Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna əlavə və dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası prezidentinin 2001-ci il 19 iyun tarixli, 510 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu»nun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 6, maddə 408; Azərbaycan Respublikası prezidentinin 2004-cü il 6 may tarixli, 60 nömrəli fərmanı) 2-ci bəndində «Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsi» sözlərindən sonra «Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi» sözləri əlavə edilsin və həmin bənddə «Statistika və İnformasiya Texnologiyaları İdarəsi» sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 30 iyun 2004-cü il.

¹ 84

«Azərbaycan» qəzetində dərc edilmişdir (1 iyul 2004-cü il, ¹ 150) («AzerSoft»)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2004-cü il, ¹ 6, maddə 441) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb