Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan
Respublikasının gömrük buraxılış məntəqələrindən fiziki şəxslər
tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan
malların keçirilməsinin qaydaları haqqında
Qərar ¹
81
Bakı şəhəri, 21 iyul 1997-ci il
Azərbaycan Respublikasının gömrük
buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat
və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsi
qaydalarının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasının
gömrük buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat
və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsi
qaydaları» (əlavə ¹ 1), «Azərbaycan Respublikası gömrük buraxılış
məntəqzlərindən gömrük rüsumları ödənilmədən müvəqqəti olaraq
fiziki şəxslər tərəfindən keçirilən (gətirilən, çıxarılan) malların
siyahısı» (əlavə ¹2) və «Azərbaycan Respublikası ərazisində fiziki
şəxslər tərəfindən (beynəlxalq poçt göndərişləri də daxil olmaqla)
gətirilən malların hər bir ölçü vahidinə tətbiq edilən gömrük
rüsumlarının dərəcələri» (əlavə ¹ 3) təsdiq edilsin.
2. Bu Qərarla təsdiq edilmiş «Azərbaycan
Respublikasının gömrük buraxılış məntəqələrindən fiziki şəxslər
tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə
tutulmayan malların keçirilməsi qaydaları»nda göstərilən gömrük
rüsumları, həmin rüsumların ödənilmə gününə ABŞ dollarının Azərbaycan
Respublikası Milli Bankının müəyyən etdiyi məzənnə ilə manatla
ödənilir.
3. Gömrük rüsumlarının tam həcmdə
və vaxtında dövlət büdcəsinə keçirilməsi Dövlət Gömrük Komitəsi
və müvəkkil banklar tərəfindən təmin edilsin.
4. Dövlət Gömrük Komitəsi bu qərarın
icrası ilə əlaqədar müvafiq təlimatlar hazırlasın, Maliyyə Nazirliyi
ilə razılaşdıraraq təsdiq etsin və digər lazımi tədbirlər həyata
keçirsin.
5. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1995-ci il 19 avqust tarixli 184 nömrəli qərarı (7-ci
bəndi istisna olmaqla), 1996-cı il 27 mart tarixli 33 nömrəli,
1996-cı il 21 avqust tarixli 114 nömrəli, 1996-cı il 12 dekabr
tarixli 173 nömrəli qərarları, 1997-ci il 29 mart tarixli 26 nömrəli
qərarının 3-cü bəndi və 1997-ci il 17 may tarixli 48 nömrəli qərarı
qüvvəsini itirmiş hesab edilsin.
6. Bu qərar 1997-ci il avqustun
1-dən etibarən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ.
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (31 iyul 1997-ci il, ¹ 1,
maddə 78) («AzerSoft»).
31 may 2001-ci il tarixli 105 nömrəli
qərara əsasən 5-ci bəndi istisna olmaqla qüvvədən
düşmüşdür («AzerSoft»)
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1997-ci il 21 iyul tarixli 81 nömrəli qərarı
ilə təsdiq edilmişdir.
Əlavə ¹ 1
Azərbaycan Respublikasının gömrük
buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat
və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsi
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalarla bütün fiziki
şəxslər, yəni Azərbaycan Respublikasının vətəndaşları, xarici
vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər (sonralar fiziki şəxslər)
tərəfindən Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən
istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan
malların aparılması, gətirilməsi (müşayiət olunmayan mallar da
daxil olmaqla) və beynəlxalq poçt vasitəsilə alınması və göndərilməsi
əməliyyatları tənzimlənir.
1.2.Fiziki şəxslər bu qaydalarla
və Azərbaycan Respublikasının gömrük məsələlərinə aid digər normativ
aktlarla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası ərazisindən
aparılması və Azərbaycan Respublikası ərazisinə gətirilməsi qadağan
olunmuş mallar istisna olmaqla, istənilən malları Azərbaycan Respublikasının
gömrük buraxılış məntəqələrindən keçirə bilər.
2. Azərbaycan Respublikası ərazisinə istehsalat və ya kommersiya
fəaliyyəti üçün nəzərdə tutulmayan malların gətirilməsi
2.1. Vahid tarif dərəcələri üzrə
tutulan gömrük rüsumlarından azad olunmaqla (rüsumsuz) fiziki
şəxslər tərəfindən:
- Azərbaycan Respublikası ərazisinə ümumi çəkisi
50 kiloqramdan artıq olmayan və ya dəyəri 200 ABŞ dollarına
qədər mallar gətirilə bilər;
- beynəlxalq poçt göndərişləri vasitəsilə dəyəri
200 ABŞ dollarına qədər və ya çəkisi 20 kiloqramadək olan mallar
alına bilər.
2.2. Qaydaların 2.1 yarımbəndində
göstərilən hədlərdən artıq ümumi dəyəri 5 min ABŞ dollarına qədər
(beynəlxalq poçt göndərişləri üçün 1.000 ABŞ dollarına qədər)
mallar gətirildikdə (alındıqda) bu Qaydaları təsdiq etmiş qərərın
3 nömrəli Əlavəsində göstərilən malların hər bir ədədi üzrə rüsumlar
ödənilir, siyahıda adları göstərilməyən mallar gətirildikdə isə
50 kiloqramdan (poçt göndərişləri ilə 20 kiloqramdan) artıq olan
malın hər bir kiloqramı üçün 0,5 ABŞ dolları ödənilir.
Gətirilən malların ümumi dəyəri
5.000 ABŞ dollarından (poçt göndərişləri ilə alınan malların ümumi
dəyəri 1.000 ABŞ dollarından) artıq olduqda isə, həmin malların
gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 16 iyun tarixli 61 və 62 nömrəli qərarları ilə tənzim
edilir.
2.3. Azərbaycan Respublikasında
daimi yaşayan və xarici ölkələrdə müvəqqəti fasiləsiz yaşama müddəti
6 ayı keçən fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası
ərazisinə ümumi dəyəri 5.000 ABŞ dollarına qədər yalnız ailə üçün
zəruri olan mebel, məişət cihazları, əşya və mallar rüsumsuz gətirilə
bilər.
Bu həddən artıq əmlak gətirildikdə,
həmin malların gömrük, rəsmiləşdirilməsi Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1997-ci il 16 iyun tarixli 61 və 62 nömrəli
qərarları ilə tənzimlənir.
2.4. Aşağıdakı mallar Azərbaycan
Respublikası ərazisində rüsumsuz və məhdudiyyətsiz gətirilə bilər:
- xarici valyuta və xarici valyuta ilə ödəniş
sənədləri;
- bədii, tarixi, elmi və digər mədəni əşyalar.
3. Azərbaycan Respublikası ərazisindən malların aparılması
3.1. Azərbaycan Respublikası ərazisindən
fiziki şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti
üçün nəzərdə tutulmayan mallar aşağıdakı hədlərlə aparıla bilər:
- ümumi dəyəri 1.000 ABŞ dollarına qədər olan
mallar;
- ümumi dəyəri 200 ABŞ dollarına qədər beynəlxalq
poçt göndərişləri;
- Azərbaycan Respublikası ərazisinə gəliş zamanı
gömrük buraxılış məntəqələrində rəsmiləşdirilmiş şəxsi əşyalar;
- Azərbaycan Respublikasında açılmış vərəsəlik
hüququ əsasında əldə edilmiş əşyalar və valyuta (aparılması
qadağan edilmiş əşyalardan başqa);
- Azərbaycan Respublikasından müvəqqəti olaraq
xarici ölkələrə gedən fiziki şəxslərin yalnız şəxsi istifadəsi
üçün qiymətli metallardan və daşlardan hazırlanmış məmulatlar
(Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrində
geri qaytarmaq şərti ilə, gömrük orqanları tərəfindən rəsmiləşdirildikdən
sonra).
3.1 yarımbəndin 2-ci və 3-cü abzaslarında
göstərilən məbləğlərdən artıq malların aparılması Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə
təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi Qaydaları» və Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 16 iyun tarixli 62 nömrəli qərarı ilə tənzimlənir.
4. Daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikası ərazisinə
köçüb gələn Azərbaycan Respublikasından köçüb gedən fiziki şəxslər
tərəfindən Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən
malların keçirilməsi
4.1. Xarici ölkələrdən Azərbaycan
Respublikasına daimi yaşayış məqsədilə köçüb gələn fiziki şəxslər
adambaşına ümumi dəyəri 20.000 ABŞ dollarına qədər və yalnız ailə
üçün zəruri olan mebel, məişət cihazları, əşya və malları, həmçinin
iki il müddətində özgəninkiləşdirməmək şərti ilə ailə üçün bir
avtonəqliyyat vasitəsi rüsumsuz gətirə bilər. Bu məbləğdən artıq
mal gətirildikdə, malın gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1997-ci il 16 iyun tarixli 61 və 62 nömrəli
qərarları ilə tənzimlənir.
4.2. Azərbaycan Respublikasından
daimi yaşayış məqəsədilə xarici ölkələrə köçüb gedən fiziki şəxslər
adambaşına ümumi dəyəri 10.000 ABŞ dolları məbləğində şəxsi istifadə
üçün zəruri olan mebel, məişət cihazları, əşya və malları, habelə
adambaşına (16 yaşdan yuxarı) ümumi dəyəri 1.000 ABŞ dolları həcmində
qiymətli metal və daşlardan hazırlanmış məmulatlar apara bilər.
Bu məbləğlərdən artıq malların
aparılması Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24
iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 16
iyun tarixli 62 nömrəli qərarı ilə tənzimlənir.
5. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük
buraxılış məntəqələrindən nəqliyyat vasitələrinin keçirilməsi
Fiziki şəxslər tərəfindən Azərbaycan
Respublikasının gömrük buraxılış məntəqələrindən istehsalat və
ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan nəqliyyat vasitələri
(xarici iqtisadi fəaliyyətdəki əmtəə nomenklaturasının 8703-cü
qrupu) keçirilərkən:
5.1. Gömrük sərhədini keçənədək
istehsal-buraxılış tarixindən 1 (bir) ilə qədər keçmiş nəqliyyat
vasitələri üçün (bir ilədək özgəninkiləşdirməmək şərtilə) yürüş
kilometrindən asılı olmayaraq, mühərrikin həcminin hər kub santimetrinə
görə 0,4 ABŞ dolları məbləğində rüsum ödənilir.
5.2. Gömrük sərhədini keçənədək
istehsal-buraxılış tarixindən 1 (bir) ildən çox ötmüş nəqliyyat
vasitələri üçün yürüş kilometrindən asılı olmayaraq, mühərrikin
həcminin hər kub santimetrinə görə 0,7 ABŞ dolları məbləğində
rüsum ödənilir.
5.3. Gətirilən nəqliyyat vasitələri
gömrük buraxılış sərhədini keçdiyi vaxtdan 30 gündən gec olmayaraq
bəyan edilməlidir. Bəyan edilmə tarixindən asılı olmayaraq,
gömrük buraxılış sərhədindən keçmə tarixi bəyan edilmə tarixi
hesab edilir.
5.4. Fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikası ərazisinə müvəqqəti, yəni bir ilədək
gətirilən nəqliyyat vasitəsinin bu müddət ərzində digər fiziki
və ya hüquqi şəxsə özgəninkiləşdirilməməklə sahibliyə verilməmək
barədə Azərbaycan Respublikasının gömrük orqanlarına öhdəlik
verildiyi təqdirdə gömrük rüsumu ödənilmədən bəyan edilir.
5.5. Fiziki şəxslər tərəfindən
bu Qaydaların 5.1 və 5.4 yarımbəndlərinin müddəaları pozulduqda,
Azərbaycan Respublikası ərazisinə gətirilmiş nəqliyyat vasitəsi
üçün bütün gömrük ödənişlərin ümumi cəminə bərabər miqdarda
gömrük ödənci tutulur.
5.6. Fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasındakı fiziki və hüquqi şəxslərin ünvanına
nəqliyyat vasitələrinin göndərilməsi bütün gömrük ödənişlərin
ümumi cəminə bərabər miqdarda gömrük ödənci ödənilmək şərtilə
həyata keçirilə bilər.
5.7. Əlillər üçün xüsusi olaraq
hazırlanmış nəqliyyat və ya digər hərəkət vasitələri Azərbaycan
Respublikası ərazisinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
təsdiqedici sənədi olduğu təqdirdə rüsumsuz gətirilə bilər.
6. Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən
bəzi kateqoriyalı malların keçirilməsi (aparılması, gətirilməsi
və beynəlxalq poçt vasitəsilə göndərilməsi, alınması)
6.1. Ov silahları, onların sursatları
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin icazəsi təqdim
edildikdən sonra Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən
keçirilə bilər.
6.2. Heyvanlar, baytarlıq təbabətində
tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları,
bitkilər, heyvan və bitki mənşəli xammal baytarlıq orqanları və
bitkilərin karantini üzrə müvafiq dövlət orqanlarının icazəsi
olduğu təqdirdə Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən
keçirilə bilər.
6.3. Azərbaycan Respublikası ərazisinə
gələn və xaricə gedən fiziki şəxslər şəxsi istifadə üçün zəruri
olan miqdarda dərman vasitələrini maneəsiz gətirə və apara bilər.
Fiziki şəxslər tərəfindən bu miqdardan
artıq dərman vasitələrinin idxalı və ixracı Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 17 yanvar tarixli 540 nömrəli Fərmanı
ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
6.4. Nərə, ağ balıq və qızıl balıq
kürüsünün hər birindən 600 qrama qədər fiziki şəxs tərəfindən
aparıla bilər.
6.5. Bədii, tarixi, elmi əhəmiyyət
kəsb edən və başqa qiymətli mədəni əşyalar (o cümlədən 1965-ci
ilə qədər buraxılmış, yerli və xarici seriyalı və kütləvi istehsal
məhsulu olmayan əşyalar, əllə toxunmuş xalçalar, xalça və xalça
məmulatları, billur çini və keramika qabları musiqi alətləri,
təsviri sənət əsərləri, 1950-ci ilə qədər olan çap məhsulları
və s.) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin icazəsi
olduqda və müəyyən edilmiş komissyon dəyərinin 100%-i məbləğində
gömrük rüsumu ödənildikdən sonra Azərbaycan Respublikasından aparıla
bilər. Bu malların siyahısı Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi tərəfindən hazırlanıb Azərbaycan Respublikasının Gömrük
Komitəsinə təqdim edilir.
6.6. Fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikası ərazisinə gətirilən hər özügedən motorlu
nəqliyyat vasitəsi üçün zavod buraxılış tutumundan əlavə 20 litr
yanacaq gətirilə bilər.
6.7. Azərbaycan Respublikası ərazisinə
gələn hər bir fiziki şəxs 5 litrə qədər spirt və spirtli içkilər
1000 ədəd (50 qutu) siqaret gətirə bilər. Bu hədlərdən artıq həmin
malların gətirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 22 mart tarixli 24 nömrəli, 1997-ci il 16 iyun tarixli
61 və 62 nömrəli qərarları ilə tənzimlənir.
6.8. Xarici və milli valyutanın
(manatın) Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən
keçirilməsi qaydaları qüvvədə olan qanunvericiliklə tənzimlənir.
7. Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi
və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş
mallar
7.1. Yivli odlu silah növləri,
döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə),
hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika.
7.2. Radioaktiv maddələr.
7.3. Narkotik və psixotrop maddələr,
onlardan istifadə üçün ləvazimat.
7.4. Əxlaq pozğunluğunu, zorakılığını,
terrorizmi təbliğ və reklam edən materiallar.
7.5.Narkotik, psixotrop, zəhərləyici,
partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.
8. Azərbaycan Respublikasından fiziki şəxslər tərəfindən aparılması
və beynəlxalq poçt vasitəsilə göndərilməsi qadağan olunmuş mallar
8.1. Canlı heyvanlar (it, pişik
istisna olmaqla).
8.2. Qiymətli ağac cinsləri (qoz,
şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı).
8.3. Hər cür silah növləri, döyüş
sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr,
hərbi texnika.
8.4. Radioaktiv maddələr.
8.5. Narkotik və psixotrop maddələr,
onlardan istifadə üçün ləvazimat.
8.6. Əxlaq pozğunluğunu, zorakılığı,
terrorizmi təbliğ və reklam edən materiallar.
8.7. Narkotik, psixotrop, zəhərləyici,
partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.
8.8. Xüsusi məxfi rabitə vasitələri,
onların şifrləri və istismarı haqqında ədəbiyyat.
8.9. Müdafiə, Milli Təhlükəsizlik
və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə
informasiya sistemləri, sənədləri və arxivləri.
8.10. Dövlət əhəmiyyətli sənədlər,
ixtiralar, layihələr.
8.11. Xammal şəklində olan qiymətli
metallar və qiymətli qaşlar.
8.12. Azərbaycan Respublikasının
Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları.
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin 1997-ci il 21 iyul
tarixli
81 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Əlavə ¹ 2
Azərbaycan Respublikası gömrük
buraxılış məntəqələrindən gömrük rüsumları ödənilmədən fiziki
şəxslər tərəfindən müvəqqəti keçirilən (gətirilən, çıxarılan)
malların Siyahısı
1. Geyim və şəxsi istifadə üçün
lazım olan digər ləvazimatlar
2. Şəxsi istifadə üçün zərgərlik
bəzək məmulatları
3. Foto- və kinokameralar, zəruri
miqdarda plyonka və ləvazimatla birlikdə
4. Portativ slaydo və kinoproyektorlar,
zəruri miqdarda slayd və filmlər ilə birlikdə
5. Videokamera və portativ videomaqnitafonlar,
zəruri miqdarda plyonka ilə birlikdə
6. Qramplastinkaları səsləndirən
radiocihazlar
7. Portativ səsyazan və səsverən
radiocihazlar (diktofonlar da daxil olmaqla), plyonka ilə birlikdə
8. Portativ radioqəbuledici
9. Portativ televizor
10. Portativ yazı makinası
11. Portativ kalkulyatorlar
12. Portativ kompyüterlər
13. Durbin
14. İdman ləvazimatları, çadır
və digər turist ləvazimatları, balıq tutmaq üçün ləvazimatlar,
alpinist ləvazimatları, sualtı üzmək üçün ləvazimatlar, idman
silahı ləvazimatları ilə birlikdə, velosipedlər, tennis raketkaları
15. Portativ dializatorlar və
ona bənzər tibbi cihazlar, həmçinin onlar üçün işlədilən materiallar.
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin 1997-ci il 21 iyul
tarixli
81 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Əlavə ¹ 3
Azərbaycan Respublikası ərazisinə
fiziki şəxslər tərəfindən (beynəlxalq poçt göndərişləri də daxil
olmaqla) gətirilən malların bir ölçü vahidinə tətbiq edilən gömrük
rüsumlarının dərəcələri
Sıra ¹-si
|
Malın adı
|
Ölçü vahidi
|
Malın ölçü vahidinə tətbiq
edilən gömrük rüsumunun dərəcəsi ABŞ dolları ilə
|
1.
|
Rəngli televizorlar:
|
Diaqonalı 31 sm
|
ədəd
|
20,0
|
Diaqonalı 37 sm — 51 sm
|
ədəd
|
30,0
|
Diaqonalı 54 sm — 61 sm
|
ədəd
|
40,0
|
Diaqonalı 64 sm — 72 sm
|
ədəd
|
60,0
|
Diaqonalı 82 sm — 86 sm
|
ədəd
|
100,0
|
Diaqonalı 86 sm-dən yuxarı
|
ədəd
|
200,0
|
2.
|
Videoplyeyer
və maqnitofonla birləşdirilmiş rəngli televizorlar: |
Diaqonalı 31 sm-ə qədər
|
ədəd
|
50,0
|
Diaqonalı 37 sm — 51 sm
|
ədəd
|
100,0
|
Diaqonalı 51 sm — 72 sm
|
ədəd
|
150,0
|
Diaqonalı 72 sm-dən yuxarı
|
ədəd
|
250,0
|
3.
|
Videosəsyazan və ya videogöstərən
aparat kamera ilə
|
ədəd
|
150,0
|
4.
|
Videomaqnitofon (pleyer)
|
ədəd
|
10,0
|
5.
|
Videomaqnitofon
|
ədəd
|
15,0
|
6.
|
Videooyunlar (kasetli)
|
ədəd
|
10,0
|
7.
|
Videooyunlar üçün katriclər
|
ədəd
|
1,0
|
8.
|
Videooyunlar (diskli)
|
ədəd
|
20,0
|
9.
|
Disklər
|
ədəd
|
3,0
|
10.
|
Fotoaparatlar
|
ədəd
|
3,0
|
11.
|
Maqnitofon 1 kassetli
|
ədəd
|
10,0
|
12.
|
Maqnitofon 2 kassetli
|
ədəd
|
20,0
|
13.
|
Portativ maqnitofon (diktafon)
|
ədəd
|
5,0
|
14.
|
Portativ radioqəbuledici
|
ədəd
|
5,0
|
15.
|
Avtomobil maqnitofonu
|
ədəd
|
15,0
|
16.
|
Avtomobil maqnitofonu
(diskli)
|
ədəd
|
40,0
|
17.
|
Portativ televizor
|
ədəd
|
20,0
|
18.
|
Musiqi mərkəzləri
|
ədəd
|
40,0
|
19.
|
Maqnitolalar
|
ədəd
|
10,0
|
20.
|
Gücləndiricilər
|
ədəd
|
20,0
|
21.
|
Videokameralar
|
ədəd
|
100,0
|
22.
|
Videokassetlər
|
ədəd
|
1,0
|
23.
|
Audiokassetlər
|
ədəd
|
0,1
|
24.
|
Qol saatı (mexaniki)
|
ədəd
|
5,0
|
25.
|
Qol saatı (kvars və elektron)
|
ədəd
|
2,0
|
26.
|
Divar və stolüstü saat
|
ədəd
|
1,0
|
27.
|
Paltaryuyan maşın
|
ədəd
|
20,0
|
28.
|
Tozsoran (avtomobil üçün)
|
ədəd
|
5,0
|
29.
|
Tozsoran (ev üçün)
|
ədəd
|
15,0
|
30.
|
Mətbəx kombaynları, elektrik
ətçəkən maşınlar, mikserlər və şirəçəkənlər (hər biri
üçün)
|
ədəd
|
25,0
|
31.
|
Məişət soyuducuları və
buzlandırıcıları:
|
həcmi 280 litrə qədər
|
ədəd
|
50,0
|
həcmi 280 litrdən yuxarı
|
ədəd
|
150,0
|
32.
|
Kondisionerlər:
|
məişət üçün
|
ədəd
|
50,0
|
avtomobillər üçün
|
ədəd
|
20,0
|
33.
|
Su qarışdırıcıları (smesitel)
|
ədəd
|
2,0
|
34.
|
Elektrik ütüsü
|
ədəd
|
5,0
|
35.
|
Minik avtomobilləri üçün:
|
təzə şinlər
|
ədəd
|
5,0
|
istifadə olunmuş şinlər
|
ədəd
|
10,0
|
36.
|
Brilyant
|
karat
|
100,0
|
37.
|
Qiymətli metallar və onlardan
hazırlanmış məmulatlar və onların hissələri
|
qram
|
1,0
|
38.
|
Evdə işlədilən generatorlar:
|
3 kw-a qədər
|
ədəd
|
20,0
|
3 kw—6 kw
|
ədəd
|
40,0
|
6 kw—10 kw
|
ədəd
|
120,0
|
10 kw-dan yuxarı
|
ədəd
|
120,0
|
39.
|
Mikrodalğalı soba
|
ədəd
|
30,0
|
40.
|
Şərinkeşlər
|
ədəd
|
10,0
|
41.
|
Elektrik üzqırxanları
|
ədəd
|
10,0
|
42.
|
Elektrik su nasosları
|
ədəd
|
10,0
|
43.
|
Seyflər
|
ədəd
|
50,0
|
44.
|
Elektrik su qızdırıcıları:
|
həcmi 50 litrə qədər
|
ədəd
|
15,0
|
həcmi 50 litrdən yuxarı
|
ədəd
|
25,0
|
45.
|
Telefon aparatı
|
ədəd
|
5,0
|
46.
|
Hava təmizləyicisi
|
ədəd
|
10,0
|
47.
|
Yağla işləyən qızdırıcılar
|
ədəd
|
20,0
|
48.
|
Paltartikən maşınlar
|
ədəd
|
5,0
|
49.
|
Peyk antenləri:
|
süzgəcli
|
ədəd
|
20,0
|
süzgəcsiz
|
ədəd
|
10,0
|
50.
|
Duxovka
|
ədəd
|
15,0
|
51.
|
Elektrik manqalı
|
ədəd
|
15,0
|
52.
|
Xalça
|
kv.metr
|
10,0
|
53.
|
Kovrolit
|
kv.metr
|
3,0
|
54.
|
Qaz plitəsi
|
ədəd
|
10,0
|
55.
|
Elektrik mətbəx qızdırıcıları
|
ədəd
|
10,0
|
56.
|
Xəzdən geyim
|
ədəd
|
60,0
|
© AzerSoft