hüdudlarından kənarda müvəqqəti qalan
fiziki şəxslər hesab olunur.
1.8. Qeyri-rezident fiziki şəxslər,
Azərbaycan Respublikası hüdudlarından kənarda daimi yaşayış yeri
olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki
şəxslər hesab olunur.
1.9. Təlimatda digər anlayışlar
Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə müəyyən
edilmiş mənalarda işlədilir.
2. Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi
2.1. Fiziki şəxslər təyinatı bu
Təlimatın 1.3 bəndinə uyğun olaraq müəyyən edilməklə, istehsal
və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş
malları (nəqliyyat vasitələri və aksizli mallar istisna olmaqla)
sadələşdirilmiş qaydada bəyan etməklə aşağıdakı hallarda qanunvericiliklə
müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirə bilərlər:
2.1.1. fiziki şəxs Azərbaycan
Respublikasının gömrük sərhədini keçməklə ümumi dəyəri 1000
ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq
olmayan malları gətirdikdə (apardıqda).
Gömrük orqanının vəzifəli şəxsi
tərəfindən malların bu Təlimatın 1.3 bəndinə uyğun olaraq kommersiya
məqsədləri üçün gətirildiyi (aparıldığı) müəyyən edilərsə onda
gömrük ödənişlərindən güzəşt üçün bu bəndlə müəyyən edilmiş dəyər
və miqdar məhdudiyyətləri nəzərə alınmır.
2.1.2. beynəlxalq poçt göndərişləri
vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya
çəkisi 20 kiloqramdan artıq olmayan malları aldıqda (göndərdikdə).
Azərbaycan Respublikasının gömrük
sərhədindən beynəlxalq poçt göndərişləri ilə keçirilən mallardan
gömrük ödənişlərinin alınması müvafiq normativ-hüquqi aktla tənzimlənir.
2.1.3. qeyri-rezident fiziki
şəxslər (şəxsiyyəti təsdiq edən sənəddə iki təqvim ilindən yuxarı
xarici ölkədə yaşadığı barədə müvafiq qeydlər olduqda) daimi
yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gələrkən (və
ya rezident fiziki şəxslər Azərbaycan Respublikasından köçüb
gedərkən) 20.000 ABŞ dollarına ekvivalent dəyər həcmində ailə
üçün zəruri olan məişət əşyalarını özü gömrük sərhədindən keçərək
gömrük orqanlarına bəyan etməklə müşayiət olunan və ya müşayiət
olunmayan baqajla gətirdikdə (apardıqda).
Bu halda gömrük güzəştləri, fiziki
şəxsin Azərbaycan Respublikasında daimi yaşayış məqsədi ilə köçüb
gəlməsi, habelə gətirilən malların (məişət əşyalarının) təyinatı
gömrük orqanının vəzifəli şəxsi tərəfindən bu Təlimata uyğun olaraq
müəyyən edildikdən sonra verilir.
2.1.4. Azərbaycan Respublikasında
daimi yaşayan və xarici ölkələrdə müvəqqəti fasiləsiz yaşama
müddəti 1 ili keçən vətəndaşlar Azərbaycan Respublikasına qayıdan
zaman 10.000 ABŞ dollarına ekvivalent dəyər həcmində ailə üçün
zəruri olan məişət əşyalarını gətirdikdə.
Bu
Təlimatın 2.1.3 yarımbəndinin ikinci abzasının müddəaları bu yarımbəndə
də şamil edilir.
2.1.4. zəruri ehtiyacların
ödənilməsi üçün şəxsi əşyaları gömrük qaydalarına əməl etməklə
müvəqqəti olaraq gətirdikdə (apardıqda) (Əlavə ¹ 1).
2.1.5. açılmış vərəsilik
hüququ əsasında əldə edilmiş əşyaları (gətirilməsi və aparılması
qadağan edilmiş əşyalardan başqa) Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirdikdə;
Vərəsəlik hüququ əldə edilmiş
mallara, gömrük ödənişlərindən güzəştlər müvafiq məhkəmə orqanlarının
təsdiqedici sənədi gömrük orqanlarına təqdim edildikdə tətbiq
edilir.
2.2. Fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istehsal
və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mal vahidinin
və ya dəstinin dəyəri (avtonəqliyyat vasitələri və aksizli mallar
istisna olmaqla) Qaydaların 2.1.1. yarımbəndi ilə müəyyən edilmiş
dəyər həddini ötdükdə, həmin malların gömrük rəsmiləşdirilməsi
xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə
uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada aparılır.
Bu cür mallara müşaiyət olunan
baqajla gətirilən, bölünməz və dəst mallar (məsələn: televizor,
məişət cihazı, bir dəst mebel və s.) aid edilir və qanunvericiliklə
müəyyən edilmiş həcmdə gömrük ödənişləri alınmaqla sadələşdirilmiş
qaydada Gömrük Mədaxil orderi (GMO) ilə rəsmiləşdirilir.
2.3. Azərbaycan Respublikasının
gömrük sərhədindən müşayiət olunmayan baqajla (Qaydaların 2.2
və 2.14 yarımbəndlərində göstərilən hallar istisna olmaqla), habelə
Qaydaların 2.1 yarımbəndi ilə müəyyən edilmiş miqdar və dəyər
hədlərindən artıq gətirilən (aparılan) malların gömrük rəsmiləşdirilməsi
xarici iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə
uyğun olaraq gömrük ödənişləri alınmaqla aparılır.
2.4. Azərbaycan Respublikasının
gömrük sərhədindən müşayiət olunmayan baqajla fiziki şəxslər tərəfindən
sadələşdirilmiş və güzəştli qaydada keçirilən mallardan gömrük
rəsmiləşdirilməsinə görə gömrük yığımları mövcud qanunvericiliyə
uyğun olaraq tutulur.
2.5. Qaydaların 2.1. bəndi ilə
müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilən mallardan gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları
alınmır.
2.6. Fiziki şəxslər tərəfindən
xidməti və mülki silah, onların döyüş sursatları Azərbaycan
Respublikasının gömrük sərhədindən Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin icazəsi təqdim edildikdə keçirilə bilər.
2.7. Fiziki şəxslər tərəfindən
heyvanlar, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloji
preparatlar və baytarlıq ləvazimatları, bitkilər, heyvan və bitki
mənşəli xammal Azərbaycan Respublikasının gömrük sərhədindən baytarlıq
orqanları və bitkilərin karantini üzrə müvafiq dövlət orqanlarının
icazəsi olduqda keçirilə bilər.
2.8. Fiziki şəxslər tərəfindən
yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər.
2.9. Fiziki şəxslər tərəfindən
250 qrama qədər balıq kürüsü gömrük ərazisindən keçirilə
bilər.
2.10. Fiziki şəxslər Azərbaycan
Respublikasının gömrük sərhədindən fərdi istehlak üçün 3 litr
alkoqollu içki, 3 blok siqaret və avtomobilin bakında texniki
pasportu ilə nəzərdə tutulmuş miqdarda yanacaq keçirə bilərlər.
Qeyd: Fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və kommersiya
fəaliyyəti üçün nəzərdə tutulmayan mallar gömrük rəsmiləşdirilməsi
başa çatana qədər (lazımi sənədlərin gömrük orqanlarına təqdim
edilməsi, mallara və əşyalara baxış keçirilməsi və s.) gömrük
nəzarəti altında 2 ¹-li gömrük arayışı (forması əlavə olunur GA-2),
yaxud akt əsasında məsul saxlanca verilə bilər (qaçaqmalçılıq
və gömrük qaydalarının pozulması əlaməti olmadıqda).
Azərbaycan Respublikasından aparılarkən
qoyulmuş qadağalar və məhdudiyyətlər səbəbindən buraxılmayan valyuta,
istiqraz vərəqələri, lotereya biletləri, qiymətli metallar və
daşlar, mirvari, onlardan hazırlanmış zərgərlik və məişət əşyaları,
mülkiyyət sənədləri (qaçaqmalçılıq və gömrük qaydalarının pozulması
əlamətləri olmadıqda) gömrük orqanları tərəfindən 3 ¹-li gömrük
arayışı (forması əlavə olunur GA-3) əsasında saxlanca götürülür.
2.11. Bədii, tarixi, elmi və digər
mədəni əşyalar Azərbaycan Respublikasının gömrük ərazisinə rüsumsuz
və məhdudiyyətsiz miqdarda gətirilə bilər.
2.12. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş və Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi tərəfindən mühafizə siyahısına daxil edilmiş
mədəniyyət sərvətləri xüsusi rejim əsasında verilmiş mühafizə
dərəcəsinə müvafiq surətdə Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin ixracın mümkünlüyü barədə verdiyi şəhadətnamə Azərbaycan
Respublikasının gömrük orqanlarına təqdim edildiyi və komissiyon
dəyərinin 100 faizi məbləğində gömrük rüsumu ödənildikdən sonra,mühafizə
dərəcəsi verilməmiş mədəniyyət sərvətləri isə sərbəst surətdə
Azərbaycan Respublikasının gömrük ərazisindən aparıla bilər.
2.13. Fiziki şəxslər xarici
valyuta sərvətlərini və milli valyutanı (manatı) Azərbaycan Respublikasının
gömrük buraxılış məntəqələrindən «Valyuta tənzimi haqqında» Azərbaycan
Respublikasının qanununa və Azərbaycan Respublikasının Milli Bankının
Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmaqla müəyyən etdiyi «Fiziki
şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına
gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları»na
uyğun olaraq keçirilə bilər.
Qeyd: Azərbaycan Respublikasına
gətirilməsi qadağan olunan valyuta (manat), valyuta ilə ödəniş
sənədləri, lotereya biletləri və s. üçün bu Təlimatın 4 ¹-li əlavəsi
ilə müəyyən edilmiş «GA-4» forması yazılır.
Təlimatın 5 ¹-li əlavəsi «Fiziki
şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına
gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları»
ilə təsdiq olunmuş «GA-5» ¹-li formaya uyğun olaraq doldurulur.
2.14. Fiziki şəxslər tərəfindən
istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, xarici-iqtisadi
fəaliyyətin mal nomenklaturasının yalnız 8703 mal qrupuna aid
edilən avtonəqliyyat vasitələri aşağıdakı hallarda güzəştli və
ya sadələşdirilmiş qaydada Azərbaycan Respublikasının sərhədindən
keçirilə bilər:
2.14.1. iki təqvim ilindən yuxarı
xarici ölkələrdə yaşamış fiziki şəxslər (qeyri-rezidentlər)
(şəxsiyyəti təsdiq edən sənəddə müvafiq qeydlər olduqda) daimi
yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gəldikdə,
habelə xarici dövlətlərdə akkreditə olunmuş diplomatik
nümayəndəliklərdə, konsulluq və başqa rəsmi dövlət, hökumətlərarası
beynəlxalq təşkilatlarda 1 ildən az olmamaq şərti ilə işləmiş
(dövləti qulluqda olmuş) Azərbaycan Respublikasının vətəndaşları
(rezidentlər) xidmət müddəti başa çatdıqdan sonra (müvafiq təsdiqedici
sənədlər təqdim edilməklə) Azərbaycan Respublikasına qayıtdıqda,
istehsal-buraxılış tarixindən, yürüş kilometrindən, gömrük dəyərindən
və mənşə ölkəsindən asılı olmayaraq ailə üçün bir avtonəqliyyat
vasitəsini Azərbaycan Respublikasının gömrük ərazisinə qanunvericiliklə
müəyyən edilmiş gömrük rüsumu ödəmədən gətirə bilərlər;
Belə avtonəqliyyat vasitəsinin
gömrük rəsmiləşdirilməsi təyinat gömrükxanası tərəfindən həyata
keçirilir.Nəqliyyat vasitəsinin və onun sənədlərinin təyinat gömrükxanasına
çatdırılması barədə sərhəd gömrük buraxılış məntəqəsində nəqliyyat
vasitəsinin sahibindən bu Təlimatın 2 ¹-li əlavəsinə uyğun olaraq
iltizam alınır. Sərhəd gömrük buraxılış məntəqələri qeydə aldıqları
nəqliyyat vasitəsini nəzarətdə saxlamalı və təyinat gömrükxanasını
telefonoqramla məlumatlandırmalıdırlar. Təyinat gömrükxanası tərəfindən
həmin nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi tam başa
çatdıqdan sonra, nəzarətdən çıxarılması üçün sərhəd gömrük məntəqəsinə
telefonoqram verilməlidir.
2.14.2. Azərbaycan Respublikasından
daimi yaşayış məqsədilə xarici ölkələrə köçüb gedən fiziki şəxslərə
onların sahibliyində olan avtonəqliyyat vasitəsini qanunvericiliklə
müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının gömrük ərazisindən
aparmağa icazə verilir.
2.14.3. Fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük ərazisinə ölkənin gömrük sərhədini
keçənədək istehsal-buraxılış tarixindən 1 ilədək keçmiş
avtonəqliyyat vasitələri gətirilərkən yürüş kilometrindən, gömrük
dəyərindən və mənşə ölkəsindən (Qaydaların 2.22 bəndində nəzərdə
tutulan hallar istisna olmaqla) asılı olmayaraq, mühərrikin
həcminin hər kub santimetrinə görə 0,4 ABŞ dollarına ekvivalent
məbləğdə gömrük rüsumları və qanunvericiliklə müəyyən edilmiş
miqdarda digər gömrük ödənişləri alınır;
2.14.4. Fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük ərazisinə bu ölkənin gömrük
sərhədini keçənədək istehsal-buraxılış tarixindən 1 ildən çox
ötmüş avtonəqliyyat vasitələri gətirilərkən yürüş kilometrindən,
gömrük dəyərindən və mənşə ölkəsindən (Qaydaların 2.22. bəndində
nəzərdə tutulan hallar istisna olmaqla) asılı olmayaraq, mühərrikin
həcminin hər kub santimetrinə görə 0,7 ABŞ dollarına ekvivalent
məbləğdə gömrük rüsumları və qanunvericiliklə müəyyən edilmiş
miqdarda digər gömrük ödənişləri alınır.
2.15. Azərbaycan Respublikasının
gömrük sərhədindən fiziki şəxslər tərəfindən Qaydaların 2.2. və
2.14. bəndlərinə uyğun olaraq sadələşdirilmiş qaydada keçirilən
mallardan və mal qismində nəqliyyat vasitələrindən gömrük ödənişləri
gömrük mədaxil orderi (GMO) tətbiq olunmaqla alınır.
2.16. Xarici dövlətlərdə daimi
qeydiyyatda olan bütün növ avtonəqliyyat vasitələrinin rezident,
xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasının 8703 mal qrupuna
aid edilən avtonəqliyyat vasitələri istisna olunmaqla digər avtonəqliyyat
vasitələrinin isə qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan
Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə
sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmdə gömrük ödənişlərinə
ekvivalent məbləğdə pul vəsaiti sərhəd-buraxılış məntəqələrində
depozitə qoyulmaqla qeyri-rezident (əcnəbi) fiziki şəxslər üçün
vizasında və digər qeydiyyat sənədlərində göstərilən müddətə,
rezidentlər üçün isə bir ildən artıq olmayan müddətə icazə verilir.
2.17. Xarici dövlətlərdə daimi
qeydiyyatda olan, XİF ƏN-nin 8703 mal qrupuna aid edilən avtonəqliyyat
vasitələrinin qeyri-rezident (əcnəbi) fiziki şəxslərin bilavasitə
özləri tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə
müvəqqəti olaraq gətirilməsinə gömrük qaydalarına əməl edilməklə
30 günədək müddətə, bu müddətin uzadılmasına, habelə avtonəqliyyat
vasitəsi vəkalətnamə ilə gətirildiyi hallarda isə sərbəst dövriyyə
üçün buraxılış rejiminə uyğun həcmdə gömrük rüsumlarına və vergilərinə
ekvivalent məbləğdə pul vəsaiti sərhəd-buraxılış məntəqələrində
depozitə qoyulmaqla vizasında və digər qeydiyyat sənədlərində
göstərilən müddətə bu Təlimatın 3 ¹-li əlavəsinə uyğun öhdəlik
və bu Təlimatın 4 ¹-li əlavəsinə uyğun gömrük vəsiqəsi yazılmaqla
icazə verilir.
Xarici dövlətlərin Azərbaycanda
akkreditə olunmuş diplomatik nümayəndəliklərində, konsulluq və
başqa rəsmi dövlət, hökumətlərarası beynəlxalq təşkilatlarında
işləyən nümayəndələri tərəfindən Azərbaycan Respublikasının gömrük
ərazisinə gətirilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi
isə qüvvədə olan gömrük qanunvericiliyin tələblərinə uyğun həyata
keçirilir.
Avtonəqliyyat vasitələrinin müvəqqəti
qeydiyyat müddətinin uzadılması gömrük qanunvericiliyinin və Qaydaların
tələblərinə riayət edilməklə gömrük orqanları tərəfindən həyata
keçirilir.
2.18. Xarici dövlətlərdə daimi
qeydiyyatda olmayan (və ya qeydiyyatdan çıxarılmış) avtonəqliyyat
vasitələrinin rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə
icazə verilmir.
2.19. Əlillər üçün xüsusi olaraq
hazırlanmış avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının
gömrük ərazisinə daxil olmasına Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqedici sənədi (arayışı)
olduğu təqdirdə gömrük ödənişləri alınmadan icazə verilir.
2.20. Gömrük ödənişləri gömrük
rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Milli
Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla alınır.
2.21. Fiziki şəxslər tərəfindən
Qaydalarla müəyyən edilmiş dəyər və miqdar məhdudiyyətlərindən
yuxarı sayda və məbləğdə Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilən mallar və mal qismində nəqliyyat vasitələri xarici-iqtisadi
fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun olaraq
ümumi qaydalarla gömrük rəsmiləşdirilməsindən keçirilir.
2.22. Azərbaycan Respublikasının
xarici dövlətlərlə azad ticarət haqqında sazişlərində malların
idxalına gömrük idxal rüsumunun qarşılıqlı sürətdə tətbiq edilməməsi
nəzərdə tutulduqda Qaydaların 2.2. və 2.3 bəndlərində, habelə
2.14.3. və 2.14.4. yarımbəndində nəzərdə tutulan hallarda mənşə
ölkəsi həmin ölkələr olan mallara və mal qismində nəqliyyat vasitələrinə
gömrük idxal rüsumları tətbiq edilmir. Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilən malların və mal qismində nəqliyyat
vasitələrinin mənşə ölkəsi qüvvədə olan qanunvericiliyin tələblərinə
uyğun müəyyən edilir.
2.23. Fiziki şəxslər tərəfindən
kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük
rəsmiləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada
«Gömrük dəyər bəyannaməsi» (GDB) doldurulmur.
Bəyan edilən malın gömrük dəyərini
təsdiq etmək üçün gömrük orqanına bəyan edilən malın gömrük dəyərini
əks etdirən müvafiq sənədlər - hesab-faktura, çek, arayış və s.
- təqdim edilməlidir. Göstərilən təsdiqedici sənədlər olmadıqda
malların gömrük dəyəri gömrük orqanı tərəfindən əldə olan qiymət
məlumatları, həmçinin digər məlumat mənbələri əsasında müstəqil
şəkildə müəyyən edilir. Lakin belə məlumatlardan istifadə edildikdə
gömrük orqanı konkret halda malın dəyərini, mühüm qiymətəmələgətirici
faktorlar (gətirilən malın keyfiyyəti, bazardakı nüfuzu, mənşə
ölkəsi, istehsal olunma vaxtı və s.) nəzərə alınmaqla müəyyən
edə bilər.
2.24. Diplomatik xidmət əməkdaşlarının,
diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata
keçirən şəxslərin xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin
və əmlakın (təqdim edilmiş sənədlər əsasında) Azərbaycan Respublikasına
gətirilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
təsdiqedici arayışı və diplomatik vəsiqənin surəti təqdim olunmaqla
gömrük rüsumu tutulmadan rəsmiləşdirilir.
2.24. Fiziki şəxslər tərəfindən
avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük
ərazisinə müvəqqəti olaraq gətirilməsi ilə bağlı depozit məbləği,
sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmdə gömrük ödənişlərinin
cəmindən ibarət olmaqla manatla alınır və «Kassa mədaxil orderi»
ilə rəsmiləşdirilir. «Kassa mədaxil orderi"nin bir nüsxəsi
rəsmiləşməyə dair digər sənədlərə tikilməklə fiziki şəxsə verilir.
Alınmış depozit məbləği iş gününün sonunda gömrük orqanı tərəfindən
Azərbaycan Respublikası Beynəlxalq Bankının müvafiq filialında
açılmış depozit hesaba köçürülür.
Depozit məbləği «Kassa məxaric
orderi» əsasında operativ surətdə gömrük orqanının kassasında
olan vəsait hesabına qaytarılır.
Əməliyyat gününün sonunda qaytarılmış
depozit məbləğinin xüsusi depozit hesabdan gömrük orqanının hesabına
köçürülməsi təmin edilir.
Bu Təlimatın 2.16. və 2.17. bəndlərinə
müvafiq olaraq gömrük orqanları tərəfindən müəyyən edilmiş müvəqqəti
icazə müddəti başa çatdıqdan sonra gömrük qanunvericiliyinin tələblərinə
uyğun olaraq müvafiq tədbirlər görülür
Müəyyən edilmiş müddət başa çatdıqdan
və ya vaxtından əvvəl gömrük rəsmiləşdirilməsi aparıldıqda alınmış
depozit məbləği GMO-da müvafiq qeydlər aparılmaqla gömrük ödənişləri
hesab edilir və depozit hesabdan gömrük orqanının hesabına köçürülür.
3. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi qadağan olunan mallar
3.1. Azərbaycan Respublikasına
fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri
vasitəsilə alınması qadağan olunmuş mallar:
3.1.1. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki
silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr,
hərbi texnika;
3.1.2. radioaktiv maddələr;
3.1.3. narkotik və psixotrop
maddələr, onlardan istifadə üçün ləvazimat;
3.1.4. əxldaq pozğunluğunu,
zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
3.1.5. narkotik, psixotrop,
zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına
aid materiallar.
3.2. Azərbaycan Respublikasından
fiziki şəxslər tərəfindən aparılması və beynəlxalq poçt vasitəsilə
göndərilməsi qadağan olunmuş mallar:
3.2.1. aparılmasına və ya göndərilməsinə,
gətirilməsinə və ya alınmasına Azərbaycan Respublikasının Dövlət
Ekologiya və Təbiətdən İstifadə Nəzarət Komitəsinin icazəsi
olmayan zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı
obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri;
3.2.2. qiymətli ağac cinsləri
(qoz, şabalıd, cökə, palıd, fıçtıq, dəmir ağacı);
3.2.3. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki
silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr,
hərbi texnika;
3.2.4. radioaktiv maddələr;
3.2.5. narkotik və psixotrop
maddələr, onlardan istifadə üçün ləvazimat;
3.2.6. əxlaq pozğunluğunu, zorakılığı,
terrorizmi təbliğ və reklam edən materiallar;
3.2.7. narkotik, psixotrop,
zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına
aid materiallar;
3.2.8. xüsusi məxfi rabitə vasitələri,
onların şifrləri və istismarı haqqında ədəbiyyat;
3.2.9. Müdafiə Nazirliyi, Milli
Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin operativ
istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və
arxivləri;
3.2.10. dövlət əhəmiyyətli sənədlər,
ixtiralar, layihələr;
3.2.11. xammal şəklində olan
qiymətli metallar və qiymətli daşlar;
3.2.12. Azərbaycan Respublikasının
Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları.
3.2.13.Müvəqqəti sərgi, qastrol
səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət
tədbirlərinin keçirilməsi halları istisna olmaqla Azərbaycan
Respublikasının milli mədəniyyət əmlakı Dövlət Siyahısına daxil
olan milli mədəniyyət əmlakı olan obyektlər.
3.3. Silah və onun döyüş sursatlarının
fiziki şəxslər tərəfindən göndərilməsinə yol verilmir.
3.4. Odlu silah və onun döyüş
sursatının poçt vasitəsi ilə göndərilməsi qadağandır.
24 mart 2003-cü il tarixli,
31 nömrəli; 4 avqust 2004-cü il tarixli, 75 nömrəli əmrlərə əsasən
dəyişiklik və əlavələrlə («AzerSoft»).
Azərbaycan
Respublikasının gömrük
sərhədindən fiziki şəxslər tərəfindən
malların keçirilməsi Qaydalarına
Əlavə ¹1
Gömrük rüsumları və vergiləri ödənilmədən
müvəqqəti gətirilməsinə (aparılmasına) yol verilən malların
Təxmini siyahısı
1. Paltar.
2. Tualet ləvazimatları.
3. Şəxsi zərgərlik bəzəkləri.
4. Ağlabatan miqdarda plyonkası
və ləvazimatları olan foto və kinokameralar.
5. Portativ slaydo və kinoproyektorlar
və ağlabatan miqdarda slaydlar və filmlərlə onlara aid ləvazimatlar.
6. Ağlabatan miqdarda plyonka
ilə videokameralar və portativ videomaqnitafonlar.
7. Portativ musiqi alətləri.
8. Valları olan portativ proiqrıvatellər
(valoxudanlar).
9. Plyonkaları olan səsyazan və
canlandıran aparatlar (diktofonlar daxil olmaqla).
10. Portativ radioqəbuledicilər.
11. Portativ telefizorlar.
12. Portativ yazı makınaları.
13. Portativ kalkulyatorlar.
14. Portativ şəxsi kompyuterlər.
15. Durbinlər.
16. Uşaq kalyaskaları.
17. Əlil arabaları.
18. Çadırlar və digər turist avadanlığı,
balıq avadanlığı, alpinist avadanlığı, sualtı üzgüçülük üçün ləvazimat,
velosipedlər, baydarkalar, 5.5.metrədək uzunluğu olan kanoe və
ya qayıqlar, xizəklər, tennis raketkaları, sörfinq və vindsörfinq
üçün lövhələr, qolf üçün ləvazimat, planerlər, deltanlar kimi
idman avadanlığı.
19. Portativ dializatorlar və
analoji tibb cihazları, həmçinin onlara aid sərf olunan materiallar.
Azərbaycan
Respubikasının gömrük
sərhəddindən fiziki şəxslər tərəfindən
müvəqqəti keçirilən n/v-nə aid
Əlavə ¹ 3
_______________gömrükxanasının
____________gömrük məntəqəsi
Öhdəlik ¹-
Mən____________________________________________________________________________
soyadı,adı,
yaşayış yeri, şəxsiyyəti təsdiq edən sənədin
¹-si,verildiyi yer və tarix
_______________________________________________________
_______________________________________________________
«____»___________200_il tarixdə
_____________gətirdiyim (apardığım)________-____markalı
mühərrik ¹-si_____________________ban
¹-si_______________şassi¹-si________________
dövlət qeydiyyat ¹-si_________olan
avtomaşını «____»___________200___ilədək
müddət ərzində
özgəninkiləşdirməyəcəyimi, onu digər şəxsin
istifadəsinə, yaxud sahibliyinə verməyəcəyimi
və geri qaytaracağımı öhdəmə götürürəm.
Bu öhdəliyin tələblərini pozduğum
təqdirdə, Azərbaycan Respublikasının Gömrük
Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə
cəlb olunacağım barədə xəbərdarlıq edilmişəm.
Gömrük orqanlarının qeydləri
_____________________________________________________
__________________________________________________________
____________________________________________________________________
____________________________________________________________________
Avtomaşın sahibinin
imzası____________________________________
Gömrük əməkdaşı
___________________________________________
(S.A.A. şəxsi
¹-li möhürü və imzası) |
Daimi
yaşayış yerinə köçüb gələn
fiziki şəxslər tərəfindən sərhəd-
gömrük buraxılış məntəqələrindən
keçirilən n/vasitələrinə aid
Əlavə¹ 2
Təyinat gömrükxanasına çatdırılmaq
üçün nəqliyyat vasitələrinin və sənədlərin cavabdehliyini götürmək
haqqında
İltizam
Mən ___________________________________________________________________________
(S.A.A. şəxsiyyəti təsdiq
edən sənədin ¹, verildiyi yer və tarix
_____________________________________________________________________
yazılı surətdə söz verirəm
ki, daimi yaşayış məqsədilə gətirdiyim ____________makalı,mühərrik
¹-si_________, ban¹-si________, şassi¹-si
(avtomobilin markası)
_____________, dövlət
və ya tranzit ¹-si _________olan avtomobili,eləcədə ona
aid «___» vərəqdə sənədləri 5 (beş) gün müddətində ________________gömrükxanasına
çatdırım.
Avtomobili və ona aid
sənədləri vaxtında çatdırmadığım təqdirdə Azərbaycan Respublikasının
qüvvədə olan qanunvericiliyinə uyğun olaraq inzibati məsuliyyətə
cəlb ediləcəyim haqda mənə xəbərdarlıq edilmişdir.
N/v-si sahibinin imzası________________________
Gömrük əməkdaşının
|
şəxsi ¹-li möhürü
|
imzası _____________ tarix____________il
|
|
(gün, ay, il)
|
Azərbaycan
Respublikasının
gömrük sərhədindən keçirilən
avto n/v-nin qeydiyyatı jurnalı
Əlavə ¹ 4
sıra
¹-si
|
n/v sahib
S.A.A.
|
n/v-nin AR-na gətirilmə
tarixi
|
n/v-nin markası
|
Dövlət nömrə nişanı
|
Mənşə ölkəsi
|
Mühərrik ¹-si
|
Ban ¹-si
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
Şassi ¹-si
|
Mühərrikin həcmi
|
N/v
geri qaytarma tarixi
|
Depozitə qoyulmuş pul vəsaitinin
məbləği
|
DGK məktubunun ¹-si
|
N/V-nin geri gətir-mə tarixi
|
Nəza-rət qra-fası
|
Qeyd
|
9
|
10
|
11
|
12
|
13
|
14
|
15
|
16
|
GA-2
Qəbz ¹
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
|
Xahiş
olunur blankın arxa
hissəsində qaydalarla tanış olun.
|
|
____________________________gömrükxanası
Verilib «____»_______200____il
tarixdə vətəndaş _____________________________________
____________________________________________Azərbaycan
Respublikasına gələn (gedən) ____________________________________________________________________
(malın saxlanıldığı ünvan
göstərilməlidir)
ondan aşağıda göstərilən
mallar saxlanca götürülmüşdür.
|
Saxlanca götürülmüş malların
adı
|
sayı
|
saxlanc zamanı buraxılan
malların sayı
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Göstərilən mallar gətirilməsi/aparılması
qadağan olmuş və ya kvotadan artıq olan mallar gömrük orqanları
tərəfindən buraxılmır (lazım olmayanın altından xətt çəkməli).
Gömrük əməkdaşı _______________________
|
Mal sahibi ______________________________
|
(imza)
|
(imza)
|
GM
|
|
GA-2
Əşyaların saxlanması və qaytarılması
Qaydaları
1. Sərhəddən buraxılmayan əşyalar
gömrükxanada 2 ay müddətində, xüsusi saxlanma şəraiti tələb olunan
və tez xarab olan ərzaq 3 gün müddətində saxlanılır.
2. Saxlanma müddəti ərzində əşyaların
sahibi və ya onun etibarnaməsi ilə qəbz təqdim etməklə
a) Azərbaycan Respublikasına
gələrkən buraxılmayan əşyaları xaricə apara bilər.
b) Azərbaycan Respublikasından
gedərkən buraxılmayan əşyalar Azərbaycan Respublikasının ərazisindən
çıxarılmaq şərti ilə əşya sahibinin arzusu ilə isifadə oluna
bilər (Azərbaycan Respublikasının ərazisində istənilən ünvana
göndərə, qohumlarına və tanışlarına verə bilər və s.)
3. Saxlanma müddəti ərzində tələb
olunmayan əşyalar dövlətin büdcəsinə verilir və onların qaytarılması
və ya dəyərinin ödənilməsi tələbi yerinə yetirilmir.
4. Siyasi, mənəvi, sanitar və
karantin qaydalarına əsasən saxlanılan əşyalar qaytarılmır.
5. Gömrükxanada saxlanılan hər
10 kq mallardan ödəniş alınır:
a) malın dəyərinin 0,05%- birinci
10 günün hər gününə
b) malın dəyərinin 0,1% -bundan
sonrakı 10 günün hər gününə
v) malın dəyərinin 0,15% -bündan
sonrakı hər günə
Saxlancı verilmiş əşyaların ünvana
göndərilməsi gömrük orqanları yerinə yetirir.
GA-3
Qəbz ¹
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
|
Xahiş
olunur blankın arxa hissəsində
qaydalarla tanış olun.
|
|
___________________ gömrükxanası
Verilib «___» ____________ 200
il tarixdə ondan ötəri ki, vətəndaş _______________ Azərbaycan
Respublikasından aparılması qadağan olunmuş valyuta, Azərbaycan
Respublikasının istiqraz vərəqəsi, Azərbaycan Respublikasının
lotereyası, qiymətli metallar (qiymətli daşlar və onlardan hazırlanmış
məmulatlar),
əmlak sənədləri qəbul olunub:
Valyuta və qiymətli əşyaların
adı
|
Qiyməti və sayı (rəqəm
və yazı ilə)
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Gömrük əməkdaşı_______________________
|
|
(imza)
|
|
Qəbzi aldı ______________________________
|
|
(imza)
|
Göstərilən qiymətli əşyaları
aldı
|
______________________________________
|
|
sahibin imzası
|
GM |
|
1. Bu qəbzlə verilmiş valyuta,
Azərbaycan Respublikasının istiqraz vərəqələri, qiymətli metallar,
qiymətli daşlar və onlardan hazırlanmış məhsullar, mirvari və
onlardan hazırlanmış məmulatlar, əmlak sənədləri 3 (üç) il saxlanılır.
2. Azərbaycan Respublikasının
lotereya biletləri onlardan uduşa düşüb- düşməməsindən asılı olmayaraq
göstərilən müddət ərzində saxlanılır.Göstərilən müddət bitdikdən
sonra akt tərtib edilərək lotereya biletləri məhv edilir.
3. Göstərilən müddət ərzində mal
sahibi aşağıdakıları edə bilər:
a) valyutanı, Azərbaycan Respublikasının
istiqraz vərəqəsini, lotereyasını, qiymətli metallardan, daşlardan
və mirvaridən hazırlanmış məmulatları şəxsən Azərbaycan Respublikasının
ərazisində ala bilər, yaxud xaricdən həmin mallara etibarnamə
ilə sərəncam verə bilər və ya bilavasitə gömrük orqanlarına
yazılı müraciət etməklə;
b) xarici valyuta, ödəniş sənədləri,
xarici valyutada yazılmış xarici fond dəyərləri, qiymətli metallar,
qiymətli daşlar və xammal şəklində mirvarini Azərbaycan Respublikası
ərazisində şəxsən ala bilər yaxud xaricdən etibarnamə ilə göstəriş
vermək yolu ilə Azərbaycan Respublikası ərazisində manatla ödənilməsinə,
Azərbaycan Respublikası Milli Bankının, Azərbaycan Respublikasının
Beynəlxalq Bankının və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
qəbul etdiyi xarici valyutada və xarici valyuta dəyərlərində
ödənilməsinə sərəncam vermək.
Başqa hallarda xaricdən həmin
qiymətli dəyərlərdən Azərbaycan Respublikasının Beynəlxalq Bankının
və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılığı ilə sərəncam
verə bilər.
4. Saxlanma müddəti qurtardıqdan
sonra tələb olunmayan dəyərlər dövlətin büdcəsinə keçirilir.
GA-4
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
|
|
______________________gömrükxanası
Qəbz ¹
Verilib, Azərbaycan Respublikasına
gətirilməsi qadağan olunmuş Azərbaycan Respublikası valyutasının
(manatın) və s. vətəndaş _____________________________ «____»______________200
il tarixdə qəbul olunmuşdur.
Qəbul olunmuşların adı
|
sayı və ya qiyməti
( rəqəm və yazı ilə )
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan Respublikasının valyutası,
həmin valyuta ilə ödəniş sənədləri, lotereya biletləri və s. bu
qəbzlə dövlətin nəfinə müsadirə edilir.
|
Gömrük müfəttişi _______________________
|
|
(imza)
|
|
Qəbzi aldım ____________________________
|
|
(imza)
|
GM
|
|
GA-5
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
|
Xahiş
olunur blankın arxa hissəsində
qaydalarla tanış olun.
|
|
_____________________ gömrükxanası
Vəsiqə
Certificate
Verilib
«_____» ________________200____il |
vətəndaş
______________________________ |
Azərbaycan Respublikasına gətirilən
xarici valyuta (banknotlar, xəzinə bileti, sikkə), valyuta sərvətləri,
xarici valyuta şəklində qiymətli kağızlar, ödəniş sənədləri (çeklər,
vaksellər, akkreditivlər və s.), fond sərvətləri (aksiyalar, istiqrazlar
və xarici valyuta şəklində olan başqa borc öhdəlikləri), qiymətli
metallar (qızıl, gümüş, platin) və platin qruplu metallar (paladiy,
iridiy, rodiy, ruteniy, osmiy), hər bir növ və halda zərgərlik
məmulatları və həmin məmulatların lomundan başqa, təbii qiymətli
daşlar (almaz, rubin, sapfir, mirvari) həmin daşlardan hazırlanmış
zərgərlik məmulatlarından başqa, həmçinin mülkiyyət sənədləri.
Xarici valyuta və qiymətlərin
adı
|
Miqdar və məbləğ ( rəqəmlə
və yazı ilə )
|
ABŞ
dolları |
|
Funt
sterlinq |
|
Fransız
frankı |
|
Alman
markası |
|
|
|
|
|
|
|
|
Gömrük
əməkdaşı _______________________ |
|
(imza)
|
|
Vətəndaş
_______________________________ |
|
(imza)
|
GM |
|
Bankın gömrük üçün qeydi
10 Xarici valyuta dəyişməsi haqqında
Tarix
|
Xarici valyutanın
adı çeklə, akkredi- tivlə,
baratla
|
Xarici valyutanın məbləği
(rəqəmlə)
|
Verilmiş məbləğ manatla
(rəqəmlə)
|
Əməliyyatı yerinə yetirən
təşkilatın adı
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
11 Xərclənməmiş manatın dəyişdirilməsi.
Tarix
|
Dəyişmək üçün qə- bul edilən
məbləğ
(manatla)
|
Verilmiş xarici valyutanın,
çe- kin və ya baratın məbləği və adı
(rəqəmlə)
|
Əməliyyatı yerinə yetirən
təşkilatın adı
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Xaricdən qətirilmiş və bu vəsiqə
üzrə qeydiyyata alınmış xarici valyuta və qiymətli əşyaların Azərbaycan
Respublikasından kənara çıxarılması, həmçinin xarici valyutanın
dəyişdirilməsi qaydaları.
1. Azərbaycan Respublikasında
daimi yaşayan şəxslər tərəfindən respublikaya qətirilməsi və hazırkı
vəsiqə üzrə qeydiyatdan keçirilmiş ( qeydiyata alınmış ) xarici
valyutanın, Azərbaycan Respublikasından kənara çıxarılmasına həmin
şəxslərin bu valyutanı qətirdikləri qündən başlayaraq 6 ay müddətinə
icazə verilir.
2. Azərbaycan Respublikasına qətirilmiş
və bu vəsiqə üzrə qeydiyata alınmış qiymətli metalların, qiymətli
qaş-daşın, zərqərlik məmulatlarının (zinyət əşyalarının ) və bu
metallardan, daş-qaşlardan düzəldilmiş diqər məişət əşyalarının
respublikadan kənara çıxarılmasına icazə verilir.
3. Xarici valyutanın manata dəyişdirilməsi
yalnız Azərbaycan Respublikasının Milli Bankında və yaxud Azərbaycan
Respublikasının Beynəlxalq bankında bu vəsiqə təqdim olunduqda
həyata keçirilir.
4. Vəsiqənin başqa şəxslərə verilməsi
qadağandır.
© AzerSoft