Azərbaycan Respublikasının Nazirlər
Kabineti
«Azərbaycan Respublikasında ixrac-idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə
görə alınan yığımların miqdarı haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına
dəyişiklik edilməsi barədə
Qərar ¹ 161
Bakı şəhəri, 22 dekabr 2003-cü il
«Malların Təsviri və Kodlaşdırılması
üzrə Harmonikləşdirilmiş Sistem haqqında» Beynəlxalq Konvensiyaya
və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə»
Azərbaycan Respublikasının Qanununa əsasən xarici iqtisadi fəaliyyətin
mallar nomenklaturu üzrə kodların Beynəlxalq Harmonik Sistemin
yeni variantına uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri,
gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel
tarixli 80 nömrəli qərarına dəyişiklik edilərək, həmin qərarla
təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən
mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri» yeni mətndə
təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, «Malların
Təsviri və Kodlaşdırılması üzrə Harmonik Sistem»də aparılan dəyişikliklərlə
əlaqədar müvafiq tədbirlərin görülməsini və bu barədə rəsmi məlumatların
dərc edilməsini Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin
müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsi həyata keçirir.
3. Bu qərar 2004-cü il yanvarın
1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ
20 mart 2004-cü
il tarixli, 34 nömrəli; 24 may 2004-cü il tarixli, 73 nömrəli;
24 may 2004-cü il tarixli, 74 nömrəli; 10 sentyabr 2004-cü il
tarixli, 125 nömrəli qərarlara əsasən dəyişikliklərlə («AzerSoft»).
|
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli
80 saylı qərarına əlavə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 22 dekabr tarixli
161 nömrəli qərarı ilə
təsdiq edilmiş mətndə
|
Azərbaycan Respublikasının ərazisinə gətirilən
mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri
Bölmə I. Diri
heyvanlar; heyvan mənşəli məhsullar
Bölmə II.
Bitki mənşəli məhsullar
Bölmə III.
Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanması
nətəcəsində alınan məhsullar; hazır yeyinti piyləri; heyvan və ya
bitki mənşəli mumlar
Bölmə IV.
Hazır ərzaq məhsulları; spirtli və spirtsiz içkilər və sirkə; tütün
və tütün əvəzediciləri
Bölmə V.
Mineral məhsullar
Bölmə VI.
Kimya sənayesi və onunla bağlı sənaye sahələrinin məhsulları.
Bölmə VII.
Plastik kütlələr (plastmass) və onlardan hazırlanan məmulatlar;
kauçuk, rezin, onlardan hazırlanan məmulatlar
Bölmə VIII.
Emal olunmamış gön, aşılanmış dəri, təbii xəz və onlardan hazırlanan
məhsullar; sərraclıq - yəhər məmulatları və qoşqu ləvazimatları;
yol ləvazimatları, qadın çantaları və analoji mallar; heyvan bağarsığından
hazırlanan məmulatlar (barama fibroinindən olan liflər istisna olmaqla)
Bölmə IX.
Oduncaq və ondan hazırlanan məmulatlar, ağac kömürü; mantar və ondan
hazırlanan məmulatlar; kyləşdən, alfadan və digər hörmə materiallarından
məmulatlar; səbət və digər hörmə məhsulları
Bölmə X.
Oduncaqdan və ya digər lifli sellüloz materiallardan hazırlanan
kütlə; regenerasiya (bərpa) edilən kağız və karton (makulatura və
tullantılar); karton, kağız və onlardan hazırlanan məmulatlar
Bölmə XI.
Toxuculuq materialları və toxuculuq məmulatları
Bölmə XII.
Ayaqqabı, baş geyimləri, çətirlər, gün çətirləri, çəliklər, oturacaq
çəliklər, qamçılar, şallaqlar və onların hissələri; emal olunmuş
lələklər və onlardan hazırlanan məmulatlar; süni güllər; insan saçından
məmulatlar
Bölmə XIII. Daş,
gips, sement, asbest, slyuda və ya analoji materiallardan məmulatlar;
keramika məmulatları; şüşə və ondan hazırlanan məmulatlar
Bölmə XIV. Təbii
və ya becərilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli
metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan
məmulatlar; bijuteriya; sikkələr
Bölmə XV. Qara
metallar və onların məmulatla
Bölmə XVI. Maşınlar,
avadanlıq və mexanizmlər; elektrotexniki avadanlıq; onların hissələri;
səsyazma və səsləndirmə apparaturası, televiziya təsvirlərinin yazılması
və göstərilməsi üçün apparatura, onların hissələri və ləvazimatları
Bölmə XVII. Quru
nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri
və nəqliyyata aid olan qurğular və avadanlıqlar
Bölmə XVIII.
Optik, fotoqrafik, kinematoqrafiya, ölçü, nəzarət, ən dəqiq, tibbi
və ya cərrahiyyə alətləri və aparatları; hər növ saatlar; musiqi
alətləri; onların hissələri və ləvazimatları
Bölmə XIX. Silah
və sursat; onların hissələri və ləvazimatları
Bölmə XX. Müxtəlif
sənaye malları
Bölmə XXI. İncəsənət
əsərləri, kolleksiya əşyaları və antikvariat
© AzerSoft