Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

1.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin.

2. Azərbaycan Respublikası prezidentinin aşağıdakı fərmanlarına dəyişikliklər və əlavələr edilsin:

2.1. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası prezidentinin 1998-ci il 21 fevral tarixli, 679 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 3, maddə 163; 2003-cü il, ¹ 10, maddə 571) 2-ci bəndinin üçüncü abzasında «8-ci maddəsinin birinci hissəsinin axırıncı cümləsində və yeddinci hissəsində» sözləri «8-ci maddəsinin yeddinci hissəsində» sözləri ilə əvəz edilsin, «9-cu maddəsinin altıncı hissəsinin axırıncı cümləsində» sözləri çıxarılsın;

2.2. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası prezidentinin 1998-ci il 28 sentyabr tarixli, 773 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 9, maddə 576; 2001-ci il, ¹10, maddə 640; 2003-cü il, ¹ 10, maddə 585) 2-ci bəndinin ikinci abzasından «17-ci maddəsinin 3-cü hissəsində» sözləri çıxarılsın.

2.3. «Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 297 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 3, (I kitab), maddə 164; 2002-ci il, ¹ 7, maddə 412, ¹ 8, maddə 478, ¹ 12, maddə 716; 2003-cü il, ¹ 6, maddə 290) 2-ci bəndinin ikinci abzasından «165-ci» rəqəmi çıxarılsın;

2.4. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikasının Qanununa, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası prezidentinin 2002-ci il 7 yanvar tarixli, 630 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 1, maddə 13) 2-ci bəndinin ikinci abzası çıxarılsın;

2.5. «Patent haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 8, maddə 505; 2003-cü il, ¹ 10, maddə 571) 2-ci bəndində:

    • ikinci abzasdan «39-cu maddəsinin üçüncü abzasında» sözləri çıxarılsın;
    • üçüncü abzasda «4-cü maddəsinin 1-ci bəndində «sənaye mülkiyyəti sahəsində» sözlərindən sonra, 2-ci və 3-cü bəndlərində» sözləri «4-cü maddəsinin 1-ci bəndində «sənaye mülkiyyəti sahəsində» sözlərindən sonra və 2-ci bəndində» sözləri ilə əvəz edilsin;
    • üçüncü abzasdan «39-cu maddəsinin ikinci abzasında» sözləri çıxarılsın;

    2.6. «Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezideninin 1996-cı il 17 dekabr tarixli, 522 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 4, maddə 273) 1-ci bəndinin beşinci abzasında «7.2-ci yarımbəndinin 1-ci və 2-ci abzaslarında» sözləri «7.2-ci yarımbəndinin 1-ci abzasında» sözləri ilə əvəz edilsin;

    2.7. «Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası prezidentinin 1997-ci il 25 iyul tarixli, 616 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 6, maddə 448; 2001-ci il, ¹ 10, maddə 640) 2-ci bəndinin üçüncü abzasında:

    • «44-cü maddəsinin 2-ci və 3-cü hissələrində, 53-cü maddəsinin 2-ci və 3-cü hissələrində» sözləri «44-cü maddəsinin 2-ci hissəsində və 53-cü maddəsinin 2-ci hissəsində» sözləri ilə əvəz edilsin;
    • «76-cı maddəsinin 2-ci və 3-cü hissələrində» sözləri «76-cı maddəsinin 2-ci hissəsində» sözləri ilə əvəz edilsin;
    • «145-ci maddəsinin 2-ci və 3-cü hissələrində» sözləri «123-cü maddəsinin 7-ci hissəsində, 145-ci maddəsinin 2-ci hissəsində» sözləri ilə əvəz edilsin;
    • «160-cı maddəsinin 1-ci hissəsində, 163-cü maddəsinin 9-cu hissəsində» sözləri çıxarılsın.

    Azərbaycan Respublikasının Prezidenti

    İlham ƏLİYEV

    Bakı şəhəri, 19 iyul 2004-cü il.

    ¹ 87

    «Azərbaycan» qəzetində dərc edilmişdir (23 iyul 2004-cü il, ¹ 169) («AzerSoft»)

    «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2004-cü il, ¹ 7, maddə 526) («AzerSoft»).

    © AzerSoft

Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb