Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar həmin Məcəllənin tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğunlaşdırılması haqqında təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
  • Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Məcəlləyə uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
  • öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • Gömrük Məcəlləsinin 7-ci maddəsinin 2-ci və 4-cü hissələrində, 26-cı maddəsində, 414-cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti həyata keçirir;
  • Gömrük Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsində, 36-cı maddəsinin 1-ci hissəsində, 44-cü maddəsinin 2-ci hissəsində və 53-cü maddəsinin 2-ci hissəsində, 56-cı maddəsinin 7-ci hissəsində, 59-cu maddəsinin 1-ci hissəsində, 68-ci maddəsinin 2-ci hissəsində, 71-ci maddəsinin 1-ci hissəsində, 75-ci maddəsinin 2-ci hissəsində, 76-cı maddəsinin 2-ci hissəsində, 77-ci maddəsinin 2-ci və 4-cü hissələrində, 89-cu maddəsinin 3-cü hissəsində, 92-ci maddəsində, 100-cü maddəsinin 3-cü hissəsində, 107-ci maddəsinin 1-ci hissəsində, 120-ci maddəsinin 6-cı hissəsində, 123-cü maddəsinin 7-ci hissəsində, 145-ci maddəsinin 2-ci hissəsində, 155-ci maddəsinin 2-ci hissəsində, 156-cı maddəsinin 2-ci hissəsində, 160-cı maddəsinin 1-ci hissəsində, 163-cü maddəsinin 9-cu hissəsində, 212-ci maddəsinin 2-ci hissəsində, 398-ci maddəsinin 2-ci hissəsində, 414-cü maddəsinin 6-cı hissəsində, 419-cu maddəsinin 4-cü hissəsində, 420-ci maddəsinin 2-ci hissəsində, 428-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
  • Gömrük Məcəlləsində nəzərdə tutulmuş «Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir;
  • Gömrük Məcəlləsinin 58-ci maddəsinin 2-ci hissəsində, 61-ci maddəsinin 2-ci hissəsində, 87-ci maddəsinin 2-ci hissəsində, 88-ci maddəsinin 4-cü abzasında, 91-ci maddəsinin 2-ci hissəsində , 99-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir;
  • Gömrük Məcəlləsinin 94-cü maddəsinin 2-ci hissəsində, 107-ci maddəsinin 3-cü hissəsində, 113, 114-cü maddələrində, 123-cü maddəsinin 3-cü hissəsində, 386-cı maddəsində, 387-ci maddəsinin 2-ci hissəsində, 389-cu maddəsinin 3-cü hissəsində, 392-ci maddəsinin 2-ci hissəsində, 393-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
  • Gömrük Məcəlləsinin 118-ci maddəsində nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirirlər;
  • Gömrük Məcəlləsinin 183-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikası prezidentinin 1996-cı il 17 iyun tarixli 463 nömrəli «İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə» Fərmanında göstərilən orqanlar həyata keçirirlər.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 25 iyul 1997-ci il

¹ 616

«Azərbaycan» qəzeti ndə dərc edilmişdir(5 avqust 1997-ci il) («AzerSoft»).

11 oktyabr 2001-ci il tarixli, 587 nömrəli; 19 iyul 2004-cü il tarixli, 87 nömrəli; 7 fevral 2005-ci il tarixli, 193 nömrəli fərmanlara əsasən dəyişikliklərlə («AzerSoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb