Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 20 noyabr tarixli, 183 nömrəli qərarı ilə
təsdiq edilmiş «Ərzaq payı ilə təmin olunan gömrük orqanlarının
vəzifəli şəxslərinin Siyahısı»na əlavələr və dəyişikliklər edilməsi
barədə
Qərar ¹ 76
Bakı şəhəri, 25 may 2004-cü il
Azərbaycan Respublikasının 1999-cu
il 7 dekabr tarixli, 768 nömrəli Qanunu ilə təsdiq edilmiş «Gömrük
orqanlarında xidmət haqqında Əsasnamə»nin 98-ci bəndinə müvafiq
olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 20 noyabr tarixli, 183 nömrəli qərarı ilə
təsdiq edilmiş «Ərzaq payı ilə təmin olunan gömrük orqanlarının
vəzifəli şəxslərinin Siyahısı»na aşağıdakı redaksiyada əlavələr
və dəyişikliklər edilsin:
Siyahının:
- 2-ci bəndində «Komendant» sözündən sonra
«Anbardar» və «Ekspeditor» sözləri əlavə edilsin;
- 3.3-cü bəndində «Rəis» sözü «Baş
direktor» sözü ilə əvəz edilsin və həmin sözdən sonra «Baş
direktorun müavini», «Şöbə rəisi», «Bölmə rəisi», «Baş məşqçi»,
«Məşqçi-müəllim», «Təlimatçı-inspektor», «Təlimatçı», «Həkim»,
«Tibb bacısı», «Baş mütəxəssis», «Mütəxəssis», «İnspektor»,
«Texniki işçi», «Mühasib», «Xəzinədar», «Katibə» sözləri
əlavə edilsin;
- 3.8-ci bəndində «Mühasib» sözündən sonra
«Dispetçer» sözü əlavə edilsin;
- 3.9-cu bəndində «Baş inspektor» sözündən
sonra «Hüquqşünas» və «İnspektor» sözündən sonra
«İnspektor-qayıqçı» sözləri əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (31 may 2004-ci il, ¹ 5, maddə 392)
(«AzerSoft»).
© AzerSoft